____________________Milli Kitabxana_____________________
126
- Nə toy, nə sayıqlayırsan?
-
Guya heç nə bilmirik. Ay qız, bizi xam yerinə niyə qoyubsan?
Çağırmayıbsan, canın sağ olsun. Daha niyə gizlədirsən?
- Ay
qız, sənin başına at təpib nədir, nə toy?! Sən nə danışırsan, yuxu-zad
görməyibsən ki?
- Heç
ətəyini suya-zada çəkib eləmə. Bütün el-oba bilir, hər yerə car
çəkilib, indi məni ələ salırsan. Nə olar ey, belə iş təkcə sənin başında ha
görünməyib. Cavandılar, həlbət özlərini saxlaya bilməyiblər.
Vaxtında mən sənə demədimmi odla pambığı bir yerə qoyma, axın pis olar?
İndi gördün? Ancaq ürəyini sıxma, pis uşaq deyil. Görünür qismət buymuş.
Amma mən İmrana başqa qız alacaqdım. Sözün düzü, elə Şahnazın da İmrana
ürəyi vardı. Xeyrinizi bilmədiniz. Oğlun da bədəməllik elədi. Kişinin üzünə ağ
oldu. Xeyirmi tapacaq? At mıxı qopardar, bir yerə dəyər, beş özüna Görünür,
halal çörək sənin oğluyun qarnını deşdi. Rahatca oturub yemədi, özünü dağa-
daşa saldı.
Tükəzban xala qəzəbini güclə saxlayjb boğuq səslə soruşdu:
- Nə olub ki?
- Nə olacaq, kişiynən yola getmədı, kolxozu dağıtdı. İndi də deyəsən
işdən çıxartmaq istəyirlər.
- Mənim oğlum elə oğul deyil ki, yediyi çörəyə əyri baxa. Onun elə fikri-
zikri kolxozdur. Uşağa şər atmayın.
- Ay
qız, nəyimizə lazımdır, sədr bilər, o bilər, - qari səsini alçaltdı.
Sürünüb, çay süzən Tükəzban xalaya lap yaxınlaşdı. Onun qulağına pıçıldadı:
- Bəri bax, qızın uşağı neçə aylıqdır?
Tükəzban xala heç nə başa düşmədi. Gözlərini döyüb qarının üzünə baxdı:
- Nə uşaq?
- Ay
qız, özünü faqqılığa niyə qoyursan? Qızı deyirəm dayna,
müəlliməni, adı da yadımdan çıxır. Çoxdan boyludur?
Tükəzban xala sarsıldı. Bütün bədəni tər tökdü. Arsız-arsız hırıldayan qarının
üzünə baxa-baxa qaldı. Bu kaftar nə danışırdı? Kosaoğlular nə fikir edirdilər?
İndi Tükəzban xala ona nə cavab versin?
- Bilirəm, bilirəm, - deyə qarı yenidən sözə başladı, - ona görə də səs-
küyə salmayıbsınız. Yaxşı da eləyibsiniz. İş işdən keçəndən sonar başqa nə çarə
olardı? Barı kəbinlərini kəsdiriblərmi?
____________________Milli Kitabxana_____________________
127
Tükəzban xala yerindən durub qarının saçını biləyinə nə vaxt doladığını özü
də bilmədi. Bircə onu gördü ki, Gövhər qarı ortada yumaq kimi firlanır.
- Nə dedin? Bir də de görüm? İndi də mənim oğlumu şərə salırsan?! -
deyə Tükəzban xala qarını döyəclədi. - Kaffar köpək qızı!..
Sənin dilin necə gəlir ki, gül kinü qıza elə söz deyirsən, imansız?! Di rədd ol
burdan!
Gövhər qarı birtəhər ayağa durdu, başı əsə-əsə o doqqaza doğru getdi. Yola
çıxanda bir ayağını qaçaraq qoyub qışqırdı:
- Yaxşı, həyasız!.. Gör səni rüsvay eləyirəm, ya yox. Gizlədə
bilməyəcəksiniz! Ölsəniz də ört-basdır eləyə bilməyəcəksiniz!
Tükəzban xala iti açıb buraxdı. Gövhər qarı donunun balaqlarını çirməyib
qışqıra-qışqıra qaçdı.
Tükəzban xalanın halı özündə deyildi. "İndi mən başıma haranın daşın salım,
camaatın üzünə necə baxım? Allah heç bəndənin adını bu imansızın dilinə
salmasın. İki gündən sonra kənddə zurna çalınacaq, bunun hamısı o Kosaoğluyla
Sayalının işidir. Gədəciyi təkləmək istəyirlər. Ara yerdə qızcığazı bədnam
eləyirlər. Kaş bu xəbərləri Nərgiz eşitməyəydi! Bilsə ölüb yerə keçər. Gör bir
imansız nə danışır, uşaqların üstünə necə qara yaxır!"
Tükəzban xala dincələ bilmirdi. Qarının dedikləri yadına düşdükcə
vahimələnir, ürəyinə yüz cür qara-qorxu gəlirdi. "Allah, sən özün bircə balamın
pənahı ol! Yazığam, gözümün ağı-qarası bircə oğlumu dilə-ağıza salma. Min
zillətlə böyütmüşəm. Saçımın birini ağ hörmüşəm, birini qara. Boğazımdan
tikəmi kəsib ona vermişəm. Balama yetim deməsinlər deyə hər əziyyətə
dözmüşəm. Boya-başa çatdırmışam. Sən onun başından bir tük əksik eləmə, ey
yeri-göyü yaradan, mənə yazığın gəlsin".
Naxır gəldi. Yolu tozlaya-tozlaya kəndə girən mallar qapı-bacalara
dağılışdılar, heyvanların qarnı çıxıb, tükləri sığallanmışdı. Bəziləri buynuzlaşırdı.
Kəndi mələşən inəklərin, buzovların, camışlann səsi bürüdü. On dörd-on beş
yaşlı bir oğlan ağır-ağır gələn camışın belində otürmuşdu. O, qıçlarının ikisini də
bir tərətb aşırıb çəpəki əyləşmişdi. Camış yeridikcə oğlan yırğalanırdı. Çöldən
dərdiyi yovşan süpürgəsi də camışın belində idi. Deyəsən, qucağında qulançar
var idi.
Naxırın qabağına çıxan Tükəzban xala yolla gedən Nərgiz müəlliməni görüb
əl-ayağa düşdü.
____________________Milli Kitabxana_____________________
128
- Dərdin alım, nə gec gəldin? Yəqin lap acıbsan. Yeri, yeri, ağacın altına
gəbə salmışam, otur, mən də bu saat inəyi sağıb süd gətirim, köpüklü-köpüklü iç.
Nərgiz müəllimə heç nə demədi. Dinməz-söyləməz gedib əyləşdi. Tükəzban
xala inəyi sağa-sağa fikirləşirdi: "Niyə qaşqabaqlıdır? Olmaya, imansız qarı ona
da deyib?" O, inəyi yarımçıq sağdı, tez gəlib Nərgiz müəllimənin yanında
oturdu. Ona çay süzdü, süd verdi, ancaq başını qaldırıb qızın üzünə baxa
bilmədi. Tükəzban xala qızdan xəcalət çəkirdi. Elə bil Nərgiz müəllimə də onun
ürəyinden keçənləri bilirdi. Dinmirdi. Utanırdı. Anası yerində olan Tükəzban
xalanın bu işlərə nə deyəcəyini düşünürdü. "Elə qorxduğum başıma gəldi. Gərək
İmran kəndə qayıdan gündən mən özümə başqa ev tapaydım. Bu söz-sohbətdən
sonra mən neyləyim?"
Onlar qaradinməz oynayırmış kimı, xeyli oturdular. Söhbətə necə nədən
başlayacaqlarını müəyyənləşdirə bilmirdilər. Nəhayət, Tükəzban xala dilləndi:
- Qızım, çamadanını səhər özün stolun üstünə qoymuşdun? Həmişə axı
şkafda olardı.
- Özüm
qoymuşanı. Paltarlarımı yığışdırırdım... - Nərgiz müəllimə başını
aşağı saldı. Gözləri yaşardı. Qırıq-qırıq sözünə davam etdi:
- Tükəzban xala... məndən inciməyin.
- Ağlına gələn dağlara-daşlara, qızım, adam da sənin kimi gül baladan
inciyərmi?
- Mən...
O susdu. Arvad ehtiyatlanmağa başladı. "Yəqin qızın da qulağına
çatdırıblar".
- Mən sizin evdən köçmək istəyirəm.
- Olmaya
bizdən inciyibsən, dərdin alım, xətrinə-zada dəymişəm,
onunçün gedirsən?
-
Yox, yox, Tükəzban xala, o nə sözdür! Mən sizin yaxşılığınızı heç vaxt
unutmayacam. Bu kəndə gələli siz mənə analıq eləyibsiniz, çox sağ olun.
- Bəs niyə gedirsən, qızım?
- Getsəm yaxşıdır, - Nərgiz tərəddüdlə susdu. Sözünü necə bitirəcəyini
düşündü. O, istəyirdi ki, Tükəzban xalanın xətrinə dəyməsin.
- Əvvəl İmran yox idi. Onda mən sizə həyan oldnm. İndi oğlunuz gəlib.
Sözün düzü, yerinizi dar eləmək istəmirəm.
Dostları ilə paylaş: |