____________________Milli Kitabxana_____________________
322
2
Gəncə çayı selləmə gəldiyindən onun qijıltısı şəhəri başına götürmüşdü. Bu
qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa
vaxtlar şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi şəhərin
ucqar küçələrində belə eşidilirdi. İndi isə beş addımlıqdan heç nə eşitmək
mümkün deyildi.
XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya
doluşmnş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun
əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara
söykənib mürgüləyənlər də var idi.
Üsyançılar dəstəsi körpünü keçib kazarmaya yaxınlaşdı. Qaçaqlar isə öz atlı
dəstələri ilə arxa tərəfdən gələrək əsgərlərin yataq yerlərini əhatə etdilər. General
Cavad bəy və polkovnik Cahangir bəyin başçılıq etdiyi dəstə bir göz qırpımında
irəli cumdu, keşikçilər özlərinə gələnə qədər onları sıradan çıxartdı və əsgərlərin
üstünü aldı. Əsgərlərdən silah götürmək və atəş açmaq istəyənlərə imkan
vermədilər.
Üsyançılar tərk-silah etdikləri rus əsgərlərini cərgəyə düzüb qabaqlarına
saldılar və birbaş Gəncə qalasına gətirdilər...
Cavad bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini
möhkəmlətdikdən sonra qərargaha qayıtdılar. Onların üzləri gülürdü. İlk
əməliyyatları uğurlu keçmişdi. Zirzəmidə bir qədər oturdular və nəfəslərini
dərdilər. Sonra Cavad bəyin yavəri Əmrahın gətirdiyi çayı içdilər. General Cavad
bəy kəşfiyyatın ona gətirdiyi məlumatı yazı masasının üstünə qoydu və
polkovniklə birlikdə oxumağa başladılar. "Şəhərin strateji əhəmiyyəti olan xeyli
hissəsi rus qoşunlarının əlində idi. 20-ci atıcı diviziyanın 178-ci və 180-ci atıcı
polkları çayın sağ sahilində, şəhərin ermənilər yaşayan hissəsində yerləşmişdir.
Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin
müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. Düşmənin cəmi
2000 döyüşçüsü, 30 pulemyot, bir artilleriya divizionu, Zurnabad kəndində 450
nəfərdən ibarət 20-ci atlı briqadası, 8 pulemyotla bir atlı top batareyası və şəhərin
6 km-də yerləşən Helendorf qəsəbəsindəki diviziyanın öz iki, ikitoplu batareyası
ilə artilleriya qərargahından ibarət idi. 3-cü briqadanın komandiri isə keçmiş çar
zabiti Şirmaxer idi".
Cavad bəy məlumatı oxuduqdan sonra üzünü Cahangir bəyə tutdu:
____________________Milli Kitabxana_____________________
323
- Biz ikitərəfli plan hazırlamalıyıq. Birincisi, şəhərin bütün giriş yollarını
istehkama çevirməliyik. Şəmkir yolundakı topların sayını artırmalı, keşikdə
dayananların miqdarını çoxaltmalıyıq. Bu il Qoşqar çayı həddindən artıq
daşdığından yolları sel basmışdır. Bu bizim xeyrimizədir. Gəncəyə gələn ikinci
yol Xaçbulaq yoludur. Balçılı tərəfdən şəhərin yeganə əlaqə yolunu çox ciddi
qorumalıyıq. Məni ən çox narahat edən Helendorf tərəfdir. Əvvəla, bu tərəfdə
erməni kəndləri var, ikinci də həmin yol şəhərin ermənilər yaşayan hissəsiylə
birləşir. Bu ermənilərin rus ordusuyla birləşəcəyinə şübhəm yoxdur. Bakıda
olduğu kimi burada da onlar xəyanət edə bilər; gah daşnaka, gah bolşevikə
çevrilərlər. Biz bunları nəzərdən qaçırmamalıyıq.
Cavad bəyə diqqətlə qulaq asan polkovnik dərhal ona cavab verdi:
- Şəhərin ətraf yollarını, ətraf kəndlərini qoramağı və nəzarət altında
saxlamağı adlı-sanlı qaçaqlara tapşırmalıyıq. Bizim Sarı Ələkbər, Qaçaq
Qəmbər, Topalhasanlı Cabbar, Topalhasanlı Xallı Heydər, Qabaxtəpəli Dəli
Xəlil, Tatoğlu Hasan, Sarı Qafar, Qaçaq Məmmədqasım, Nainsafoğlu
Məmmədəli kimi igidlərimiz var. Onları bolşeviklərin təsiri altına düşməyə
qoymamalıyıq. Və şəhərin ətrafını qorumağı onlara tapşırmalıyıq. Adlı-sanlı
general və zabitlərdən isə şəhərin özündə və hücumlarda istitadə etməliyik.
- Bəs qəti hücumu ayın neçəsində etməliyik? - deyə Cavad bəy soruşdu.
- Mayın 25-dən 26-a keçən gecə. Ancaq ona qədər alınası yerlər var. Mən
döyüşçülərimi şəhərin erməni hissəsində yerləşən 178 və 180-ci polkların üstünə
qaldıracam. Sonra da dəmiryol vağzalını tutarıq. İndi isə hazırlaş, gedək
istehkamları yoxlayaq.
3
Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə
od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında
göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı.
Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində
arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub
dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi
sakinləri günor-
____________________Milli Kitabxana_____________________
324
ta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi.
Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən
yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz
ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər.
Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından
dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı
boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara
bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı
Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.
Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafi adamla dolu idi.
Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da
var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay
ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa
tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
Küçələrdə, meydançada əsgərlər, atlı zabitlər də dolaşırdı. Onlar dərhal
atlandılar və süvari zabitlərin müşayiətilə səngərləri, döyüş vəziyyətini
yoxlamağa getdilər. Cavad bəyin dəstəsi Şəmkir yoluna tərəf, Cahangir bəy isə
körpünü keçərək erməni hissəsinə doğru yollandı.
Zahirən şəhər sakit görünsə də, bir daxili narahatlıq da sezilirdi. Bakıda aprel
ayının 28-də Demokratik Azərbaycan Respublikası devrilmişdi. Bolşeviklər XI
Qızıl Ordunun köməyi ilə hakimiyyəti ələ almışdılar. Parlamentin yığıncağında
Həmid Sultanov və Çingiz İldırım hökumətə ultimatum vermişdilər. Sonra bu
ordu Gəncəyə gəlmiş, şəhəri zəbt edərək əsasən Gəncə çayının sağ sahilində,
şəhərin 2-ci hissəsində yerləşmişdi. Əsgərlər yarımçılpaq və ac idilər. Onlar
qapılara düşüb dilənir, yeri gələndə oğurluq da edirdilər. Hər addımbaşı təhqir və
cəza gözlənilirdi. Ona görə də, şəhər əhli uzun müddətdən bəri vərdiş etdikləri
adəti saxlasalar da, narahat idilər. Günorta namazının vaxtı yaxınlaşırdı. Müəzzin
asta-asta minarəyə qalxdı. Ötkəm və qumral səslə əzan oxudu və dindar
müsəlmanları ibadətə çağırdı. Məscidlərdə ibadətlərin qurtarmasına qədər
gözlədi və axırda onun zil səsi yenidən eşidildi:
- Ey müsəlmanlar, ey camaat, ey əhlidinlər, bilin və agah olun: şəhərimiz
üsyan etmişdir. 2 mindən çox gavur əsgəri tutulub qalaya sa-
Dostları ilə paylaş: |