Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə99/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   95   96   97   98   99   100   101   102   ...   132

____________________Milli Kitabxana_____________________ 

298 


 

Mürsəl eyvanda dayanmşdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin 

üstündəki təpəliklərə, göy üzündə laylanmış  ağ buludlara və üfuqlərin sonsuz 

ənginliklərinə baxırdı. Yəhərdə  qılçasını  qılçasının üstünə  aşırıb papiros çəkən 

kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. 

Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı. 

O, papirosunu son dəfə sümürüb kötüyü müştükdən çıxardı  və üzünü 

Mürsülə tutdu. 

A bala, a müəllim, zəhmət olmasa bir aşağı düş, - dedi. 



Mürsəl təəccüblənsə  də, pilləkənləri endi. Atlı  sıçrayıb yəhərdən düşdü. 

Dəstədən aralandılar. 

- Oğul, səndən xoşum gəldi, yaxşı adama oxşayırsan. Ona görə  də  sənə 

qıymıram. Sən bizim kəndin xasiyyətini yaxşı bilmirsən. Çox sözlü-gaplı kənddi. 

Əllərindən nə xəta desən, çıxa bilər. Özünü bir az ağıllı apar. 

- Mən nə eləyirəm ki? 

- Sözümü 

kəsmə! 


Elə bil kışini birdən-birə  dəyişdilər. Quyruğunun üstünə qalxıb fısıldayan 

ilana döndü. 

- Qanacağın olsun, böyük danışanda kiçik qulaq asar. Hələ bu kənddə 

mənə cavab qaytaran olmayib. Yadında saxla. Mənə Çapıq Əmrah deyərlər. 

Buyurun, sözünüzü deyin, qulaq asıram. 



Əvvəla, bu gündən o qrammofonu oxutma. Hardan almısan, qoy yerinə! 

- Burda 

nə var ki, musiqidi, qulaq asırıq. 

Dedim ki, sözümü kəsmə! - Kişinin  əli belindəki xəncərin dəstəyinə 



uzandı. - Sən bizi nə hesab edirsən? Hər səhər eyvanda qrammofon oxutdurub 

suya gedən qız-gəlinə sataşırsan, biz də durub baxacayıq? Yoxsa uşağın biri bizi 

xoşqeyrət hesab edir? Ağır otur, batman gəl. Yoxsa iri tikəni qulağın boyda 

eləyərlər. Kənddəki zümzümələri eşitməmisən? 

- Mən nə eləyim, mənim nə günahım var? Sizin kəndin adamları sazlı-

sözlü camaatdı. 

- Çalış adın o saza-sözə düşməsin. bildinmi? Bir də teatr-zad 

çıxartmaqdan  əl çək. Bax, bu mənim axırıncı sözlərimdi. Eşitməsən, öz 

bəxtindən küs. 

 



____________________Milli Kitabxana_____________________ 

299 


 

Uçitel atlıları görüb həyətə çıxdı. Salam verdi. Və ehtiyatla soruşdu: 

- Xeyirdimi, 

Əmrah? Nə əcəb sizdən? 



Əmrah dabanı üstdə fırlanıb Uçitelə köntöy cavab verdi: 

- Bu 


müəllim uşaqdır, ağli bir şey kəsmir. Bəs sənə nə olub? Mən sözümü 

dedim. İndi ona de ki, ağlını başına yığsın. 

O, quş kimi sıçrayıb atın belinə qalxdı. Dəstə bir göz qırpımmda məktəbdən 

uzaqlaşdı. 

Uçitel gecə kurslarından və  kəndə yayılan zümzümələrdən sonra səksəkəli 

idi. O, belə bir hadisənin olacağından qorxurdu. Mürsəlin xəbəri olmadan onu 

gözdən qoymur, duruşuna, oturuşuna fikir verirdi. Hətta bir-iki dəfə 

qəsdlənmişdi ki, onunla söhbət etsin, bəzi məsələləri ona başa salsin. Ancaq 

onun bir gənclik ehtirası ilə məktəbə vurulduğunu görəndə qəlbinə dəyməmişdi. 

İndi Əmrahın məktəbə gəlməsi onun sümüyünü çaxnaşdırmış və ürəyinə qorxu 

salmışdı. Mürsəl də çaşıb qalmışdı. Uçitel bu cavan oğlanın sirsifətindəki qəzəb 

qarışıq kədəri,  şaşqınlığı görüb onu acı düşüncələrdən ayırmaq istədi.  Əvvəlcə 

özünə toxtaxlıq verib gülümsündü, sonra Mürsəlin qolundan yapışdı. 

- Gəl içəri gedək, bala, yaman üşüdüm. Deyəsən, hava soyudu. Mina xalanın 

təzəcə dəmlədiyi samovar çayından bir-iki stəkan içib qizışaq. Ağzımıza bir-iki 

tikə çörək alaq. Fikir eləmə. Belə sözləri çox eşitmişik və çox da eşidəcəyik. 

Mürsəl özünə  gəlməmiş Uçitel bir ata kimi onun qolundan yapışıb içəri 

apardı. Mürsəl sakitcə çayını içdi. İştahası olmasa da, bir-iki tikə çörək kəsdi. 

Uçitel gördü ki, onun fikri uzaqlardadır, çox uzaqlarda. O nə isə düşünür, nəyi 

isə ölçüb-biçir və vəziyyəti aydınlaşdirmağa çalışırdı. O, isti məxməri çaydan bir 

stəkan da içib üzünü Uçitelə tutdu. 

- Bəs nə olsun, onların qabağından qaçaq? Onlar meydanda at 

oynatsınlar, biz dö durub baxaq? Bəlkə boynumuzu büküb qabaqlarında diz 

çökək? 


Uçitel gülüınsünüb əlini onun çiyninə qoydu. 

- Tələsmə, oğlum, hər şeyin vaxtı var. Zorakılıqnan heç nə olmaz. 

Atalar deyib ki, saxla samanı, gələr zamanı. 

- Zamanı çox gözləmək olmaz. Ona təkan vermək lazımdı.  İnqilab 

yaratmaq lazımdır. Eşitməmiş olmazsınız, dahilər deyib ki, inqilab zamanın 

əvəçisidir. Zorakılıq olmasa, uşaq dünyaya gəlməz. 

- Yarımçıq doğulan uşaq da çox yaşamaz: ya anadan olan kimi ölər, ya da 

ağıldan naqis olar. Təbiətin də, cəmiyyətin də öz əbədi və 




____________________Milli Kitabxana_____________________ 

300 


 

əzəli dəyişməz qanunları var. Yaz qışı, yay yazı, payız da yayı əvəz etdiyi kimi 

cəmiyyət də embrioloji mərhələlər keçməlidir.  Əvvəlcə insanların zehnində 

kamillik yaranmalı, təkamül yolunu keçib inqilaba gəlməlidir. Yoxsa uşağı 6-7 

aylığında alayarımçıq halda dünyaya gətirmək olmaz. 

Olar, Uçitel, olar. Bəs tarixi dahilar yaratmırmı? 



Uçitel özünə bir stəkan da çay süzdü. Gülümsəyərək Mürsələ baxdı. 

- Dahi 


kimə deyirsən? 

- Cəmiyyətin istiqamətini dəyişən adamlara. 

- Onlar 

cəmiyyətin istiqamətini dəyişdirə bilməzlər. Cəmiyyət özü öz 

istiqamətini dəyişdirir. 

- Bəs elə isə dahilər nə edir? 

- Bax, 

məsələ  də elə bundadı. Xəstə  cəmiyyətin yaraları göynyir, əzab-



əziyyət verir və nəhayət, yetişir, bədəndə olan çiban kimi. O çibaniarın deşilmə 

mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini  əvvəlcədən 

görürsə  və neştəri götürüb hamıdan  əvvəl yaranı  kəsirsə, dahiyə çevrilir. Yenə 

deyirəm,  əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa 

düşüb bu işi sürətləndirirlər. İndi, Mürsəl bala, tələsmək olmaz. Hər şeyin vaxtı-

vədəsi var. Bundan başqa, yaşadığın cəmiyyətin qanunlarını gərək öyrənib özünü 

qorumağı da bacarasan. 

Süfrəyə xörək gətirdilər. Uçitel Mürsəlin boşqabını yağlı plovla doldurdu və 

söhbətinə davam etdi. 

- Yadındadırmı, iki ay bundan əvvəl bizi kəndin yuxarı hissəsinə iclasa 

çağırmışdılar. Axşamüstü gedəsi olduq. Mənim qoşalülə tüfəngimi sən götürdün. 

Arxayınca çağırılan yerə getdik. Biz mühazirə oxumalı idik. Amma heç kəs 

gəlməmişdi. Qaranlıq isə qarışmışdı. Sən sakit idin. Mənim isə ürəyimə damdı 

ki, burda bir qurğu var. Bizi buraya pis niyyətlə çağırıblar. Azacıq sonra kəndin 

işıqları yandı, itlər zəncirdən açıldılar. Birdən-birə kəndi iki yerə ayıran dərəyə 

zil qaranlıq çökdü. 

Elə qaranlıq ki, göz-gözü görmədi. Biz qayıdası olduq. Tüfəngi mən 

götürdüm. Qabağa düşdüm. Bilirsənmi niyə? Fikirləşdim ki, əgər yolumuzu 

kəsən olsa, çaş-baş qalsınlar. Gedəndə tüfəng səndə idi, indi onlar ehtiyat edəcək, 

bilməyəcəkdilər ki, tüfəng qabaqda gedəndədir, ya arxada qalanda. Geri 

qayıdanda da gəldiyimiz yolla yox, ayrıı bir cığırla qayıtdıq. Məndən sənə 

əmanət, heç vaxt getdiyin yolla geri qayıtma, çalış izini itir, düşmən sənin 

haradan gəlib, hara getdiyini bil- 

~S  300 fe< 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə