Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə37/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   33   34   35   36   37   38   39   40   ...   132

____________________Milli Kitabxana_____________________ 

111 


 

- Hə... nə davanız varsa, gedib ağranomla eləyərsiniz.  İndi cədvələ qol 

çəkin, nə verirlər dinməz-söyləməz alıb evinizə gedin. İstəmirsinizsə, ayrı 

məsələ. Onda, a bala, a Musa, pullarını qaytar ver özlərinə, o zərəri mən 

çəkərəm. İnsan oğluna yaxşılıq yoxdur. 

Kosaoğlunun sözləri təsirsiz qalmadı. Camaat sakitləşdi. Hətta bu saat 

İmranın yanına gedib ondan haqqını tələb etmək fikrinə düşənlər də oldu. Ancaq 

Kərim kişi yerindən tərpənmədi. 

- Ay 

Kosaoğlu, sən gəl, bizə kələk qurub, MTS-i bura qatma. 



- Kərim kişi!.. - Kosaoğlunun gözləri bərəldi. - Deyəsən, sənin başın 

bədəninə  ağırlıq eləyir axı. Bax, axırıncı  dəfə deyirəm sənə, yığışdır özünü! 

Sonra peşman olarsan! Bəsdir, camaatı az çaxnaşdır! 

Musa nə edəcəyini bilmirdi. Əlində qıfıl döyükürdü. Bu, Kosaoğlunu daha da 

hirsləndirdi. 

Ə, mal kimi gözünü niyə döyürsən? Qapını bağla, cəhənnəm ol, get! 



Yoxsa allahın da, bəndənin də hayfını səndən alaram. İstəmirlər, istəməsinlər. 

- Baş üstə, dayı... 

Musa cəld adamları bayıra çıxartdı. Qapını bağlayıb uzaqlaşdı. Adamlar da 

bir-bir dağılışmağa başladılar. Kosaoğlu anbarın qabağında bir qədər də dayandı. 

Gözünü qıyıb Kərim kişinin arxasınca baxdı. Qoca çəliyini belinin ortasına 

keçirmişdi. Pencəyinin dirsəyi yırtıldığından pambığı  ağarırdı. Beli azacıq 

əyilmişdi. Kosaoğlu onu nifrətlə gözdən keçirib dişini qıcadı. Dodağınnı altında 

nə isə dedi. Cibindən bıçaq çıxardib, yerdən götürdüyü çubuğu yona-yona 

idarəyə sarı addımladı. 

O sakitləşə bilmirdi. Son zamanlar kimi dindirirdisə, sözü yerə düşürdü. 

Halbuki əvvəllər onun ağzından nə çıxsa idi, danışıqsız yerinə yetirirdilər. Gözü 

su içmədiyi adamları müxtəlif yollarla kənddən uzaqlaşdırırdı. Kimisini neft 

mədənlərinə işləməyə göndərər, kimisini Mingəçevirə, ya Daşkəsənə yola salırdı. 

Çalışırdı ki, bir oxla iki hədəf vursun: həm "nadinc adamlardan" canını qurtarsın, 

həm də rayonda sinəsinə döyüb desin ki, '"mən öz kolxozumdan mədənlərə 

köməyə filan qədər adam vermişəm". 

Əvvəllər o, bu işi çox asanlıqla görə bilirdi: müharibə dövründə işçi qüvvəsi 

çatışmadığından, çox vaxt bu işlər səfərbərlik  şəklində  bəyata keçirilirdi. 

Kosaoğlu fursotdən istifadə edir. kimdən xoşu gəlmirdisə, səfərbərliyə salırdı. 

Ancaq son vaxtlar vəziyyət dəyişdi. Bu il 




____________________Milli Kitabxana_____________________ 

112 


 

  

isə lap çətinləşdi. İlin əvvəlində Nəsib dayını ilk partiya təşkilatına katib seçdilər. 



Kosaoğlu elə zənn edirdi ki, Nəsib rayon mərkəzini buraxib kəndə gəlməyəcək, 

lakin o, məmnuniyyətlə kəndə qayıtdı. 

Nəsib dayı işi çox adi bir şeydən başladı. Partiya təşkilatı üçün otaq ayırdı. 

Kabineti səliqəyə saldı, bər axşam idarədə oturub camaatı başına yığmağa, vacib 

məsələlər haqqında onlarla söhbət etməyə başladı. Elə bu vaxtdan Kosaoğlunun 

suyu bulandı. Bu tərəfdən də İmran gəldi. O da elə ilk gündən ayrı hava çaldı. 

Kosaoğlu idarəyə girdi. İçəridə heç kim yox idi. Pəncərədon süzülüm günəş 

şüaları döşəmənin ortasına düşmüşdü. Bir az əvvəl idarəni süpürən Gövhər 

qarının qaldırdığı toz işıq zolağında qaynaşırdı. Aftafanın lüləyindən tökülmüş 

əyri-üyrü su zolaqları da tozu yatırmamışdı. Kosaoğluna elə  gəldi ki, bir az da 

burada dayansa boğulacaq. O, eyvana çıxıb dirəyə söykəndi. Yenə  də  əlindəki 

çubuğu yonmağa başladı. Günün istisi onu əzirdi. Bir-iki dəfə  gərnəşib  əsnədi. 

Yuxudan ayılmış kimi ətrafa baxdı. 

İdarənin qabağındakı arxın suyu şırıltı ilə axırdı. Cərgə ilə düzülmüş qələmlər 

yarpaqlamışdı. Meyvə  ağacları çiçək açmışdı. Alçalar ağ dona bürünmüşdü. 

Arılar vızıltı ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu. Harada isə hop-hop oxuyurdu. 

Günəş altinda yatan itlər hərdən başlarını qaldırıb tənbəl-tənbəl hürürdülər. 

Kosaoğlu burada da darıxdı. Eyvandan enib xırman yerinə getdi. Orada da 

kimsə gözə dəymirdi. Saman yığılan yerlərdə zərif, yamyaşıl buğda cücərmişdi. 

Quşlar dəstə ilə orada eşələnir, pırıltı ilə uçuşub ağaclara qonurdular. 

Kosaoğlu veyllənə-veyllənə  gəlib təpənin üstündə dayandı. Təpənin döşü 

yamyaşıl idi. Balaca bir oğlan dizinin üstünə qoyduğu kitabı yeknəsəq ahənglə 

bərkdən oxuyur, arabir də göylükdə otlayan ala quzulara, atılıb-düşən təpəl 

çəpişə baxırdı. 

Aram-aram vurulan zəngin səsi gəldi. Məkləbin həyəti uşaqlarla doldu. 

Kosaoğlu çantasını qoltuğuna vurub ötüşən oğlanlara, başı  kəlağayılı balaca 

qızlara baxdı. İndi də ona səs-küy xoş gəlmədi. Asta-asta təpədən endi. Nəhayət, 

Kosaoğlu evə qayıtdı. Armud ağacının altında, "Pobeda"nın yanında dayanmış 

şoferi çağırdı: 

-

 



Məmməd, maşını yola çıxart! 

Bir az sonra Kosaoğlunun maşını  kənd yollarında cücərən zərif otların 

üstündə qoşa iz saldı. Kosaoğlu şoferin yanında yayxanıb otur- 



____________________Milli Kitabxana_____________________ 

113 


 

 

muşdu. Maşın quş kimi uçduqca çöllərin gül-çiçək ətri ilə dolu olan təmiz havası 



Kosaoğlunu xumarlandırırdı. 

Qarşıda geniş tarlalar görünürdü. Traktorlar şumun içində hərlənirdi. Ortada 

qaçışıb, çiyid daşıyan qızların al-əlvan paltarları yellənirdi. Maşın arxların 

yaxasınca gedirdi. Şofer hərdən sürəti azaldır, cücərən pambıqları  sədrə 

göstərirdi. 

Yaşıl yemişan pöhrənliyinin arxasından ipək paltarh bir qız çıxdı.  Əlindəki 

günlüyü yelləyib dayandı. Maşın silkələnib durdu. 

Şahnaz, hara belə? - deyə şofer soruşdu. 



- Briqadalara. 

- Gəl otur, aparım. 

Yox, özüm gedərəm. 



Kosaoğlu başını pəncərədən çıxartdı. 

- Sənin pay-piyada bu çöllərdə nə işin var? 

- Bəs neyləyim? Evdə oturmaqdan adamın bağrı çatlayır. 

- Evdə niyə, xəstəxanan var, otur işini gör. 

Şahnaz əzilib, yerində silkələndi. 

- Belə havada xəstəxanada oturub onun-bunun yarasına baxmaq olar? 

- Di 

yaxşı, burnunu sallama. Hansı briqadaya gedirsən? 



- Nə bilim, hansına olsa. 

- Di 


gəl otur. 

Şahnaz qapını açıb arxada əyləşdi. Məmməd güzgünü düzəldib yerini 

rahatladı. Sonra qapını örtmək bəhanəsi üə geri dönüb Şahnazın üzünə baxdı və 

bənövşə dəstəsini onun qucağına atdı. Şahnaz bənövşəni götürüb qımışdı. 

Məmməd gözünü güzgüdən ayırmadı. O, qabaqdakı yoldan çox güzgüdə 

gülümsəyən Şahnaza, onun qaynar gözlərinə baxırdı. Şahnaz da bunu hiss edərək 

əzilir, maşın atıb-tutduqca ağız-burnunu büzüşdürürdü. 

Kosaoğlu isə fikrə getmişdi: "Yox, işi axıra çatdırmaq lazımdır. Ağzı qatıqlı 

bir uşaq mənim kimi adamı camaat içində biabır etmək istəyir. Nəsib də o deyəni 

deyir. - O, dərindən köksünü ötürüb çöllərə baxdı. - Heç bilmirəm, bu 

mərdimazar oğlu haradan gəlib çıxdı? Mağıl işimi sahmana salmışdım. 

İstədiyimiz qədər  əkirdik. plan dolmayanda məntəqədən bir neçə ton satın 

alırdıq. İndi nə olsun? Artıq yer əkmə, əl-ayağını tərpətmə, özün də plan doldur. 

Yox, Kosaoğlu, adın-sanın var, ağlını  oğurladib uşaq-muşaq sözünə baxma. 

Yenə öz bildiyin kimi elə". 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə