Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə106/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   102   103   104   105   106   107   108   109   ...   132

____________________Milli Kitabxana_____________________ 

319 


 

Eşelon komandiri yerindən dik atıldı. O, sözün bu yerə  gəlib çıxacağını 

gözləmədiyindən səsini bir qədər ucaltdı: 

- Bəs, bu silahlar sizin nəyinizə lazımdır? 

- Biz yeni hökumət yaradırıq. Bizə ordu və ordunu silahlandırmaq üçün silah 

lazımdır. 

Komandir otaqda fikirli-fikirli xeyli gəzindi, pəncərədən yollara, "fis-tısla" 

işləyən parovozlara baxdı. Sağa-sola hərəkət edən dəmiryolçuları seyr etdi, 

onların kəsik-kəsik çaldıqları tütək səslərinə qulaq asdı  və birdən dabanı üstə 

fırlanıb üzünü Xudadat bəyə tutdu: 

- Əgər təslim olmasaq, silahları təhvil verməsək, onda nə edəcəksiniz? 

Xudadat bəy kəskin və ciddi suala, kəskin və ciddi cavab verməyi qərara aldı: 

- Onda araya qan düşəcək, mən isə bunu istəmirəm. 

Komandir söhbətin bu yerində sözünə ara verib "mən məsləhətləşməliyəm" 

deyə cavab verdi və  dərhal bayıra çıxıb müşayiətçilərin müşayiəti ilə  eşelona 

doğru getdi. Yarım saatdan sonra qatarın önündə ağ bayraq dalğalandı və eşelon 

vağzala yaxınlaşdı. Vaqonlardan tökülən  əsgərlər tüfənglərini yol kənarında 

dayananlara təhvil verdilər. Sonra at qoşulmuş toplar, iri çaplı pulemyotlar 

vaqonlardan düşürüldü. Eşelon təmiz boşaldıqdan sonra parovozun kəsik fiti 

eşidildi.  Əsgərlər hay-harayla qaçışaraq vaqonlara doluşdular. Bundan sonra 

vaqonlar ağır yük altından çıxmış kimi taqqıldaşa-taqqıldaşa irəliyə  hərəkət 

etdilər. 2-ci və 3-cü eşelon da bu cür təslim oldu. Sonrakı  eşelon vağzala 

yaxınlaşdıqda vaqondan səslər eşidildi: "Təslim olmayın!" "Qırın bu 

basurmanları!'' "Atəş açın!". Azacıq sükutdan sonra vaqondakı toplardan, 

pulemyotlardan, tüfənglərdən şiddətli atəş başlandı. Yol qar tozanağına bulandı. 

Mərmilərdən biri zirehli qatarın dal tərəfinə toxundu və komandir yaralandı. 

Eşelonun vaqonlarına da çaxnaşma düşdü. Hiss olundu ki, orda əlbəyaxa 

vuruşma düşmüşdü. Yolun kənarında səbrlə dözən silahlı camaat, qaçaq dəstələri 

cavab atəşi verdilər. Bir anın içində  hər  şey bir-birinə qarışdı: partıltıdan, 

çatıltıdan,  şüşə cingiltisindən qulaq tutuldu. Bu qeyri-bərabər döyüşdən qalıb 

çıxa bilməyəcəklərini başa düşdükdən sonra əsgərlər ağ bayraq qaldırdılar. 

Təxminən 10 min əsgər təslim oldu, silahlarını yerə qoydular. Xudadat bəy 

isə stansiya rəisinin iş otağında yaralıların yarasını sarıyırdı. 

  



____________________Milli Kitabxana_____________________ 

320 


 

 

Şamxor yolu ilə Gəncəyə doğru irəliləyən izdihamın sevinci hədsiz idi. İndi 



onların böyük bir ordunu silahlandıracaq qədər silahları var idi. Müşayiətçilərin 

əhatəsində öndə gedən faytondakı Xudadat bəy tez-tez yanındakı Aslan bəy 

Səfikürdəkini qucaqlayır "Artıq geniş  səfərbərlik elan edə bilərik.  İndi hər 

şeyimiz var" deyirdi. Silahları  təhvil alanlardan bir neçəsi  şəhərin girəcəyində 

atdan düşüb topların lüləsinə paçayırma minib "ura" - deyə  qışqırırdılar. Küçə 

boyu düzülən camaat onları eyni sevinclə qarşıladı. 

Şəhərin kənarındakı  dəmir yolunda isə kirpik boyda görünən vaqonlar 

tüstülənə-tüstülənə arxayınca, takka-tukla irəliləyirdi. 

 

VII fəsil 

 

 

Gecədən xeyli keçmişdi. Göyün üzündəki ulduzlar elə bil yazın belə tez və 



isti gəlməsinə sevinib sayrışırdı. Həmişə  səksəkəli yatan şəhər bu gecə  də 

narahat idi. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözə 

dəyən keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə 

şəhərini zəbt etmişdi. 

Çay sahilində yerləşən zirzəmilərin birindən solğun işıq gəlirdi.  İçəri 

zabitlərlə dolu idi. Bakıda müsavat hökumətinin devrilməsindən sonra təslim 

olmaq istəməyən zabitlər Gəncədəki narazı  hərbiçilərlə birləşmişdi.  İndi onlar 

gizlin məşvərətə yığışmışdılar. Məşvərətə Azərbaycan hökuməti dövründə Gəncə 

hərbi qarnizonun rəisi vəzifəsini icra edən Cavad bəy  Şıxlınski və  Gəncə atıcı 

alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər. 

O vaxt Əmrah general Cavad bəy Şıxlinskinin yavəri idi. Hər şey indiki kimi 

yadındadır. General onu tez-tez zabitlərin arxasınca göndərirdi.  Əmrah Cavad 

bəyin tapşırığı ilə keçmiş  şəhər komendantı general-mayor Məmməd Mirzə 

Qacarı, qaçaq Sarı  Ələkbəri, qaçaq Qənbəri, Topalhasanlı Cabbarı tapıb 

məşvərətə gətirdi. Başqa general və yüksək vəzifəli zabitlər də gəldilər. Hamının 

toplaşdığını görən general Cavad bəy zabitlərə oturmağı  təklif etdi və özü də 

üstündə  şəhərin xəritəsi olan yazı masasının arxasında oturdu. Aralığa xeyli 

sükut çökdü. Cavadbəy xəyalında nəyi isə ölçüb-biçdikdən sonra sözə başladı: 

 

  



____________________Milli Kitabxana_____________________ 

321 


 

- Ağalar, XI Qızıl Ordunun bolşevikləri bizə yalan satmışlar. Xəlil Paşa da 

bizi inandırmışdı ki, rus qoşunları bizim ərazidən keçib Türkiyəyə  İstanbulu 

müdafiəyə gedir. Bosfor, Dardanel təhlükə qarşısındadı. Biz bu ordunun tezliklə 

Türkiyəyə getməsinə kömək etməliyik. 

İndi isə bir aydi ki, Gəncədədirlər. Belə getsə, biz öz istiqlaliyyətimizi 

itirəcəyik. Ona görə də polkovnik Cahangir bəy Kazımovla belə qərara gəlmişik 

ki, Gəncəni üsyana qaldıraq. Sizi də bu məqsədlə məsləhətə çağırmışıq. Fikriniz 

nədir? 

İçəridə oturan generallar və başqa hərbiçilər çiyinlərindən ağır yük 



götürulmüş kimi dərindən nəfəs aldılar. 

- Biz bunu çoxdan gözləyirdik. 

- Elə isə vaxt itirməyək, - deyə Cavad bəy sözünə davam etdi. 

- Cənab general Məmməd Mirzə Qacar, şəhərin istehkamlarının hazırlanması, 

müdafiə  xətlərinin möhkəmləndirilməsi, köhnə  şəhər komendantı kimi 

məhəllələrin, küçə  və dalanların hazırlanması  və istehkama çevrilməsi sizə 

tapşırılır. 

- Siz isə, - deyə general üzünü Sarı Ələkbər və Qaçaq Qənbərə tutdu. - Öz 

dəstənizlə əhalini ayağa qaldırmalı və döyüşə aparmalısınız. Səngərlərin silahlar 

və  mərmrlərlə  təmin olunmasını isə Topalhasanlı Cabbara tapşırırıq. Bütün 

bunlardan  əvvəl daha təcili görüləsi iş var. Bu haqda polkovnik Cahangir bəy 

Kazımovun sizə sözü var. 

Bayaqdan deyilənlərə  səbirsizliklə qulaq asan və vaxtın itiriləcəyindən 

qorxan polkovnik dərhal ayağa durub izaha başladı. 

- Ağalar, bizim ordumuzun 1800 nəfəri bolşevik ordusu tərkibindədir. Rus 

bolşevikləri Azərbaycan ordusunu yenidən təşkil etməyə vaxt tapmayıblar. Ona 

görə  də, milli ordunun məşhur generalı  Məmməd Mirzə Qacarı diviziyanın 

təchizat  şöbəsi rəisi vəzifəsində saxlayıblar. Hətta Mirzə Qacar şəhərin 

komendantıdır. Bu bizim xeyrimizədi. Demək, bolşevik ordusu tərkibində 

tərəfdarımız var. İndi mayın 23-də Bakıdan XI Ordunun Gəncəyə göndərdiyi 

komanda heyəti  şəhərə  gələrək dərhal hərbi hissələri yenidən təşkil etməyə 

başlamışdır. Onlar komanda hissəsini tamamilə  təzələyirlər. Bütün köhnə 

zabitləri işdən götürür və yenisi ilə  əvəz edirlər. Bir sözlə, rus ordusunun 

tərkibində bu saat böyük hərc-mərclik və başsızlıq var. İndi  əsl fürsətdir. Ona 

görə də, elə bu gecə, bu saat işə başlamaq lazımdır. Hamıya əmr edirəm, təcili 

olaraq öz hissələrinizi ayağa qaldırıb nəzərə çarpmadan bolşeviklərin 

kazarmasını ələ keçirmək və şəxsi heyəti həbs etmək lazımdır. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə