Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə103/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   99   100   101   102   103   104   105   106   ...   132

____________________Milli Kitabxana_____________________ 

310 


 

Güllü xanım esasına söykənib ayağa durdu və atın döşünə salınmış Şəmiddini 

göstərdi. 

Həsən ağa suvadağdan Kürə enmək istədikdə, atın böyründə dayanan Alanı 

gordü. Cilovu çəkdi. İt bunu hiss edib qabaq ayaqlarını yəhərin üzəngisinə qoydu 

və ağlayırmış kimi için-için zingildədi. 

Həsən ağa aşağı əyilib Alanın üz-gözündən öpdü, başını sığalladı və kövrək, 

titrək səslə dilləndi: 

- Salamat qal, Alan, buraları sənə tapşırıb gedirəm. Ev-eşikdən muğayat ol. 

Ya qismət, bir də görüşəcəyikmi?! Allah bilir!.. 

İt zingildədi və onun əlini yaladı. Həsən ağa atın başını qanırıb Kürə endi. 

Alan isə onun qaraltısı gözdən itincəyə qədər dalınca baxdı. 

- Bəs bu kimdi, oğlum deyil? 

Keçəl Xondulu səsini ucaltdı: 

- Onu demirəm, Həsən ağa hanı? 

Elə bu vaxt Kürün o üzündən dalbadal atılan güllə səsi və Alanın acı ulartısı 

eşidildi. Güllü xanımın bayaqdan azca əyilmiş beli düzəldi, elə bil boyu da 

ucaldı. 


- Güllə səsini eşitmirsənmi? O tayda - meşədədi, bacarırsınız, gedin tutun. 

Keçəl Xondulu sərt bir söyüş söyüb eyvandan düşdü və atın belinə qalxdı. 

- Bu dəfə  də aradan çıxdı, amma harada olsa, onu tapacam. – Üzünü 

yoldaşlarına çevirdi. - Tez olun, tərpənin. 

Atlı  dəstə  kənd itlərini və yuxuya getmiş camaatı oyadaraq Alqazaxlılar 

tərəfdən yola düşdü. 

 

 

Qəza mərkəzinə odun aparan arabalar geri qayıdırdı. Hava isti idi. Çöllər 



yaşıllaşmışdı.  Şirələnmiş torpağın sinəsinə lalələr səpələnmişdi. Arabalar Acı 

Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi: 

- A, bala, arabaları endirin dərəyə çayın qırağına, obaşdannan yola 

çıxdığımızdı. Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək 

alaq. 

Dikdiri aşağı endilər. Dərəyə düşən kimi suyun sərinliyi onları vurdu. İncə 



çayı dupduru idi. Yarğanların, qolpunların dibindən poqquldayıb qaynayan 

bulaqların suyu çayı daha da şəffaflaşdırırdı. Çayın 




____________________Milli Kitabxana_____________________ 

311 


 

vadisi dərə boyu yamyaşıl bir zeh kimi uzanıb gedir və yuxarılarda gözdən itirdi. 

Qara bulaqların axarınca acı tərələr, lilparlar, yarpızlar bitmişdi. Böcəklər vızıltı 

ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu. 

Kəlləri, öküzləri boyunduruqdan açdılar. Heyvanlar əvvəlcə  gərnəşib 

çırpındılar, sudan doyunca içdilər və sahil boyu oyxurub cücərən otları otlamağa 

başladılar. 

Arabaçılar bir yerə  yığışıb balaca bir süfrə açdılar. Torbadan, heybədən 

süzma, qatıq çıxarıb iştaha ilə çörək yeməyə başladılar. Dərədəki güllərin, 

çiçəklərin, yarpızların ətri adamı məst edirdi. Çörək yedikdən sonra arabaçılar əl-

ayaqlarını yudular, soyuq suyun təmasından xumarlanıb yaşıllığa uzandılar. 

Çayın yuxarısında Acı  Dərənin uçurum yarğanının üst tərəfində qarğa-quzğun 

dalaşırdı. Ağsaqqal arabaçının gözü bunu aldı  və xeyli o tərəfdən nəzərlərini 

ayırmadı. Sonra dirsəklənib oturdu. Üzünü yanındakı cavanlara tutdu. 

- A bala, yuxarıda yaman qarğa-quzğun dolaşır, gedin görün nədir, amma 

ehtiyatlı olun. 

Cavanlardan iki nəfəri  əllərində çubuq asta addımlarla çay yuxarı getməyə 

başladılar. Onlar yarğanın altından poqquldayıb qaynayan və yaşıllıq içində olan 

bulağın bərabərinə çatanda bir adamın orada uzandığını gördülər, yaxınlaşmağa 

ehtiyat etdilər. Elə bu vaxt qoca arabaçı da gəlib çıxdı. O, diqqətlə  şır-şırnan 

axan bulağın suyuna, acı tərələrə, ətri Acı Dərəni dolduran yarpızlara xeyli baxdı 

və sonra üzünü yarğana çevirdi və başa düşdü ki, bu adamı yarğanın qaşında 

vurub dərəyə tullamışlar. Bu adam bütün gecə səhərə qədər yaralı qalmış, suyun, 

bulaqların şırıltısını eşidincə sinəsi yanmış, su deyə inildəmişdi. Sonra bir təhər 

sürünərək bulağın üstə enmişdi. Təpimiş dodaqlarını suya yapışdırıb közərmiş 

yanğısını söndürmüş, özü də sönmüşdü. 

Yaralı adama su verməzlər. Burada isə kim-kimə idi? Onu güllə ilə arxadan 

vurmuşdular. Qoca arabaçı və yoldaşları bir xeyli sakitcə dayandılar. Çayın yaşıl 

vadisinə sükut çökdü. Bircə  vızıldaşıb çiçəkdən-çiçəyə qonan böcəklərin 

səsindən başqa heç nə  eşidilmədi. Qoca arabaçı  aşağı  əyildi. Hələ  də  əli və 

üzünün bir hissəsi bulaq suyunun içində olan meyiti arxası üstə çevirdi. Onun 

qan laxtalanmış üzünə diqqətlə baxdı. 

- Bu ki, bizim Şəmiddin ağadır, - deyib əllərini gözünün üstünə qoydu və 

astadan hönkürdü. Onun hönkürtüsü bulaqların  şırıltısı, böcəklərin uğultusu və 

çiçəklərin ətri içində itib batdı. 

  



____________________Milli Kitabxana_____________________ 

312 


 

VI fəsil 

 

 

Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə 



fikir vermədən birbaş  məktəbin həyətinə  gəldilər. Onlar əyinlərinə qoyun 

dərisindən tikilmiş yarımkürk geymişdilər. Bellərinə çiyni qayışlı enli kəmər 

bağlamışdılar. Bir yanlarından onaçılan asmışdılar, o biri yanlarında isə uzun 

qılıncları sallanırdı. Ayaqlarında dərisi bir qədər qalın, dabanları  məhmizli 

çəkmə var idi. Başlarına kənd adamlarının indiyə  qədər görmədikləri qəribə 

papaq qoymuşdular. Papaqların ortasından elə bil beyinlərini yarıb çıxan buynuz 

qalxmışdı. Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz 

tikilmiş züllə papaq! 

Məktəbin həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri 

azacıq tərləyən və nəfəsləri buxar kimi burunlarından çıxan atların cilovlarından 

tutub azca gəzdirdilər. 

Hava bozarmışdı. Axşamdan başlayan  şaxta bir az da şiddətlənmişdi. 

Görünür qar yağacaqdı. Məktəb bomboş idi. İki gün idi qış tətili başlamışdı. 

Atlılardan üç nəfəri pilləkəni qalxıb sinif otaqlarına, sonra da birinci 

mərtəbəyə baxdılar. Nəsə danışdılar, nəyisə ölçüb-biçdilər. Bir azdan kənd 

yolunun aşağısından yeni qaraltılar göründü. Onlar piyada idilər. Bölüklərə, 

dəstələrə ayrılaraq cərgə ilə dörd qatar düzülmüşdülər. Gələnlərin  əvvəli 

məktəbin həyətinə çatmışdı. Amma qonşu kəndə qədər uzanan yoldakı əsgərlərin 

sonu görünmürdü; elə bir əldən daşlanıb gəlirdilər. Onların da əynində uzun boz 

şinel, başlarında züllə papaq var idi. Çoxunun üzünə ülgüc dəyməmişdi. Sarı 

murdar tükləri soyuqdan biz-biz olmuşdu. 

Məktəbin həyətində dayandılar; cərgə-cərgə, bölük-bölük. Bir azdan yolda 

dörd at qoşulmuş toplar da göründü və onlar da məktəbin həyətinə buruldular. 

Hamıdan sonra isə turbasından tüstü qalxan səyyar mətbəx gəldi və  aşpaz 

mətbəxi eyvanın altına, xəlvət bir yerə  çəkdi.  Əsgərlərin cərgəsi pozuldu. 

Qazançalar danqıldadı, qaşıqlar cingildədi, bərə bir tərəfə  səpələnib aşpazdan 

aldıqları xörəyi yeməyə başladılar. 

Qılıncları yernən sürünən komandirlər onları yenidən cərgəyə düzdülər, nə 

isə izah elədilər. Əsgərlər qarışqa kimi sinif otaqlarına doluşdular. 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə