Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə49/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   45   46   47   48   49   50   51   52   ...   132

____________________Milli Kitabxana_____________________ 

147 


 

 

- Dedim 



çəkərsən, İmran. Sən məni sevə bilməzsən! 

- Bəs sən necə? 

- Mənmi? 

- Mən heç nə başa düşə bilmirəm, Nərgiz. Sən nə danışırsan, axı mən səni 

niyə sevə bilmərəm? 

İmran, yaxşısı budur çıx get, nə özünə, nə də mənə əziyyət ver. 



Yalvarıram sənə, dur get. 

- Nərgiz, dedim sözümdən dönən deyiləm. Məni başa sal görək, bu nə 

deməkdir? 

- Demək, sən hər şeyi bilmək istəyirsən, eləmi? 

- Bəli! 

Nərgizin yenə fikri dağıldı, nə deyəcəyim bilməyib susdu. Lakin birdən 

qətiyyətlə ayağa durdu, kitabların arasından bir dəftər götürdü: 

Al... Ancaq məndən bir kəlmə də soruşma. 



O yenidən hönkürdü, hıçqırığını boğmaq üçün çarpayının üstünə  yıxılıb, 

üzünü yastıqda gizlətdi. 

İmran bir ona, bir də dəftərə baxdı. Qıza yaxınlaşdı. Nərgiz dik atılıb bayıra 

qaçdı. İmran bir-iki dəfə çağırdısa da, qız geri dönmədi, qaranlıqda gözdən itdi. 

Heç nə anlamayan İmran yerə düşmüş  dəftəri götürdü, qeyri-ixtiyari 

vərəqlədi... "İnsanın həyatında çox qəribə, ağlagəlməz hallar olur. Bəzən bir 

adamla iki il, üç il bir yerdə yaşayırsan, hər gün görüşürsən, lakin ona əhəmiyyət 

vermirsən, onun varlığını belə hiss etmirsən. Bəzən təsadüfi, ötəri bir görüş 

ömrün boyu yadından çıxmır... Biz onunla üç ildir ki, bir kursda oxuyuruq. Hər 

gün bir-birimizə rast gəlirik, salam veririk. O, o qədər də gözəl deyil. Qarayanız 

bir oğlandır. Gözlərindən başqa sifətində elə bir cazibədar yeri yoxdur. Bəzən 

mən ona diqqotlə baxıram, ağzının və burnunun iri olduğunu nıüşahidə edirəm. 

Amma nədənsə adama xoş gəlir, necə deyərlər, çox suyuşirin oğlandır. Xasiyyəti 

də pis deyil, ağır təbiətli cavandır. Çox danışıb-gülməz, kursumuzdakı oğlanlara 

da o qədər qoşulmaz. Amma hərdənbir zarafat edib ətrafdakıları güldürməyi 

sevir. İlk baxışda qaradinməz, bir qədər də rəsmi görünür. Hətta adama elə gəlir 

ki, o eqoistdir. Amma bir az yaxından tanış olanda tamam əksini görürsən. Mən 

də elə oldum. 

Çox qəribədir, mən onu yalnız üçüncü kursda görməyə başladım. Elə bil bu 

üç ildə o, heç bizim kursda deyilmiş. Mən onun varlığını hiss 




____________________Milli Kitabxana_____________________ 

148 


 

  

etmirdim. İndi hara getsəm, hara baxsam, onu görürəm. Min adamın içində onun 



boyunu seçirəm, səsini tanıyıram. Bizim yaxınlaşmağımız da qəribə oldu. Bir 

dəfə necə oldusa mühazirədə o mənim yanıma gəldi, böyrümdəki boş yeri 

göstərib soruşdu: 

- Oturmaq 

olarmı? 

Mən kənara çəkilib ona yer elədim. Bu üç ildə birinci dəfə idi yanaşı 

otururduq. Mən həmişə  qızların yanında olardım, o isə heç bilmirəm kiminlə 

əyləşərdi.  İkinci dərsdə  də  təsadüfən yenə yanaşı düşdük, hətta o mənə baxıb 

gülümsündü. 

- Bu 


nədir, - dedi, - bu gün bizə nə olub? 

- Bilmirəm, - deyə laqeydcəsinə cavab verdim və dönüb yanımdakı 

qızlarla söhbətə başladım. 

Bu hadisədən bir gün sonra dərsə gələndə özüm də hiss etmədən gözlərimlə 

onu axtarırdım. Hətta yanımda boş yer saxladım. O, içəri girəndə çağırmaq 

istədim. Teymur isə  mənimlə ötəri salamlaşıb qabaqda əyləşdi. O gün mən 

dərslərin axırına qədər narahat oldum. Özümün də başa düşə bilmədiyim hallar 

baş verirdi. Gah darıxır, gah kədərlənir, gah da özümü bu qədər yoldaşın içində 

tək hesab edirdim. Bu hiss getdikcə qüvvətlənirdi. Günlər ötdükcə özüm-özümü 

tanıya bümirdim. 

Artıq kursumuzdakı  oğlanları gözüm görmürdü. Onların səsi sifətlərinə 

qarışır, nəzərimdə elə bil dumana bürünürdü. Bu duman içərisində mən həmişə 

Teymurun gözlərini görürdüm. O harada otursa, mən o səmtə baxırdım, hara 

dönsə, mən də dönürdüm. Günəbaxan günəşə boylanıb boynunu əydiyi kimi, 

mən də Teymuru gözümdən qoymurdum. Bəzən evdə özüm-özümü danlayırdım. 

Axmaqlıq elədiyimi fikirləşir, bir daha onunla maraqlanmayacağıma söz 

verirdim. Ertəsi günü instituta qəti qərarla gəlirdim ki, bir də ona 

baxmayacağam, amma mümkün olmurdu. Mühazirə zamanı gözlərim yenə ona 

dikəlirdi. O isə nəinki mənimlə yanaşı oturmurdu, heç yanıma da gəlmirdi. Yenə 

əvvəlki kimi, oğlanlarla bir kənara çəkilirdi. Belə hallarda mən hirslənirdim. O 

öz soyuqluğu ilə məni yandırıb-yaxırdı. 

Axadan bir ay keçdi. Mən sınıxmağa başladım. Qızlar məndən soruşdular: 

- Nərgiz, sənə nə olub? 

- Günü-gündən niyə sınıxırsan? 

- Bilmirəm... Heç nə bilmirəm, - deyə cavab verirdim. 



____________________Milli Kitabxana_____________________ 

149 


 

  

Təskinlik tapmaq üçün gecə-gündüz roman oxumağa başladım. Tramvayda, 



tənəffusdə  də romanlardan ayrılmazdım. Ancaq mümkün olmurdu. Bəzən gecə 

yerin içinə girib kitab oxuduğum zaman bir də hiss edirdim ki, dayanmışam. 

Sətirlərin arasından baş qaldıran Teymur gözlərini mənə zilləmişdir... 

Bir gün əla oxuduğuna görə  qəzetdə onun şəklini vermişdilər. Mən həmin 

qəzeti götürdüm. Otağıma çəkildim, qapını örtüb qəzeti stolun üstünə  sərdim. 

Baxdım, baxmaqdan doymadım. Qayçını götürüb ehtiyatla şəkli kəsdim. Stolun 

üstündə, şüşənin altında cürbəcür şəkillər vardı. Onu da həmin şəkillərin arasına 

qoymaq istədim, ancaq fikrimi dəyişdim.  Şəkli kitabların birisinin arasında 

gizlətdim. Bəli, mən onu gizlətdim. Niyə? Məgər mən onu başqa  şəkillərin 

yanına qoya bilməzdim? Soruşan olsaydı, "yoldaşımdır" demək olmazdımı? Bəs 

mən onu nə üçün gizlətdim? 

O gündən həmin şəkil gecələr mənim sirdaşım oldu. 

Evdə hamı yatandan sonra kitab oxumaq bəhanəsi ilə stolun dalına keçir, 

onunla üzbəüz otururdum. Onun qaşları çatılmışdı. Boynu azacıq yana əyilmişdi, 

qıvrım saçlarından bir dəstə sürüşüb alnına düşmüşdü. Mənə elə  gəlirdi ki, 

Teymur ürəyindən keçənləri duyur. Qəsdən cavab vermir. Gecələrin necə gəlib 

keçdiyini bilmirdim. 

Bir gün dostum Leyla dərsdən sonra məndən ayrılmadı. 

- Nərgiz, heç özündən xəbərin varmı? Günü-gündən şam kimi əriyirsən, 

axı sənə nə olub? Məndən niyə gizlədirsən? 

Mən təlaşla: 

- Heç 


nə yoxdur, - dedim, - Heç nə gizlətmirəm. 

O, sınayıcı nəzərlə mənə baxdı və mənalı-mənalı başını tərpətdi: 

- Mən uşaq deyiləm. Gözünün içinə baxanda ürəyindəkiləri oxuyuram. 

Sən sevirsən! Mən birdən-birə üstünə soyuq su çilənən adam kimi dik atıldım. 

Boğazım qurudu, ağzımı açıb ona bir kəlmə  də deyə bilmədim. Leylanın 

sifətindəki narahatlıqdan gördüm ki, halım pisdir. 

O, mənim qoluma girdi. 

- Oh, 


Nərgiz, Nərgiz, - deyə məzəmmətedici ahənglə səsləndi. 

Bulvara getdik. Skamyada oturduq. Mən gözümü dənizə zilləmişdim. Sərin 

külək əsir, ləpələr bir-birini qovurdu. 

Mən ürəyimdə qövr eləyən sirri artıq saxlaya bilmədim. Hər  şeyi Leylaya 

danışdım. O gündən biz sirdaş olduq. 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə