____________________Milli Kitabxana_____________________
165
- Hansı oğlan ki onları saymır, dalınca düşüb dəli-divanə olurlar.
Dərdlərindən ölənə isə məhəl qoymurlar.
- Elə sizin də xasiyyətiniz bizimki kimidir.
Məmməd bir az susduqdan sonra yenidən dilləndi:
-
Şahnaz...
- Nə var?
-
Bir söz desəm xətrinə dəyməz ki?
- De
görüm.
- Axı bu İmranda nə tapmısan ki, əl çəkmək istəmirsən? Sən deyib-gülən
bir qızsan, ərin də gərək çalıb oynayan bir adam olsun.
İmranın qaşqabağından zəhər tökülür. O sənin qədrnıi nə biləcək? Canım
üçün, düz sözümdür. Zər qədrini zərgər bilər. Onun fıkri-zikri işdir.
Sən də ömrünü-gününü belə adamla çürütmək istəyirsən? Ay qız, hayıf
deyilsən? Cavanlıq bir də məgər əlinə düşəcək?
Məmmədin sözləri Şahnazın ürəyindəki qüssəni yavaş-yavaş dağıdırdı. O,
yanında qədrini bilən bir adam olduğunu yəqin edib sevinir, "doğrudan da, mən
İmranın nəyinə aşiq olmuşam? - deyə düşünürdü. - Ağrım ürəyinə! O da
oğlandır? Mənim kimi bir qıza heç gözünün ucuyla da baxmır. Keyin birisidir,
heç nə başa düşmür. Doğrudan da o mənim qədrimi nə biləcək? Elə əvvəldən də
nahaq yerə Sayalı bibimin sözünə baxdım".
Məmməd asta-asta sözünə davam edir, Şahnazın qaş-gözünü, boy-buxununu
tərifləyirdi. Şahnaz gah maşının güzgüsündə özünə baxır, gah da Məmmədin
ipək köynəyinin altından aydınca görünən qabarıq və geniş sinəsinə, qüvvətli qol
əzələlərinə nəzər salırdı. "Bunun İmrandan nəyi pisdir? Top kimi oğlandır. Özü
də neçə ildir dalımca sürünür".
Onlar çox dolandılar. Axşam üstü Dəlidağın ətəyindəki "Damcılı" bulağın
yanında dayandılar.
Hava sərinləşirdi. Mamırlı daşların arasından dumduru su şırıltı ilə axıb
gedirdi. Əvvəlcə Şahnaz, sonra da Məmməd sərin suda əl-üzünü yudu. Məmməd
pendir-çörək çıxartdı. Hətta, bir qarpız da götürüb bulağın soyuq suyuna qoydu.
- Bunları haradan aldın? - deyə Şahnaz teəccüblə soruşdu.
- Bəs sən şoferləri nə bilirsən? İstəyirsən araq da gətirim.
- Yox,
mən içən deyiləm.
- Nahaq.
____________________Milli Kitabxana_____________________
166
Şahnaz doyunca çörək yedikdən sonra göylüyə uzandı. Onun başı hərlənirdi.
Bugünkü gəzinti, deyəsən, qızı əldən salmışdı. Məmməd onun yanında oturdu.
Qaranlıq qarışırdı. Aşağılarda kövşənlərə od vurmuşdular. Şahnaz gözlərini
sonsuz boşluqlara zilləmişdi.
-
Məmməd... Üşüyürəm.
Hava sərin olsa da, o qədər soyuq deyildi. Məmməd bu nazlı qızın oxşanmaq
istədiyini duyub ona yaxınlaşdı.
- Sən düz deyirsən, Məmməd, zər qədrini zərgər bilər.
-
İndi başa düşürsən?
Onlar yanaşı oturdular. Şahnazın kini coşub-daşırdı. O, bu axşam İmrana
yanıq vermək, "sən qanmadın, indi yan-yaxıl" demək istəyirdi. Məmməd isə
əlinə fürsət düşdüyünü hiss edir, nəhayət, neçə vaxtdan bəri dalmca süründüyü
Şahnazı ələ keçirə biləcəyinə sevinirdi.
Məmməd səssizcə, Şahnazı qucaqlayıb otluğa yıxdı. Qız dillənmədi...
20
Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin
çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini
əllərindəki yabaya söykəyib dayananlar da var idi.
Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı
içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
-
Yer yoxdur, hara soxulursan?
- Necə yəni hara soxulursan?
- Bunun
necəsi yoxdur ki.
- Belə dnr görüm, ayaq üstə dayanaram.
Mübahisə qızışır, bəziləri zorla içəri keçir, bəziləri də klubun qabağında
dayanırdılar.
Kosaoğlu hamıdan qabaq gəlib, səhnəyə çıxmışdı. O, qirmızı örtüklü stolun
arxasında oturub prokuror Əsədovla söhbət edir, arabir də gözucu zala baxırdı.
Kazım işləri pis düzəltməmişdi: qabaq cərgələrdə oturanlar öz adamları idi.
Bundan başqa hər tərəfdə-küncdə, ortada, lap arxada da onun ürəyinə yatan
adamlar əyləşmişdi. "Qoy belə olsun, bir söz deyən kimi, səsimizə səs versinlər,
- deyə Kosaoğlu düşünürdü, - görək kim kimin anasını ağladacaq".
____________________Milli Kitabxana_____________________
167
Nəsib dayı ilə olan söhbətindən sonra iclassız keçinməyin mümkün
olmayacağını gördükdə, Kosaoğlu başqa cür hərəkət etməyi qərara almış, bir
həftə gecə-gündüz çalışmış, iclasda kimin nə barədə danışacağını
müəyyənləşdirmişdi. Hətta prokuroru da yığıncağa dəvət etmişdi.
Zalda ağız deyəni qulaq eşitmirdi. İclasda nə məsələlər müzakirə olunacağını
bilənlər də, bilməyənlər də həyəcanlı idi. Arvadlar pıçıldaşırdılar.
- Ay
Xeyransa,
görəsən nə məsələ olacaq?
- Bilmirsən? Tükəzbanın oğlu İmranın məsələsidir də.
- O
nə qayırıb ki?
- Nə qayıracaq?! Camaatın taxılını, pulunu verib MTS-ə. İndi
əməkgününə paylamağa heç nə qalmayıb.
- Elə şey olmaz.
- Niyə olmur? Kosaoğlu özü işin üstünü açıb.
Dal cərgədə də söhbət gedirdi.
- Deyirlər, Kərim kişini kənddən sürgün eləyəcəklər.
- Niyə?
-
Nə bilim, kəndə çaxnaşma salır.
- Nə çaxnaşma? O ki sözün düzünü deyən kişidir.
- Bəs bilmirsən ki, Kosaoğlunun belə şeylərdən xoşu gəlmir? Odur ki,
prokuroru da gətirib.
- Gətirəndə nə olar. Elə bilirsən camaat ondan qorxub danışmayacaq?
Qoy iclas başlansın. Çox adamın paxırı açılacaq.
Kazım müəllimləri qapının ağzında saxlamışdı.
- Ay
rəhmətlık uşağı, gedin işinizdə-gücünüzdə olun. Müəlliməsiniz,
müəllimliyinizi eləyin, kolxoz iclasınıda nə işiniz var? Görmürsünüz özümüzə
yer çatmır?
Zeynəb də burada idi, Nərgiz müəllmənin yanında dayanmışdı. Bir azdan
Nəsib dayı gəldi. O, klubun qabağında dayanıb, qapı ağzını kəsdirən Kazıma
baxdı:
- Camaat
niyə buraxmırsan?
- Yer
yoxdur.
Nəsib dayı üzünü məktəb direktoruna tutdu:
- Müəllim, mümkünsə bir gecəliyə skamyalarınızı kluba verin.
- Sonra
yenə Kazıma baxdı. - Get özünə yer tap, otur, - dedi, - teatr zad
deyil ki, yolu kəsibsən.
Dostları ilə paylaş: |