Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə110/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   106   107   108   109   110   111   112   113   ...   132

____________________Milli Kitabxana_____________________ 

331 


 

lıq qarışıb,  əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. 

Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli 

keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu: 

- Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı 

komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər 

tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin. 

Yoldaş  Fətullayev  şinelini, çəkməsini soyundu və paltarlı yorğan-döşəyə 

girdi. 

Mustafa kişi səhərə qədər yata bilmədi. Tez-tez qalxıb ocağa odun atdı və nə 



qədər fikirləşdisə, rus əsgərlərinin qəfildən kəndə  gəlmələrinin səbəbini 

aydınlaşdıra bilmədi. 

İşıqlaşan kimi axşamdan Mustafa kişidən tapşırıq alan silahlı komsomolçular 

onun evinin qapısını kəsdirdilər. Yoldaş Fətullayev onları başına yığdı. 

- Bu saat dağılışarsınız kəndə. Gedərsiniz evlərə. On beş yaşından yuxarı nə 

qədər başıpapaqlı varsa, gətirərsiniz məscidin həyətinə. Dünəndən baxmışıq, 

ondan münasib yer yoxdur. Həm məscidin özü böyükdü, həm də ətrafı hasarlıdı. 

Bir azdan kəndə hay-haray düşdü. Arvad-uşağın səs-küyünə, ağlamalarına 

heç kəs fikir vermədi. Rus əsgərləri kişilətri süngünün qabağına salıb məscidin 

həyətinə  gətirdilər. Yoldaş  Fətullayev məscidin və  həyətin içinin dolduğunu 

gördü və bundan sonra hasarın üstünə çıxdı. Bayaqdan təşviş içində qalan və öz 

aralarında xısın-xısın söhbət edən kişilər daş hasarın üstünə  çıxan Fətullayevi 

görüncə susdular. Fətullayev aralığa sükut çökdükdən sonra amiranə  səslə 

dilləndi: 

- Camaat, hökumətin qərarı var: hamı silahını könüllü şəkildə  təhvil 

verməlidir. Kimin tüfəngi, naqanı, xəncəri varsa, gətirməlidir. Kim silahını 

könüllü təhvil versə, ona heç nə etməyəcəyik, buraxacayıq, gedəcək evinə. 

Amma inad göstərsəniz, qurban verəcəksiniz. Sizə ən uzağı bir gün vaxt verirəm. 

Silahlarınızı gətirin! 

Camaat heç nə başa düşmədi. Təşvişlə bir-birinin üzünə baxdı. Fətullayev 

hasarın üstündən düşüb gedəndən sonra da nə edəcəklərini bilmədilər. 

Əslində onların çoxunun silahı var idi. Rus beşaçılanlarını, naqanları, İran və 

türk tüfənglərini parçalara büküb samanlıqlarda, tövlələrin axurlarında, pərdilərin 

arasında, ot tayalarının altında gizlətmişdilər. 

  



____________________Milli Kitabxana_____________________ 

332 


 

Heç kəs silahı olduğunu boynuna götürmək istəmirdi. Hamı fikirləşirdi ki, 

"Silahın nə zərəri var? Yüz gün yaraq, bir gün gərək". Züllə papaqlı rus əsgərləri 

məscidi ikiqat mühasirəyə aldılar. Yarımkürklü və uzun qılınclı komandirlər 

məscidin  ətrafında dolaşdılar. Yoldaş  Fətullayev iki saatdan sonra bir də  gəldi. 

Daş hasarın üsrünə bir də  çıxıb sözlərini bir də  təkrar etdi. Amma camaatdan 

tərpənən olmadı. 

Lopa-lopa qar yağırdı. Məscidin həyətinə toplaşanların hamısı qar içində idi. 

Çoxunun əynində isti paltar olmadığından soyuqdan büzüşmüşdü. Çoxusu ac idi. 

Səhər qoymamışdılar ki, çörək yesinlər. Kənd arvadları  məscidin  ətrafındakı 

evlərə  yığışmış, damların üstünə  çıxmışdılar. Onların  əllərində bağlamalar, 

heybələr var idi. Kişilərə çörək gətirmişdilər. Amma keşikçilər onları yaxına 

buraxmırdılar. 

Sözə baxmayıb irəli cuman arvadları süngünün ucunda geri qaytarırdılar. 

Mustafa kişi arvad-uşağın ağlaşmasına dözmədi. Qorxa-qorxa Fətullayevə 

yanaşdı: 

- Camaat acdır. Arvadlar çörək gətiriblər, bəlkə... 

Fətullayev dabanı üstə firlandı və şura sədrinin sözünü ağzında qoydu: 

- Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var? 

Qaranlıq qarışdı. Amma kişilərdən tərpənən olmadı. 

 



 



Fətullayev qəza mərkəzində olan zaman, ya da Gəncəyə, Bakıya getdiyi vaxt 

müəyyən tapşırıqlar alır, kimləri isə axtarır, onların izinə düşürdü.  Ətraf 

qəzalarda kəndlərdən qaçanların kimlər olduğunu öyrənməyə çalışırdı. Ona görə 

də, hər söhbətə saymazyana qulaq asır, hər kəndə öz adamlarını göndərir, hətta 

qaçaqların dəstəsinə də adam yollayırdı. Bu adamların çoxu qaçaqların etibarını 

qazanmaq üçün cinayət də törədirdilər. 

Yoldaş  Fətullayev gizli arxiv sənədlərini də  nəzərdən keçirirdi. Mərkəzdən 

qaçmış  və gözdən yayınan  əksınqilabçıları tapmaq üçün gizli yollar axtarırdı. 

Onu ən çox narahat edən Gəncə üsyanı idi. 

Yoldaş Fətullayev yenə Mustafa kişinin isti qonaq otağında əyləşmişdi. Yenə 

kağızları səpələyib nəyi isə axtarırdı. Mustafa kişi isə sobaya aramsız odun atırdı. 

  



____________________Milli Kitabxana_____________________ 

333 


 

Yoldaş  Fətullayev armudu stəkandakı çayını içdi və üzünü Mustafa kişiyə 

tutdu: 

- Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu? 



- Meşə çaqqalsız olmaz, yoldaş Fətullayev, bir də belə qarışıq zamanda silah 

saxlamağın nə zərəri var? Hürriyyətlik ilində hərə özünə bir açılan tapmışdı ki, 

özünü qorusun. Çox qarışıq zəmanəyə  gəlib çıxmışıq. Adam başında papağını 

güclə saxlayır. 

Fətullayev ayağa durdu. Otaqda bir xeyli gəzindi və üzünü yenə Mustafa 

kişiyə tutdu: 

-  İndi isə  həmin açılanları götürüb meşələrə, dağlara çəkilirlər, hərə bir 

quldur dəstəsi düzəldir. O müzür ünsürlər  şura hökumətini yıxmaq istəyirlər. 

Onu bilmirlər ki, sinfi düşmənlər qulaqlarının dibini görsələr, onu da görəcəklər. 

Mustafa kişi hiss etdi ki, yoldaş Fətullayev hirslənib. Sözünün dalını demədi. 

Elə bu vaxt qapı astaca aralandı. Mustafa kişi ayağa durdu və  əli silahlı 

komsomolçuya yaxınlaşdı. 

- Mustafa qağa, Çapıq Əmrahı gətirdilər. 

Mustafa kişidən qabaq yaldaş Fətullayev təəccüb və həyəcanla dilləndi:  

- Kimi?! 

- Çapıq Əmrahı. 

Bu ada yoldaş  Fətullayev çoxdan rast gəlmişdi. Mərkəzdən bütün qəzalara 

gizli təliqələr göndərilmişdi. Fətullayev də onu axtarırdı, onun izinə düşməyə 

çalışırdı.  İndi gözlənilmədən Qaymaqlı  kəndində onunla rastlaşırdı. Sevinc və 

həyəcan hissi onu bürüsə də, üzə vurmadı. Sakitcə Mustafa kişidən soruşdu: 

- Çapıq Əmrah orduda olubmu? 

- Müsavat hökuməti vaxtı zabit olub. Bilirsinizmi, yoldaş  Fətullayev, hamı 

ona "paruçik" deyir. Elə bizim kənddə  də onu Əmrah kimi tanıyan azdı. Ona 

"barcuy" deyirlər. 

- İndi o hardadı? 

Bu dəfə qapının ağzında dayanan silahlı komsomolçu dilləndi: 

- Şura idarəsinin zirzəmisində. 

Fətullayev şinelini götürdü, onaçılanını belinə bağladı və qapıya yaxınlaşdı. 

- Mən onu görməliyəm. 

Mustafa kişi onun yolunu kəsdi: 

 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə