Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə57/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   53   54   55   56   57   58   59   60   ...   132

____________________Milli Kitabxana_____________________ 

171 


 

- Konkret 

danış! 

- Danışacam, a bala, a Kazım, sən yerindəcə rahat otur, hə, mən əvvəlcə 



bizim anbardardan, hesabdardan danışacam. Onlar kolxozçunun haqq-hesabını 

özünə çatdırmır. Bir anbardarımız var, heç aylarla üzünü görmək olmur. Bir 

ayağı Tiflisdədir, bir ayağı Bakıda. Kefi istəyəndə anbarın ağzını açır, 

istəməyəndə yox. Söz soruşanda da adamın üstünə xoruzlanır. Kosaoğlu da ona 

dil verir. Sən gərək bunlardan danışaydın, ay sədr. 

- Sənin peşən elə qarın davası eləməkdir, bu dünyaya ac gəlib, ac da 

gedəcəksən. 

- Haqqımı  sənin kimiləri yeyəndə,  əlbəttə, mən ac qalaram. Amma 

yadında saxla, el malı ilan sümüyü kimi şeydir, boğazında qalacaq. 

Kosaoğlu hirslə ayağa durdu. Üzünü Nəsib dayıya tutdu: 

- Sən do adam tapdın söz verməyə?! Bu ki köhnənin demaqoqudur. Xalq 

işdən-gücdən danışır, bu da qarın davası döyür. 

Yenə yerlərdən qışqırmağa başladılar: "Yalan danışır". "Ona söz verməyin". 

"Niyə bağırırsınız? Qoyunkişi sözünü qurtarsın". Nəsib dayı camaatı güclə 

sakitləşdirdi; 

- Yaldaşlar, çox xahiş edirəm, iclasın qayda-qanununu pozmayasınız. 

Məni sədr seçibsiniz, sözümə  də qulaq asın. Hamıya deyirəm, sözüm rəyasət 

heyətində oturanlara da aiddir. Kim bizə mane olsa, xahiş edəcəyəm çıxıb getsin. 

Buyur, Kərim dayı. 

Kosaoğlu donquldandı: 

- Sən də söz danışdın! 

- Qurban, 

bura 

iclasdır! 



Kərim kışi həyəcanlanmışdı. Fikrini toplayıb sözünü deməkdə  çətinlik 

çəkirdi. 

- Görürəm mənim danışığımı xoşlamayanlar var. Eybi yoxdur, qoy olsun. 

Ancaq mənim dediyim odur ki, kolxozda bir qayda-qanun yaradılsın. Təftiş 

komissiyası işə düşsün, hamıya bir gözlə baxsınlar. Birini doğmaa, o birini ögey 

hesab eləməsinlər. Heç kəs bizə ağalıq satmasın. Nəsib dayı qocanın susduğunu 

görüb dilləndi: 

- Bəs yeni üsulla becərmədən ağlın nə kəsir? 

Kərim kişi bir az duruxdu. Sonra adəti üzrə boynunu yana əydi. 

- Yeni 


üsulla 

becərmə yaxşı şeydir, qədrini bilən olsa. 

- Bəs deyirlər pisdir, əməkgünü az olur, kolxozçu ac qalır. - Qalmaz

haqqımızı düz bölsələr, elə olmaz. Nə pulumuzu düz verirlər, nə taxılımızı. Elə 

bizim aşıq Alı yaxşıca deyib: 



____________________Milli Kitabxana_____________________ 

172 


 

"Anbardarın nənəsi,  

Vurdum çıxdı çənəsi,  

Altmış ton buğdadan  

Qalmadı bir dənəsi..." 

 

Kərim kişi asta-asta aşağı endi. Kazım ayağa durdu. Söz alıb xitabət 



kürsüsünə qalxdı. 

- Yoldaşlar, bu Kərim kişi ki var, köhnənin araqarışdıranıdır. Onun 

dabbaqda gönünü tanıyıram. Gözümü açandan onu belə görmüşəm. 

Elə boş-boş danışır, ortada da heç nə yoxdur. Axı o nəçidir ki, bu iclasda belə 

çıxış edir? Onun arı-namusu olsa, camaatın gözünə görünməz. Kərim kişi bizim 

kolxozda ən tənbəl kolxozçudur. Onun heç minimum əməkgünü də yoxdur. 

Kazımın xırıltılı  səsi klubu ağzına götürdü. Kosaoğlunun yanında oturan 

prokuror yerində qurcalandi. 

- Minumum 

əməkgünü olmayanları kolxozdan qovmaq qanunidir. 

- EIə  mən də bunu demək istəyirəm, yoldaş prokuror, Kərim kişi 

kimilərini kənddən qovmaq lazımdır. Mənim təklifim var: onu nəyinki 

külxozdan, lap kənddən çıxartmaq lazımdır. 

Yerlərdən sos-küy qalxdı: 

- Düzdür, 

qoy 


çıxıb getsin. 

- Niyə, sözün düzünü deyəni kənddən qovarlar? 

- Bircə onu görməzsiniz, camaat qırılmayıb ha. 

- Demaqoqdur, 

materialbazdır. 

- Deyəsən, sənin də yağırına toxunur. 

Kazımdan sonra hesabdar söz aldı. Kərim kişinin cəmi yetmiş beş əməkgünü 

olduğunu söylədi. Daha sonra anbardar danışdı. O da Kərim kişini böhtançı 

adlandırdı. Onu hətta məhkəməyə verməyi təklif etdi. 

Zala yenə  uğultu düşdü. Nəsib dayı bir neçə  dəfə ayağa durmağa məcbur 

oldu. İndi hamı əl qaldırıb söz istəyirdi. Gözlənilmədən elə bir canlanma əmələ 

gəlmişdir ki, ağız deyəni qulaq eşitmirdi. "Yaralar təzələnib, qoy ürəklərini 

boşaltsınlar", - deyə Nəsib dayı düşündü. O yenə camaatı sakitləşdirdi. 

- Kim 


danışmaq istəyir? 

- Daha 


nə danışmaq, hər  şey aydindır. Təklifləri səsə qoy, - deyə 

Kosaoğlu yerindən dilləndi. 




____________________Milli Kitabxana_____________________ 

173 


 

  

Nəsib dayı sakitcə ona cavab verdi: 



- Yoldaş Kosaoğlu, bir az səbr elə, qoy camaat sözünü desin. 

İclas davam edirdi. İndi də Zeynəb danışırdi: 

- Heç 

kəsin Kərim kişini kolxozdan qovmağa ixtiyarı yoxdur. Onu deyən 



qulağının dibini görər. Hələ siz gərək ona mükafat verəsiniz ki, qoca ola-ola 

kolxoza kömək eləyir. Kərim dayının yaşı altmışı ötüb, hökumətimizin də qərarı 

var. O, işləməməlidir. Amma işləyir! Heç olmasa ildə yetmiş beş əməkgünü alır. 

Bəs sənin arvadın neçə  əməkgünü alır, yoldaş Kosaoğlu, hə? Minimum 

əməkgünü varmı?  Əgər kənddən adam sürgün olunmalıdırsa, birinci sənin 

arvadını sürmək lazımdır. 

Yenə səs-küy qalxdı. 

- Düz 


deyirsən, dilinə qurban olum. 

- Ay 


gözünə dönüm, qız deyil ki, od parçasıdır. 

Od olsa da özünü yandıracaq. 



- Yandırmaz! 

- Görərsən! 

Nərgiz müəllimə diqqətlə Zeynəbə qulaq asırdı. Onun qorxmazlığı, kişi kimi 

sinəsini gərib danışması müəlliməni valeh etmişdi. O hətta ürəyində Zeynəbə 

qibtə edirdi: "Kaş ondakı  cəsarətin yarısı  məndə olaydı. Gör necə  də camaatın 

üzünə şax baxır. Doğrudan da oddür". 

Nəsib dayının ürəyi dağa dönmüşdu. İmran isə sakit qıza baxırdı. Bayaqdan 

azacıq həyəcanlanan aqronom indi Zeynəbi görüb sakitləşmişdi. Camaat nəfəsini 

çəkib onun sözünə davam etməsini gözləyirdi. 

- Mən heç kəsin əvəzinə işləmək İstəmirəm. Qoy hər kəs gəlib normasını 

becərsin. Bizim kolxoz sədri dinəndə geroyluqdan danışır, elə fikri-zikri odur ki, 

bir təhər eləyib döşünə ulduz taxsın. 

- Bəs sən istəmirsən? 

İstəyirəm, niyə istəmirəm! Ancaq fırıldaqla yox, namusla! 



- Nə fırıldaq? 

Bu saat, heç darıxma, hamısını bir-bir ovcuna qoyacağam. Bizim kolxoz 



sədri hər briqadirə tapşırıb ki, əlavə pambıq əkin ki, planı artıq dolduraq. 

- Yalandır! - dcyə Kazım yerindən xırıldadı. 

- Heç 

atılıb düşmə, bu saat sübut eləyəcəm. Elə  İmranla Kosaoğlunun 



davası da bunun üstündədir. O deyir artıq yer əkəcəm, İmran deyir qoymaram, 

elədirmi? 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə