____________________Milli Kitabxana_____________________
102
Onlar yola çıxdılar.
İmran yenə də susur, Zeynəb isə atmacalı sözlərlə onu güldürməyə çalışırdı
İmranı qaşqabaqlı görmək ona hər şeydən ağır gəlirdi. Zeynəbi məyus edən də o
idi ki, İmran ilk zərbədən sonra sarsılana oxşayırdı.
- Yəqin ki, daha kənddə qalmazsan, çıxıb gedərsən?
Barı gedəndə xəbər elə, gəlib yola salaq.
- Hara
gedəndə? Sən nə danışırsan?
- Nə bilim, başqa yerə, nə çoxdur yaxşı yerlər.
İmran dayanıb diqqətlə qızın üzünə baxdi.
-
Bu fikir sənin ağlına hardan gəldi?
-
Heç hardan, elə sir-sifətinə baxanda görürəm ki, gec-tez qaçacaqsan.
Zeynəbin sözləri sanki İmranı yuxudan oyatdı. "Yəqin ki, indi çoxları belə
düşünür. Bəlkə elə Kosaoğlu da bu fikirdədir. Yəqin bu saat məni əzişdirib
sıradan çıxartdığını zənn edib sevinir".
- Ancaq,
sən Allah, qaçanda asta qaç ki, dalınca çata bilək. Zeynəbin,
yenə köhnə adəti üzrə, xısın-xısın güldüyünü görən İmran əsəbiləşdi. O, hiss etdi
ki, bu sakit gülüş qaqqıltıya çevriləcək. "Bu qızın da qəribə xasiyyəti var. Keçi
can hayındadır, qəssab piy axtarır".
İmran özünü ələ aldı.
- Mən qaçan deyiləm, ancaq sən özündən qorx.
- Yox
əşi, yalan demirsən ki?
- Bəsdir.
- Yəni deyirsən, sözünə inanmaq olar?
- Zeynəb...
- Hirslənmə... İnandım ki, düz sözündür. Heç yana qaçan deyilsən.
-
O şaqqıldayıb güldü. İmran da özünü saxlaya bilməyib qımışdı.
- Yaman
əməlbazsan ha...
- Hər halda dostun Kosaoğlundan əməlbaz olmaram.
- Yaman
dostuq!
- Bəs necə, heç aranızdan su keçmir. İndi mən deyənə gələrsən. Görürsən
ki, ona inanmaq olmaz? Vaxtında sözümə baxmadın.
- Nə edim? Nəsib dayı kimi kişi de ona inanır.
- Yaxşımı eləyir? Sn elə bilirsən Kosaoğlunun onunla bağrı badaşdır?
Əlacı olsa, Nəsib dayını kənddən günü bu gün qovar.
- Bəs Nəsib dayı bunları bilmir?
- Bilsə belə arxayın olmaz. Köhnə yoldaşdırlar. Bir də, o kişi sakit
adamdır. Kosaoğlu da bundan istifadə edir.
____________________Milli Kitabxana_____________________
103
İmran xeyli susdu.
- Zeynəb, doğrudan Kosaoğlu ikİ-üç günə yeri şumladacaq?
- Yəqin.
- Axı necə?
- Nə bilim, onun at işləməz yolları var.
Onlar yenə susdular.
- Demək qaçmayacaqsan?
- Yaxşı, zarafatı burax.
Zeynəb yenə nə isə demək istədi, ancaq bu vaxt ayaq səsləri eşidildi. Arxadan
onlara yaxınlaşan Nərgiz müəllimə adəti xilafına:
- Yenə də qoşalaşibsınız? - dedi.
- Təbiəti seyr edirik. Bizim bu ağranom oğlan bahara vurulub.
- Təbiətə aşiq olmaq pis deyil.
İmran Nurgizin yumşaq, titrək səsini eşidəndə bir az həyəcanlandı. Bu səsdə
nə isə qəribə, adamı sakit edən, az qala ona layla çalan bir qüvvə vardı. Ortalığa
çökən ani sükutu Zeynəb pozdu:
- Təbiət aşiqi, bəs bu zaman hardan gəlirsən?
- Məktəbdən. Dərnəyimizin məşğələsi vardı.
- Nə dərnəyi?
- Dram.
Axı qabaqdan may bayramı gəlir.
- Teatr
verəcəksiniz?
- Özü
də lap yaxşısını.
- Allaha
şükür, axır ki, klubumuzun qapısı açılacaq.
- Bilirsən, Zeynəb, elə yaxşı çalıb-oxuyan uşaqlarımız var imiş ki, mən
heç bilmirdim, onlara baxdıqca, qulaq asdıqca adama ləzzət verir. İmran papiros
çəkir və qızların söhbətinə qulaq asırdı.
Nərgiz müəllimə ayaq saxladı. Qaranlıqda bozaran çöllərə, sakit yatan kənd
evlərinə baxdı.
- Kənd axşamları doğrudan da gözəl olurmuş! Mən əvvəllər təsəvvürümə
gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam.
Romanları oxuyanda kənd xoşuma gəlirdi. Oradakı sakitlik məni həm cəzb edir,
həm də qorxudurdu. Sən demə, qorxulası bir şey yox imiş. Gəldim, lap valeh
oldum. Buradakı sakitlik də, axşam qaranlığı da mənə xoş gəlir.
-
Amma bizim ağranoma xoş gəlmir.
- Niyə ki? - deyə Nərgiz müəllimə ehtiyatla soruşdu.
- Nə bilim? Qoy özü desin.
____________________Milli Kitabxana_____________________
104
- Nərgiz müəllimə, siz ona fikir verməyin, yenə şitliyi tutub.
-
Yox, düz sözümdür. Bizim knnd onun xoşuna gəlmir.
-
Bax, burda haqlısan. Bizim kənd o qədər də xoşuma gəlmir.
Nərgiz müəllimə İmranın fikrini bilirdi. Söhbət zamanı İmran dəfələrlə ona
demişdi ki, "saat on olmamış kənd yuxuya gedir, qapı-bacalardan işıq kəsilir.
Amma gərək belə olmasın. Mən istərdım ki, başqa kolxozlardakı kimi, bizim
kolxozun da klubu hər gecə açıq olsun. Tamaşalar göstərək. İdarənin qabağında
boş yer var, oranı park eləsək pismi olar? Cavanlar hər axşam işdən sonra ora
toplansa, danışıb-gülsə kimo zərəri dəyər? Heç kimə".
Əslinə baxsan, məktəbdəki dram daməyinin işinə qoşulmaq fikri Nərgizdə bu
cür söhbətlərdən sonra əmələ gəlmişdi.
- Xoşuna gəlmir, düzəldərik, - deyə Zeynəb İmrana cavab verdi.
- Elə dərd də bundadır ki, adamın arzusumı ürəyində qoyurlar. Onlar evə
çatdılar. Zeynəb doqqazda ayaq saxladı. İmran onun qolundan tutdu:
- Gedək bizə. Yəqin anam bir şey bişirib bizi gözləyir. Zeynəb yenə
müəmmalı gülümsədi. - Bir şərtlə gedərəm.
- O
nədir?
- Qorxub
kənddən qaçmayasan.
* * *
Elə həmin axşam Kosaoğlu qonağı prokuror Əsədovu yedirib içirəndən sonra
hesabdarla anbardar Musanı yanına çağırdı. Onlar qapıdan girən kimi:
- Kassada
nə qədər pul var? - dedi.
- Nə qədər lazımdır? - deyə Musa soruşdu.
- Otuz
min.
- O
qədər olmaz.
- Olmaz,
düzəlt. Sonra gedib bankdan alarsan.
- Axı, Qurban qağa...
-
Ə, uzun eləmə... Get evdən gətir, yoxdur, koperativdən-zaddan tap
düzəlt, yarım saata burda ol, yola çıxacam.
Musa getdi. Kosaoğlu sakitcə dayanan hesabdara üzünu tutdu:
- Sən də çek yaz, sabah bankdan avans pulunu alın. Sonra da cədvəl tut.
Dostları ilə paylaş: |