Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə100/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   96   97   98   99   100   101   102   103   ...   132

____________________Milli Kitabxana_____________________ 

301 


 

məsin. Sən fikir verdinmi, mən çığırla yox, cığırın kənarındakı kələ-kötür yerlə 

gedirdim. Özü də elə bu nəyinsə üstünə cumurdum. Nəyisə ayaqlamaq 

istəyirdim. Bunu da qəsdən edirdim ki, yolumuzu kəsən olsa, çaşıb qalsın. İndi 

gərək hər şeyi öyrənəsən, ehtiyatlı olasan. Bir yatdığın yerdə bir də yatmayasan, 

yerini tez-tez dəyişdirəsən. Pis niyətlə evinə gələn olsa, axşamı harda yatacağını 

bilməsin. Xörəyini ye, soyutma. İndi gəl, belə məsləhətləşək: onsuz da bu gün-

sabah qış  gəlir, havalar soyuyur, sən mənim sözümə qulaq as, qrammofonu 

yığışdır, saxla, yaz gələnə qədər. Ona qədər söz-söhbət kəsilər, kəndin qız-gəlini 

ayrı şeylərə zümzümə qoşarlar. Sonrasına baxarıq. 

Uçitelin sözləri Mürsəlin ağlına batdı və qrammofonu götürüb saxladı. 

Ancaq Novruz bayramından sonra Mürsəl yenidən qrammofonu oxutmağa 

başladı. Yenə mahnılar zümzüməyə qarışdı. 

 



 

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy 

birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi 

qalxmışdı. Vaxtından tez oyanan qara xallı  qırmızı böcəklər onların arasında 

gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə 

əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı  və göy 

rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları  bərabər ölçüdə 

kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı  həlqələri bir-birinə calayırdı. 

Bu bəzəkil, naxışlı  və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin 

küncünə  yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan 

cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək 

basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür 

şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. 

Şəklin  ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, 

zindanların üstündə  dəmir döyən adamların  əksi var idi. Fabrik-zavodların 

bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri  əhatəyə 

almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" 

sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə 

həyət-bacanı, sinif otaqla- 

  



____________________Milli Kitabxana_____________________ 

302 


 

 

rını, eyvanları süpürüb təmizlədilər, pəncərə  şüşələrini yuyub parıldatdılar. 



Oğlanlar kəndin kənarındakı  dərəyə,  İncə çayının sahilinə gedərək, saçaqlı 

söyüdlərin budaqlarından qırıb məktəbə  gətirdilər. Eyvanların, otaqların 

dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri 

saçaq-saçaq burub divarlardan, həyətdən keçidə  qədər düzdülər. Məktəb hisi 

silinmiş  çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər  şeyi unutmuşdu. 

Başı  bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara 

tamaşa etməyə  gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri 

pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı 

yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular. 

Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən 

oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən 

oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan 

paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə 

qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da 

burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular. 

- A müəllim, bizsiz bu bayramın nə  ləzzəti, - deyə Hümmət dilləndi. – 

İstəyirəm bir "Səhər havası" çalım, camaat bilsin ki, toy-bayramdır, yığışıb 

gəlsinlər. 

Bir azdan məktəbin həyətində iynə atsan, yerə düşməzdi. Atlı cavanlar, qız-

gəlinlər, ağsaqqallar axışıb gəldilər. İki yerdə toy dəstgahı düzəlmişdi. Hümmət 

cıdırhəngi çalır, kəndin dəliqanlıları atlarını zurnaçının qabağında oynadıb cıdıra 

hazırlaşırdılar. Atlar yüyəni gəmirir, dəfin ahənginə uyğun olaraq titrəyir,  şaxə 

qalxıb yəhərin altında çırpınırdılar. Sonra da cilovun boşaldığını görüb güllə 

kimi keçidin altından keçib, kənd yoluna düşürdülər. O biri dəstədə isə Dursun 

oyun havaları çalıb qız-gəlini oynadırdı. 

Bütün kənd zümzümə içində idi. Qaranlıq qarışana qədər çalıb oynadılar. 

Camaat gedəndən sonra Mürsəl xeyli otağa keçə bilmədi. Səs-küy kəsdiyindən 

qüssələndi, uşaq kimi qəribsədi. Göyün üzünə səpələnmiş ulduzlara, ağ buludları 

yarıb keçən aya doyunca baxdı. Hardasa bülbül oxuyurdu. Arabir kəndin 

kənarındakı dərədən anadil səsi gəlirdi. Hərdənbir həzin-həzin axan İncə çayının 

şırıltısı da eşidilirdi. Mürsəl gecə yarısına qədər eyvanda dayanaraq bu 

zümzüməli gecəyə tamaşa etdi. Heç yatmağa həvəsi yox idi. Otağa girib yorğan- 

  



____________________Milli Kitabxana_____________________ 

303 


 

 

döşəyə uzanandan sonra da gözünə yuxu getmədi. Yerin içində o üz-bu üzə 



çevrildi. Ancaq səhərə yaxın gözünə yuxu getdi. 

Ertəsi günü zurnaçılar yenə  gəldilər. "Səhər havası" çaldılar. Camaat 

məktəbin həyətinə toplaşdı. Ancaq nə Mürsəl müəllim göründü, nə  də onun 

qrammofonu oxudu. Uçitel təşviş içində pilləkənlə yuxarı qalxdı. Pəncərədən 

Mürsəl müəllimin otağına baxdı. Pəncərənin  şüşəsi çilik-çilk olmuşdu. Stolun 

üstündəki çıraq öləziyib sönmüşdü. Mürsəl isə qızıl al qana boyanmışdı. 

 



 



Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb 

düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə 

doğru getdi. Səhar tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı 

tərəfində  əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. 

Qabağında kitabə, üstündə  də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss 

etsə  də, qımıldanmadı,  əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam 

etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını 

gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə 

baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə 

olan adamı yarımçıq dindirməzdilər. 

Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış 

qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb 

Uçitelin üzünə zillədi. 

- Səhər-səhər xeyirdimi? 

- Yox, molla, bu gecə bizim müəllimi öldürüblər. 

Mollanın qaşları çatıldı, sir-sifəti turşaldı. 

- İndi məndən diləyin nədir? 

- Ölünü yerdən qaldırmaq lazımdı. 

Molla fala baxırmış kimi qarşısındakı Quranı açıb vərəqlədi, çiynindən 

sürüşüb düşməkdə olan əbasını düzəltdi və astaca dilləndi: 

- Xəbər verin, qohum-əqrəbasına gəlib meyiti aparsınlar. 

Uçitel təxminən bu cavabı gözləyirdi. Amma cavabı da hazır idi. 

- Yox, molla, o bizim kəndə qurban gedib, biz də onu dəfn etməliyik. 

Gəlmişəm siznən məsləhətləşəm və ölünü el adətincə yerdən götürək. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə