____________________Milli Kitabxana_____________________
319
Eşelon komandiri yerindən dik atıldı. O, sözün bu yerə gəlib çıxacağını
gözləmədiyindən səsini bir qədər ucaltdı:
- Bəs, bu silahlar sizin nəyinizə lazımdır?
- Biz yeni hökumət yaradırıq. Bizə ordu və ordunu silahlandırmaq üçün silah
lazımdır.
Komandir otaqda fikirli-fikirli xeyli gəzindi, pəncərədən yollara, "fis-tısla"
işləyən parovozlara baxdı. Sağa-sola hərəkət edən dəmiryolçuları seyr etdi,
onların kəsik-kəsik çaldıqları tütək səslərinə qulaq asdı və birdən dabanı üstə
fırlanıb üzünü Xudadat bəyə tutdu:
- Əgər təslim olmasaq, silahları təhvil verməsək, onda nə edəcəksiniz?
Xudadat bəy kəskin və ciddi suala, kəskin və ciddi cavab verməyi qərara aldı:
- Onda araya qan düşəcək, mən isə bunu istəmirəm.
Komandir söhbətin bu yerində sözünə ara verib "mən məsləhətləşməliyəm"
deyə cavab verdi və dərhal bayıra çıxıb müşayiətçilərin müşayiəti ilə eşelona
doğru getdi. Yarım saatdan sonra qatarın önündə ağ bayraq dalğalandı və eşelon
vağzala yaxınlaşdı. Vaqonlardan tökülən əsgərlər tüfənglərini yol kənarında
dayananlara təhvil verdilər. Sonra at qoşulmuş toplar, iri çaplı pulemyotlar
vaqonlardan düşürüldü. Eşelon təmiz boşaldıqdan sonra parovozun kəsik fiti
eşidildi. Əsgərlər hay-harayla qaçışaraq vaqonlara doluşdular. Bundan sonra
vaqonlar ağır yük altından çıxmış kimi taqqıldaşa-taqqıldaşa irəliyə hərəkət
etdilər. 2-ci və 3-cü eşelon da bu cür təslim oldu. Sonrakı eşelon vağzala
yaxınlaşdıqda vaqondan səslər eşidildi: "Təslim olmayın!" "Qırın bu
basurmanları!'' "Atəş açın!". Azacıq sükutdan sonra vaqondakı toplardan,
pulemyotlardan, tüfənglərdən şiddətli atəş başlandı. Yol qar tozanağına bulandı.
Mərmilərdən biri zirehli qatarın dal tərəfinə toxundu və komandir yaralandı.
Eşelonun vaqonlarına da çaxnaşma düşdü. Hiss olundu ki, orda əlbəyaxa
vuruşma düşmüşdü. Yolun kənarında səbrlə dözən silahlı camaat, qaçaq dəstələri
cavab atəşi verdilər. Bir anın içində hər şey bir-birinə qarışdı: partıltıdan,
çatıltıdan, şüşə cingiltisindən qulaq tutuldu. Bu qeyri-bərabər döyüşdən qalıb
çıxa bilməyəcəklərini başa düşdükdən sonra əsgərlər ağ bayraq qaldırdılar.
Təxminən 10 min əsgər təslim oldu, silahlarını yerə qoydular. Xudadat bəy
isə stansiya rəisinin iş otağında yaralıların yarasını sarıyırdı.
____________________Milli Kitabxana_____________________
320
5
Şamxor yolu ilə Gəncəyə doğru irəliləyən izdihamın sevinci hədsiz idi. İndi
onların böyük bir ordunu silahlandıracaq qədər silahları var idi. Müşayiətçilərin
əhatəsində öndə gedən faytondakı Xudadat bəy tez-tez yanındakı Aslan bəy
Səfikürdəkini qucaqlayır "Artıq geniş səfərbərlik elan edə bilərik. İndi hər
şeyimiz var" deyirdi. Silahları təhvil alanlardan bir neçəsi şəhərin girəcəyində
atdan düşüb topların lüləsinə paçayırma minib "ura" - deyə qışqırırdılar. Küçə
boyu düzülən camaat onları eyni sevinclə qarşıladı.
Şəhərin kənarındakı dəmir yolunda isə kirpik boyda görünən vaqonlar
tüstülənə-tüstülənə arxayınca, takka-tukla irəliləyirdi.
VII fəsil
1
Gecədən xeyli keçmişdi. Göyün üzündəki ulduzlar elə bil yazın belə tez və
isti gəlməsinə sevinib sayrışırdı. Həmişə səksəkəli yatan şəhər bu gecə də
narahat idi. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözə
dəyən keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə
şəhərini zəbt etmişdi.
Çay sahilində yerləşən zirzəmilərin birindən solğun işıq gəlirdi. İçəri
zabitlərlə dolu idi. Bakıda müsavat hökumətinin devrilməsindən sonra təslim
olmaq istəməyən zabitlər Gəncədəki narazı hərbiçilərlə birləşmişdi. İndi onlar
gizlin məşvərətə yığışmışdılar. Məşvərətə Azərbaycan hökuməti dövründə Gəncə
hərbi qarnizonun rəisi vəzifəsini icra edən Cavad bəy Şıxlınski və Gəncə atıcı
alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər.
O vaxt Əmrah general Cavad bəy Şıxlinskinin yavəri idi. Hər şey indiki kimi
yadındadır. General onu tez-tez zabitlərin arxasınca göndərirdi. Əmrah Cavad
bəyin tapşırığı ilə keçmiş şəhər komendantı general-mayor Məmməd Mirzə
Qacarı, qaçaq Sarı Ələkbəri, qaçaq Qənbəri, Topalhasanlı Cabbarı tapıb
məşvərətə gətirdi. Başqa general və yüksək vəzifəli zabitlər də gəldilər. Hamının
toplaşdığını görən general Cavad bəy zabitlərə oturmağı təklif etdi və özü də
üstündə şəhərin xəritəsi olan yazı masasının arxasında oturdu. Aralığa xeyli
sükut çökdü. Cavadbəy xəyalında nəyi isə ölçüb-biçdikdən sonra sözə başladı:
____________________Milli Kitabxana_____________________
321
- Ağalar, XI Qızıl Ordunun bolşevikləri bizə yalan satmışlar. Xəlil Paşa da
bizi inandırmışdı ki, rus qoşunları bizim ərazidən keçib Türkiyəyə İstanbulu
müdafiəyə gedir. Bosfor, Dardanel təhlükə qarşısındadı. Biz bu ordunun tezliklə
Türkiyəyə getməsinə kömək etməliyik.
İndi isə bir aydi ki, Gəncədədirlər. Belə getsə, biz öz istiqlaliyyətimizi
itirəcəyik. Ona görə də polkovnik Cahangir bəy Kazımovla belə qərara gəlmişik
ki, Gəncəni üsyana qaldıraq. Sizi də bu məqsədlə məsləhətə çağırmışıq. Fikriniz
nədir?
İçəridə oturan generallar və başqa hərbiçilər çiyinlərindən ağır yük
götürulmüş kimi dərindən nəfəs aldılar.
- Biz bunu çoxdan gözləyirdik.
- Elə isə vaxt itirməyək, - deyə Cavad bəy sözünə davam etdi.
- Cənab general Məmməd Mirzə Qacar, şəhərin istehkamlarının hazırlanması,
müdafiə xətlərinin möhkəmləndirilməsi, köhnə şəhər komendantı kimi
məhəllələrin, küçə və dalanların hazırlanması və istehkama çevrilməsi sizə
tapşırılır.
- Siz isə, - deyə general üzünü Sarı Ələkbər və Qaçaq Qənbərə tutdu. - Öz
dəstənizlə əhalini ayağa qaldırmalı və döyüşə aparmalısınız. Səngərlərin silahlar
və mərmrlərlə təmin olunmasını isə Topalhasanlı Cabbara tapşırırıq. Bütün
bunlardan əvvəl daha təcili görüləsi iş var. Bu haqda polkovnik Cahangir bəy
Kazımovun sizə sözü var.
Bayaqdan deyilənlərə səbirsizliklə qulaq asan və vaxtın itiriləcəyindən
qorxan polkovnik dərhal ayağa durub izaha başladı.
- Ağalar, bizim ordumuzun 1800 nəfəri bolşevik ordusu tərkibindədir. Rus
bolşevikləri Azərbaycan ordusunu yenidən təşkil etməyə vaxt tapmayıblar. Ona
görə də, milli ordunun məşhur generalı Məmməd Mirzə Qacarı diviziyanın
təchizat şöbəsi rəisi vəzifəsində saxlayıblar. Hətta Mirzə Qacar şəhərin
komendantıdır. Bu bizim xeyrimizədi. Demək, bolşevik ordusu tərkibində
tərəfdarımız var. İndi mayın 23-də Bakıdan XI Ordunun Gəncəyə göndərdiyi
komanda heyəti şəhərə gələrək dərhal hərbi hissələri yenidən təşkil etməyə
başlamışdır. Onlar komanda hissəsini tamamilə təzələyirlər. Bütün köhnə
zabitləri işdən götürür və yenisi ilə əvəz edirlər. Bir sözlə, rus ordusunun
tərkibində bu saat böyük hərc-mərclik və başsızlıq var. İndi əsl fürsətdir. Ona
görə də, elə bu gecə, bu saat işə başlamaq lazımdır. Hamıya əmr edirəm, təcili
olaraq öz hissələrinizi ayağa qaldırıb nəzərə çarpmadan bolşeviklərin
kazarmasını ələ keçirmək və şəxsi heyəti həbs etmək lazımdır.
Dostları ilə paylaş: |