Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə112/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   108   109   110   111   112   113   114   115   ...   132

____________________Milli Kitabxana_____________________ 

337 


 

Əlini cibinə saldı, gümüş papiros qutusunun çıxartdı.  İri bir cığala kağızı 

götürüb arasını sarı saçaqlı tütünlə doldurdu və  eşdi. Papirosun tüstüsünü də 

hərislikiə sümürdü. Birdən geri döndü. Mustafa kişi ilə  nəzərləri çarpazlaşdı. 

Şura sədri bir-iki addım geri çəkilib əsgərlərin arasında gizlənmək istədi. Bunu 

görən Fətullayev sinəsini qabağa verdi. Ancaq birdən sarsıldı. Ona elə gəldi ki

Çapıq Əmrahın gözlərində şimşək çaxdı və Fətullayevi ildırım kimi vurdu. Çapıq 

Əmrah acı-acı gülümsündü və ağlaşan arvad-uşağın içində öz arvadının səsini də 

eşitdi, üzünü onlara tutub səsini ucaltdı: 

- Ağlamayın, kişi qızı kimi mərd olun! Dost var, duşmən var, Özünüzü 

sındırmayın. Ağlaşmanı sonra qurarsınız. Paltar-palazını ortaya sərib dil 

deyərsiniz, ürəyinizi boşaldarsınız. - Sonra da üzünü camaata tutdu. Papağını 

çıxardıb baş endirdi. - Salamat qalın. Mən sizin yolunuzda qurban gedirəm. Əyər 

yanınızda bir günahım varsa, məni halal eləyin. 

Papirosunu son dəfə sümürüb kötüyünü yerə atdı.  Ətrafdakı komandirlər, 

onun nə danışdığını başa düşməsələr də, sakitcə dayanıb gözləyirdilər. 

Çapıq  Əmrah camaata bir daha baş  əydi və qabağa yeridi. Komandirlərdən 

biri arxa tərəfdən irəli çıxdı.  Əlindəki naqanın lüləsini onun kürəyinə zillədi. 

Tapança açılanda Çapıq  Əmrah azca təngildədi və  yıxılmamaq üçün özünü 

tarazlayıb geri döndü. Əlində naqan dayanan rusun üstünə yeridi. 

- Adamı arxadan vurmazlar, ay namərd. 

Əlində naqan olan komandir Çapıq Əmrahın baxışlarına dözə bilmədi və bir-

iki addım geri çəkilib dalbadal atəş açdı. Əmrah hiss elədi ki, gözlərinə qaranlıq 

çökür, dizləri bükülür. Bir azca da keçsə, dizi üstə çökəcək. Beyni, ürəyi və 

bütün varlığı ölümlə dirim arasında vuruşan Əmrah dumanlı şəkildə dərk etdi ki, 

düşmən önündə əyilmək, onun qarşısında diz çökmək olmaz. 

Əmrahın sinəsindən qan şoralanırdı. Hələ də ayaq üstə təngildəyən və az qala 

irəli yeriyəcəyindən vahiməyə düşən komandir qorxusundan bir güllə  də atdı. 

Çapıq Əmrah kökündən kəsilmiş nəhəng ağac kimi arxası üstə yerə sərildi. Onun 

qolundan yapışıb sürüdülər və hasarın böyrünə uzatdılar. Ağ xalatlı iki həkim 

gəldi. Ölünün gözlərinə, sinəsinə, ürəyinə qulaq asdılar. Onların göstərişi ilə 

Çapıq Əmrahın alnına iki güllə də sıxdılar... 

 

  



____________________Milli Kitabxana_____________________ 

338 


 

 

Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və 



tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb 

evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və  əsgərlərə 

verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını  gətirib təhvil 

verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı. 

Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin 

həyətindəki kalafaya doldurdular. Dustaqlar elə  zənd etdilər ki, onları elə 

buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən 

sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar. 

Siyirmə qılınc dayanan atlılar, kalafanın dörd yanını kəsdirdilər və dustaqları 

başa saldılar ki, onlar yolboyu deyilənlərə danışıqsız qulaq asmalı, keşikçilərin 

sözündən çıxmamalıdırlar. Kim bu şərtləri pozsa, yerindəcə güllələnəcəkdir. 

Dustaqlar yola düşmək istərkən arxadan bir qadın səsi gəldi: 

- Dərdin alım, ev sarıdan narahat olma. Ocağını sönməyə, çırağını öləziməyə 

qoymaram. Bir hörüyümü ağ, bir hörüyümü qara hörəcəm, balalarını 

saxlayacam. 

Kişilər elə bil ürəkləndilər. Siyirmə qılınc altında yola çıxdılar. Azacıq sonra 

kəndin aşağıdakı döngəsində gözdən itdilər. 

Camaat səhər yuxudan ayılıb, pəncərədən boylananda kəndi boş gördü. Rus 

əsgərləri gecə ikən çıxıb getmişdilər. O gündən sonra qız-gəlin səhər-səhər suya 

gedəndə  təzə ipək paltar geyinmədilər. Zinyət taxıb sığallanmadılar. Heç kəsə, 

heç kimə qımqımı qoşmadılar, züm-zümə etmədilər. 

 

IX fəsil 



 

 

Qəza mərkəzindən yola düşən fayton Acı  Dərəyə çatanda atlı milislər 



tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa 

keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri 

tapmaq və yol kəsən varsa, qəfildən üstlərini 

 

  




____________________Milli Kitabxana_____________________ 

339 


 

almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib-

gedən vardı, nə  də bir hənirti eşidilirdi. Təkcə  dərənin dibi ilə axan su 

şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla 

aşağı düşdü. Qalanları isə barmaqları  tətikdə qolpunlara, yarğanlara göz 

qoydular. Dərəyə enən atların  əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı 

eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı-

daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. 

Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. 

Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar. 

Faytonu  əhatəyə aldılar.  İki milis qabaqda, iki milis arxada, ikisi də yanda 

dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər  şıqqıltıdan diksinə-

diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə  də sağa burulub xır yoluna 

çıxdılar. 

Faytonun küncünə  çəkilən yoldaş  Fətullayev kəndə yaxınlaşanda onaçılanı 

taxta qoburuna qoydu. Faytonun irəli çəkilmiş günlüyünü geri qatladı. Küncdən 

çıxıb qabağa gəldi və yan tərəfə dirsəkləndi. 

Çöllər cücərmək istəyirdi. Torpaq şirələşmişdi, quzeylərdə ala-tala qar 

ağarırdı. Kənd evlərinin bacalarından burula-burula qalxan tüstülər azalımışdı. 

Fayton kəndə yaxınlaşdı və ikimərtəbəli evin qarşısında dayandı, milislər atdan 

düşdülər. Yoldaş Fətullayev ayağa qalxdı. 

Elə faytonun içindəcə uzun şinelinin üstündən bağladığı onaçılanı yana çəkdi. 

Aşırmasını düzəltdi. Ulduzlu papağını qaşının üstünə endirdi. Elə bil kəndə 

gəlməyini hamıya bildirmək, boy-buxununu göstərmək istəyirdi. 

Əyninə  rəngi solmuş, qara rəngli nimdaş  dəri pencək, dahanı  və burnu 

didilmiş çəkmə geyinən və özü-özünə müraciət edəndə belə, "yoldaş Fətullayev" 

deyən bu adam qəza mərkəzində, idarələrdə özünü yoxsul, işgüzar və inqilabı 

komissar halına salırdı. Kəndlərə  çıxanda isə görkəmini tamamilə  dəyişir və 

istəyirdi ki, camaatı vahimələndirsin. 

Onu kənd  şura sədri pilləkənin başında qarşıladı.  İki  əli ilə görüşdü, yol 

verdi.  Əvvəlcə yoldaş  Fətullayev, sonra şura sədri idarəyə keçdilər.  İçəri ala-

toran idi. Üç pəncərəli bu evin iki pəncərəsinin dal taxtaları qapalı idi. Şura sədri 

öz yazı masasını küncə qoymuşdu. Elə eləmişdi ki, bayırdan içəri girəndə onun 

harada oturduğunu görmək mümkün olmasın. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə