____________________Milli Kitabxana_____________________
174
İmrandan qabaq traktorçu Əli dilləndi:
- Düzdür,
mən özüm bu işin şahidiyəm.
- Bax,
mən bu cür qəhrəmanlığı istəmirəm, yoldaş Kosaoğlu.
-
İstəmirsən, istəmə. Elə bir-ikisi səni geroyluğa təqdim edirdi.
- Sənin kimilərinin təqdimi də lazım deyil. Amma bir yolluq başa düş,
daha bəsdir, əvvəlcə öz gözündəki tiri gör, sonra xalqın gözündə tük axtar.
Kosaoğlu özündən çıxmışdı. Hirsindən az qalırdı stolun üstündəki qrafini
götürüb qızın başına çırpsın. "Çəpərin dilinə bir bax! Təqsir məndədir, sənin
dilini kökündən niyə qopartmıram ki, sən də belə edirsən. Yaxşı, borc olsun".
Nəhayət, İmrana söz verdilər. O, təmkinlə ayağa durdu. Xitabət kürsüsünə
yaxınlaşdı:
- Mən sözümü Zeynəbin toxunduğu məsələdən başlamaq istəyirəm.
Bizim kolxozda plandan əlavə artıq pambıq əkilmişdır. Bu işin müqəssirləri
cəzalanmalıdır.
- Ortaya
başqa söz salma, əvvəlcə cavab ver görək bizim bu pulları niyə
MTS-in hesabına keçirdibsən? - deyə küncdə oturmuş bir kolxozçu İmranın
sözünü kəsdi.
İmran sualı başa düşmədi:
- Hansı pulu?
- Hökumətin verdiyi avans pulunu.
-
Avans pulunu heç kəs MTS-ə verməyib və belə bir qanun da yoxdur.
- Bəs onda nə üçün bizim hərəmizdən beş yüz manat pul tutublar?
- Kim?
- Bilmirəm. Deyirlər sən eləmisən.
- Elədir. Məndən də tutublar.
- Mən də o gündəyəm.
-
Ə, nə olsun. Özümüz razılaşıb vermişik.
- Yalandı, zorla qol çəkdiriblər.
- Xahiş edirik bu məsələni aydınlaşdırasan.
- Mənim heç nədən xəbərim yoxdur.
-
İndi biz kimə inanaq, sənə, yoxsa Kosaoğluna?
-
Kim düz deyirsə, ona.
- O
pulları MTS-ə yox, traktorçulara vermişik, - deyə anbardar yerindən
dilləndi.
____________________Milli Kitabxana_____________________
175
- Hansı traktorçulara?
- MTS-in
traktorçularına verdik ki, yeri yaxşı əkib səpsinlər.
- Yalandır! - traktorçu Əli arxadan dilləndi. Camaatı yara-yara irəli keçdi.
Anbardarla qabaq-qabağa dayandı. - Bu sənin üzün, bu da mənim, de görüm,
bizə nə vaxt pul veribsən?
- Nə bilim, yadımda ha qalmayıb.
- Başım aşağı salma, gözümün içinə bax!
Kosaoğlu anbardarın xasiyyətinə bələd idı. Bir az bərkə düşən kimi hər şeyi
aça bilərdi. Belə anlarda dərhal çıxış yolu tapmağı bacaran Kosaoğlu ayağa
durub var səsi ilə qışqırdı;
-
Ə, qoduq, sənin nə haqqın var, camaatın pulunu kəsib traktorçulara
paylayırsan? Hesabdar sənə cədvəl tutub verib ya yox?
- Verib.
- Bəs niyə cədvəl üzrə paylamayıbsan? Yoxsa yemək istəyirsən?
Bu saat, elə prokuror da burdadır, sənin başına bir oyun açaram ki, adın da
yadından çıxar, heç nə bilmirəm, günü sabahdan pulları payla, yoxsa kənddən
qovaram, utanmaz!
Anbardar ağzını açıb nə isə demək istədi. Belə dəqiqələrdə arif olub hər şeyi
başa düşən Kazım onun ətəyindən çəkdi.
-
Əyə, otur.
- Axı, Qurban qağa, özün...
- Kəs səsini, qanmaz!
-
Əyə, aşağı otur.
Anbardar ycrində əyləşdi. Zalda pıçapıç başladı. İmran gülümsündü.
Kosaoğlu məsələnin başqa şəkil alacağını görüb yerindən qışqırdı:
-
A bala, bizi başa sal görək sən nə istəylrsən? Kəndə gələn gündən
camaatla düz gətirmirsən, davan nədir?
İmran halını pozmadan davam etdi:
- Mənim camaatla heç bir davam yoxdur. Mənə elə gəlir ki, camaatla düz
gətirməyən sizsiniz, yoldaş Kosaoğlu. Gah məni uşaq hesab edirsiniz, gah hədə
qorxu gəlirsiniz, gah da evinizə çağırıb tumarlamaq istəyirsiniz. Sizin
məqsədiniz odur ki, məni ələ alasınız, sonra da istədiyiniz havaya oynadasınız.
Ancaq nahaq yerə əziyyət çəkməyin.
-
Bura bax, uşaqlığınla bizə ağıl öyrətmə, de görüm nə istəyirsən?
- Mən nə istədiyimi bir dəfə sizə təklikdə demişəm. İndi də camaatın
içində deyəcəm. Mən sizin iş üsulunuzun əleyhinəyəm. Siz
____________________Milli Kitabxana_____________________
176
diktator kimi hərəkət edirsiniz, bu bir. İkinci, siz şöhrətpərəstsiniz, gözə
soxulmaq üçün camaatı incidirsiniz, kolxoz nizamnaməsini pozub, partiya və
hökuməti aldadirsınız.
- Mən partiya, hökumət uğrunda vuruşub qan axıdanda sən buralarda
ayaqyalın gəzirdin, bala, ağzını açıb yava-yava danışma! – deyə Kosaoğlu əlini
stola vurdu.
- Xahiş edirəm imkan verəsiniz. Siz arxın altındakı yerdə plandan artıq
pambıq əkmək istəyirdiniz, mən razı olmadım, orda idarə heyətinin qərarı ilə
bostan əkdik. Yenilikdən qorxursunuz. Əməkgününü bəhanə edib camaatı
üstümüzə qaldırırsınız. Siz bir hektar əvəzinə iki hektar əkmək yolu ilə plan
doldurmaq istəyirsiniz, mən isə aqrotexniki qaydalara əməl etməklə,
məhsuldarlığı artırmaqla. Siz kolxozçuların əməkgününə düşən pulları
paylamağa qoymursunuz ki, MTS-ə verəcəyik. Beləliklə, camaatı narazı
salırsınız. Siz tənqidi boğursunuz.
Kərim dayıya nə üçün hücum edirsiniz? Çünki sözü gözünüzün içinə deyir.
Zeynəbi manqabaşçılıqdan niyə çıxartmaq istəyirsiniz? Çünki sizə "bəli, bəli" -
demir, amma Kazımı əzizləyirsiniz, özü demişkən, şəxsən kişi ilə dostsunuz,
çünki o, sizin əlibağlı qulunuzdur. İdarə rəhbəri ətrafına yaltaqları yox, iş
bacaranları, necə deyərlər, dişli adamları toplamalıdır.
Zalda canlanma var idi. Kosaoğlu papirosu papirosun oduna yandırır, Zeynəb
uşaq kimi sevinib tez-tez Nərgiz müəllimənin qolunu sıxırdı. Kərim kişinin
gözləri yaşanmışdı. Nərgiz xəstə kimi titrəyir, bu mübahisələrin nə ilə
qurtaracağını gözləyirdi. Kazım gözünü Kosaoğlundan çəkmir, onun işarəsini
gözləyirdi. Yer olmadığından arxada dayanan Tükəzban xala həm sevinir, həm
də qorxurdu. Kosaoğlunun qəzəbli baxışlarını görəndə titrəyir, ürəyi üstündə
durmurdu. "Allah, sən bircə balamın pənahı ol" - deyə pıçıldayırdı. Şahnaz da
burada idi, dinməz-söyləməz oturmuşdu. Şofer Məmməd onun yanını
kəsdirmişdi. Həmişə deyib-gülən Şahnaz bu gün elə bil süst düşmüşdü.
- Mən nə istəyirəm? - deyə İmran sözünə davam etdi. – Mənim arzum
budur ki, kəndimiz daha da varlansın, teatrımız, elektrik stansiyamız olsun.
Kolxozçular fıravan yaşasın. Bunları etnıək üçün bizim imkanımız var, ancaq işə
can yandırmaq, camaatın qeydinə qalmağı bacarmaq lazımdır. Partiyamız və
hökumətimiz də bizdən bunu tələb edir. Biz də bunun üçün çalışmalıyıq. İndi
qoy iclas desin, kim haqlıdır? Biz, yoxsa Kosaoğlu?
Dostları ilə paylaş: |