Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə56/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   52   53   54   55   56   57   58   59   ...   132

____________________Milli Kitabxana_____________________ 

168 


 

  

Beş  dəqiqə keçməmiş yaxındakı  məktəbdən skamya, stul gətirdilər. Qapıda 



dayananlar içəri doluşdular. 

İclas başlandı. Nəsib dayı camaatı sakitləşdirdi. Birinci Kosaoğlu danışdı. O, 

asta-asta xitabət kürsüsünə yaxınlaşdı. Zəhmli baxışlarla camaatı süzdü. Pıçıltılar 

kəsildi. 

- Camaat! 

İndiyə  qədər "İyirmi altılar" kolxozunu hamı  tərifləyib. 

Rayonda planı hamıdan əvvəl biz doldurmuşuq. Adımız-sanımız olub. 

Amma indi adımızı batıranlar, kəndə çaxnaşma salanlar var. Kolxozumuzu 

geri çəkənlər var. Camaatı ac qoymaq istəyənlər var. 

O, bir az dayandı. Cərgələrə göz gəzdirib sözünün təsirini yoxladı. 



-  Özünüz gördünüz ki, səpində az qala biabır olmuşduq. Hamınız 

şahidsiniz ki, mən hər il əkini də, səpini də yerinə yetirmişəm.  Amma  bu  il 

geridə qalmışıq, səbəbi nədir? - O, son sözləri daha da ucadan deyib susdu. Ani 

olaraq zalı süzdü, - səbəbi odur ki, bəzi adamlar iş görmək  əvəzinə  kəndə 

çaxnaşma salır. Partiyamızın tapşırığını yerinə yetirməyə qoymur. Qabağımıza 

kötük dığırlayır. Hökumətimiz hər işdə qabaqda olmağı bizdən tələb edir. Əgər 

biz yaxşı işləməsək, planı doldurmasaq, hökumət yanında üzümüz ağ olarmı? 

Əlbəttə yox, - deyə yerlərdən dilləndilər. 



Əkin zamanı  işi pozmaq istəyənlər oldu, qoymadım. Səpində  də 

çaxnaşma saldılar. Yenə dinc dayanmırlar.  İçərimizdə texnikanın  əleyhinə 

olanlar var. Belə getsə, işlərinüz tökülüb qalacaq. 

- Kimdir 

onlar? 


- Sədrlik eşqinə düşənlər.  Əgər lazım bilsəniz, mən sədrlikdən gedə 

bilərəm. Ancaq yadınızdan çıxartmayın ki, mən neçə ildir əziyyət çəkib kolxoz 

düzəltmişəm. Dar gündə sizi saxlamışam. 

- Biz 


səni buraxmırıq, Qurban qağa, - deyə Kazım xırıldadı. 

- Kolxozu 

başsız qoymaq olarmı? - deyə kim isə ona səs verdi. 

Bunlardan ürəklənən Kosaoğlu səsini daha da ucaltdı. 

- Mən sizin pis günə düşməyinizi istəmirəm. 

Rəyasət heyətində oturan prokuror gözucu Nəsib dayını,  İmranı süzüb 

gülümsündü. Nəsib dayı isə adəti üzrə, sakitcə oturub: "Gör hardan yapışır, 

camaatı nə ilə öz tərəfinə çəkmək istəyir, - deyə düşünürdü, - dostum deyəsən bu 

iclasa möhkəmcə hazırlaşıb". 

Kosaoğlu davam edirdi: 

...Sizi bura çağırmaqda məqsədim odur ki, həmişə adamları tapıb 



kəndimizdən qovaq. Bizə demaqoqlar, çaxnaşma salanlar lazım deyil- 

  



____________________Milli Kitabxana_____________________ 

169 


 

 - Kosaoğlunun səsi daha da ucaldı, - mən razı olmaram ki, belələri işimizə 

əngəl törətsin! 

- Axı kimdir onlar, yoldaş sədr? - deyə yerdən soruşdular. 

Kimdir? Biri bax bu Kərim kişidir.  İşi-gücü kolxoz rəhbərliyinin 



əleyhinə danışmaqdır. Ağzını açanda deyir "düzgünlük yoxdur". Əslinə baxsan, 

düzgün olmayan özüdür. İşləmir, həm də texnikanın  əleyhinə gedir. O biri də 

İmrandır. Gedib üç-dörd il oxuyub, indi özündən yüz oyun çıxardır. Mən 

deyirəm, gərək bu il kolxozumuzda beş-altı geroy olsun, o deyir yox, biz 

geroyluq üçün çalışmırıq. Açıq-açığına gözü götürmür, yoldaşlar. Amma mənə 

də Kosaoğlu deyərlər. Kolxozumuzu dağıtmağa heç kimi qoymaram. Uşaq ola-

ola bizə  ağıl öyrəmək istəyir. Gəldiyi beş ay deyil, aləmi bir-birinə qatıb, hələ 

mən onun arvad-zad məsələsini demirəm... 

Kosaoğlu çox danışdı. Axırda təklif etdi kİ, İmranı aqronomluqdan çıxartmaq 

lazımdır. 

O, sözünü qurtarıb yerində oturmaq istəyirdi ki, Nəsib dayı sual verdi: 

İmranı işdən götürsək, məsələlər düzələcəkmi? 



Kim isə yerdən söz atdı: 

- Niyə düzəlmir, sədrin əl-qolu açılar. 

Kosaoğlu cavab vermədən, keçib yerində  əyləşdi. Nəsib dayı camaata 

müraciət etdi: 

- Danışmaq istəyən varmı? 

Bir dəqiqə heç kəs dinmədi. Hamı bir-birinin üzünə baxdı. Görünür, qabağa 

düşməyə cəsarət edən yox idi. Nəsib dayı sualı bir daha təkrar edəndə Kərim kişi 

dilləndi: 

- A 

dərdin alım, a sədr, mənə söz ver. 



O, ayağa durdu. Çəliyinə dirənə-dirənə qabağa keçdi. Üzünü camaata çevirdi. 

Ancaq Nəsib dayı onu xitabət kürsüsünə  dəvət etdi. "Bir də orayamı  çıxım", - 

deyə Kərim kişi gülümsündüsə də, sədrin sözünü yerə salmadı. 

- Kosaoğlu burda dedi ki, guya mən texnikanın  əleyhinəyəm. Mən də 

boynuma alıram. Mən texnikanın yox, bircə maşın var, adı da kombayndır, bax 

onun əleyhinəyəm. 

-  

Demək camaatın taxılını çöllərdə qoymaq istəyirsən? Kombayn olmasa, 



taxılı kim biçər? - deyə Kosaoğlu yerindən dilləndi. 


____________________Milli Kitabxana_____________________ 

170 


 

  

- Bir 



sözümə axıra qədər qulaq as, sonra danış, - deyə  Kərim kişi ona 

cavab verdi və üzünü camaata tutdu. - Dərdinizi alım, mən demişəm kombayn 

pis maşındır. İndi də deyirəm. Çox pis maşındır. 

Yerdən səs-küy qopdu: "Sən başa düşmürsən!", "Keç otur yerində!" 

"Vaxtımızı alma!", "Kişinin sözünü yarımçıq kəsməyin". 

Nəsib dayı  əlindəki qələmi su qabına döydü. Hamının sakitləşdiyini görən 

Kərim kişi gülümsündü: 

- Axı heç soruşmursunuz, niyə pis maşındır? 

İmran maraqlandı: 

- Kərim dayı, de görək, doğrudan da, kombayn niyə pis maşındır? 

Mən belə sözü birinci dəfə eşidirəm. 

- Bu 


saat, 

dərdin alım, - o, əlini irəli uzadıb bir-bir barmaqlarını 

qatlamağa başladı. - Bax, kombayn taxılı goydə biçir, göydə döyür, göydə 

sovurur, göydə  də kisələrə doldurub anbara göndərir. Belədırmi? Ay sağ ol. 

Amma bilmirom nədənsə taxıl anbarda torpağa dönür, yarıdan çoxu torpaq olur. 

Mən başa düşən, taxılı torpağa döndərən kombayndır. Kombayndan başqa taxıla 

kim torpaq qata bilər? Amma mən bircə şeyi başa düşə bilmirəm, kombayn bu 

torpağı hardan alır? 

Taxılı goydə biçir, göydə döyüb sovuıur, taxıl yer üzü görmür, ancaq torpağa 

dönür. Demək, kombayn pis maşıdır. 

O susdu. Camaat da dinmədi. Lakin birdən-birə klubu gülüş səsləri bürüdü. 

Kim isə yerindən dilləndi. 

- Kərim dayı, kombaynda nə günah var, torpaq məsələsini anbardardan 

soruş, o, yaxşısını bilər. 

- Mən bunu bilirəm, a bala, qoy görək Kosaoğlu da bilirmi? 

Bura bax, - deyə Kosaoğlu qışqırdı, - nə lağlağı danışırsan, camaatı niyə 



ələ salırsan? 

- Camaatı mən yox, sən ələ salırsan, ay Kosaoğlu. Sən burda hədə-qorxu 

gəlincə, işimizdən damşsaydın yaxşı olardı. 

- Nə iş? 

İşmi? iş çoxdur. Əgər istəyirsən mən deyim, sən qulaq as. 



- Kərim kişi üzünü yenə camaata tntdu. - A başınıza dönüm, məni 

qınamayın, ürəyim doludur. Ona görə sizə başağrısı verırəm. Özünüz bilirsiniz 

ki, belə iclas xeyli vaxtdı olmurdu. İndi ki dərdim açılıb, hamısını deyəcəm. 

Bizim Kosaoğlu elə plan deyib durur, heç camaatın dərdinə qalmır. Nə vaxtında 

pul alırıq, nə  də taxıl paylayır. Heç bilmirsən bizim dövlətimizi kim alıb, kim 

satır. 


 


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə