Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə62/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   58   59   60   61   62   63   64   65   ...   132

____________________Milli Kitabxana_____________________ 

186 


 

Muradov Nəsib dayının eyhamını başa düşmədi. 

İndi bizim sakitcə dolanıb istirahət edən vaxtımızdır. Biz özümüzü çox 



göstərmişik. Təki cavanlar da bizim qədər işləsinlər. 

Söhbət çox uzandı. Nəhayət, Nəsib dayı yavaş-yavaş  mətləbə yaxınlaşdı. 

Muradovun uşaqlarından söz saldı, Nərgizi təriflədi: 

-

 



Halal olsun, çox ağıllı-kamallı qızdır. Kəndimizdə də hamı onun başına   

and içir. Mərifətli uşaqdır. 

Muradov qızının tərifini eşidəndə susdü. Qabağındakı "Kazbeki" açıb bir 

papiros yandırdı, arxasını yumşaq stula söykədi: 

Amma bir az dəlidir. 



- Niyə? 

- Keçən il sözümüzə baxmayıb, özbaşına kəndə getdi. 

- Lap 

yaxşı eləyib, Kənd pisdir? 



Yox, ancaq o, kənd uşağı deyil. Şəhərdə böyüyüb. Mən ondan yaman 

küsmüşdüm. Yenicə barışmışıq. Bir də sözümə baxmasa, ömürlük ondan 

inciyərəm. 

- Xətrinizə  dəyməsin, düz eləmirsiniz. Bayaqdan deyirdiniz cavanlar 

kəndə getsin, indi özünüz öz fikrinizə zidd çıxırsınız. 

- Mən kənd təsərrüfat mütəxəssislərindən danışıram. Nərgiz müəllimdir. 

Onsuz da keçinmək olar. 

- Mən yenə sizinlə razılaşa bilməyəcəm. Kəndə  hər cür mütəxəssis 

lazımdır. 

- Bir 

mənim qızım getməsə, keçinmək olmazmı? 



- Düzü, 

çox 


qəribə mühakimə yürüdürsünüz. Əgər hamı "mənsiz də 

keçinmək olar" desə, işi kim görər? Bəs cəbhəyə övladlarını göndərənlərin yerinə 

olsanız neylərdiniz? Hər şeydən əvvəl adam gərək fədakar olsun. 

-  Bura bax, - deyə Muradov Nəsib dayını başdan-ayağa süzüb 

gülümsündü, - Bakıda agitatorlarımız çoxdur. Sənsiz də keçinə bilərik. 

Qızım bir il kənddə işləyib, bəsdir. Daha onu kənddə qoymayacam. 

Muradovun zarafatı ilə ciddi sözünü seçmək çətin idi. Nəsib dayı papiros 

yandırdı, bir-iki nəfəs çəkib soruşdu: 

- Niyə? 

- Tək qız xeylağı kənddə dolana bilməz. Əziyyət çəkər. Ozün bilirsən ki, 

hələ kənddə çox şey yoxdur. 

- A 


dərdin alım, qoy özü desin, bu il onu ağzımda dilim kimi saxlamışam. 

indi də onu elə saxlaram, heç ruhu da inciməz. Vallah, düz 

 



____________________Milli Kitabxana_____________________ 

187 


 

sözümdür, onu yağ içində böyrək kimi bəsləyərəm, - deyə Tükəzban xala sözə 

qarışdı. 

- Çox 


sağ ol, ay arvad, - Muradov Tükəzban xalaya çəpəki bir nəzər saldı. 

- Hörmətiniz artıq olsun. Ancaq elə şəhərdə, gözümüzün qabağında olsa 

yaxşıdır. Anası da onsuz dura biltnir. 

Düz deyir, bu il yediyim-içdiyim burnumdan golib. 



- Axı niyə ey? - deyə Nəsib dayı gülə-gülo davam etdi: - Balaca 

ha deyü, alİ tohsilli qızdır. Kənddə ona nə olacaq ki, siz qorxuya dü- 

şübsünüz? Keçən İl pismi dolanıb? 

- Orası elədir. Ancaq atayam da. Ürəyim yanmda qalır. 

Ə kişi, heç nə olmaz, nahaq narahat olursunuz. 



- Yox, 

elə demə. Bir də gördün birisi qolundan tutdu, gül kimi adını 

ləkələdi. 

- Axı kim tuta bilər? 

- Nə bilim, nə çoxdur adam. Zootexnikdən-mootexnikdən biri. 

Nəsib dayı qəhqəhə çəkdi. Muradovun bu sözlərinə gözü yaşarıncaya qədər 

güldü: 

- Ali 


təhsilli, gözəl-göyçək bir aqronom olsa nə deyərsiniz? 

Sözün yerinə düşdüyünə sevinən Tükəzban xala, ürək çırpıntısı ilə 

Muradovun cavabını gözlədi. O isə qaşqabağını töküb papirosunu sümürdü. 

Aqronom da zootexnikin tayıdır. 



Onun səsindəki kinayəni duyan Tükəzban xala dözə bilmədi: 

- Dərdin alım, ağranom olmaq pis ha deyil. O olmasa nə pambıq ərsəyə 

gələr, nə də taxıl. Dərdin alım, adam gərək kənddəkinin də qədrini bilə. Muradov 

təəccüblə arvadın üzünə baxdı: 

- Mən nə dedim ki, xətrinizə dəydi? 

- Axı onun oğlu ağranomdur, - deyə  Nəsib dayı cavab verdi. Muradov 

qımışdı: 

İndi məndən nə istəyirsiniz? 



- Müəlliməmizi. 

- Nə müəllimə? 

Nəsib dayı onun ciddiləşdiyini görüb səsinin ahəngini dəyişdi: 

- Özünüz 

də hiss edirsiniz ki, sizin qapıya boş-boşuna gəlməmişik. Bizi 

buraya gətirən qızınız Nərgizdir. Məsələ belədir, - Nəsib dayı izaha başladı: - 

Bizim kəndin aqronomu İmran kəndimizin müəlliməsi və sizin qızınız Nərgizi 

istəyir. Gəlmişik sizin razilığınızı alaq. 

 



____________________Milli Kitabxana_____________________ 

188 


 

Otağa sükut çökdü. Divardakı saat daha bərkdən çaqqıldadı. Tükəzban xala 

gözünü Muradovun ağzına zilləyib durdu. Muradov başı üzərində dayanan 

arvadının üzünə baxdı. Arvad ərinin "gördünmü, sənin qızın bizim başımıza nə 

oyun açdı" demək istədiyini dərhal anladı. 

Muradovun əlləri yavaş-yavaş əsməyə, tükləri ağarmış gicgahlarındakı nazik 

damarlar  şişməyə başladı. Arvadın rəngi ağardı. İllərdən bəri  ərinin xasiyyətini 

bütün incəliklərinə  qədər öyrənən Sona, bunun nə demyk olduğunu dərhal 

anladı. O, bu saat Muradovun özündən çıxıb qonaqları bihörmət edəcəyindən, 

evdəki adamları bir-birinə qatacağından qorxdu. Həyəcan içərisində ərinə doğru 

əyildi. Qaş-gözlə onu başa salmağa çalışdı ki, "sakit ol qız ağacı, qoz ağacı, hər 

ötən bir salba atar. Bizi biabir eləmə, ayıbdır. Kənddən gələndə  nə olar?! Bir 

abırla danış, camaatı yola sal, əməlli-başlı söz de, söz eşit". 

Lakin mümkün olmadı. Muradov fısıldayıb yerində qurcalandı. Nəsib dayını, 

Tükəzban xalanı diqqətlə nəzərdən keçirdi. Yenə arvadının üzünə baxdı. 

Sükutun uzun çəkdiyini görən Nəsib dayı sakitcə papiros çıxardıb yandırdı. 

- Nə yaman fikrə getdiniz? 

Muradov diksindi. Özünü zorlayıb dodaqucu qımışdı  və arvadının 

gözlədiyinin əksinə, sakitcə cavab verdi: 

- Doğrusu, heç bilmirəm nə cavab verim? Zəhmət çəkib oradan buraya 

gəlibsiniz, amma yaman çiy iş görübsünüz. 

- Nə  təhər, dərdin. alım? - Tükəzban xala dilləndi. Muradov arvada 

çəpəki nəzər saldıqdan sonra üzünü Nəsib dayıya tutdu. 

- Özün 


məndəıi də yaxşı bilirsən ki, indiki zamanada əsas iş  oğlanla 

qızdan asılıdır. Biz ata-analar ancaq kənardan baxarıq. 

Nəsib dayı onun fikrini başa düşdü. 

Əlbəttə, elədir.  Əgər onların arasında razılıq oimasaydı, biz sizə 



başağrısı verməzdik. 

- Yəni deyirsən... 

- Bəli. 

- Heç 


ağlım kəsmir. 

- Uzaqda 

deyil 

ki... 


Muradov yenə arvadına baxdı. 

Get, o ölmüşü bura çağır. 



- Bıy, iraq canından, niyə elə deyirsən? 


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə