Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə115/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   111   112   113   114   115   116   117   118   ...   132

____________________Milli Kitabxana_____________________ 

346 


 

dolmuş  dərdi-qəmi göz yaşı ilə axıtdıqdan sonra yük yerindən aralandı. 

Bədənnüma güzgünün qabağından keçəndə özünü tanımadı. Bircə anın içində 

yumaq kimi büzüşmüşdü. Özünə toxtaqlıq verdi, üst-başını düzəltdi. Göz yaşını 

qurutdu. İstəmədi ki, düşmən onu belə sınğın görsün. Qapıdan çıxanda köksünü 

ötürdü və qurulu qoyub getdiyi evinə son dəfə baxdı. 

Güllü xanım içəridə ev-eşiyi ilə halallaşana qədər bayırda at belində 

dayananlar öz ürəklərində  hər  şeyi bölüşdürmüşdülər. Onlar səbirsizliklə 

arabaların yola düşməyini gözləyirdilər. Güllü xanım özünü sındırmadı,  şax 

addımlarla yeriyib arabaya çıxdı və əli belində ayaq üstündə dayandı. 

Keçəl Xondulu da evin ətrafını dolaşdı  və birdən gördü ki, Həsən ağanın 

balaca oğlu Söhrab təzə bir araba təkərini tövlənin böyründə gizlətmək istəyir. 

Atını birbaş onun üstünə sürdü. Uşağı qamçı ilə budarladı. Güllü xanım bunu 

gördü və  əlini kəmərinin altında gizlətdiyi naqana uzatdı.  İstədi güllələrin 

hamısını onun sinəsinə doldursun. Ani olaraq arabadakılara baxdı. İndi Alqazax 

uşağından başıpapaqlı qalmamışdı. Bu nəslin arvad-uşağnın ümidi təkcə ona idi. 

Nəsli başsız qoymaq olmazdı. 

Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da 

görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan 

onlara yanaşdı  və birdən atın belinə  sıçradı. Xondulunun boynundan yapışıb 

yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı. 

Uşağın da öz tədbiri var imiş. Alan Keçəl Xondulunu atdan salan kimi 

axşamdan evin zirzəmisinə yığdığı neft tökülmüş ota od vurdu və qaçıb arabaya 

mindi. 


Çıraqlıların arabaları çoxdan xır yolunda idi. Yoldaş Fətullayevin işarəsi ilə 

Alqazaxlıların köçü də xır yoluna yaxınlaşdı. Güllü xanımgilin evini birdən alov 

bürüdü.  Ətrafdakılar özünə gələnə  qədər yanan evlərin çatırtısı  və tüstü qarışıq 

alovları göyə qalxdı. Evin ətrafinı  kəsən silahlı  dəstə özünü itirdi. Yoldaş 

Fətullayev təlaşla köməyə adam çağırırmış kimi ətrafa boylandı. 

- Xondulu hanı?! 

Onu axtardılar və  dərədə  xırıldayıb son nəfəsini aldığı yerdə tapdılar. 

Gördülər ki, boğazında diş yerləri var. Ətrafa boylandılar və Alanın Kürə 

atıldığını gördülər. Onun arxasınca düşüb gülləyə basdılar.  İt çayı üzüb cələyə 

keçdi. Sonra da çiləkənlərin arası ilə gözə görünmədən meşəyə adladı. 

  



____________________Milli Kitabxana_____________________ 

347 


 

Ev çatırtı ilə yanıb söndü. Sürgün arabaları xır yolunun döngəsində görünməz 

oldular. Elə bu zaman meşədən ulartı səsi gəldi, acı bir ulartı. Bu, Alanın səsi idi. 

 

 

Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının 



ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış 

vaqonların yanında saxladılar. Keşikçilər arabanın  ətrafında fırlanaraq, 

içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir 

xeyli harada olduqlarını başa düşmədilər. 

Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün 

azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları 

deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə 

göndərilənləri erkəndən gətirmiş  və vaqonlarda yerləşdirmişdilər.  İndi qapıları 

kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs 

yox idi. 

Onların arabaları qatarın yanında dayandıqda milis paltarı geyinmiş beş-altı 

kişi dərhal yaxınlaşdılar. Onlardan biri Çıraqlıların adamlarını, sonra Güllü 

xanımı təpədən-dırnağa süzdü və nədənsə ona "Siz bu vaqonda gedəcəksiniz", - 

deyə qapısı açıq olan vaqonu göstərdi. 

Güllü xanım Çıraq uşağına işarə etdi. 

- Qoyun, bunlar da biznən bir yerdə getsinlər. 

Kişi Güllü xanımın uca boy-buxununa diqqətlə baxıb razılaşdı. Sonra 

yanındakılara göstəriş verib tələsik uzaqlaşdı. 

Səhərə yaxın daha da şəffaflaşan ayın işığında vaqonun içi aydınca 

görünürdü. Hər tərəf toz-torpaq və çirk idi. Güllü xanımın göstərişi ilə öz 

nəvələri və  gəlinləri, eləcə  də  Çıraqliların uşaqları vaqona çıxdılar. Arabadan 

götürdükləri süpürgə ilə döşəməni təmizlədilər. Sonra yerə kilim saldılar. 

Arabadaki  şeyləri daşıyıb bir küncə  yığdılar. Bundan sonra Güllü xanımın 

əlindən tutub asma pilləkənlə vaqona qaldırdılar. Güllü xanım içəri yığılmış 

şeylərə, vaqonun o biri başında yerləşən Çıraq uşağının adamlarına diqqətlə 

baxdıqdan və müəyyən göstərişlər verdikdən sonra: "Paltar-palazınızı, qab-

qacağınızı  səliqə-səhmanla yığın, deyəsən yolumuz uzun olacaq", - deyib 

döşəkçəsini, mütəkkəsini kili- 




____________________Milli Kitabxana_____________________ 

348 


 

min üstə saldırdı. O özü də hiss etmişdi ki, uzun yol gedəcəklər. Ona görə  də, 

indidən yerini rahatlayırdı. 

Onlar vaqona doluşduqdan və arabalar getdikdən sonra xeyli sakitləşə 

bilmədilər. Uşaqlar ilk dəfə  dəmiryolu gördüklərinə, vaqona mindiklərinə görə 

sevinir və yol dəyişənlərin arabir çaldıqları fit səsindən ləzzət alırdılar. 

Hər  şey yerbəyer edildikdən sonra bir milis nəfəri ehmalca başını qapıdan 

içəri saldı və üzünü Güllü xanıma tutdu: 

- Xanım, qab-qacağınız varsa, özünüzlə çoxlu su gotürün. Yolunuz uzaq 

olacaq. 


Güllü xanım onun səsindəki mehribanlıqdan başa düşdü ki, kişinin 

sürülənlərə ürəyi yanır. 

- Suyu hardan götürək, dərdin alım? - deyə soruşdu. 

- Gəlin göstərim. 

Dərhal sənəkləri götürdülər. Vaqondan tökülüşüb kişinin müşayiəti ilə üstünə 

"kipyatok" yazılmış su borusuna yaxınlaşdılar. 

- Bax, bu qaynanmış sudu. Qablarınızı doldurun. Əyər başqa boş qabınız 

varsa, tez gətirin gəlin, sizi gözləyirəm. 

Samovar, cürdək və vedrələri də suynan doldurdular. 

Bayaqkı adamlar dəstə ilə  gəldilər, hamının içəridə olub-olmadığını 

yoxladılar və sonra qapını çəkib bağladılar. Güllü xanım başa düşdü ki, zirəzələr 

cingildədi və qıfıl şaqqıldadı. 

Hərə bir tərəfdə özünə yer elədi və azacıq sonra səhər mürgüsü vaqonu 

bürüdü. Bir Güllü xanım oyaq qaldı, bir də onun gəlini. 

Güllü xanımın böyük oğlunun neçə ildən bəri evləndiyinə baxmayaraq övladı 

olmurdu. Nə  qədər nəzir-niyaz demiş, qurban kəsdirmiş, pirə gedib dua 

yazdırmışdılarsa da, xeyri olmamışdı. Amma çox qəribə idi kt, kənddə  işlər 

qarışan zaman gəlin birdən-birə hamilə olmuş  və  oğlan doğmuşdu. Ailənin 

sevinci yerə-göyə sığmırdı. Bəlkə də elə buna görə Şəmiddin qardaşı Həsən ağa 

ilə getməmişdi. O, yurdunda qalacaq oğlunu böyütmək arzusu ilə yaşayırdı. 

Ancaq onu gecə apardıqdan və geri qayıtmadığından gəlinin ürəyi uşağın 

üstündə nanə yarpağı kimi əsirdi. O, hər  şeyi unutmuşdu. Evi-eşiyi yaddan 

çıxartmışdı. Fikri-zikri körpəsi idi. Gündüzlər pərvanə kimi başına fırlanır, 

gecələr də gözünə yuxu getmir, onun keşiyini çəkirdi. Güllü xanım gəlinini və 

nəvəsini gözaltı süzür, onlara xəlvəti göz qoyur, oğrun-oğrun izləyirdi. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə