Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə107/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   103   104   105   106   107   108   109   110   ...   132

____________________Milli Kitabxana_____________________ 

322 


 

 

Gəncə çayı selləmə gəldiyindən onun qijıltısı şəhəri başına götürmüşdü. Bu 



qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa 

vaxtlar  şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi  şəhərin 

ucqar küçələrində belə  eşidilirdi.  İndi isə beş addımlıqdan heç nə  eşitmək 

mümkün deyildi. 

XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya 

doluşmnş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun 

əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara 

söykənib mürgüləyənlər də var idi. 

Üsyançılar dəstəsi körpünü keçib kazarmaya yaxınlaşdı. Qaçaqlar isə öz atlı 

dəstələri ilə arxa tərəfdən gələrək əsgərlərin yataq yerlərini əhatə etdilər. General 

Cavad bəy və polkovnik Cahangir bəyin başçılıq etdiyi dəstə bir göz qırpımında 

irəli cumdu, keşikçilər özlərinə gələnə qədər onları sıradan çıxartdı və əsgərlərin 

üstünü aldı.  Əsgərlərdən silah götürmək və atəş açmaq istəyənlərə imkan 

vermədilər. 

Üsyançılar tərk-silah etdikləri rus əsgərlərini cərgəyə düzüb qabaqlarına 

saldılar və birbaş Gəncə qalasına gətirdilər... 

Cavad bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini 

möhkəmlətdikdən sonra qərargaha qayıtdılar. Onların üzləri gülürdü. İlk 

əməliyyatları  uğurlu keçmişdi. Zirzəmidə bir qədər oturdular və  nəfəslərini 

dərdilər. Sonra Cavad bəyin yavəri Əmrahın gətirdiyi çayı içdilər. General Cavad 

bəy kəşfiyyatın ona gətirdiyi məlumatı yazı masasının üstünə qoydu və 

polkovniklə birlikdə oxumağa başladılar. "Şəhərin strateji əhəmiyyəti olan xeyli 

hissəsi rus qoşunlarının əlində idi. 20-ci atıcı diviziyanın 178-ci və 180-ci atıcı 

polkları çayın sağ sahilində, şəhərin ermənilər yaşayan hissəsində yerləşmişdir. 

Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin 

müsəlmanlar yaşayan  şimal-qərb səmtində yerləşdirilmişdi. Düşmənin cəmi 

2000 döyüşçüsü, 30 pulemyot, bir artilleriya divizionu, Zurnabad kəndində 450 

nəfərdən ibarət 20-ci atlı briqadası, 8 pulemyotla bir atlı top batareyası və şəhərin 

6 km-də yerləşən Helendorf qəsəbəsindəki diviziyanın öz iki, ikitoplu batareyası 

ilə artilleriya qərargahından ibarət idi. 3-cü briqadanın komandiri isə keçmiş çar 

zabiti Şirmaxer idi". 

Cavad bəy məlumatı oxuduqdan sonra üzünü Cahangir bəyə tutdu: 

  



____________________Milli Kitabxana_____________________ 

323 


 

- Biz ikitərəfli plan hazırlamalıyıq. Birincisi, şəhərin bütün giriş yollarını 

istehkama çevirməliyik.  Şəmkir yolundakı topların sayını artırmalı, keşikdə 

dayananların miqdarını çoxaltmalıyıq. Bu il Qoşqar çayı  həddindən artıq 

daşdığından yolları sel basmışdır. Bu bizim xeyrimizədir. Gəncəyə gələn ikinci 

yol Xaçbulaq yoludur. Balçılı  tərəfdən  şəhərin yeganə  əlaqə yolunu çox ciddi 

qorumalıyıq. Məni  ən çox narahat edən Helendorf tərəfdir.  Əvvəla, bu tərəfdə 

erməni kəndləri var, ikinci də  həmin yol şəhərin ermənilər yaşayan hissəsiylə 

birləşir. Bu ermənilərin rus ordusuyla birləşəcəyinə  şübhəm yoxdur. Bakıda 

olduğu kimi burada da onlar xəyanət edə bilər; gah daşnaka, gah bolşevikə 

çevrilərlər. Biz bunları nəzərdən qaçırmamalıyıq. 

Cavad bəyə diqqətlə qulaq asan polkovnik dərhal ona cavab verdi: 

-  Şəhərin  ətraf yollarını,  ətraf kəndlərini qoramağı  və  nəzarət altında 

saxlamağı adlı-sanlı qaçaqlara tapşırmalıyıq. Bizim Sarı  Ələkbər, Qaçaq 

Qəmbər, Topalhasanlı Cabbar, Topalhasanlı Xallı Heydər, Qabaxtəpəli Dəli 

Xəlil, Tatoğlu Hasan, Sarı Qafar, Qaçaq Məmmədqasım, Nainsafoğlu 

Məmmədəli kimi igidlərimiz var. Onları bolşeviklərin təsiri altına düşməyə 

qoymamalıyıq. Və  şəhərin  ətrafını qorumağı onlara tapşırmalıyıq. Adlı-sanlı 

general və zabitlərdən isə şəhərin özündə və hücumlarda istitadə etməliyik. 

- Bəs qəti hücumu ayın neçəsində etməliyik? - deyə Cavad bəy soruşdu. 

- Mayın 25-dən 26-a keçən gecə. Ancaq ona qədər alınası yerlər var. Mən 

döyüşçülərimi şəhərin erməni hissəsində yerləşən 178 və 180-ci polkların üstünə 

qaldıracam. Sonra da dəmiryol vağzalını tutarıq.  İndi isə hazırlaş, gedək 

istehkamları yoxlayaq. 

 

 

Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə 



od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında 

göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. 

Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ  fəs,  əyinlərində 

arxalıq olan kişilər balaca arxa yaxınlaşır,  əllərindəki aftafanı su ilə doldurub 

dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi 

sakinləri günor- 

  



____________________Milli Kitabxana_____________________ 

324 


 

ta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı  və başmaqlarla dolu idi. 

Həyətdəki çinarların kölgəsində  dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən 

yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz 

ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə  sərib müştəri gözləyirdilər. 

Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından 

dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı 

boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara 

bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı 

Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı. 

Ağacların kölgəsində poqquldayan iri samovarların  ətrafi adamla dolu idi. 

Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da 

var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay 

ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa 

tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi". 

Küçələrdə, meydançada əsgərlər, atlı zabitlər də dolaşırdı. Onlar dərhal 

atlandılar və süvari zabitlərin müşayiətilə  səngərləri, döyüş  vəziyyətini 

yoxlamağa getdilər. Cavad bəyin dəstəsi Şəmkir yoluna tərəf, Cahangir bəy isə 

körpünü keçərək erməni hissəsinə doğru yollandı. 

Zahirən şəhər sakit görünsə də, bir daxili narahatlıq da sezilirdi. Bakıda aprel 

ayının 28-də Demokratik Azərbaycan Respublikası devrilmişdi. Bolşeviklər XI 

Qızıl Ordunun köməyi ilə hakimiyyəti ələ almışdılar. Parlamentin yığıncağında 

Həmid Sultanov və Çingiz İldırım hökumətə ultimatum vermişdilər. Sonra bu 

ordu Gəncəyə  gəlmiş,  şəhəri zəbt edərək  əsasən Gəncə çayının sağ sahilində, 

şəhərin 2-ci hissəsində yerləşmişdi.  Əsgərlər yarımçılpaq və ac idilər. Onlar 

qapılara düşüb dilənir, yeri gələndə oğurluq da edirdilər. Hər addımbaşı təhqir və 

cəza gözlənilirdi. Ona görə də,  şəhər əhli uzun müddətdən bəri vərdiş etdikləri 

adəti saxlasalar da, narahat idilər. Günorta namazının vaxtı yaxınlaşırdı. Müəzzin 

asta-asta minarəyə qalxdı. Ötkəm və qumral səslə  əzan oxudu və dindar 

müsəlmanları ibadətə çağırdı. Məscidlərdə ibadətlərin qurtarmasına qədər 

gözlədi və axırda onun zil səsi yenidən eşidildi: 

- Ey müsəlmanlar, ey camaat, ey əhlidinlər, bilin və agah olun: şəhərimiz 

üsyan etmişdir. 2 mindən çox gavur əsgəri tutulub qalaya sa- 

 

  




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə