Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə101/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   97   98   99   100   101   102   103   104   ...   132

____________________Milli Kitabxana_____________________ 

304 


 

 

Mollanın sifətindən güclə seziləcək, incə bir işıltı keçdi. 



- Uçitel, bilmirsənmi, komsomolu məsciddən götürməzlər. Onun üstündə 

Quran oxuyub, namaz qılmazlar.  İndi ki, onu bizim kənddə  dəfn etmək 

istəyirsiniz, aparın edin. Amma ümumi qəbristanlığa yaxın getməyin. 

Uçitel ayaqqabılarını geyindi və məsciddən bayıra çıxdı. O nə edəcəyini belə 

qəti qərarlaşdıra bilməmişdi. Məktəbin həyətinə girəndə allı-güllü parçalardan 

bəzəkli don geyinmiş  qız uşaqlarını,  əllərində  bənövşə  dəstələri tutan oğlanları 

gördü və başa düşdü ki, bu körpələrin heç nədən xəbəri yoxdur. 

Məktəbin həyətində dayanan kəndlilər Uçitelə yaxınlaşdılar. Onlardan biri 

qabağa yeridi. 

- Özünüzü darıxdırmayın, müəllim, dünyadı, adamın başına iş  gələr. 

Müsəlman deyilikmi? Ölümüz düşüb, özümüz də müsəlman qaydası ilə yerdən 

götürərik. 

Uçitel dirçələn kimi oldu. Ətrafındakılara baxıb özünə toxtaqlıq verdi. 

Məktəbin geri yanında evlərdən kilim gətirib daldalanacaq düzəltdilər. 

Qulplu qazanları asıb su qaynatdılar. Meyiti yuyub təmizlədilar. Kimsə qara gün 

üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyti kəfənləyib cənazəyə qoydular 

və üstünə kəlağayı örtdülər. Uçitel əvvəl istədi cənazəni ikinci mərtəbəyə eyvana 

qoysun, sonra fikrini dəyişdirib həyətin ortasına gəbə saldırıb meyiti ora qoydu. 

Bayrama gələn uşaqlar yavaş-yavaş çoxalırdı. Onlardan bir neçəsi ikinci 

mərtəbəyə eyvana çıxmışdı. Onlar kənardaca dayanıb qorxa-qorxa, ürkəkliklə 

eyvanın küncündəki qrammofona baxırdılar. Uçitel dəfələrlə  həmin uşaqların 

Mürsələ kömək etdiyini görmüşdü. Gah qrammofonun tozunu silir, gah dəstəyi 

hərləyir, gah da vallan gətirirdilər. Amma indi bilmirdilər neyləsinlər. Bunu 

görən Uçitel üzünü eyvandakı uşaqlara tutdu: 

- A bala, qurun maşını, çaldırın, oxutdurun! 

Uşaqlar elə bil bir şey sındıracaqlarından ehtiyat edirlərmiş kimi, astaca 

qrammofonu işə saldılar. 

Uçitel həyətdəki uşaqlardan iki nəfərini yanına çağırdı. 

- A bala, cəld qaçın zurnaçı Hümmətin yanına. Ona deyin ki, Uçitel gözləyir. 

Yoldaşlarını götürüb təcili məktəbə gəlsin. 

Azacıq keçmiş Hümmət dəstəsi ilə gəldi və cənazəni görüb təəccüblə Uçitelə 

baxdı. 


  


____________________Milli Kitabxana_____________________ 

305 


 

- Hümmət kişi, çıx ikinci mərtəbənin eyvanına, bir yaxşı "Səhər havası" çal, 

qoy camaat yığışıb gəlsin. 

Zurnaçı Hümmət dərhal eyvana qalxdı, üzünü səhər  şəfəqlərinə  qərq olmuş 

üfuqə tutdu və özünün dərdini, kədərini də "Səhər havası"na qatıb, kəndi haraya 

çağırdı... 

Məktəbin həyətində  tərpənməyə yer yox idi. Bütün kənd camaatı - 

başıpapaqlı kişilər, oğlanlar, qımqımlı-zümzüməli qız-gəlinlər axın-axın gəlib 

meydana toplaşmışdılar. Bayaqdan özünü yalqız hiss edən və hardasa qüssələnib 

kədərlənən Uçitel cənazənin yuxarı tərəfinə keçdi. Camaatın tam sakitləşməyini 

gözlədi, sonra astadan sözə başladı. 

- Baş Mollamız "Kamsomolu məsciddən götürməzlər" dedi. "Onun üstündə 

Quran oxumaq günahdı. Gedin, necə istəyirsiniz, elə də dəfn edin". Mən də sizi 

köməyə çağırdım. Mürsəl müəllim böyük arzularla yaşayırdı. O, həyata yenicə 

atılmışdı. O özünü unudan insanlardan idi. O istəyirdi ki, kəndimizdə yeni 

məktəb, yeni klub tikilsin. O istəyirdi ki, kəndimizin qımqımılı-zümzüməli 

övladlarının sorağı uzaqlardan gəlsin. Bu həmin Mürsəl müəllim idi ki, bu 

tərəfdə ilk dəfə teatr göstərdi. Teatrın nə olduğunu sizə başa saldı. O çox işlər 

görmək istəyirdi, amma imkan vermədilər. 

Uçitel  əllərində  bənövşə  dəstələri boyunlarını büküb duran uşaqlara üzünü 

çevirdi: 

- Yaxın gəlin,  əlinizdəki çiçəkləri, bənövşələri müəlliminizin cənazəsinin 

üstünə səpin və onu, onun dediklərini heç vaxt unutmayın. 

Cənazəni qaldırdılar. Kəndlilərdən biri Uçitelə yaxınlaşdı. 

- Narahat olmayın, siz qəbristanlıqdan qayıdanacan hər  şey hazır olacaq. 

Müsəlman deyilikmi. 

- Müsəlmanıq. Ölümüzü müsəlman qaydası ilə basdıracağıq. Üç də 

verəcəyik, yeddi də, qırx da. 

Uçitel cənazənin qabağına keçdi. Üzünü çaşıb qalmış Hümmətə çevirdi. 

- Ay usta, cəngi çal. 

Hümmət qabağa düşüb zildən cəngi çaldı. Camaat ömürlərində ilk dəfə belə 

şey gördüklərinə  və heç nə başa düşməmələrinə baxmayaraq sakitcə  cənazənin 

ardınca hərəkətə başladı. Elə bil bütöv kənd yerindən tərpəndi. 

  



____________________Milli Kitabxana_____________________ 

306 


 

 

V fəsil 

 



Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını 



yal ilə doldurmuşdu.  İtlər  əvvəlcə  zəncirdən açılandan sonra evin ətrafında 

hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq 

mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq 

onlara tamaşa edir, tüfəng çiynində  həyətdə  hərlənən oğlu Həsən ağanı gözaltı 

süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç 

kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi  əlindən yerə qoymur, 

atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu 

gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. 

O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə 

dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının 

yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı  səs-küydən, itlərin 

çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu. 

Ömər koxanın sağlığında hər  şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa 

arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa 

salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan 

salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza 

mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını 

geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi-

qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. 

Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu  Şamil və  Çıraqlılar 

onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr 

də, içəridən qovrulub yanırdılar. Ona görə  də, Həsən ağa gözə az-az dəyir, 

Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki 

dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə  kənd  şurasının milisioneri Keçəl 

Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? 

Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan". 

Keçəl Xondulu Həsən ağagilin rəiyyəti hesab olunurdu. Balacaliqdan anadan 

yetim qalmışdı. Atası ilə qara damın altında tək yaşayırdı- 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə