Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə59/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   55   56   57   58   59   60   61   62   ...   132

____________________Milli Kitabxana_____________________ 

177 


 

  

İmran stəkandakı suyu başına çəkib aşağı endi. 



Heç kəs danışmırdı. Kosaoğlu çox əsəbiləşmişdi. O, vəziyyətdən çıxmağa 

çalışırdı. Nəsib dayı camaatın məsələləri düzgün başa düşdüyünə sevinirdi. 

İclasın axırında o: 

- Mən çox danışmayacam; - deyə sözə başladı, - nöqsanlarımız çoxdur. 

Özü də  hər sahədə. Ancaq mən bircə  məsələdən - artıq  əkilən pambıqdan 

danışacam. Mən iclasın adı ilə Kosaoğlundan soruşuram: meşədə pambıq 

əkilməsnıə kim icazə verib? 

- Artıq yer əkilmişdi, akt bağlanıb plana qatdıq, daha nə istəyirsən? 

- Mənə müqəssir lazımdır. 

- Lazımdır, axtar tap. 

- Taparıq, - deyə  Nəsib dayı cavab verdi, sonra qabaq cərgədə oturan 

briqadirə müraciət etdi: - Kazım, de görək sən nə ixtiyarla, nə məqsədlə gizlicə, 

plandan əlavə yer əkibsən? 

Kazım yavaş-yavaş ayağa durdu. Əvvəlcə gözünü Kosaoğluna dikdi. Onun 

sərt baxışlarını görüb prokurorun üzünə baxdı. Nəsib dayı sualını bir də  təkrar 

edəndə Kazım diksindi. Kim isə söz atdı: 

- Məqsədi geroy olmaqdır. 

- Qurban 

qağası arxasında durandan sonra niyə olmur? 

Camaat güldü. Bu gurultudan Kazımın qulaqları cingildədi. O yenə dönüb 

Kosaoğluna baxdı və birdən, heç gözlənilmədən gur səslə: 

- Özüm 


əkmişəm! - dedi. - Lazım bilmişəm,  əkmişəm, heç kəs mənim 

işimə qarışa bilməz. 

Kazım, Kosaoğlu olan yerdə ürəklə danışmağa adət etdiyindən, indi də iclası 

saymadı. Onun briqada üzvləri söz alıb danışmağa başladılar. 

Kazım döyükür, az qalırdı gözü ilə Kosaoğlunu yesin. Kosaoğlu Kazımın 

baxışlarındakı təlaşı aydınca sezirdi. Lakin bu saat o, öz başının hayındaydi. 

- Artıq yer əkib, özü də cavab verər, - deyə o, məsələyə yekun vurmaq 

istədi. 


Yox; Qurban, - Nəsib dayı ona cavab verdi. - Bu işə  səninlə  mən də 

cavab verməliyik. Rayon təşküatları hamıdan  əvvəl bizdən baqq-hesab 

soruşacaq. 

- Məni heç nə qorxutmur. Cavab taparıq. 

- Elə o pisdir ki, həmişə  işin altından çıxmağa çalışırsan, iş görmək 

istəmirsən. 



____________________Milli Kitabxana_____________________ 

178 


 

  



Ə, nə  iş görəcəm? Mən Kazımın  əvəzinə cavab verəcəm? Özbaşınalıq 

eyləyib, canı çıxsın, cəzasını çəksin. 

Kazım eşitdiklərinə inanmaq istəmirdi. O, Kosaoğlundan kömək gözlədiyi 

halda, Qurban qağası onun arxasından qaçırdı. Nəsib dayı ayağa durub: 

- Yoldaşlar, mənim təklifim budur ki, Kazım briqadirlikdən çıxardaq, - 

dedi. 


- Düzdür! 

- Özünü 


də məhkəməyə!.. 

Əvəzinə Zeynəb briqadir olsun. 



Ə, Zeynəb bacararmı? 

- Zeynəb yüz Kazım kimi başı papaqlıdan qeyrətlidir! 

- Təklifi səsə qoyun. 

Kosaoğlu yerlərdən deyilən bu sözlərə qulaq asıb fikrindən daşındı. Kazımı 

müdafiə etsə gülünc vəziyyətə düşəcəyini duydu. Özünü itirən Kazıma gözünü 

ağartdı. 

Nəsib dayı  təklifləri səsə qoydu. İclas Kazımın vəzifədən azad edilməsini 

qərara aldı. Nəsib dayı iclası yekunlaşdırmaq istəyirdi ki, Kazım yerindən top 

kimi atıldı. 

- Yoldaş partkom, demokratiyanı niyə pozursunuz? Bəs mənim təklifim 

necə oldu? Kərim kişini kolxozdan çıxartmaq lazımdır! 

- Onun 

əlində qocalıq kağızı var. 



- Yalandır. O kağızı verən həkim heç nə qanmır - deyə Kosaoğlu qəzəblə 

qışqırdı. - Səsə qoy! 

Nəsib dayı bu məsələnin heç yeri olmadığını bilsə də, Kazımın təklifini səsə 

qoymağa razı oldu. O, Kosaoğlunu başa salmaq istəyirdi ki, kəllə-kəlləyə gəlmək 

olmaz. 

Təklif səsə qoyulanda zalda elə sakitlik oldu ki, milçək uçsaydı səs eşidilərdi. 



Kosaoğlu ayağa durdu. Yuxarı qaldırılan  əlləri saydı. Onun rəngi ağardı. 

Hirsindən dodağını çeynədi. Kərim kişinin  əleyhinə yalnız on beş adam əl 

qaldırmışdı. 

Nəsib dayı dedi: 

- Keçirəm o biri təklifə. 

- Hansı təklifə? 

İmran kolxozda qalsın, yoxsa getsin? 



Kosaoğlu yenə ayağa durdu. Təklifinin yerə düşəcəyini hiss edib sözünü 

dəyişdi: 

  



____________________Milli Kitabxana_____________________ 

179 


 

- Camaat, 

İmran məsələsini səsə qoymaq lazım deyil. Amma mən bu 

iclasda açığını deyirəm. Kəndimizdə mənim əleyhimə qruppa var. 

Ancaq onu bilin ki, mənə heç kəsin dişi batmayacaq. Qoy hamı bilsin ki, bu 

kəndin kolxoz sədri mənəm, mən də hər şeyə cavabdehəm. Sabah bir iş olanda 

nə Nəsib, nə də İmran qabağa duracaq. Madam ki, belədir, heç kəs mənim işimə 

qarışmasın.  İndiyə  qədər mən üzüyumşaqlıq eləmişəm, bundan sonra kolxozun 

işinə mane olanlara divan tutmaq mənim boynuma! - O, içini arıtlayıb, çiyninə 

saldığı kürkünün yaxasını düzəltdi və  məğrur bir görkəm aldı. Nəsib dayının 

sifətində güclə seziləcək bir kinayə əmələ gəldi. 

- Başqa bir təklif yoxdur ki? 

- Onda 

icazə verin iclasımızı qapalı hesab edək. 



Camaat evə dağılanda gecə yarıdan keçmişdi. 

 

* * * 



 

Şoferin yanında  əyləşən prokuror qaşqabaqlı halda papiros çəkirdi. O, 

iclasdan narazı qalmışdı. Ürəyində öz-özünü danlayırdı: "Kosaoğlunun sözünə 

baxıb kəndə nahaq gəldim. Bundan sonra camaat arasında mənim nə nüfuzum 

ola bilər?.." 

O, kəndə gələndə elə zənn etmişdi ki, rəyasət heyətində görunən kimi camaat 

qorxuya düşəcək, "prokurorun sözündən çıxmaq olmaz" - deyə onunla 

hesablaşacaq. O, isə arabir söz atacaq, iclasın gedişinə istiqamət verəcək. 

beləliklə hər şey qaydaya düşəcək, Kosaoğlu istədiyi adamları əzəcəkdir. Lakin 

prokurora məhəl qoymadılar. 

Arxada, Kazımla yanaşı oturan Kosaoğlu da fikirli idi. O da özünü danlayır, 

işləri yaxşı qura bilmədiyinə heyfsilənirdi. "Mən bu dağı sinəmdə qoymaram. 

Onları bircə-bircə  dənləmək mənim boynuma. Sən bir o Nəsibə bax, xəlvəti iş 

görür, ayağımın altını eşir, başına adam toplayır. Gör nə günə qalmışam ki, lüt 

Kərim də mənim üstümə ayaq alır! Yox, Kosaoğlu, bu işi belə qoymaq olmaz. - 

O,  şoferin yanında dinməz-söyləməz oturan prokurora baxdı. - Bu niyə 

mısmırığını sallayıb? Ozünü də elə çəkir, deyəsən qırx eşşəyi sağına gəlir. Evə 

də getmir. Eh, neyləyim, əlacım yoxdur. Yoxsa heç sənin üzünə də tüpürmərəm". 

Əsədov bu rayona təyin ediləndən sonra Kosaoğlunu ələ keçirmək üçün xeyli 

fikiriəşmişdi. "Yağlı sədrə oxşayır. Onu bir təhər cəngimə 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə