Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə108/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   104   105   106   107   108   109   110   111   ...   132

____________________Milli Kitabxana_____________________ 

325 


 

lınmışdır.  İndi biz ayağa qalxmış  şəhərimizin qiyamçılarına kömək etməliyik. 

Onların başçıları general Cavad bəy  Şıxlinski və polkovnik Cahangir bəy 

Kazımovdu. Allah-taala onlara kömək olsun. 

Müəzzin sözünü qurtaranda meydan adamla dolmuşdu. Tərpənməyə yer yox 

idi. Birdən izdihamın aşağı hissəsi dalğalandı. Camaat general Cavad bəy 

Şıxlinski ilə polkovnik Cahangir bəy Kazımovu çiyinləri üzərinə alaraq meydan 

boyu gəzdirdi. 

Sevincdən gözləri yaşaran Pişnamazzadənin təklifi ilə xalq milli hökumətin 

bərpası uğrunda son damla qanına qədər vuruşacağına and içdi. 

 

 

Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və 



dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin 

gecikmişdilər.  Şəhər üsyançıların  əlində idi. Bolşeviklər dərhal qərargaha 

yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına 

topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri 

çox sakitcə və ağayana cavab Verdi: 

- Narahat olmayın, yoldaşlar! Səhər tezdən  şəhəri toplardan atəşə tutarıq, 

səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti 

yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur. 

- Səhv edirsiniz. Bu quldurlar bir anın içində əsgərlərimizi həbs edib şəhəri 

ələ keçiriblər, - deyə komendant yarıhirsli ona cavab verdi. 

- Bakıya məlumat vermisinizmi? 

- Hələ yox. 

-  Əgər öz gücümüz çatmasa, Bakıya bildirəcəyik və onlardan kömək 

istəyəcəyik. 

- Müsəlmanların bir məsəli var: "Ehtiyat igidin yaraşığıdır".  Əvvəlcədən 

tədbir görmək lazımdır. 

Bolşevik komandirləri dərhal qüvvələri səfərbərliyə almaq üçün hissələrə 

adamlar göndərdilər. Lakin hər yerdə vahimə  və başıpozuqluğa rast gəldilər. 

Onlar dəmiryol vağzalında təcili qərargah düzəltdilər və  səhərə yaxın azacıq 

mürgülədilər. Mayın 26-da səhər tezdən dəmiryol vağzalının başı üzərində 

şrapnel mərmiləri şappıldadı və 

 



____________________Milli Kitabxana_____________________ 

326 


 

çarpanalar dolu kimi ətrafa səpələndi. Alayuxulu və özlərinə arxayın olan rus-

bolşevik zabitləri özlərinə  gəlincə üsyançıların süvari dəstələri  ətrafı üzüm 

bağları və dirrik olan yol ilə gələrək bir göz qırpımında vağzalı tutdular. Və onlar 

axşama qədər dəmiryolunu  əldə saxladılar. Lakin 20-ci diviziyanın komandiri 

Velikanovun Qazaxdan gətirdiyi zirehli qatarların köməyi ilə bolşeviklər 

stansiyani yenidən ələ keçirdilər. 

Çayın sağ sahilində gecə yarıdan keçmiş canlanma başladı. Ordunun süvari 

və piyada hissələri, nizami erməni qoşunları və erməni başipozuqları birləşərək 

körpüyə doğru hərəkət etdilər. Onlar səhər açılanda gözlənilmədən çayı keçib, 

şəhərin üsyan etmiş müsəlman hissəsini qəfildən yaxalamaq və yuxulu camaatı 

qılıncdan keçirmək istəyirdilər. Usyançılar isə çayın sol sahilində  səngərlər 

qazmış  və ayıq dayanmışdılar. Üsyan başçıları, generallar, zabitlər və  əsgərlər 

sahil boyu ehtiyatla gəzinirdilər.  Şəhərin erməni hissəsində balaca bir hərəkət 

olan kimi qərargaha xəbər verirdilər. 

Əmrah özünü qərargaha yetirdi və general Cavad bəyə  xəbər verdi ki

Gəncənin 2-ci hissəsində nəsə bir hərəkət var. Yavərin dediyi bu sözləri eşidən 

Cahangir bəy də dərhal sıçrayıb ayağa qalxdı və onlar bir göz qırpımında həyətə 

çıxıb atlarına mindilər və başa düşdülər ki, bu il çayın suyu həddindən artıq 

daşqın olduğundan yeganə keçid ancaq körpüdən ola bilər. Dağlardan baş alıb 

gələn çayın qıjqoy suyu sahilləri yalayırdı. 

Cavad bəy Əmraha əmr etdi zabitlərə çatdırsın ki, hazır olsunlar.  

Dan yeri qızarıb günəşin ilk şəfəqləri pəncərələrdə oynarkən körpünün 

üstündə hücum edənlərlə üsyançılar qarşılaşdılar. Qılınclar havada oynadı. 

Səngərlərdən pulemyotların şaqqıltısı eşidildi. Hər iki tərəfin süvariləri döş-döşə 

gəldi. Aradan yarım saat keçməmiş körpünün üstü, çayın axarı insan cəsədləri ilə 

doldu. Aldığı yaradan, yaxud müvazinətini saxlaya bilmədiyindən körpünün 

məhəccərindən suya düşən atların kişnərtisi bir-birinə qarışdı. Qılınc cingiltisi və 

güllə səslərindən qulaq tutuldu. Körpünü ortaya qədər gələn düşmənlərin önündə 

Əmrah da at belində qılıncla çarpışırdı. 

Onun körpünün üstünə  nə vaxt gəlməsindən, qılıncını  sıyırıb nə vaxt 

vuruşmağa başlamasından xəbəri yox idi. Gözlərini qan örtdüyündən heç nə 

görmürdü. Bircə onu bilirdi ki, qılıncı havada fırlanır, nəyəsə  dəyir, nəyisə 

doğrayır. 

 

  



____________________Milli Kitabxana_____________________ 

327 


 

Birdən  Əmrahın önündə at belində az qala bütün korpünü tutacaq qıllı 

papaqlı, enli bir kürək göründü və bu kürəyin qılıncı havada parıldadı. Əmrahın 

atı  şaxə qalxıb kişnədi.  Əmrah da qılıncını  hərlədi. Nə  qədər çarpışdıqlarını 

bilmədi. Bir o yadında qaldı ki, alnında kəskin ağrı hiss etdi, üz-gözünü qan 

bürüdü. Onu da dərk etdi ki, son anda qılıncı  nəyi isə  xırçıltı ilə  kəsdi, onun 

gözünün qabağında dayanan qıllı papaqlı sifət dığırlanıb suya düşdü, qarşısını 

kəsən at da, adam da yoxa çıxdı. 

Gözünü açanda özünü bir ağacın dibində başı sarıqlı gördü. Bir də onu 

öyrəndi ki, düşmən geri oturdulmuş, körpü üsyançıların əlindədir. 

Bundan sonra üsyançılarla bolşeviklərin ciddi və qanlı döyüşləri başladı. 

Üsyançılar üzüm bağlarına doluşan və  şəhərin ucqar dar küçələriylə irəliləmək 

istəyən bolşevikləri əzərək geri oturtdular. Beləliklə, mayın 25-dən 30-dək qanlı 

çarpışmalar davam etdi və şəhər üsyançıların ixtiyarında oldu. 

Bolşeviklər vəziyyətin ciddiliyini və  ağırlığını görərək Bakıdan, Gürcüstan 

sərhədlərindən, hətta Ermənistandan öz hərbi qüvvələrini Gəncəyə  çəkib 

gətirdilər. 

Bakıdan yeni zirehli qatar və canlı qüvvə, P.V.Kurışkonun komandası altında 

18-ci süvari diviziya, Gürcüstan sərhədindən qaubiçnı divizion və daha dörd 

zirehli qatar, Ermənistan sərhədindənsə daha bir polk – 179-cu polk gətirildi. Ən 

dəhşətlisi isə, Gəncəyə hücum edən mütəşəkkil rus-bolşevik ordusuna yenə  də 

bolşevik bayrağı altında çıxış edən 3000 nəfərlik nizami daşnak hərbi 

birləşməsinin və onlara qatılmış ətraf və Gəncə ermənilərinin qoşulması idi. 

Bütün qüvvələr Gəncədəki 20-ci diviziyanın komandiri Velikanova tabe 

edildi. Düşmən  şəhərin  ətrafla  əlaqəsini kəsmək üçün Xaçbulaq yolundakı 

Balçılı  kəndinin həndəvərindəki yeganə keçidi Kurışkonun 18-ci süvari 

diviziyasının köməyi ilə qanlı döyüşlərdən sonra tutdu. Və mayın 29-da şəhərə 

növbəti hücum başladı. Günortadan sonra şimaldan və  şimal-qərb səmtindən 

hücum edən 178 və 179-cu atıcı polklar şəhərin ucqar küçələrinə daxil oldular və 

qanlı küçə döyüşləri başladı. Lakin az sonra həmin polklar gəncəlilərin 

qabağında duruş  gətirməyib geriyə - öz əvvəlki mövqelərinə  çəkildilər. Onlar 

belə müqavimətlə üzləşəcəklərini güzləmirdilər.  Şəhərin erməni hissəsindən 

hücum edən birləşmələrin də burnu ovuldu. Üsyançılar onları suları seldən 

qabarmış, qıjıltı ilə axan Gəncə çayını keçməyə qoyma- 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə