____________________Milli Kitabxana_____________________
310
Güllü xanım esasına söykənib ayağa durdu və atın döşünə salınmış Şəmiddini
göstərdi.
Həsən ağa suvadağdan Kürə enmək istədikdə, atın böyründə dayanan Alanı
gordü. Cilovu çəkdi. İt bunu hiss edib qabaq ayaqlarını yəhərin üzəngisinə qoydu
və ağlayırmış kimi için-için zingildədi.
Həsən ağa aşağı əyilib Alanın üz-gözündən öpdü, başını sığalladı və kövrək,
titrək səslə dilləndi:
- Salamat qal, Alan, buraları sənə tapşırıb gedirəm. Ev-eşikdən muğayat ol.
Ya qismət, bir də görüşəcəyikmi?! Allah bilir!..
İt zingildədi və onun əlini yaladı. Həsən ağa atın başını qanırıb Kürə endi.
Alan isə onun qaraltısı gözdən itincəyə qədər dalınca baxdı.
- Bəs bu kimdi, oğlum deyil?
Keçəl Xondulu səsini ucaltdı:
- Onu demirəm, Həsən ağa hanı?
Elə bu vaxt Kürün o üzündən dalbadal atılan güllə səsi və Alanın acı ulartısı
eşidildi. Güllü xanımın bayaqdan azca əyilmiş beli düzəldi, elə bil boyu da
ucaldı.
- Güllə səsini eşitmirsənmi? O tayda - meşədədi, bacarırsınız, gedin tutun.
Keçəl Xondulu sərt bir söyüş söyüb eyvandan düşdü və atın belinə qalxdı.
- Bu dəfə də aradan çıxdı, amma harada olsa, onu tapacam. – Üzünü
yoldaşlarına çevirdi. - Tez olun, tərpənin.
Atlı dəstə kənd itlərini və yuxuya getmiş camaatı oyadaraq Alqazaxlılar
tərəfdən yola düşdü.
4
Qəza mərkəzinə odun aparan arabalar geri qayıdırdı. Hava isti idi. Çöllər
yaşıllaşmışdı. Şirələnmiş torpağın sinəsinə lalələr səpələnmişdi. Arabalar Acı
Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi:
- A, bala, arabaları endirin dərəyə çayın qırağına, obaşdannan yola
çıxdığımızdı. Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək
alaq.
Dikdiri aşağı endilər. Dərəyə düşən kimi suyun sərinliyi onları vurdu. İncə
çayı dupduru idi. Yarğanların, qolpunların dibindən poqquldayıb qaynayan
bulaqların suyu çayı daha da şəffaflaşdırırdı. Çayın
____________________Milli Kitabxana_____________________
311
vadisi dərə boyu yamyaşıl bir zeh kimi uzanıb gedir və yuxarılarda gözdən itirdi.
Qara bulaqların axarınca acı tərələr, lilparlar, yarpızlar bitmişdi. Böcəklər vızıltı
ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu.
Kəlləri, öküzləri boyunduruqdan açdılar. Heyvanlar əvvəlcə gərnəşib
çırpındılar, sudan doyunca içdilər və sahil boyu oyxurub cücərən otları otlamağa
başladılar.
Arabaçılar bir yerə yığışıb balaca bir süfrə açdılar. Torbadan, heybədən
süzma, qatıq çıxarıb iştaha ilə çörək yeməyə başladılar. Dərədəki güllərin,
çiçəklərin, yarpızların ətri adamı məst edirdi. Çörək yedikdən sonra arabaçılar əl-
ayaqlarını yudular, soyuq suyun təmasından xumarlanıb yaşıllığa uzandılar.
Çayın yuxarısında Acı Dərənin uçurum yarğanının üst tərəfində qarğa-quzğun
dalaşırdı. Ağsaqqal arabaçının gözü bunu aldı və xeyli o tərəfdən nəzərlərini
ayırmadı. Sonra dirsəklənib oturdu. Üzünü yanındakı cavanlara tutdu.
- A bala, yuxarıda yaman qarğa-quzğun dolaşır, gedin görün nədir, amma
ehtiyatlı olun.
Cavanlardan iki nəfəri əllərində çubuq asta addımlarla çay yuxarı getməyə
başladılar. Onlar yarğanın altından poqquldayıb qaynayan və yaşıllıq içində olan
bulağın bərabərinə çatanda bir adamın orada uzandığını gördülər, yaxınlaşmağa
ehtiyat etdilər. Elə bu vaxt qoca arabaçı da gəlib çıxdı. O, diqqətlə şır-şırnan
axan bulağın suyuna, acı tərələrə, ətri Acı Dərəni dolduran yarpızlara xeyli baxdı
və sonra üzünü yarğana çevirdi və başa düşdü ki, bu adamı yarğanın qaşında
vurub dərəyə tullamışlar. Bu adam bütün gecə səhərə qədər yaralı qalmış, suyun,
bulaqların şırıltısını eşidincə sinəsi yanmış, su deyə inildəmişdi. Sonra bir təhər
sürünərək bulağın üstə enmişdi. Təpimiş dodaqlarını suya yapışdırıb közərmiş
yanğısını söndürmüş, özü də sönmüşdü.
Yaralı adama su verməzlər. Burada isə kim-kimə idi? Onu güllə ilə arxadan
vurmuşdular. Qoca arabaçı və yoldaşları bir xeyli sakitcə dayandılar. Çayın yaşıl
vadisinə sükut çökdü. Bircə vızıldaşıb çiçəkdən-çiçəyə qonan böcəklərin
səsindən başqa heç nə eşidilmədi. Qoca arabaçı aşağı əyildi. Hələ də əli və
üzünün bir hissəsi bulaq suyunun içində olan meyiti arxası üstə çevirdi. Onun
qan laxtalanmış üzünə diqqətlə baxdı.
- Bu ki, bizim Şəmiddin ağadır, - deyib əllərini gözünün üstünə qoydu və
astadan hönkürdü. Onun hönkürtüsü bulaqların şırıltısı, böcəklərin uğultusu və
çiçəklərin ətri içində itib batdı.
____________________Milli Kitabxana_____________________
312
VI fəsil
1
Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə
fikir vermədən birbaş məktəbin həyətinə gəldilər. Onlar əyinlərinə qoyun
dərisindən tikilmiş yarımkürk geymişdilər. Bellərinə çiyni qayışlı enli kəmər
bağlamışdılar. Bir yanlarından onaçılan asmışdılar, o biri yanlarında isə uzun
qılıncları sallanırdı. Ayaqlarında dərisi bir qədər qalın, dabanları məhmizli
çəkmə var idi. Başlarına kənd adamlarının indiyə qədər görmədikləri qəribə
papaq qoymuşdular. Papaqların ortasından elə bil beyinlərini yarıb çıxan buynuz
qalxmışdı. Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz
tikilmiş züllə papaq!
Məktəbin həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri
azacıq tərləyən və nəfəsləri buxar kimi burunlarından çıxan atların cilovlarından
tutub azca gəzdirdilər.
Hava bozarmışdı. Axşamdan başlayan şaxta bir az da şiddətlənmişdi.
Görünür qar yağacaqdı. Məktəb bomboş idi. İki gün idi qış tətili başlamışdı.
Atlılardan üç nəfəri pilləkəni qalxıb sinif otaqlarına, sonra da birinci
mərtəbəyə baxdılar. Nəsə danışdılar, nəyisə ölçüb-biçdilər. Bir azdan kənd
yolunun aşağısından yeni qaraltılar göründü. Onlar piyada idilər. Bölüklərə,
dəstələrə ayrılaraq cərgə ilə dörd qatar düzülmüşdülər. Gələnlərin əvvəli
məktəbin həyətinə çatmışdı. Amma qonşu kəndə qədər uzanan yoldakı əsgərlərin
sonu görünmürdü; elə bir əldən daşlanıb gəlirdilər. Onların da əynində uzun boz
şinel, başlarında züllə papaq var idi. Çoxunun üzünə ülgüc dəyməmişdi. Sarı
murdar tükləri soyuqdan biz-biz olmuşdu.
Məktəbin həyətində dayandılar; cərgə-cərgə, bölük-bölük. Bir azdan yolda
dörd at qoşulmuş toplar da göründü və onlar da məktəbin həyətinə buruldular.
Hamıdan sonra isə turbasından tüstü qalxan səyyar mətbəx gəldi və aşpaz
mətbəxi eyvanın altına, xəlvət bir yerə çəkdi. Əsgərlərin cərgəsi pozuldu.
Qazançalar danqıldadı, qaşıqlar cingildədi, bərə bir tərəfə səpələnib aşpazdan
aldıqları xörəyi yeməyə başladılar.
Qılıncları yernən sürünən komandirlər onları yenidən cərgəyə düzdülər, nə
isə izah elədilər. Əsgərlər qarışqa kimi sinif otaqlarına doluşdular.
Dostları ilə paylaş: |