Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə102/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   98   99   100   101   102   103   104   105   ...   132

____________________Milli Kitabxana_____________________ 

307 


 

 

lar. Baxanı olmadığından başına yara düşmüşdü. Məhəllə  uşaqları oynamağa, 



Kürə çimməyə gedəndə onu da özləri ilə aparırdılar, amma başı keçəl 

olduğundan ona suyun axarının aşağısında çimməyə icazə verirdilər. Elə özü də 

suyun axarının yuxarısına getməzdi. 

Bir gün səhər tezdən Kürün sahilindən Xondulunun ağlamaq səsi gəldi. O, 

sahil boyu qaçıb atasını axtarırdı. Camaat səsə tökülüb gələndə Xondulu suyun 

qıjqoy yerini göstərib qışqırırdı: 

- Bax, atam burda yoxa çıxdı. Binədən gəlirdik. Birdən-birə su daşdı. Atam 

məni tez bura gətirdi, qolumdan yapışıb bura tulladı, mən geri dönüb baxanda 

gördüm ki, yoxdur. 

Kişinin meyitini iki gün sonra Kürün aşağısındakı qurulamış çiləkənin 

dibindən tapdılar. O gündən sonra Keçəl Xondulu Həsan ağagilin həyətində 

yaşadı, onlarla birlikdə yaylağa köçdü, arana endi... 

Şura hökuməti qurulduqdan sonra isə onu kənd şurasında işə götürdülər, təzə 

paltar, silah verdilər, at bağışladılar. Xondulu kəndin sayılan adamlarından oldu. 

Həsən ağa ona heç bir pislik eləməmişdi. Amma Xondulu Alqazaxlılara, elə 

Çıraq uşağına da düşmən kimi baxırdı... 

 

 

Kənd itlərinin səs-küyü azalandan və  çıraqlar öləziyib işıqlar seyrələndən 



sonra Həsən ağa qardaşı Şəmiddinin yanına getdi. Onlar hasara söykəndilər. Bir 

xeyli heç biri dinib-danışmadı. 

Şəmiddin başa düşdü ki, qardaşı  nəsə çox ağır bir məsələdən söz açmaq 

istəyir. Dinmədi. Gözlədi. Xeyli sonra onun titrək səsini eşitdi. 

- Mən bu gecə getmək istəyirəm. 

- Hara? 


- O taya. Meşəyə. Ordan da qaçaqların yanına. Çox fikirləşmişəm. Bu gün də 

olmasa, sabah gecənin birində üstümüzü alacaqlar. Gəlmişəm, səninlə 

məsləhətləşəm. 

Şəmiddin ağa xeyli susdu. Görünür fikrində dağı arana, aranı dağa köçürdü 

və qaranlıqda gözünü qardaşının üzünə zillədi. 

- Bəs, ev-eşiyi, arvad-uşağı kimə tapşırırsan? 

- Elə bilirəm, bir-iki il bir təhər dolanarlar. Onacan da aralar düzələr, qayıdıb 

gələrəm. Bəs sənin fikrin nədir? 

  



____________________Milli Kitabxana_____________________ 

308 


 

 

Şəmiddin ağa dinmədi. Çiynindəki tüfəngin qayışını oynadaraq Həsən ağanı 



lal bir sükutla süzdü. Sonra sakitcə cavab verdi: 

- Mən ev-eşiyi, arvad-uşağı başsız qoyub heç yana gedən deyiləm.  İnsan 

anadan olanda alnına nə yazılıbsa, o da baş verəcək. 

Həsən ağa qardaşından belə cavab gözləmədiyindən təəccübləndi. 

- Mən gedəndən sonra elə bilirsən sənə rahatlıq verəcəklər? Gündə idarəyə 

çağırıb sorğu-suala tutacaqlar, mənim yerimi soruşacaqlar, al dilindən yanıma 

göndərəcəklər. O yan-bu yan olanda da atın döşünə salıb  Şəkərin qalasına 

göndərəcəklər. Gəl mənim sözümə qulaq as, əl-ayağını  yığışdır, arvad-uşağnan 

halallaş, elə bu gecə aradan çıxaq. 

Bayaqdan sallağı oturub qardaşı ilə söhbət edən Şəmiddin ağa ayağa durdu. 

Həsən ağa da ayağa durdu. 

- Yox, qardaş, sən gedəndən sonra bu arvad-uşağın içində bir başıpapaqlı 

qalmalıdır. 

Onlar qucaqlaşdılar. Ay işığında bir-birinin üzünə baxdılar. Həsən ağa 

kövrəldi. 

- Özün bilən məsləhətdi. Ancaq getsən, pis olmazdı, mən də tək qalmazdım, 

sən də. 

Bir də qucaqlaşdılar. Səslərini içəri salıb hıçqırdılar. Sonra aralanıb hər kəs 

öz evinə getdi. Şəmiddin ağa eyvanda intizarla onun yolunu gözləyən arvadına 

heç nə demədi və dönüb qaranlıqda iki yanını basa-basa ləngər vuran qardaşına 

baxdı. 

Həsən ağa anası Güllü xanımın yanında ayaq saxladı. Arvadın sərt və xırıltılı 



səsi eşidildi: 

- Nə dedi? 

- Getmədi. 

- Bilirdim elə  də olacaq. Arvadağızın biridir - Güllü xanım eyvanın yuxarı 

başında dayanıb kəndi dinşədi. Sakitlik idi. Əl-ayaq çoxdan yığşırılmışdı. 

Çıraqlar sönmüşdü. Ordan-burdan təkəm-seyrək işıq gəlirdi. 

- Atın hardadı? 

- Talvarın altında. 

- Yəhər-yüyənini alma, uşaqlara demişəm xurcunu palaz-paltar və yemək 

şeyləri ilə doldurub atın tərkinə bağlayacaqlar. Sən də tüfəngini, tapançanı götür, 

daraqları güllə ilə doldur, qoltuqaltılarını  əynindən çıxartma, özün də get 

uşaqların yanına bir az dincəl. Bir şey olsa, özüm xəbər verəcəm. 

Həsən ağa anasının bu mehribanlığından kövrəldi. Oğlunun bu bərəkəti 

arvadı hirsləndirdi. Onun kəskin səsi eşidildi:   

 



____________________Milli Kitabxana_____________________ 

309 


 

- Kişi ol. Arvad ha deyilsən, gözün yaşarır. Nə qədər canımda canım var, ev-

eşiyə, arvad-uşağa qoymaram bir şey olsun. 

Anasının bu sözlərindən sonra toxtayan Həsən ağa asta addımlarla öz otağına 

getdi. 

 



 

Keçəl Xondnlu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, 

qəza mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə  Həsən ağa tutulmalı idi. 

Kəndə tam sakitlik çökdükdən sonra Keçəl Xondulu atın belinə qalxdı. 

Yoldaşları da atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı. 

- Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini 

kəsərsiniz. Elə edərsiniz ki, aradan bir quş da çıxa bilməsin. Həmləni uzaqdan 

götürün ki, başa düşən olmasın. Evə yaxınlaşanda da,saymazyana 

yaxınlaşarsınız. Onların üstünü beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə 

bilməyəcəyik. 

Sakitcə üç yerə bölündülər və Alqazaxlılar tərəfə yola düşdülər. 

Otuzluq çırağın işığını aşağı çəkib öz otağında döşəkcə üstündə oturan Güllü 

xanım kəndin yuxarı başında hürüşüb susan itlərin səsini dinşədi və astaca 

addımlarla eyvana çıxdı. Atların ayaq tappıltısından başa düşdü ki, onlar tərəfə 

gələn var. Həsən ağanın qapısını taqqıldatdı. Oğlu anasının çağırışını dərhal başa 

düşdü və yapıncılı- çuxalı eyvana çıxdı. Güllü xanımın titrək səsi eşidildi: 

- Əlli tərpən, bala, deyəsən gələn var. 

Güllü xanım oğlunun yanında ömründə ilk dəfə kövrəlib boynunu qucaqladı. 

Həsən ağa eyvandan tullanıb talvarın altına getdi. Yəhərə qalxıb atın üzünü 

Kürə  tərəf çevirdi. İtlər evin ətrafını  kəsən atlılara hücuma keçdilər. Tüfəng 

şaqqıltısı, qamçı  səsi eşidildi. Hay-küyə arvad-uşaq ayıldı.  Şəmiddini oyadıb 

tələm-tələsik geyindirdilər. Qönçə xanımın çığırtısına fikir vermədilər. Sonra 

Həsən ağagilin eyvanına çıxdılar. Güllü xanım bu haylı-küylü basqına fikir 

vermədən eyvanda dayanıb Kürü dinşəyirdi.  

Keçəl Xondulu onun üstünə acıqlandı:  

- Oğlun hardadı? 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə