Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə46/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   42   43   44   45   46   47   48   49   ...   132

____________________Milli Kitabxana_____________________ 

138 


 

  

Necə oldusa, birdən Güləsər özünü Nəsibin qollarının arasında gördü. Nəsib 



onu sinəsina basıb yanağından öpdü. Güləsər onun üzünə bir sillə çəkdi. Nəsib 

əli üzündə dayanıb, ondan aralanan qızın dalınca baxdı. Peşman oldu. Ona elə 

gəldi ki, dünya üstünə uçdu, uşaqlıqdan ürəyində bəslədiyi ən əziz bir arzunu özü 

məhv etdi. Nəsib Xallını bir daha görə bilməyəcəyini, qızın onu ömründə 

dindirməyəcəyini düşünəndə az qaldı ürəyi partlasın. Kor-peşman evə gəldi. Üzü 

üstə döşənib yatdı. 

O axşam Nəsibin tütəyi dillənmədı. Güləsər heyəcanlanmağa başladı. 

Nəsibdən ayrılandan sonra o da peşman oldu. Bütün gecə yerin içində uzanıb 

gözünü tavana zillədi. Xəyallar, düşüncələr onun yuxusunu qaçırtdı. Səhər açıldı. 

Xallı suya getdı. Qapı-bacada hərləndi. Qaranlıq düşən kimi Tükəzbanın yanına 

gəldi. Yenə də evin dalında oturub Nəsibin tütəyinə qulaq asmaq istədilər. Lakin 

Nəsib damın üstündə görünmədi. "Görəsən, gədəyə  nə oldu? – deyə Güləsər 

düşündü. Əlim qurasun, mən onu niyə vurdum?" 

O dözə bilmədi. 

- Tükəzban, görəsən Nnsib hara gedib? 

- Heç 


hara. 

- Bəs niyə səsi-sorağı yoxdur? 

- Doğrudan, ay Güləsər, heç səsi gəlmir, - deyə Tükəzban diqqətlə 

bacılığının üzünə baxdı: - Ay qız, heç soruşmadım, dünən məndən sonra nə 

danışdınız? 

Güləsər qızardı. 

- Heç 

nə. Sən də südü bəhanə eyləyib qaçdın. 



- Yox, 

qardaşımın canı üçün, düz sözüm idi. Gedıb gördüm süd daşıb, 

hələ  sənə deməmişəm, anam süpürgəni götürüb mənə bir-iki çaldı da, hə, de 

görüm o sənə nə dedi? 

Güləsər qıpqırmızı olub başını aşağı saldı. Bunu hiss edən Tükəzban daha da 

maraqlandı: 

- Məndən söz gizlədirsən? 

And iç ki, heç kəsə deməyəcəksən? 



- Ayıb olsun, mənə inanınırsan? 

-   Yox, qorxuram. Özün bilirsən, atam xəbər tutsa, məni tikə-tikə 

doğrayar. 

- Qardaşımın canı üçün ağzımdan bircə kəlmə də qaçıtmaram. 




____________________Milli Kitabxana_____________________ 

139 


 

  

Güləsər utana-utana: 



- Üzümdən öpdü, - dedi. 

- Bəs sən neynədin? 

- Nə bilim, heç özüm də bilmədim, nə  təhər oldusa üzünə bir sillə 

çəkdim. Özü də, deyəsən, bərk vurdum. 

- Pis 

iş görübsən. Ürəyni sındırıbsan, allah bilir, indi o nə çəkir. 



Yəqin naxoşdur... 

- Doğrudanmı, ay Tükəzban? 

Onlar elə  həmin axşam gizlicə  Nəsibgilə getdilər. Nəsib həyətda təkcə 

oturmuşdu. Başını sarıyıb pencəyini çiyninə salmışdı. Qızları görəndə özünü 

itirdi. Cəsarət edib onların üzünə baxa bilmədi. Qızlar ona lap yaxınlaşanda 

özünü güclə ələ alıb başını qaldırdı. Güləsər gülümsəyirdi... Sevincindən özünü 

itirən Nəsib ancaq bircə kəlmə deyə bildi: 

- Xallı... 

Nəsibin tütəyi yenidən dilə gəldi. 

Aylar keçdi. Bir gün Nəsibi Gəncəyə kursa göndərdilər. O, getməzdən əvvəl 

Güləsərdən bir il onu gözləməsini xahiş etdi. Qız söz verdi. Ancaq... 

Nəsib kursu qurtarıb kəndə gələndə Güləsəri başqasının evində gördü... Onu 

zorla ərə vermişdilər. 

Bu hadisədon sonra Nesib baş alıb kənddən getdi. Onun sorağı çox 

uzaqlardan gəldi. Güləsər də xoşbəxt olmadı. "Uşağın yoxdur" – deyə  əri onu 

yola aparmadı. Nəhayət, neçə ildən sonra həsrətliklə bir qız tapdı Adını Zeynəb 

qoydu. Qızı ayaq tulub dil açanda Güləsər xəstələndi. Bir axşam can verərkən 

Tükəzbanı yanına çağırıb qızını ona tapşırdı. Tükəzban da bacılığının yadigarını 

öz balası kimi böyüdüb boya-başa çatdırdı. 

...Tükəzban xala yaşarmış gözlərini silib, ondan cavab gözləyən qıza baxdı. 

Dərindən köksünü ötürdü. 

- Qızım, ona hörmət elə, ata kimi xətrini saxla. Özün də görürsən, səni 

çox istəyir. Eiə rəhmətlik ananı da çox istəyirdi. O çox yaxşı adamdır, qızım... 



____________________Milli Kitabxana_____________________ 

140 


 

 

16 



 

Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları  gəzmək, 

tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə  qədər dərsə qayıtmaq 

istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, 

taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət 

yuyunmuş, indi də nazlı  gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış 

meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü. 

Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli 

kəlağayıların ucları yellənirdi.  İpək koftatar, güllü donlar adamın gözünü 

qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini 

qovurdular. 

Bağlardakı  ağacların budaqları  çəpərin üstündən aşıb yola kölgə salmışdı. 

Qızlar ağacların altından keçdikcə, çiyinlərində çal-çarpaz kölgələr oynaşırdı. 

Yolun dar yerlərində  ağacların budaqları o tay-bu taydan bir-birinə qarışmışdı. 

Yollar ala-bəzək idi, ağ, çəhrayı çıçəklər yerə səpələnmişdi. 

Nərgiz müəllimə qızlardan bir az aralı asta-asta gedir, hərdan başını qaldırıb, 

damların üstündə oxuyan sığırçınlara baxırdı. Günəşin şüaları altında parıldayan 

bu quşlar tüklərini qabardıb dimdiklərinı şaqqıldada-şaqqıldada oxuyurdular. Elə 

bil onları titrətmə tutmuşdu. Boynu göy qurşağı kimi yüz rəngə çalan sığırçınlar 

susmamış bülbüllər cəh-cəh vururdular. 

Nərgiz müəllimə  əvvəlcə  qızların dəstəsinə qoşulmaq istədi. Ancaq son 

günlər eşitdiyi söz-söhbəti yadına salanda fikrindən daşındı. Axır vaxtlar o çox 

qəribə olmuşdu. İki adam söhbət edəndə, yaxud pıçıldaşıb-güləndə dərhal ürəyi 

döyünür, sifəti od tutub yanırdı. Qıza elə gəlirdi ki, hamı ondan danışır. Get-gedə 

o, adamlardan qaçmağa çalışırdı. Nərgiz müəllimə başını qaldırıb adamların 

üzünə baxa bilmir, adamlar isə bunu başqa cür yozurdular. Kəndin 

qurtaracağında o, sola burulub cığıra düşdü. Bu çığır onu taxılların yanına, sonra 

biçənəyə apardı. Çöllərə  şeh düşmüşdü. Nərgiz müəllimənin ayaqları  və 

paltarının ətəyi islanırdı. Gözləri qamaşırdı. Tez-tez ayağının altından pırıldayıb 

uçan quşlar havada süzüb, yenə otların içində yox olurdular. Birdən lap 

yaxınlıqdakı  zəmidə bir quş oxumağa başladı. Nərgiz müəllimə dayandı, Quş 

yenə oxudu: 

 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə