____________________Milli Kitabxana_____________________
156
- Mənəm, - dedi.
- Bəs bu nədir, ay Yasəmən, belə də pambıq becərərlər? Alaq qurşağa
çıxır.
- Nə qayırım, - arvad yanıqlı-yanıqlı səsləndi, - gətirib tullayıbsınız
meşənin ortasına, nə traktor var, nə də kultivator. Kətmən vurmaqdan
yorulmuşuq.
Doğrudan da pambığın yavaş-yavaş çiçək açmasına baxmayaraq, hələ
kətmənləmə qurtarmamışdı. İmran kolların dibini yoxlayıb şaxlara baxırdı.
Torpaq daş kimi idi. Cərgələrin arası isə yetmiş santimetr idi. O, başını bulayıb
manqabaşçısına baxdı.
- Bəs niyə seyrəltmə aparmayıbsınız?!
- Dərdin alım, kimdi bizə baxan? Nə qədor çalışdıqsa, Kazım razı olmadı.
Elə Kosaoğlu özü də onun tərəfini saxladı. Dedi bura xam topaqdır, heç nə lazım
deyil. Üstəlik bizi tovladı ki, buranın pambığını yığıb-yığişdıra bilməyəcəksiniz.
Amma işin təhərindən görürəm ki, zəhmətimiz hədər gedəcək.
- Kazım buralara gəlirmi?
- Gəlir, niyə gəlmir, - deyə Yasəmən cavab verdi və Nəsib dayını bir
kənara çəkdi. - O gün Kosaoğlu da gəlmişdi. Pambığa baxdılar. Sonra
Qarabulağın üstünə getdilər. Beş-altı dənə qırqovul vurmuşdular.
Nəsib dayı daha heç nə soruşmadı. Arvaddan aralanıb, pambığın içində
dolaşan İmranı səslədi.
-
Gördün bunlar başımıza nə oyun açıblar? - Nəsib dayı yola düşəndə
hirsli-hirsli sözə başladı. – Kəndə çatan kimi təftış komissiyasının sərdini,
briqadirlərdən birini, bir də bizim komsomol Həsəni götürüb geri qayıdarsan.
Yeri ölçüb akt bağlayarsan.
Onlar idarənin yanında ayrıldılar.
...Elə həmin gecə əhvalatdan xəbər tutan Kazım özünü Kosaoğlunun yanına
saldı.
- Qurban
qağa, amanın bir günüdür, qoyma akt bağlasınlar. O, nəfəsi
tutula-tutula əhvalatı danışdı. Kosaoğlu təşvişə düşdüsə də, özünü sındırmadı.
- Get
işində-gücündə ol, hay-küy salma. Özüm hər şeyi düzəldərəm.
Kosaoğlu o gecə səhərə qədər yerin içində çöyrükdü. "İndi mən neyləyim?
İmrana bir söz demək olmaz. Ona baxanda yenə Nəsib yaxşıdır. Köhnədən bır
yerdə işləmişik, tay-tuşuq. Bəlkə o, sözümə baxdı. Bircə bu zəhrimar pambığın
üstünü basdırsaq, hər şey düzələrdi.
____________________Milli Kitabxana_____________________
157
Məsələ böyüyüb bir də yuxarılara gedib çıxsa, bütün rayonda biabır olaram.
Bəs Nəsibi necə yola gətirim? Gedib desəm ki, ay Nəsib, bu işin üstünü vurma,
mənim xətrimə keç, onda necə olar? Deməzmi ki, hərif qorxur? Yox, yox, mən
Kosaoğlu Qurban onlara boyun əymərəm. Bes necə olsun?"
O, bu cür düşüncələr içində səhərəcən yata bilmədi. Səhər tezdən isə idarəyə
yollandı. Partiya tsşkilatçısının kabinetinə çatanda dayanıb gözlədi. Boğazını
arıtlayıb qapını açdı. Nəsib dayı onun salamını çox könülsüz aldı. Kosaoğlu stul
çəkib oturdu. Pencəyinin cibindən qutunu çıxarıb arxayın-arxayın papiros eşdi.
- Eşitdiyimə görə, dünən o taya gedibsənmiş.
- Sənin əməllərinə baxmağa getmişdim.
- Mənim niyə olur, elə sənin də əməlindir. Sabah bir şey olanda kolxoza
məndən qabaq sən cavab verəcəksən, elə deyilmi, yoldaş siyasi rəhbər? Odur ki,
adam bir şey görəndə məsləhətləşər.
- Səninki məsləhətdən keçib.
-
Bax, bu olmadı. Uşaq ha deyilsən. Bir iş görəndə adamdan soruşarlar.
Yoxsa bu nədir? Kolxozun sədri mənəm, heç nədən xəbərim yoxdur. Amma siz
özbaşına qəmisiyə düzəldirsiniz, akt bağladırsınız.
Biz də bir kişiyik, ya yox, kolxozun işini mən də bilsəm olmazmı?
- Sən bu işləri çoxdan bilirsən, - deyə Nəsib dayı sakitcə cavab verdi. - O
yerləri ki, özün əkdiribsən...
-
Əvvəla, bu işdən mənim xəbərim yoxdur. İkincisi də, sən ora gedəndə
gərək İmranı yox, məni aparaydın. - O, İrəli əyilib səsini alçaltdı. - Ə, bu
kolxozun yiyəsi sənlə mənəm. Gərək sirrimiz də bir olsun. Yoxsa İmran nə
uşaqdır ki, onunla əlbir olursan? Sabah bir iş olsa, sənin dalında mən duracam
ey, mən!... Nəsib dayı Kosaoğlunun qızarmış sifətinə baxıb üzünü turşutdu. -
Yaxşı, de görüm nə istəyirsən? - Aktı ver görüm, orda nə yazılıb. - Komissiya
gələndə biləcəksən. Özün də qol çəkəcəksən!
- Düz
şeyə niyə qol çəkmirəm?! O yeri kim əkdiribsə, cəza da verərik.
-
Əlbəttə vcrəcəyik. Birinci cəzanı sən alacaqsan!
- Nədən ötrü?
- Kolxozun
idarə heyətinin qərarına iabe olmaq istəmədiyin üçün.
-
Ə, nə kolxoz, nə idarə heyəti?! - deyə Kosaoğlu səsini ucaltdı.
____________________Milli Kitabxana_____________________
158
- Kazım o yeri özbaşına əkməyib, Kosaoğlu! Qurban qağası deməsəydi, o
bu qələti eləməzdi.
-
Ə, sən nə təhər adamsan? Sənə dedim mənim xəbərim yoxdur. Bu saat o
Kazımın atasun dalına şələləməsəm, məndən pis adam yoxdur!
Kosaoğlu ayağa durdu, qapıya yaxınlaşıb üzünü həyətdə dayananlara tutdu.
-
Ə, görün o Kazım ölmüş buralarda varmı?
O, geri qayıdıb yerində oturmamış, Kazım özünü içəri saldı.
- Nə deyirsən, Qurban qağa?
- Canına dərd deyirəm, boğazına boğma! Ə, gərək elə həmişə sənin
üstündə başımız ağrısın? Ə, nə özbaşınalıq eləyirsən? Sənə kim demişdi ki, gedib
meşədə pambıq əkibsən? Səni adam yerinə qoyanda gərək boynumuza minəsən?
Utanmaz!.. Təqsir məndədir ki, sənin kimi axmağı briqadir qoymuşam. Səndən
briqadir-zad olmaz. Di rədd ol burdan!
- Qurban
qağa...
- Kəs səsini, haramzada! Sənin burada qağan-zadın yoxdur! İtil
gözümdən!
Kazım Kosaoğlunun özündən çıxdığını gorüb dinməz-söyləməz idarədən
getdi. Qurban bir xeyli otaqda gəzindi. Papirosunu yanıqlı-yanıqlı sümürüb atdı.
Sonra Nəsib dayı ilə üz-üzə oturdu.
- Beləsini adam yerinə qoyursan, sonra da səni biabır eləyir. Əslinə
baxsan, sən düz deyirsən, gözündən boğazlanası haramzadadır.
İstəyirsən, elə bu saat briqadirlikdən qovaq, getsin işinə.
- Onu
qovmaqla
hər şey düzələcəkmi?
- Niyə düzəlmir?
- Bəs əkilən pambıq?
- Eh,
rəhmətlik oğlu, ona nə var! Beş on hektar yerdir, heç bır yazı-
pozuya da düşməyib, elə billik, heç əkməmişik. Kim nə bilir bizim meşədə
pambığımız var?
- Bəs öz vicdanın?
-
Ə kişi, qoy görək sən də!.. Nə vicdanbazlıqdır?! Bir də, balam, artıq yer
əkiləndə hökumətə nə zərər olur?
- Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən
ki, hökuməti aldadıb gözdən pərdə asmaq ən böyük cinayətdir?!
-
Ə, qanmaz ha deyiləm, niyə başa düşmürəm? Mən dedim hazır
pambıqdır, əkilib, qoy dursun, indi ki razı deyilsən, sabah bir çeteze göndərərəm.
Hamısını alt-üst elər.
Dostları ilə paylaş: |