Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə40/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   36   37   38   39   40   41   42   43   ...   132

____________________Milli Kitabxana_____________________ 

120 


 

  

Traktorçu nə edəcəyim bilmədi. Əvvəlcə İmrana, somra Kosaoğluna baxdı. 



Sözün düzü, heç bilmirəm neyləyim. Yuxarı tüpürürsən bığ, aşağı 

tüpürürsən saqqal. İndi mən hansınızın sözünə baxım? 

- Böyük 


söz 

deyəndə cavab qaytarmazlar. Sabaha səpilməmiş yer 

qalmamalıdır. 

- Qalmayıb, - deyə  İmran sakitcə cavab verdi, - üç yüz altmış hektarın 

hamısı səpilib. 

Kosaoğlu halını pozmadan sözünə davam etdi: 

- Nə vaxt səndon söz soruşsam, onda cavab verərsən, get işində ol. 

- Mənim işim elə budur. 

Yox, bu deyil. Belə görürəm sən heç vəzifəni də bilmirsən! 



- Kosaoğlu üzünü yana tutdu. - Hər yetən mənə böyüklük eləyəcək!  Ə, 

tez ol, maşını sən işə sal. Uşaq-muşaq əlində qalmışıq də! 

Adam düz söz deyəndə uşaq olar? 



- A 

qız, sən orada nə cırtdayırsan'? 

- Cırtdamıram, söz deyirəm. 

- Gör 


bir, 

sən Allah, nə danışır! Ay qız, kişiyə cavab qaytarırsan? 

Ə, belə dur görüm, - deyə Zeynəb qabağını  kəsmək istəyən Kazımı 



itələdi. - Sən get quyruğunu o yanda bula. 

Zeynəb qızlardan aralanıb Kosaoğluna yaxınlaşdı. Hirsli-hirsli onun üzünə 

baxıb əlini səpilməmiş yerə uzatdı. 

- Bunu 


səpdirirsən, sonra kim becərəcək? 

- Sən becərəcəksən! Canın çıxacaq, becərəcəksən. 

- Mənim canım çıxmayacaq! Evdə yatan arvadının, bir də bacın qızının 

canı çıxacaq. Bildinmi? Mən işləyəcəm, alın təri axıdacam, səninkilər də kölgədə 

oturub, əməkgünü alacaq? Ay aldılar ha! - deyə Zeynəb əlini sədrin lap burnunun 

qabağında yellədi. 

- Səsini kəs, ləçər! 

- Ləçər səninkilərdir! Özünü başıpapaqlı bilib üstümə xoruzlanma! Mənə 

dəli Zeynəb deyərlər. Vallah, bu saat səni də kor Hümmətin gününə salaraın. 

İmran irəli yeridi. 

- Plandan 

artıq yer əkmək nə qanunda var, nə də nizamnamədə. 

Nə qədər ki mən bu kolxozda aqronomam, partiyanı, hökuməti aldatmağa heç 

kəsə imkan verməyəcəm. Heç kim bizə ixtiyar vermir ki, iki 

yüz hektarın  əvəzinə üç yüz hektar əkib fırıldaq işlədək. Siz kimi aldatmaq 

istəyirsiniz? Heç başa düşürsünüzmü bu nə deməkdir? 

 

 



____________________Milli Kitabxana_____________________ 

121 


 

- Nə deməkdir? 

- O 

deməkdir ki, camaatı müftə işlədirsiniz. Planda olmayan, artıq əkilən 



yer üçün camaata əməkgünü çatmır. 

Kosaoğlu yanıxa-yanıxa sağa-sola gəzindi.  İmranın hər  şeyi açıq-açığına 

danışması onu da açıq danışmağa məcbur etdi: - Ə, bura bax, mənə  nə leksiya 

oxuyursan? Heç başa düşürsən hökumətə  nə lazımdır? Plan lazımdır ey, plan! 

Qandın? indi sənə  nə, mən hansı yolla plan doldururam? Necə bilirəm, elə  də 

eləyəcəm. - O, qəti bir hərəkətlə traktorçuya sarı döndü: 

- Tərpən! 

Traktorçu laqeydcəsinə dedi: 

Əvvəla,  şərtinizi kəsin, sonra mənə söz deyin. Mən MTS-ə tabeyəm. 



Müqavilədə nə qədər yer varsa, hamısını səpmişəm. 

Kosaoğlunun gözləri kəlləsinə çıxdı. 

- Demək, səpmək istəmiryən? Çox yaxşi, Kazım! 

- Bəli, Qurban qağa. 

Tez ol, bu saat bir akt bağla! 



- Baş üstə! 

- Mən sənin başına bir oyun açım ki, özün də  məəttəl qalasan! Demək, 

sən yaz əkin kampaniyasının qızğın vaxtında sabotajlıq eləyirsən?!  Əgər mən 

səni günü sabah dama basdırmasam, atamın oğlu deyiləm. Aktı bu gün prokurora 

göndərəcəm. Onda ağdlanarsan. Yəqin sən elə, cəbhədə  də  əmr-zad 

qanmayıbsan, dezertir olmusan! 

Bayaqdan Kosaoğlunun dediklərinə laqeydliklə qulaq asan, çox soyuqqanlı 

görünən traktorçu Əli son sözlərə dözə bilmədi. "Necə? Mənə, odlar ayaqlayıb 

Berlinə qədər gedən tankçıya bu yekəqarın dezertir deyir?" 

O, quş kiıni sıçrayıb yerə düşdü. Kosaoğlunun önündə dayandı. Bu enlikürək 

oğlanın geniş sinəsi qalxıb-enməyə başladı. Oğlan döyüşə hazırlaşımış kimi, 

sırıqlı pencəyini soyunub kənara tulladı. Sinəsində iki cərgə lent göründü. 

Kosaoğlu özünü yığışdırdı. Kazım bir az irəli yeridi. Traktorçu güclə özünü ələ 

aldı. 


- Mənim tankım sərhədi o üzə aşanda sən hardaydın? İndi nə yekə-yekə 

danışırsan! Əgər bu sözü mənə orda, cəbhədə demiş olsaydın, səni tankın altına 

salıb xurt-xəşil edərdim. Elə indi də əlimdən salamat qurtarmazsan. 

- Yaxşı, yaxşı... Sinəni-başını göstərmə. O yerlərdə biz də olmuşuq. 

Döyüşən təkcə sən olmayıbsan. 

  



____________________Milli Kitabxana_____________________ 

122 


 

Kosaoğlu yaralandığını bildirmək istəyirmiş kimi, sol qolunu yuxarı qaldırdı. 

Traktorçu onun zəif biləyinə  və yarıyumulu barmaqlarına tərs-tərs baxıb 

üzgözünü turşutdu. Kosaoğlunu bir daha təpədən-dırnağa qədər süzdü. 

- Sənin qolun də özün kimi düz-əməlli deyil. "S-S"-ə oxşayır. 

- O 


nə deməkdir? 

- Samostrel. 

Kosaoğlunun elə bil ürəyindən beşaçılan gülləsi keçdi. Kişi dik atıldı. Rəngi 

külə döndü. Dili-dodağı təpidi. Xeylı özünü ələ ala bilmədi. Gecdən-gec özünü 

toxtatdı. 

- Səpmirsən, maşun da götür, hara gedirsən get! Bir də  səni buralarda 

gözüm görməsin. 

Traktorçu dərhal sükanın dalında əyləşdi, maşını sürüb uzaqlaşdı. 

Kosaoğlu çıxılmaz vəziyyətə düşsə do, özünü sındırmadı,  əlini cibinə salıb 

papiros qutusunu çıxartdı. Sarı saçaqlı tütündən kağıza büküb eşdi, yandırıb 

hirsü-hirsli sümürdü: Kürkünü düzəldib ortada gəzindi. İndi o, yanında qul kimi 

boynunu bükən Kazımın da üzünə baxmırdı. Demək olar, Kosaoğlu indiyə qədər 

belə  çətinliyə düşməmişdi. Bir istədi sakitcə maşına minib buradan uzaqlaşsın, 

ancaq şəninə sığışdırmırdı. "Hamısı sözü bir yerə qoyub, əlbir olub məni yıxmaq 

istəyirlər... Ancaq onu görməyəcəklər" - deyə düşündü,  əlindəki papirosu yerə 

atıb İmranın üstünə qışqırdı: 

Bu saat rədd ol gözümün qabağından! Görünür, hələ  ağıllanmayıbsan. 



İşin ağız-burnunu yenicə düzəlmişəm, yenə pozğunluq salırsan. Mənə sənin kimi 

ağranom lazım deyil. Hara istəyirsən çıx get. 

İmran sakit addımlarla ondan uzaqlaşdı. 

 

14 



 

Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan 

ləzzət alardı. Onun xoşu gəlardi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, 

döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib 

söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı  məxməri 

çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi.  İmran da 

yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə