Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə113/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   109   110   111   112   113   114   115   116   ...   132

____________________Milli Kitabxana_____________________ 

340 


 

Yoldaş Fətullayev keçib sədrin yerində oturdu. Gözü qaranlığa alışana qədər 

susdu. Sonra qırıq divana, bir də divar boyu düzülmüş sınıq-salxaq oturacaqlara 

baxdı. Gözünü hərləyib his basmış tavana, qaralmış divarlara nəzər saldı. 

Masanın üstündəki çırağın şüşəsi də, dəmir sobanın trubası yerləşdirilmiş divar 

da qaralmışdı. Yoldaş  Fətullayev qanrılıb geri, arxa tərəfdəki divara baxdı. 

Leninin parçada toxunulmuş  şəklini də his basmışdı. Qaşqabağı turşaldı.  Şura 

sədri elə bil onun ürəyindən keçəni başa düşdü. 

- Yoldaş  Fətullayev, ehtiyat iyidin yaraşığıdır. Belə qaranlıq eləmişəm ki, 

içəri girən məni görməsin, amma mən onu görüm. 

- Çox da qorxaq olma, a kişi, dur pəncərələrin taxtasını aç. Qoy içərinin 

havası dəyişsin. 

Xətrimə  dəyirsən, yoldaş  Fətullayev, mən qorxaq deyiləm. Gecələr hamı 

yuxuya gedəndə yarğanların dibində, cərələrdə qaçaq-quldur axtarıram. 

- Yaxşı-yaxşı, incimə. Gəl yaxın otur. 

Qaybalı kişi stul çəkib oturdu və diqqətlə Fətullayevin üzünə baxdı. 

Fətullayev yan çantasını açdı  və möhürlü kağızlardan birini götürüb, xeyli 

diqqətlə baxdı və sonra itirdiyini sətirlərin arasından tapmış kimi dilləndi: 

- Çoban Kərəməli sizin kənddəndirmi? 

- Xeyr, yoldaş Fətullayev, bizim kənddə elə adam yoxdu. 

- Bəs, aşıq Qarnet necə? 

- Evdə olar. Dustaqlıqdan yenicə qayıdıb, - deyə Xondulu tələsik cavab verdi. 

- Get, onu bura çağır. 

Xondulu dərhal ayağa durdu. Bir azdan aşığı qabağına salıb gətirdi. 

Fətullayev onun səliqəli nimdaş paltarına baxdı. Kişi qaladan buraxılandan sonra 

xeyli yaxşılaşmışdı. Fətullayev ilan kimi onun üstünə fısqırdı: 

- Yenə qaçaqlara saz çalırsan? 

Çalanda nə olar. 

Fətullayev kişinin ətrafında  fırlandi və istehza ilə gülümsündü. 

- Keçən dəfə yaxanı qurtardın, amma bu dəfə  əlimdən heç yana qaça 

bilməyəcəksən. - Fətullayev birdən-birə ciddiləşdi və  aşığın üstünə qabardı. - 

Səni kim qaçırtdı? 

Qarnet ağa diksindi. Əlini köynəyinin cibinə salıb, qatlanmış bir kağız 

çıxartdı. 

 

  

 




____________________Milli Kitabxana_____________________ 

341 


 

- Mən qaçmamışam, məni buraxıblar. 

- Kim? 

- Kəsəmənli. Bu da mənim azadlıq kağızımdı. 



Yoldaş Fətullayev aşığın əlindəki kağızı götürdü, diqqətlə o üzünə, bu üzünə 

baxdı və sonra çantasına qoydu. 

- Yoxlayarıq. Öyrənərik. Sonra sənə cavab verərik. 

Yoldaş  Fətullayev aşığın keçirdiyi həyəcanlardan, onun təzədən qalaya 

düşməkdən qorxduğundan elə bil zövq alırdı. Gah gülümsünür, gah da ovçu 

hərisliyi ilə kişinin üst-başını, boyun-buxununu gözdən keçirirdi. 

- Deyəsən, evdə sənə yaxşı baxırlar. Göbək-zad bağlamısan. 

Aşıq ilan çalmiş kimi dik atıldı, başı toppuza oxşar yumru ağacını havada 

oynatdı. 

- Kimliyinə baxmaram, başını əzərəm. Mənim göbəyimdə sənin nə işin var? 

Oğraş!!! 

Fətullayev kağız kimi ağardı  və  əlini onaçılanın qoburuna uzatdı. Onun 

heybətli və vahiməli səsi divarda cingildədi. 

- Aparın, Acı Dərəyə qədər. Onda ağlı başına gələr. 

Yoldaş  Fətullayevin  əlləri  əsdi. Ayağa durub pəncərənin önündə dayandı. 

Xondulu aşığı aparandan sonra da xeyli özünə  gələ bilmədi. O bu tərəfin 

camaatının sərt və köntöylüyünü bilirdi. Bilirdi ki, bunlar yeri gələndə 

sözlərindən dönmür, ölümdən belə çəkinmirlər. 

Keçən il bu kəndə  gələndə Ömər koxanı yanına - idarəyə çağırtdırmışdı. 

Xondulunu onun dalınca göndərmişdi. Ömər koxa demişdi ki, böyük kiçiyin 

ayağına getməz, kiçik böyüyün ayağına gedər. Nə olar mərkəzdən gələndə. 

Yoldaş Fətullayev məcbur olub qocanın ayağına gəlmişdi. 

Ömər koxa eyvanda taxtın üstündə oturub çay içirdi. Fətullayev içəri girəndə 

yerindən tərpənmədi. Taxtın aşağı tərəfində ona yer göstərdi. Yoldaş Fətullayev 

birbaşa mətləbə keçdi. 

- Niyə şikayət eləmirsən, a qoca? 

Ömər koxa hirslə stəkan nəlbəkini geri itələdi və qonağın üstünə sərtləndi: 

- Əvvəla ədəbli ol. Qoca sənin atandı. Mənim adım var. Sonrası da odur ki, 

məndən nə şikayət istəyirsən? 

Fətullayev dirçələn kimi oldu. 

- Nəvəni öldürəndən. Gül kimi oğlanı qanına qəltan eləyiblər, siz də susub 

baxırsınız. Bəs onun qanı yerdə qalacaq? Hayıf almayacaqsınız? 

  



____________________Milli Kitabxana_____________________ 

342 


 

 

- Bala, sən buraya ayran içməyə gəlibsən, yoxsa ara qarışdırmağa? Get özünə 



peşə tap. Ölən də mənim uşağımdı, Öldürən də. Burnunuzu hər yerə soxmayın. 

- A kişi, onlar sinfi düşməndilər, müzür ünsürdülər. Onların kökünü kəsmək 

lazımdı. 

Ömər koxa yavaşca ayağa durdu. Taxtdan düşdü. Fətullayev də yerindən 

durdu. Ömər koxanın nə deyəcəyini gözlədi. Ağsaqqal daxildən püskürüb gələn 

hirsini boğdu. 

- Bizim tərəflərdə düşmən də olsa, qapıya gələn qonağa ağır söz deməzlər. 

Ona görə  xətrinə  dəymirəm. Yoxsa səni itlərin qabağına atıb didik-didik 

elətdirərdim. Necə gəlmisən, elə də çıx get bu evdən. Yoxsa axırı pis olar. 

Fətullayev bunları yadına saldı və azacıq sakitləşəndən sonra, keçib yenidən 

sədrin yerində əyləşdi. 

Qaybalı kişi Fətullayevin sakitləşdiyini gördükdən sonra öz həyəcanını güclə 

boğdu və kobud səslə soruşdu: 

- Belə beyqəfildən gəlməyin xeyirdimi? 

Fətullayev cavab əvəzinə bir azca ciddiləşib Qaybalı kişiyə göstəriş verdi: 

- Kəndin firqəçilərini, cavan komsomolçuları bura çağır. Firqə özək katibi 

hardadır? Onu da tapdır. 

Qaybalı kişi başa düşdü ki, Fətullayev buraya boş-boşuna gəlməmişdir. Nəsə 

mühüm bir məsələ var. Onun ürəyinə dammışdı ki, kəndin başı üstündə qara 

buludlar dolaşır. 

"Allah özü axırını xeyirə döndərsin", - deyə ürəyindən keçirdi və bayırdakı 

milislərdən birini firqə özək katibinin dalınca göndərdi. - 

Fətullayev yenidən üzünü Qaybalı kişiyə tutdu: 

- Silahlı dəstən hazırdırmı? Neçə nəfərdirlər? 

- İyirmidən çoxdurlar. 

- Onlara da da hazır dayansınlar. Bəlkə lazım oldular. 

Qaybalı kişi bu dəfə lap ehtiyatlandı. 

- Qaçaq-quldur üstünə gedəcəyik, yoldaş Fətullayev? 

Bu dəfə  Fətullayev dinmədi. Böyründən asılmış çantasını  çıxarıb stolun 

üstünə qoydu, oradakı möhürlü kağızlardan birini götürüb vərəqlədi. 

İdarənin qapısı açıldı.  Əvvəlcə  kənd firqə özək katibi, sonra isə 

komsomalçular  əllərində silah içəri girdilər. Bir azca da keçdi. Şura sədrinin 

otağı adamla doldu. İçərini tüstü-duman bürüdü.  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə