Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə54/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   50   51   52   53   54   55   56   57   ...   132

____________________Milli Kitabxana_____________________ 

162 


 

saatlarla gəzirdilər. Şahnaz yaz aylarında yaşıllaşan çölləri, rəngbərəng çiçəkləri 

gördükcə cuşə  gəlir, qolunu maşının pəncərəsindən çıxardıb  ətrafa baxmaqdan 

doymurdu. Maşın isə sürətini artırır, asfalt yolun sinəsinə yatıb su kimi axırdı. 

Sünbüllənmiş taxıllar, qızıl lalələr gül-çiçəkli çöllər xəlbir kimi fırlanıb geridə 

qalırdı. Elə bil maşın yox, çöllər hərlənib, onların başına dolanırdı. 

Şahnaz bəzən maşını saxlayıb yol kənarındakı  çəmənlikdə oturardı. Külək 

vurduqca otların dalğalanmasından, çiçəklərin bir-birinə baş  əyməsindən onun 

xoşu gələrdi. Qız sərin otluğa uzanıb gah əllərini, gah da yanaqlarını zərif, şehli 

çiçəklərə sürtərdı. Belə vaxtlarda Məmməd özünü təmkinli aparırdı. O, 

çiçəklərdən dəstə bağlayıb Şahnazın qucağına atar və oğrun-oğrun qızı süzərdi, 

Şahnaz artıq ondan çəkinmirdi. Hətta ürəyində  Məmmədin cəsarətsizliyinə 

gülürdü. 

Bir dəfə yenə onlar yol kənarında, təpə döşündəki çəmənlikdə dayanmışdılar. 

Şahnaz, adəti üzrə, göy otluqda sərilmişdi. Məmməd ondan bir az aralı 

dirsəklənib böyrü üstə uzanmışdı. Çölləri yarıb keçən asfalt yol bomboş idi. 

Ətrafdakı  xırdaca təpələrdə, geniş çöllərdə heç kəs yox idi. Məmməd susurdu. 

Onun gözləri  Şahnazın ipək corabda daha qəşəng görünən topuğuna və  ətli 

baldırına dikilmişdi.  Şahnaz bunu hiss edir və qürrələnirdi. Birdən Məmməd 

sürünüb ona yaxınlaşdı. Qızın qaynar gozlərinə, uzun və  sıx kirpiklərinə, 

ehtirasdan alışıb-yanan dodaqlarına baxdı. Hər  şeyi unutdu. Şahnazı qolları 

arasına alıb dəli bir ehtirasla öpməyə başladı.  Şahnaz  əvvəlcə heç nə demədi. 

Lakin bir az sonra Məmməd necə hərəkət etdisə, qız qəfildən çırpındı. 

Bura bax, fikrin nədir, dəli olmayıbsan ha? 



- Dəlidən də pisəm. 

- Özünü 


ələ al, ağıllı ol... 

- Neyləyim, ağlımı başımdan çıxardırsan. 

Şahnaz şoferin əl çəkməyəcəyini hiss edib üz-gözünü turşutdu. 

İndi fikrin nədir, xalqın qızını biabır eləyəcəksən? Özünü yığışdır, 



deyirəm yoxsa dünyanı başına dar elərəm. 

Məmməd udqunur, cavab vermirdi. Şahnaz onun alovlu gözlərinə baxıb yenə 

çırpırıdı. 

Bura bax, ay dəli, qolunu boşalt, belimi sındırdın. Qoy oturub ağıllı-



başlı söhbət eləyək. Sənə sözüm var. 

- Nə söz? 

- Söz 

də... 


 

 



____________________Milli Kitabxana_____________________ 

163 


 

İnanmıram. 



- Bəs mən sənə niyə inanıram? 

İnansan belə eləməzsən. 



- Elə inandığım üçün sənə etibar edib buralara gəlirəm. Elə bilirsən mən 

səni istəmirəm?.. 

Şahnaz onunla şirin-şirin danışsa da qorxur, vəziyyətdən çıxmağa çalışırdı. 

O, əvvəlcə müqavimət göstərib çığır-bağır salmaq istədi. Ancaq bunun faydasız 

olacağını görüb dinmədi. Deyib-gülməyə başladı.  Şahnaz vaxt qazanmaq və 

Məmmədi birtəhər yumşaltmaq istəyirdi. 

Ədə, yavaş - deyə birdən o ufuldadı. Sonra Məmmədin boynunu 



qucaqlayıb üzündən öpdü. - Görürsən ki, səni necə çox istəyirəm. 

Sən də məni istəyirsənsə, sözümə qulaq as. 

Məmmədin qolları boşaldı. O, bir anlığa özünü itirdi. Qəfildən  Şahnaz 

tükürpərdici bir səslə "İlan!" – deyə qışqırdı və bihuş halda onun qolları arasında 

uzandı. 

Şofer dik atıldı. Özündən getmiş  Şahnaza baxdı. Su gətirmək üçün maşına 

tərəf qaçdı.  Şahnaza da elə bu lazım idi. O, cəld ayağa durdu. Yuxarı, təpə 

döşünə üz qoydu. Qızın qaqqıltısını  eşidən  şofer aldandığını başa düşdü. 

Yüyürüb qızı qovmağa başladı.  Şahnaz, kəlağayısı  əlində, xallı  kəpənəkləri 

hürküdə-hürküdə otların, çiçəklərin arası ilə yuxarı qaçırdı. Ayaqqabılarını 

çıxartmışdı. Saçı üzünə dağılmışdı. Arabir geri dönür, ona çatmağa çalışan 

Məmmədə baxıb qaqqıldayırdı. 

Təpənin başında Məmməd özünu yetirdi. Qızın qolundan tutub sinəsinə 

basdı. Hər ikisi tövşüyür, güclə nəfəs alırdı. 

- Bura 

bax, 


məndən nə istəyirsən? Sən ki məni alan deyilsən?! 

- Gələrsən? 

Şahnaz gözlərini onun gözlərinin içinə zillədi. 

- Aldatmırsan ki? 

...O gündən Məmməd Şahnazın dalınca kö1gə kimi sürünməyə başladı. Qız 

məktəbi qurtarıb kəndə qayıdanda Məmməd də "İyirmi altılar" kolxozuna gəldi. 

Şahnazın xətrinə Kosaoğlunun "Pobeda"sına  şofer oldu. O, hələ  də  Şahnazdan 

qəti cavab ala bilmirdi. Qız yenə həmişəki kimi gülür, nazlanır, ancaq ciddi bir 

cavab vermirdi. İmran gələndən sonra Şahnaz birdən-birə  Məmməddən üz 

döndərdi.  Şofer susdu, işin sonunu gözlədi. Deyəsən, axır vaxtlar külək yenə 

onun təəfinə əsirdi. Şahnaz "Pobeda"dan düşmürdü. 

 



____________________Milli Kitabxana_____________________ 

164 


 

Yenə onlar səhər tezdən tarlaları gəzirdilər. Şahnaz itik axtaran kimi, maşını 

gah bu, gah da o biri briqadaya sürdürürdü. Məmməd dinməz-söyləməz qızın 

əmrinə əməl edirdi. Əyri-üyrü yollar toza-dumana bürünürdü. 

Pambıq kolları qoza tökmüşdü. Bu gün-sabah çatlayıb ağarışacaqdı. 

Çöllərdən adam seyrəlmişdi. Taxıl çoxdan biçilmişdi. Kombaynla biçilən 

yerlərdə traktorların izi qalmışdı. Dərə-təpələrdə pencəyə vurulmuş taxılları 

xırmana araba ilə daşıyırdılar. 

Maşın kolxozun tarlasının yanından keçib sola burulanda uzaqdan bir qaraltı 

göründü. Məmməd ona yaxnılaşanda "Pobeda"nı saxladı.  Şahnaz atılıb yerə 

düşdü. Xarab olmuş motosikllə  əlləşən  İmranın başı üstündə dayanıb  əllərini 

belinə qoydu. Cingiltili səslə qəhqəhə çəkdi. 

- Yoldaş ağranom, bu nədir, səni nə kökdə görürəm?! 

İmran cavab vermədi. Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra 

üst-başını çırpıb ayağa durdu. 

- Nə buyurdunuz, Şahnaz xanım? 

Qız, İmranın baxlşlarına dözə bilməyib, sözünü dəyişdi: 

Heç... dedim özünü niyə yorursan? 



- Bəs nə edim? 

- Gəl min "Pobeda"ya, bu nədir!.. 

- Çox 

sağ ol. Özgə atına minən tez düşər... 



İmran motosikli işə saldı. Hələ  də dayanıb onunla nə isə danışmaq istəyən 

Şahnazı süzdü: 

- Özgə bir sözünüz yoxdur ki'? 

- Xeyir, 

nə sözüm olacaq. 

Onda salamat qalın. 



Motosikl gurultu ilə onlardan uzaqlaşdı.  Şahnaz toz-duman içərisində itən 

İmranın arxasınca baxıb, hirsindən alt dodağmı çeynədi. Şahnaz dabanı üstündə 

fırlanıb maşına mindi, qapını çırpdı.  

- Sür! 


- Hara? 

- Hara 


istəyirsən. 

Məmməd dodaqaltı güldü. Maşın baş alıb getdi. Onlar susurdular. Şahnazın 

qaşqabağı yerlə gedirdi. Məmməd şad görünürdü. 

- Bilmirəm qızlarda bu nə adətdir? 

- Nə? - Şahnaz fikrindən ayıldı. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə