____________________Milli Kitabxana_____________________
316
Səhər dan qızaran zaman atlı dəstənin müşayiəti ilə Xudadat bəy Aslan bəylə
faytona oturub Gəncədən Şəmkirə yola düşdülər. Xudadat bəy əlindəki kiçik yol
çamadanını faytonun arxa tərəfinə qoydu. O, idarədən çıxmazdan əvvəl həmin
çamadanı dava-dərman, sarğı ləvazimatları və cərrahiyyə bıçaqları ilə
doldurmuş, bəlkə lazım oldu deyə xəyalından keçirmişdi. Hava soyuq idi.
Yanvar ayının əvvəlində yerə düşən qar əriməmişdi. Yolun bəzi yerləri buz
bağladığından at nallarından qığılcım qalxırdı. Şəmkirin üst tərəfindəki dağlar
dümağ qar içində idi. Xudadat bəy üzünü faytonun küncündə sakitcə oturan
Aslan bəyə çevirdi.
- Şekspirin belə bir sözü var: "Hünər yüksəklərə qalxmaqda deyil, hünər
yüksəkliklərdə mətanətlə dayanmaqdadır'". Camaatı ayağa qaldırmaq, onlara
şirin vədlər vermək, onsuz da ciyəri alışıb-yanan adamları döyüşə aparmaq,
ehtirasları qızışdırıb mövcud qanunları dağıtmaq o qədərdə çətin deyil. Amma...
- Məsələnin çətini camaata təzə nə verməkdir? Vay o gündən ki,
qazandıqlarını əldə saxlaya bilməyəsən, təzə bir şey verə bilməyəsən, - deyə
Aslan bəy Xudadat bəyə cavab verdi. - Ümidi boşa çıxan və aldadılan xalqın
faciəsindən böyük faciə yoxdur. İndi biz yeni dövlət qurmuşuq. Qurmaq asandır,
onu əldə saxlamaq lazımdır.
Xudadat bəy faytonun içində yerini rahatladı.
- Çox təəssüf ki, bunu başa düşməyənlər var. Dövləti əldə saxlamaq üçün
birinci növbədə ordu lazımdır. Xüsusi ilə bizə. Çünki dörd tərəfimiz xəbis
qonşularla doludur. Ona görə nəyin bahasına olursa- olsun, eşelonları tərk-silah
etməliyik.
Xudadat bəy susdu, hər şeyi unutmuş kimi dərin fikrə getdi. Onun məqsədi
bu saat Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını tərk-silah etmək idi. Bunun
üçün əvvəlcədən tədbir görmüşdü. Dəmiryolunun ətrafında yerləşən kəndlərdən
təxminən on min silahlı dəstə düzəltmiş, həmçinin, bu mahalın adlı-sanlı
qaçaqlarını da bu işə cəlb etmişdi. Onlar dünən axşamadək burada pusquda
dayanmışdılar. Rus qoşunları müqavimət göstərsələr, qan tökməyə məcbur
olacaqdılar. Xudadat bəy bunu istəmirdi. O, uzun döyüşlərdən sonra salamat
qalıb sevinclə vətənə qayıdan əsgərlərin şadlığını yox edib qan tökməyin
əleyhinə idi. Fayton Şəmkir stansiyasına yaxınlaşanda uzaqdan keçmiş şəhər
qalasının qalıqları və körpü aydınca göründü. Şəmkir çayının üstündəki
körpünün xarabalıqları da aydınca görünürdü. Bu,
____________________Milli Kitabxana_____________________
317
Şəmkir şəhərinin xarabalıqları idi. 935-367 hicridə "Şəmkur" adında bir
padşah bu şəhəri tikdirmiş və öz adını həmin şəhərə vermişdi. Teymurləngin
vaxtında bu şəhər salamat idi. İndi isə şəhərin adı və xarabalıqları qalmışdı.
Bəşər övladı qəribədir. Yaratdıqlarını məhv edir. Əgər belə olmasaydı,
tərəqqinin dalından insan nəsli çata bilməzdi. Xudadat bəy ətrafdakı qarlı-təpəli
düzənlikləri, qarşıdakı dəmiryol vağzalını seyr etdikdən sonra vağzaldakı zirehli
qatarı gördü. Bu qatar 60 nəfər döyüşçü ilə Tiflisdən gəlmişdi. Xudadat bəyin
atlı dəstəsi vağzalın yanında dayandı. Xudadat boy mühafizəçilərin müşayiəti ilə
stansiya rəisinin otağına daxil oldu.
3
Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən
təəccüblə "Niyə dayandıq?" deyə soruşdu.
Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi:
- Simafor bağlıdır.
Qatar körpünün yaxınlığında Kürün yaxası boyu dayanmışdı. Vaqonların içi
soyuq idi. Neçə gündən bəri dəmir sobaları qalamaq üçün heç nə tapmırdılar.
Daş kömür va odun çoxdan qurtarmışdı. Əsgərlərdən biri sahildə kökündən
qurumuş iri bir palıd ağacını gördükdə dərhal xırxı və baltasını götürüb
vaqondan yerə düşdü. Bunu görən o biri vaqondakı əsgərlər də yerə tökülüşdülər.
Qorxu və vahiməni unudaraq odun doğramağa başladılar. Doğranmış odunları
qucaq-qucaq vaqona yığdılar. Azacıq sonra sobalar tüstüləndi, vaqonlar istiləndi.
Neçə gündən bəri üşüdüyündən büzüşüb şinelə bürünən əsgərlərin bədənləri
isindi.
Paravozun meşədə əks-səda verən kəsik-kəsik fiti eşidildi və ağır-ağır
dartınaraq hərəkətə başladı. Kürün suyu sırsıra bağlamışdı. Çayın yaxası boyu
meşədə ördəklər, qazlar uçuşurdu.
Qatar Poylu körpüsünü keçib Ağstafaya yaxınlaşdı. Yol yenə də bağlı idi.
Onları ehtiyat yolunda dayandırdılar, dərhal qapılar açıldı. Əsgərlər əllərində su
qabları perrona axışdılar. Divara iri hərflərlə "Kipyatok" yazılmış kranın
ətrafında növbəyə düzüldülər. Təxminən bir saatdan sonra vaqonlarda özlərinə
çay düzəldən əsgərlərin kefi yaxşılaşmışdı. Stansiya rəisinin otağında isə
mübahisə gedirdi.
- Bizi nə üçün ləngidirsiniz?
____________________Milli Kitabxana_____________________
318
- Yol bağlıdır.
- Necə yəni yol bağlıdır?
- Deyilənə görə, körpülər minalanmışdı.
- Bunu öyrənmək olmazmı?
- Olar, adam göndərmişik. Xəbər alatı kimi sizi yola salacağıq.
4
Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon
rəisi vaqondan düşüb əsgərlərin müşayiəti ilə vağzala yaxınlaşdı və birbaş rəisin
otağına keçdi. Xudadat bəy, Səfikürdski və zirehli qatarın komandiri içəridə
oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə də, amiranə tərzdə
vağzal rəisinə müraciət etdi:
- Yolları nə üçün açmırsınız?
Xudadat bəy sakitcə ona cavab verdi:
- Əyləşin, məsləhətimiz var.
Komandir narazılıqla qaşqabağını turşaltdı və gurhagurnan yanan sobanın
yanında oturtdu. Araya xeyli sükut çökdü. Söhbəti necə, nədən başlamaqda
çətinlik çəkirdilər. Nəhayət, Xudadat bəy astadan dilləndi:
- Əvvəla sizi müharibəni qurtarıb sağ-salamat evinizə qayıtmağınız
münasibəti ilə təbrik edirəm. Əsgərlərin sevincinə ürəkdən şərik olduğumuzu
bildirirəm. Amma bir məsələ bizi narahat edir. Siz öz silahlarınızla birlikdə geri
dönürsünüz. Topla-tüfənglə vətənə qayıdırsınız. Belə bir dönüşün sizə nə xeyri
ola bilər? Sizi - hazır əsgərləri, yeni döyüşlərə, toqquşmalara göndərə
bilməzlərmi?
Komandirin qaşları çatıldı, alnı qırışdı və gözlərini qaldıraraq təəccüblə
Xudadat bəyin üzünə baxdı:
- Nə demək istəyirsiniz?
Xudadat bəy söhbəti çox uzatmağı lazım bilməyib suala sualla cavab verdi:
- Ordudan qayıdan əsgərlərin silah nəyinə lazımdır?
- Silahsız da ordu olarmı?
- Düz deyirsiniz, silahsız ordu olmaz, amma siz artıq ordu deyilsiniz. Sizi
Vətənə qayıdan kimi fəhlələrin, kəndlilərin, inqilab etmiş camaatın üstünə
göndərəcəklər. Əliniz qardaş qanına boyanacaq, qırğın törəyəcək. Bütün bunların
olmaması üçün təklif edirik: silahlarınızı təhvil verin!
Dostları ilə paylaş: |