Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə43/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   39   40   41   42   43   44   45   46   ...   132

____________________Milli Kitabxana_____________________ 

129 


 

- Yerimizi 

niyə dar eyləyirsən, a bala? 

- Yox, 


Tükəzban xala, İmran iş-güc adamıdır. Elə onun özünə bir otaq 

lazımdır. Əvvəl-axır mən getməliyəm, elə indidən getsəm yaxşıdır. Daha havalar 

da düzəlib. 

- Yox, 


qızım, səni buraxmaram, hara gedəcəksən? 

- Məktəbə. Direktor məktəbdə mənə bir otaq verib. 

- Tək, qız xeylağı orda neyləyəcəksən? 

- Heç 


nə olmaz. 

- Yəni heç olmasa məktəblər bağlanana qədər gözləyə büməzdin, qızım? 

- Yolçu 

yolda 


gərək. Nə fərqi var? İndi ya sonra... 

Vallah, heç bilmirəm sənə  nə deyim? Dilim razı olsa da, ürəyim "hə" 



demır. Üzümüz-gözümüz öyrəşmişdi. 

- Mən yenə gələcəyəm. Vaxtım olduqca sizə dəyəcəyəm. 

Tükəzban xala köksünü ötürdü. "Yox, deyəsən hər  şeyi bilir. Söz-gapdan 

qaçmaq üçün belə eləyir. Yazıq neyləsin? Görüm o Gövhər qarının dilini ilan 

vursun, göra imansız getsin!" 

- Nə deyim, qızım, özün bilən yaxşıdır... Amma... 

- Belə yaxşıdır. Bu saat uşaqlar gələcək. Demişəm mənə kömək eləsinlər. 

- Yox, yox, qoymaram. Bəs İmranı gözləmirsən? Qoy gəlsin özünə də de. - 

Heç nə deməz. Bir də, bu evin böyüyü sənsən.  İmran deyil. Tükəzban xala 

köksünü ötürdü. Onlar evə getdilər. Bir azdan şagirdlər gəldilər. Nərgiz 

müəllimənin yorğan-döşəyini, çamadanını, kitablarını götürdülər. Tükəzban xala 

Nərgizi doqqaza qədər ötürdü. Ayrılanda qucaqlaşdılar. Arvad kövrəldi. Nərgiz 

də doluxsuundu. 

Tükəzban xala evə çox kədərli qayıtdı. Qaranlıq idi, hələ  çırağı 

yandırmamışdı. Arvad lap darıxdı. "Bu gədə  də evdə tapılmır. Görəsən, harda 

qaldı?  İndi mən neynəyim?" O, eyvana çıxdı.  Əl fanarını yandırıb heyvanları 

rahatladı. Evə baş sala bilmədiyindən, yenə ağacın dibinə getdi. Fanarı bir tərəfə 

qoyub oturdu. Samovar çoxdan soyumuşdu. O, dizlərini qucaqlayib gözlərini 

fanara zillədi. Göylükdən qalxan xırdaca cücülər, balaca kəpənəklər, boz 

pərvanələr işığın başına dolanmağa başladılar.  Ətrafa ağır sükut çökdü. Kənd 

qaranlığa büründü... 



____________________Milli Kitabxana_____________________ 

130 


 

  

Tükəzban xala ilk dəfə  oğlunun qabağına çıxmadı. Heç yerindən də 



tərpənmədi. İmran anasının bu vəziyyətini görüb təəccübləndi: 

- Ana. 


Qarı fikirdən ayıldı. 

- Bala, 


sənsən? Axır ki, gəldin. 

İmran ətrafa göz gəzdirdi. 

- Bəs Nərgiz müəllimə hanı? 

- Nərgiz?.. Nərgiz getdi. 

- Hara? 

- Bizim 


evdən köçdü. 

- Bəs niyə qoydun? 

- Mən nə qayırım? Nə illah elədim, olmadı. 

- Heç 


olmasa, 

mən gələnəcən buraxmayaydın. 

- Dedim. 

Sözümə baxmadı. 

İmran susdu. Cibindən papiros çıxarıb yandırdı. 

- Ana... 

- Nədir, dərdin alım? 

- Ağlın nə kəsir? - O, bir anlığa duruxub asta səslə əlavə etdi: 

- Axı Nərgiz müəllimə deyəsən pis qız deyil. 

Ona pis deyənin dili-ağzı quruyar, bala. 



- Doğrusu, mənim yaman xoşuma gəlir. 

Tükəzban xala dikəldi. Qaranlıqda arvadın gözləri parıldadı. Sevindiyindən 

nə edəcəyini bilmədi.  İmran bunu duyub bir az ürəkləndi, qəfildən anasını 

qucaqladı. 

Ana, o, gəlinin olsa, yola verərsənmi? 



- Sənin ürəyiİn varsa, mən canımı qurban elərəm. Elə dolanarıq ki, quzu 

kimi. 


- Onda... 

Tükəzban xala onun sözünü ağzında qoydu: 

- Nə vaxt, bala? 

İstəsən lap günü sabah! Ancaq işim bir təhərdir. 



- Doğrudan, oğul, bu nə söz-söhbətdir? 

Eh, ana, məsələ uzundur. Ancaq öldü var, döndü yoxdur. Dur içəri 



gedək. 

Evdə  də  İmran darıxdı. Anasının xatirinə deyib gülürdüsə  də, halı özündə 

deyildi. 

O sakitcə ayağa durdu. Hardansa bir şüşə araq gətirib stolun üstünə qoydu. 

 



____________________Milli Kitabxana_____________________ 

131 


 

- Bu 


nədir, oğul. 

- Heç 


nə, ana, bir az başım ağrıyır.  İçməsəm ürəyim partlar. Tükəzban 

xala bunun necə "baş  ağrısı" olduğunu başa düşdüsə  də, üstünü vurmadı. Bir 

azdan qalxıb papağını başına qoydu. 

- Məni gözləmə, ana, yat, - deyib evdən çıxdi... 

Ancaq Tükəzban xalanın gözlərinə yuxu getmədi.  Əllərini qoynuna qoyub 

qapının ağzında dayandı. "Allah, sən özün bircə balamın işini avand elə" - deyə 

pıçıldadı. 

 

15 



 

Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-

ağır yeriyirdi. Yəhərdə oturmaqdan bezən Nəsib dayı yorğun nəzərlərlə  ətrafa 

göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da 

yaşıl çöllərə baxırdı. 

Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən 

qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi. 

Nəsib dayı bu yerlərə  uşaqlıqdan bələd idi. Hələ beş-altı yaşında olanda 

qızların dəstinə qoşulub, buralara pencər yığmağa gələrdi. O, özündən iri olan 

qızlardan geri qalmamağa çalışır, bıçağını  çıxardıb gah taxılın içində qazayağı 

dərər, gah yol kənarnıdakı ilanotunu yolar, gah da yemlik yeyərdi. Axşam isə 

atıla-atıla kəndə qayıdardılar. Uşaqlar gətirdikləri pencərdən anaları dovğa 

bişirər, kətə salardılar. Bir az böyüdükdən sonra Nəsib öz yaşıdları ilə birlikdə 

buralara quş tutmağa gələrdi. 

Onların hərəsi  əlinə bir çomaq alar və qaratikan kollarının arasına dolan 

quşları qovardılar. Göyün üzündə süzən ley kolluqdakı quş  dəstəsinin ustünə 

şığıyardı. Quşlar qorxudan özlərini tikanlara çırpardılar. Uşaqlar fürsətdən 

istifadə edərək onları çomaqla vurub yerə salardılar. Bəzən onlar quş yuvasına 

çıxıb yenicə tüklənən dolaşa balalarını düşürərdilər. Tut yetişəndə bu quşlar 

sahiblərinin dalınca qaçardı. Uşaqlar  əllərindəki tutu yuxarı qaldırıb, "ükkəi, 

ükkəl" - deyərdilər. Dolaşa isə boğazını uzadib qanadını çırpardı: "Qa-qa-qa"... 

Sonralar Nəsib dayı bu çöllərə mal otarmağa gələrdi. Həmin bu çəmənliklərdə 

ocaq qalayıb çörək qızdırar, qırov düşəndə  əlini hovxura-hovxura dana-buzov 

dalınca qaçardı. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə