Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə41/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   37   38   39   40   41   42   43   44   ...   132

____________________Milli Kitabxana_____________________ 

123 


 

 

  



Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar 

bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. 

Tükəzban xala ona ağzını açmağa imkan vermirdi. 

- Qızım, içəridə nə var? Bu saat gül-gülü çağırır, bülbül də gülü. Adam heç 

evə baş salmaq istəmir. 

Nərgiz müəllimə onun sözünü yerə salmırdı.  İmran işdən gələndə isə 

Tükəzban xalanın sevinci yerə-göyə  sığmırdı. O, bu cavanları yanaşı oturub 

çörək yeyən görəndə istəyirdi ki, hər şey beləcə dayansın, nə zaman gəlib keçsin, 

nə  də onlar yerindən tərpənsinlər. O isə bir əldən hey çay süzsün. Nərgiz 

müəllimə arvadın döşünə yaman yatmışdı. O, getdikcə bu sakit qıza mehrini 

salır, hətta Nərgiz məktəbdən bir az gec qayıdanda darıxmağa başlayırdı. Ona elə 

gəlirdi ki, evdə  gəlini var. Doğrudan da, Nərgiz özünü ev gəlini kimi aparır, 

Tükəzban xalanın hər işinə qarışır, hər dərdinə şərik olurdu. Tükəzban xala əlinə 

süpürgə aldımı, Nərgiz dərhal qabağa keçirdi, arvad tikiş tikmək istədimi, əlüstü 

onun yanında otururdu. Hətta inək sağmağa da kömək edirdi. Tükəzban xalaya 

da belə bir qız lazım idi. 

Əslinə baxsan, arvad öz aləmində  hər işi qurtarmışdı.  İmranın  əvəzində 

müəlliməyə söz açacağını da qərara almışdı. 

Tükəzban xala da bütün analar kimi öz oğlunu evləndirmək arzusunda idi. 

Gözəl bir qız görəndə dərhal İmranla müqayisə edirdi. Bəzi analar oğlanları üçün 

gəlin seçəndə çox fikirləşir, qızların hərəsində bir eyib tapır, axırda da ya kora, 

ya da keçələ rast gəlir. Ancaq Tükəzban xala belələrindən deyildi. Harada gözəl 

bir qız görsəydi,  İmrana almaq istəyirdi. "Elə boyu-buxunu da qəşəngdir, 

İmrancığazıraa yaraşır" - deyə xəyalmdan kcçirdi. Tükəzban xaianın xasiyyətinə 

bələd olanlar bəzən ona sataşardılar. O isə çiynini çəkib, "neyləyim, Allah məni 

də belə yaradıb" - deyərdi. 

Tükəzban xalanın Zeynəbdən də xoşu gəlirdi. Amma nədənsə  uşaqlıqdan 

yanında böyümüş bu qıza başqa gözlə baxa bilmirdi... 

Göyün üzü tər-təmiz idi. Yalnız Dəlidağın başında topa-topa ağ buludlar 

dolaşırdı. Günəş  qərbə doğru endikcə, buludlar çəhrayı  rəngə boyanırdı. Çay 

tərəfdən kəndə sərin meh əsməyə başlamışdı. Axşamın yaxınlaşdığını hiss edən 

quşlar budaqlarda civildəşirdi. Qarğalar çinarların başına toplaşıb qarıldaşır, bir 

şaqqıltı eşidən kimi səs-küylə havaya qalxır, dövrə vurduqdan sonra yenə çinarın 

başına tökülüşürdülər. Qara qarğaların dəstəsinə qoşulan dolaşaların zil səsləri 

seçilirdi. 

 



____________________Milli Kitabxana_____________________ 

124 


 

Bu gün Tükəzban xala həyəcanlı idi. Uzun-uzadı fikirlərdən sonra hər  şeyi 

oğluna açıb deməyi qərara almışdı. O, İmrana deyəcəkdi: "A, bala, nə vaxta 

qədər dinməyəcəksən? Kəndimizin gözəl-göyçək qızlarından birini gətirsənə! 

Axı, mən də  gəlin buyurmaq istəyirəm. Oğul-uşaq yiyəsi olmaq istəmirsən? 

Balaca ha deyilsən! Maşallah, bığlı-saqqallı kişi olubsan, daha bəsdi subay 

gəzdiyin. Mən də istəyirəm evimizdə  uşaq iməkləsin, nəvəmin  əlindən tutub 

gəzdirim". 

İmranın ağırtəbiət olması Tükəzban xalanı təşvişə salırdı. "Bu gədənin elə bil 

dili-ağız yoxdur. Heç başını qaldırıb gözünün ucu ilə bu qızlardan birinin üzünə 

baxmır. Bilmirəm kimə oxşayıb. Rəhmətlik atası belə deyildi. Oynar-gülər adam 

idi. Amma bu elə bil daş parçasıdır". 

Tükəzban xala çox yaxşı bilirdi ki, qızların çoxunun İmranda gözü var. İmran 

yoldan ötəndə su quyusunun başına yığışmış  qızların onu necə  oğrun-oğrun 

süzdüklərini, hətta pıçıldaşıb köks ötürdüklərini Tükəzban xala görmüşdü. 

Qızların bəzilərinin aqronomu görəndə üst-başını düzəldərək, sürüşüb çiyinlərinə 

düşən kələğayılarını irəli çəkdiklərinin, başlarını aşağı salsalar da, gözaltı İmrana 

baxdıqlarının nə demək olduğunu Tükəzban xala yaxşı başa düşürdü. Arvadın 

ürəyi dağa dönürdü, sevincindən yerə-göyə sığmır, az qalırdı qanadlanıb uçsun. 

Tükəzban xala axır vaxtlar qızların ona hörmət etdiyini, bəzilərinin isə 

həyalandığını görürdü. O, su sonası kimi gözəl-göyçək qızlara baxdıqca 

gülümsəyirdi. "Şeytanlar lap əməlbazdırlar, özlərni mənə bəyəndirmək istəyirlər. 

Ölməmişlər elə  də  qəşəngdirlər ki, adam hayıl-mayıl olur, heç bilmir hansının 

qolundan yapışsın"... 

O, əvvəllər tələsmirdi. Bəlkə də oğlunun bir müddət subay qalmasını istəyirdi 

ki, qızların gözündən düşməsin. Bəzən onun qəlbində çox qəribə hisslər baş 

qaldırırdı. "İmran evlənsə, qızların gözündən düşəcək. Onun dalınca həsrətlə 

baxan olmayacaq". Bəs Tükəzban xala buna necə dözərdi? Yox, yox, qoy İmran 

evlənməsin. Hamı fikirləşsin ki, görən kimi alacaq. Qoy qızlar gecələr 

yataqlarında fikrə gedib "kaş məni alaydı" desinlər. 

Bəzən öz-özünü danlayırdı: "Havaxta qədər oturacaq? Evlənsə yaxşıdır. 

Sonra birdən eləsinə rast gələrik ki, heç açıb-ağartmalı olmaz". 

Gövhər qarı ilə söhbətindən sonra o, kosaoğlulardan ehtiyat etməyə 

başlamışdı. "Onlardan nə desən çıxar. Həyasız tayfadır. Sonra o ləçəri gədənin 

boğazına bağlayarlar.  Şahnaz elə bir him axtarır. O saat qır-saqqız olub 

yapışacaq". 




____________________Milli Kitabxana_____________________ 

125 


 

 

Doğrudan da son vaxtlar kənd arasında dedi-qodu başlayir, Tükəzban xalanın 



qulağına bəzi sözlər dəyirdi. O, hər  şeyi açıb oğluna deməyə  tələsirdi. "Qoy 

biryolluq birini seçsin". 

Tükəzban xala səbirsizliklə süfənin  ətrafında fırlanır,  əlindəki dəsmalla 

zümzümə edan samovarı silir, çayniki dəmkeşin üstünə qoyur, iri podnosa 

yığdığı stəkan-nəlbəkini dönə-dönə təmizləyirdi. 

Bu gün hər şey həll olunmalı, ana qəlbi sakitləşməli idi. 

Doqqazdan səs gəldi. Tükəzban xala küçəyə  çıxdı. Gövhər qarını görəndə 

istədi geri qayıtsın, ancaq mümkün olmadı. Qarı donunun ətəyini dəstələyib 

özünü həyətə saldı. Onun rəngi ağarmışdı. Sinəsi qalxıb enirdi. 

- Bu 


köpək uşağı da qudurmışlarını bağlamırlar. Gün yaxmamış açıb 

buraxırlar. Yoldan keçmək olmur. Quduz dəymişlər də elə pisdirlər ki, 

Görmüşük it arvad xaylağına dəyməz, amma bunlar elə birbaş adamın üstünə 

cumurlar. Yenə allahın yazığı  gəldi, yaxşı ki, özümü sizing doqqaza saldım, 

yoxsa qarnımı dağıdacaqdılar. Lap dilim-dodağım təpiyib. Bəlkə bir qurtum 

suyun ola, ay Tükəzban. 

Qarı  səsini kəsib cücə gözlərini oynatdı. Ağacın altındakı süfrəyə, hazır 

samovar baxdı. Tükəzban xala su gətirənədək hər yeri nəzərdən keçirdi. 

- Allah 

muradını versin. Lap ciyərim yanırdı. Gözüm işıqlandı. 

Rəhmət atana, çox sağ ol. Yezidə  lənət. Deyirəm bu su lap dərdlərə 

dərmandı. - O, sözünə ara verib ağacın dibinə baxdı. - Deyəsən, hazır çayın var, 

nə olar bir stəkan verəsən, dədən ehsanına içərəm. Su yanğımı söndürmədi. 

Quduz dəymişlər üstümə elə  şığıdılar ki, heç gözümü aça bilmədim. Bir tikə 

çörəyim ovsanata düşdü. Bu aşağıdakı obadan gəlirəm. Balaxanımın qızının 

burnunda çöp qalmışdı, onu çıxardırdım... 

Sən oğlunun canı, tez ol bir stəkan çay ver. 

Tükəzban xaia könülsüz evə getdi. 

- Ay 

qız, hara gedirsən, budur ey, elə buradaca stəkan var. İstəyirsən 



özüm töküm. 

- O 


stəkanlarda işini olmasın, uşaqlarındır. 

- Kimin? 

Uşaqların? Ay qız, uşaqlar kimdir? Bıy, hə, heç yadıma düşmür 

ki...  İmranla o müəllim qızı deyirsən. Olsun, olsun, allah boya- başa çatdırsın. 

Yaxşı balalardır. Amma, ay Tükəzban, sözün düzü, bircə  oğlun var, onu niyə 

belə urvatsız elədin? Belin qırımamışdı ki, beş  şahı pulun yoxdurmu ki, heç 

olmasa bir aşıq gətirəydin. Adam da toyu belə kirimişcə elər?  Əlində yox idi, 

bizə deyərdin, yoxsa bundan nə çıxdı? 

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə