Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə105/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   101   102   103   104   105   106   107   108   ...   132

____________________Milli Kitabxana_____________________ 

316 


 

Səhər dan qızaran zaman atlı dəstənin müşayiəti ilə Xudadat bəy Aslan bəylə 

faytona oturub Gəncədən Şəmkirə yola düşdülər. Xudadat bəy əlindəki kiçik yol 

çamadanını faytonun arxa tərəfinə qoydu. O, idarədən çıxmazdan  əvvəl həmin 

çamadanı dava-dərman, sarğı  ləvazimatları  və  cərrahiyyə  bıçaqları ilə 

doldurmuş, bəlkə lazım oldu deyə  xəyalından keçirmişdi. Hava soyuq idi. 

Yanvar ayının  əvvəlində yerə düşən qar əriməmişdi. Yolun bəzi yerləri buz 

bağladığından at nallarından qığılcım qalxırdı.  Şəmkirin üst tərəfindəki dağlar 

dümağ qar içində idi. Xudadat bəy üzünü faytonun küncündə sakitcə oturan 

Aslan bəyə çevirdi. 

-  Şekspirin belə bir sözü var: "Hünər yüksəklərə qalxmaqda deyil, hünər 

yüksəkliklərdə  mətanətlə dayanmaqdadır'". Camaatı ayağa qaldırmaq, onlara 

şirin vədlər vermək, onsuz da ciyəri alışıb-yanan adamları döyüşə aparmaq, 

ehtirasları qızışdırıb mövcud qanunları dağıtmaq o qədərdə çətin deyil. Amma... 

- Məsələnin çətini camaata təzə  nə verməkdir? Vay o gündən ki

qazandıqlarını  əldə saxlaya bilməyəsən, təzə bir şey verə bilməyəsən, - deyə 

Aslan bəy Xudadat bəyə cavab verdi. - Ümidi boşa çıxan və aldadılan xalqın 

faciəsindən böyük faciə yoxdur. İndi biz yeni dövlət qurmuşuq. Qurmaq asandır, 

onu əldə saxlamaq lazımdır. 

Xudadat bəy faytonun içində yerini rahatladı. 

- Çox təəssüf ki, bunu başa düşməyənlər var. Dövləti  əldə saxlamaq üçün 

birinci növbədə ordu lazımdır. Xüsusi ilə bizə. Çünki dörd tərəfimiz xəbis 

qonşularla doludur. Ona görə nəyin bahasına olursa- olsun, eşelonları tərk-silah 

etməliyik. 

Xudadat bəy susdu, hər şeyi unutmuş kimi dərin fikrə getdi. Onun məqsədi 

bu saat Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını tərk-silah etmək idi. Bunun 

üçün əvvəlcədən tədbir görmüşdü. Dəmiryolunun ətrafında yerləşən kəndlərdən 

təxminən on min silahlı  dəstə düzəltmiş, həmçinin, bu mahalın adlı-sanlı 

qaçaqlarını da bu işə  cəlb etmişdi. Onlar dünən axşamadək burada pusquda 

dayanmışdılar. Rus qoşunları müqavimət göstərsələr, qan tökməyə  məcbur 

olacaqdılar. Xudadat bəy bunu istəmirdi. O, uzun döyüşlərdən sonra salamat 

qalıb sevinclə  vətənə qayıdan  əsgərlərin  şadlığını yox edib qan tökməyin 

əleyhinə idi. Fayton Şəmkir stansiyasına yaxınlaşanda uzaqdan keçmiş  şəhər 

qalasının qalıqları  və körpü aydınca göründü. Şəmkir çayının üstündəki 

körpünün xarabalıqları da aydınca görünürdü. Bu, 

  



____________________Milli Kitabxana_____________________ 

317 


 

Şəmkir  şəhərinin xarabalıqları idi. 935-367 hicridə  "Şəmkur" adında bir 

padşah bu şəhəri tikdirmiş  və öz adını  həmin  şəhərə vermişdi. Teymurləngin 

vaxtında bu şəhər salamat idi. İndi isə  şəhərin adı  və xarabalıqları qalmışdı. 

Bəşər övladı  qəribədir. Yaratdıqlarını  məhv edir. Əgər belə olmasaydı, 

tərəqqinin dalından insan nəsli çata bilməzdi. Xudadat bəy ətrafdakı qarlı-təpəli 

düzənlikləri, qarşıdakı dəmiryol vağzalını seyr etdikdən sonra vağzaldakı zirehli 

qatarı gördü. Bu qatar 60 nəfər döyüşçü ilə Tiflisdən gəlmişdi. Xudadat bəyin 

atlı dəstəsi vağzalın yanında dayandı. Xudadat boy mühafizəçilərin müşayiəti ilə 

stansiya rəisinin otağına daxil oldu. 



 

 

Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən 



təəccüblə "Niyə dayandıq?" deyə soruşdu. 

Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi: 

- Simafor bağlıdır. 

Qatar körpünün yaxınlığında Kürün yaxası boyu dayanmışdı. Vaqonların içi 

soyuq idi. Neçə gündən bəri dəmir sobaları qalamaq üçün heç nə tapmırdılar. 

Daş kömür va odun çoxdan qurtarmışdı.  Əsgərlərdən biri sahildə kökündən 

qurumuş iri bir palıd ağacını gördükdə  dərhal xırxı  və baltasını götürüb 

vaqondan yerə düşdü. Bunu görən o biri vaqondakı əsgərlər də yerə tökülüşdülər. 

Qorxu və vahiməni unudaraq odun doğramağa başladılar. Doğranmış odunları 

qucaq-qucaq vaqona yığdılar. Azacıq sonra sobalar tüstüləndi, vaqonlar istiləndi. 

Neçə gündən bəri üşüdüyündən büzüşüb  şinelə bürünən  əsgərlərin bədənləri 

isindi. 


Paravozun meşədə  əks-səda verən kəsik-kəsik fiti eşidildi və  ağır-ağır 

dartınaraq hərəkətə başladı. Kürün suyu sırsıra bağlamışdı. Çayın yaxası boyu 

meşədə ördəklər, qazlar uçuşurdu. 

Qatar Poylu körpüsünü keçib Ağstafaya yaxınlaşdı. Yol yenə  də bağlı idi. 

Onları ehtiyat yolunda dayandırdılar, dərhal qapılar açıldı. Əsgərlər əllərində su 

qabları perrona axışdılar. Divara iri hərflərlə "Kipyatok" yazılmış kranın 

ətrafında növbəyə düzüldülər. Təxminən bir saatdan sonra vaqonlarda özlərinə 

çay düzəldən  əsgərlərin kefi yaxşılaşmışdı. Stansiya rəisinin otağında isə 

mübahisə gedirdi. 

- Bizi nə üçün ləngidirsiniz? 

  



____________________Milli Kitabxana_____________________ 

318 


 

- Yol bağlıdır. 

- Necə yəni yol bağlıdır? 

- Deyilənə görə, körpülər  minalanmışdı. 

- Bunu öyrənmək olmazmı? 

- Olar, adam göndərmişik. Xəbər alatı kimi sizi yola salacağıq. 

 

 

Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon 



rəisi vaqondan düşüb əsgərlərin müşayiəti ilə vağzala yaxınlaşdı və birbaş rəisin 

otağına keçdi. Xudadat bəy, Səfikürdski və zirehli qatarın komandiri içəridə 

oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə  də, amiranə  tərzdə 

vağzal rəisinə müraciət etdi: 

- Yolları nə üçün açmırsınız? 

Xudadat bəy sakitcə ona cavab verdi: 

- Əyləşin, məsləhətimiz var. 

Komandir narazılıqla qaşqabağını turşaltdı  və gurhagurnan yanan sobanın 

yanında oturtdu. Araya xeyli sükut çökdü. Söhbəti necə, nədən başlamaqda 

çətinlik çəkirdilər. Nəhayət, Xudadat bəy astadan dilləndi: 

-  Əvvəla sizi müharibəni qurtarıb sağ-salamat evinizə qayıtmağınız 

münasibəti ilə  təbrik edirəm.  Əsgərlərin sevincinə ürəkdən  şərik olduğumuzu 

bildirirəm. Amma bir məsələ bizi narahat edir. Siz öz silahlarınızla birlikdə geri 

dönürsünüz. Topla-tüfənglə vətənə qayıdırsınız. Belə bir dönüşün sizə nə xeyri 

ola bilər? Sizi - hazır  əsgərləri, yeni döyüşlərə, toqquşmalara göndərə 

bilməzlərmi? 

Komandirin qaşları çatıldı, alnı  qırışdı  və gözlərini qaldıraraq təəccüblə 

Xudadat bəyin üzünə baxdı: 

- Nə demək istəyirsiniz? 

Xudadat bəy söhbəti çox uzatmağı lazım bilməyib suala sualla cavab verdi: 

- Ordudan qayıdan əsgərlərin silah nəyinə lazımdır? 

- Silahsız da ordu olarmı? 

- Düz deyirsiniz, silahsız ordu olmaz, amma siz artıq ordu deyilsiniz. Sizi 

Vətənə qayıdan kimi fəhlələrin, kəndlilərin, inqilab etmiş camaatın üstünə 

göndərəcəklər. Əliniz qardaş qanına boyanacaq, qırğın törəyəcək. Bütün bunların 

olmaması üçün təklif edirik: silahlarınızı təhvil verin! 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə