Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə104/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   100   101   102   103   104   105   106   107   ...   132

____________________Milli Kitabxana_____________________ 

313 


 

Partaları sürüyüb həyətə tökdülər. Sonradan məktəbin həndəvərindəki 

həyətlərə doluşdular. Heç kimdən heç nə soruşmadan ot tayalarına yaxınlaşdılar, 

qucaqlayıb məktəbə doğru gətirdilər. Sinif otaqlarının döşəməsinə tökdülər. 

Özləri üçün yatmağa rahat yer düzəltdilər. İri, buz kimi qar dənələri səpələməyə 

başladı. Bir azdan isə bu qar dənələri lopa-lopa oldu, yer ağardı. 

Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişi ilə birlikdə başının dəstəsi ilə 

at belində  gəldilər. Yoldaş  Fətullayev komandirləri də götürüb sinif otaqlarını, 

əsgərlərin yatacağı yerləri, ot döşənmiş döşəmələri  şəxsən özü yoxladı  və razı 

qaldı. Sonra üzünü Mustafa kişiyə çevirdi: 

- Yoldaş sədr, bu otaqlar azlıq edəcək. Kənddə boş otaqlar varmı? 

- Yoxdur, yoldaş Fətullayev. 

Fətullayev tərs-tərs onun üzünə baxdı. 

- Yoxdur - tap, evləri boşaltdır. 

Mustafa kişi onun zəhmli baxışlarından və sərtliyindən titrəsə də, dilləndi: 

- Bu qışın soyuğunda evləri necə boşaldım, arvad-uşağı necə çölə atim? 

- Deyəsən, başın bədəninə ağırlıq edir?! 

Mustafa kişi həyətdə qaynaşan  əsgərlərə, yoldaş  Fətullayevin sərt üzünə 

baxıb, gödəkcəsinin içində büzüşdü. Fətullayev isə sözünə davam etdi: 

- Rusiyadan ölkələr basa-basa gələn bu adamları çöldə qoyacayıq? 

Mustafa kişi harasa getdi və bir azdan kəndin evlərindən ağlaşan arvad-uşaq 

səsi gəldi. 

 

 

Çapıq  Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda 



qohumlarının, özünə yaxın saydığı tanış-bilişlərin evində qalardı. O, qaçaq 

deyildi. Amma qaçaqvari bir həyat keçirirdi. Həmişə  səksəkədə idi. Gözə çox 

görünməz, mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə 

xəlvəti gələr, bir neçə gün qalardı.  İndi də elə etmişdi.  İki gün bundan əvvəl 

evinə gəlmişdi. 

  



____________________Milli Kitabxana_____________________ 

314 


 

Evinə  gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin 

taxtalarını qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə, 

mütəkkə, yastıq saldıraraq çəkmələrini soyunub rahatca uzanmışdı. O istəyirdi 

ki, soyuq qış havasında sümükləri isinsin, bədəni qızışsın, heç olmazsa, bir-iki 

gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat tərzinin təsiri ilə bir-iki saat 

mürgülədikdən sonra, qarmaqarışıq fikirlər, ötən günlərin olub keçənləri ona 

rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü tavana zilləyir, saatlarla 

tavana tamaşa edirdi. Onun fikri, xəyalı çözələndikcə çözələnir, ötən günlərə - 

Gəncəyə gedib çıxırdı... 

... Xudadat bəy adəti üzrə  işə başlamazdan  əvvəl arxa otağa keçib paltarını 

dəyişdi, asılqandan asılmış ağ xalatını əyninə geyindi, fenandoskopunu əlinə alıb 

diqqətlə baxdı, istilik ölçəni, cərrahiyyə bıçaqlarını nəzərdən keçirdi və sonradan 

hər  şeyi səliqə-sahmanla yerinə düzdü. Camaat ona Gəncə general-

qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış: : "Mən həkiməm", - 

demişdi. Lakin atası Ələkbər bəy işə qarışandan sonra razılıq verməli olmuşdu. 

Xudadat bəy hər gün xəstəxanaya baş çəkər, sonra idarəyə gələrdi. Bu gün də elə 

etmişdi. 

Üst-başını sahmana salıb iş otağına keçdi. Yazı masasının arxasında oturdu. 

Qapı açıldı, növbətçi zabit içəri keçib səhər poçtunu Xudadat bəyə verdi. 

Qubernator məktubları vərəqlədi və əlinə keçən ilk teleqramı oxudu: "Rusiyaya 

qayıdan soldatlar özləri ilə  bərabər silahlarını da aparırlar.  Əgər sülh üzrə 

onlardan silahı almaq olmazsa, o zaman Zaqafqaziya milli ordusu cəbhədə 

silahsız qalacaqdır. Bu cəhətdən soldat, fəhlə mərkəzi şurası qət etdi ki, milli və 

qeyri şuralara məlum etsinlər ki, evlərinə qayıdan soldatlardan silahları almaqdan 

ötrü lazımi tədbir görülsün. Bu xüsusda hər dəfə  məzkur  Şuraya məlumat 

versinlər". 

Sədr: "Jordaniya". 

Xudadat bəyin alnı  qırışdı, teleqramı o üz-bu üzə çevirib xeyli baxdı. 

Kəşfiyyat ona məlumat vermişdi ki, Türkiyə cəbhəsindən: Kars və Ərdəhandan 

vətənə yola düşən rus hərbi eşelonları Gürcüstana daxil olmuşdur. Gürcü 

hökuməti onlan Tiflisə yaxın buraxmamaq və ətraf stansiyalarda tərk-silah etmək 

istəyirdi. Bir neçə gün idi ki, bu hərbi eşelonlar Qardaban-Qarayazı 

stansiyalarında dayanıb yol gözləyirdilər. "Bu gürcülər də ilanı Seyid Əhməd əli 

ilə tutmaq istəyirlər. Həmin eşelonları tərk-silah etmək, həm də dava-qalmaqalı 

başqa ye- 

 

  



____________________Milli Kitabxana_____________________ 

315 


 

rə salmağa çalışırlar. Çalışırlar ki, bu hadisə Azərbaycanda baş versin və 

sonradan dünyaya səs salsınlar ki, bu millət mədəniyyətdən uzaqdır və orda 

quldurlar hökmranlıq edir". Amma yeni yaranan dövlətə ordu və silah lazım idi. 

Xudadat bəy general-qubernator seçiləndən sonra bu haqda tez-tez düşünürdü. 

Oktyabr inqilabından sonra Rus imperiyası dağıldı. Müstəmləkələr 

istiqlaliyyət əldə etdilər, öz dövlətlərini yaratdılar. O cümlədən Azərbaycanda da 

Demokratik Azərbaycan Cümhuriyyəti yaradıldı.  İndi  əsas məqsəd bu dövləti 

əldə saxlamaq idi. Bunun üçün əsas  şərtlərdən biri Azərbaycanın ordusunu 

yaratmaqdır. Qəribə bir vəziyyət əmalə gəlmişdi. Çar Rusiyası müsəlmanlardan 

əsgər aparmırdı. Azərbaycanlılardan ibarət hərbi təlim keçmiş nizam-intizamlı 

ordu yox idi. Ancaq rus ordusunda xidmət etmiş çox görkəmli, qabiliyyətli 

generallarımız, komandirlərimiz mövcud idi. Xudadat bəy dərk edirdi ki, mütləq 

hərbi səfərbərlik elan etmək və yaxşı ordu yaratmaq lazımdır. Ordunu ordu 

halına salmaq üçün onu silahlandırmaq lazım idi. İndi belə fürsət ələ düşmüşdü: 

cəbhədən geri qayıdan qoşunları tərk-silah etmək, həm də davasız-şavasız. 

Zəngi basdı. Növbətçi zabit içəri girdi. Xudadat bəy ona göstəriş verdi: 

- Əmrahı tez mənim yanıma göndər. 

Bir neçə  dəqiqədən sonra Əmrah iş otağında fikirli-fikirli gəzişən Xudadat 

bəyin önündə dayandı. 

- Aslan bəy Səfikürdskini, Rüstəmbəyli Şəfi bəy ilə Adıgözəl İmamverdi bəyi 

bura çağır. Sonra uşaqlardan göndər qaçaqların yanına. Qaçaq Qənbər, Xallı 

Heydər, Topal Həsənli Cabbar, Tatoğlu Hasanı tapıb mənim adımdan xəbər 

versinlər ki, öz adamlarını  yığıb təcili  Şəmkir vağzalına yola düşsünlər.  Ətraf 

kəndlərdəki adamları da yığsınlar. Dəmiryolunun alt və üst tərəfini kəssinlər və 

bizi gözləsinlər. 

Çapıq  Əmrah dərhal həyətə düşdü və bir dəstə atlı ilə qaçaqların dalınca 

getdi. Bundan sonra Xudadat bəy məsələni açdı: 

- Ağalar, rus eşelonları Türkiyə  cəbhəsindən gəlirlər, onları  tərksilah etmək 

lazımdır.  Şəfi bəy ilə  İmamverdi bəy, siz təcili gedin Yevlağa, adamlarımıza 

xəbər verin, qoyun hazır dayansınlar.  Əgər eşelonlar Gəncəni keçə bilsələr, 

Bakıya doğru getməyə qoymasınlar. Mümkün qədər bu işləri sakitliklə, qansız 

eləmek lazımdır. Di sizə yaxşı yol. Biz isə, Aslan bəy, səninlə birlikdə Şəmkirə 

yola düşməliyik. 

 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə