Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə51/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   47   48   49   50   51   52   53   54   ...   132

____________________Milli Kitabxana_____________________ 

153 


 

  



Teymur, de görüm... azacıq da olsa məni sevirsənmi? 

O dönüb üzümə baxdı. Gözlərindəki ifadə  məni sarsıtdı. Mən orada 

mərhəmət oxudum. Bəli, gözlədiyim sevgi əvəzinə mərhəmət! Başa düşdüm ki, 

Teymurun mənə yazığı gəlir, dərdimi yüngülləşdirmək istəyir. 

- Sənin daha xoş dəqiqələrin olacaq, Nərgiz! 

- Mən bir də heç kəsi sevə bilməyəcəyəm. 

- Sevəcəksən! - deyib ayağa durdu. 

Evimizin yanında ayrılanda Teymur mənimlə daha açıq danışdı: 

- Gəl bu gündən dost olaq. Hər şeyi unudaq, bir daha bu cür görüşməyək. 

Onun dediyi kimi də oldu. Biz bir daha görüşmədik. Ancaq mən sakitləşən 

kimi oldum. Gecələr rahat yatdım. Elə bil bu görüşümüz mənə ürək-dirək verdi. 

Dövlət imtahanını da pis qurtarmadım. Axırıncı itntahandan çıxanda Teymur 

mənə yaxınlaşıb əlimi sixdı, təbrik etdi. 

Biz ayrıldıq. 

Mən ata-anamın etirazına baxmayaraq kəndə  gəidim. Burada sakit 

dolanacağımı  qət etdim. Ancaq olmadı. Qəlbim sözümə baxmadı.  İndi də 

başqası..." 

İmran axırıncı  vərəqi çevirdikdən sonra xeyli hərəkətsiz dayandı. Qəmli bir 

hekayə oxumuş kimi mütəəssir oldu. Yavaşca  əlini cibinə apardı, papiros 

götürdü, barmaqları arasında xeyli saxladı, sonra damağına alıb ayağa durdu. 

Onun gözləri bir nöqtəyə zillənmişdisə  də, heç nə görmür, beç nə düşünə 

bilmirdi. O sarsılmışdı.  İmran kibrit axtardı, tapmadı. Stolun üstündə yanan 

lampanı təzəcə görümıüş kimi oldu. Piltəni yuxarı qaldırıb papirosunu yandırdı. 

Bir nəfəsə yarıya qədər sümürdü. Otağı duman bürüdü. O, qutudan bir papiros da 

götürdü. Yalnız bu zaman sol ovcunda sıxdığı kibrit gözünə  dəydi. Başını 

bulayıb dəftəri də  vərəqlədi. "Belə..." deyib köksünü ötürdü. Qaşqabağını 

sallayıb, asta-asta pilləkəni endi, otların arasında qıvrılan nazik cığıra düşdü. 

Arxın üstündəki balaca körpüyə  qədər getdi. Ayna kimi parıldayan su onun 

gözlərini oxşadı.  İmran dayandı. Suda ulduzlar sayrışırdı, topa-topa buludları 

yaran ay qaçırdı. İmrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir, 

yol vermək istəmir, ay isə  çırpınıb gah buludlara baş vurur, gah qılınc kimi 

sıyrılır, gah da duman içində görünməz olur. 




____________________Milli Kitabxana_____________________ 

154 


 

  

Harada isə qurbağa quruldadı. Yaxındaki çinarın başında anadil ötdü. Kəndin 



qurtaracağında bir başqası ona cavab verdi. İmran bu səslərdə bir qəriblik, 

yalqızlıq və şikayət duydu. 

İmran papirosunu kötüyünə qədər sümürüb atdı. 

Körpüdən aralandı, klubun qabağından keçib evlərinə yollandı. Ayaqları 

dalınca sürünsə də, geri donmədi. Evlərinin yanına qədər bu cür səssiz-səmirsiz 

getdi. Ancaq orada dayandı, papiros qutusunu açdı,  əlinə heç nə  gəlmədi. 

Çəpərin dibinə atılan papiros qabı ağardı. 

Birdən o sanki yuxudan ayıldı.  Ətrafina boylandı. Bəs Nərgiz necə oldu? 

Hara getdi? 

İmran vahimələndi, ağlına pis fikirlər gəldi. "O cür qız hər nə desən eləyər". 

O, geri döndü. Döngələri necə burulduğunu çəpərlərdən necə aşdığını, körpünü 

nə vaxt keçdiyini bilmədi. Qapını taybatay açıb içəri girdi. Otaq bomboş idi. 

- Nərgiz!.. - deyib çağırdı. Səs verən olmadı. Bayıra çıxdı. Yenə çağırdı. 

Heç kəs cavab vermədi. İmran başı alovlu bağa qaçdı. Ağacların dibini axtardı. 

Hər tərəfb göz yetirdisə də, Nərgizdən cavab çıxmadı. O, arxın yaxası ilə yuxarı 

qaçdı. Çiçəklənmiş iydə kollarının dibində dizlərini qucaqlayıb arxın suyuna 

baxan Nərgizi gördü. Ürəyi sakitləşmək  əvəzinə daha şiddətlə döyündü. Qızı 

ürküdüb qaçıracağından ehtiyat edirmiş kimi asta addımlarla ona yaxınlaşdı. 

Nərgiz yerindən tərpənmədi. İmran onun yanında oturdu. Bir neçə saniyə nə 

deyəcəyini bilmədi. Sonra əlləri yavaş-yavaş qalxdı. Nərgiz çiynində ağırlıq hiss 

edib diksindi. Dönüb İnıranın üzünə baxdı  və birdən başını onun köksündə 

gizlətdi. 

İmran... 



- Heç 

nə lazım deyil. 

- Axı... 

İmran qıza imkan vermədi, onun başını sinəsinə daha bərk sıxdı. Hava elə 

gozəldiki... 

 

18 



 

Onlar idarədən birgə  çıxdılar. At tövləsinin yanında Nəsib dayı  İmranın 

qolundan tutdu. 

- Getmə, səninlə işim var. 

İmran onun arxasınca tövləyə girdi. 



____________________Milli Kitabxana_____________________ 

155 


 

  

Bir azdan atlanıb yola düşdülər. Kənddən çıxandan sonra Nəsib dayı atın 



başını döndərib, Alagöz çayına doğru uzanan cığıra saldı.  İmran atını onunla 

yanaşı sürdü. O, gözlərini partiya təşkilatçısının tutqun sifətindən ayırmasa da, 

heç nə soruşmurdu. Gözləyirdi ki, Nəsib dayı sözü açsın. Lakin İmran səbr edə 

bilmədi. Dərəyə enib çayın sahilinə çatanda soruşdu: 

- Biz 

hara 


gedirik? 

Nəsib dayı yüyəni boşaltdı. At çayın daşlarını  şaqqıldadaraq dərinə girdi, 

dodaqlarını suya yapışdırdı. Sonra başını qaldırıb o taya baxdı  və  bərkdən 

kişnədi. Nəsib dayı cilovu yığışdırdı va ancaq bu vaxt İmrana cavab verdi: 

- Pis 

işləyirik, bala, çox pis işləyirik. Kolxozda otururuq, ancaq işimizdən 



xəbərimiz yoxdur. 

- Axı nə olub? 

- Nə olacaq, Kosaoğlu yenə bildiyini eləyib, meşədə artıq yer əkdirib. 

İmran təəccüblə qaşlarını çatdı. Nəsib dayı  kəhəri məhmizləyib qabağa 

düşdü. At özünü suya salıb qulaqlarını  şəklədi və  fınxıra-fınxıra üzdü. İmran 

atını bir az aşağıdan sürdü. Onlar qarşı sahildə yenə birləşdilər. Atların islanmış 

yanbızları parıldayırdı.  İmranla Nəsib dayı suya batmışdılar. Lakin yayın isti 

havasında bu, onlara xoş gəlirdi. 

Meşənin dərinliyinə gedən cığıra düşəndə  Nəsib dayı atın cilovunu buraxıb 

papiros yandırdı və sözünə davam etdi: 

- Mən bunu ancaq bu səhər eşitmişəm. 

İmran elə  əsəbiləşmişdi ki, nə oxuyan quşların səsini, nə  də meşənin 

xışıltısını  eşidirdi. Başqa vaxt olsaydı, dayanıb iri palıd ağaclarına, baş-başa 

verən qoca qovaqlara doyunca tamaşa etməmiş keçməzdi. Ancaq indi onun 

gözləri atın yalına zillənmişdi. 

Onlar talada əkilmiş panıbıq sahəsinə çatdılar. Kollar xeyli qalxmışdı. Bir 

dəstə qadın alaq vururdu. Nəsib dayı ilə  İmran tarlanın kənarındakı palıdın 

yanında düşüb atları ağaca bağladdar. Qadınların yanına getdilər. 

İşiniz avand olsun, - deyə Nəsib dayı işləyənləri salamladı. 



Ömrün uzun olsun. Axır ki, bizi də yada saldınız. 

Nəsib dayı bu sözdən tutulsa da, üstünü vurmadı. 

- Manqabaşçınız kimdir? 

Yaşlı bir qadın: 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə