Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə109/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   105   106   107   108   109   110   111   112   ...   132

____________________Milli Kitabxana_____________________ 

328 


 

dılar. Kurışkonun cənub və  cənub-qərbdən  şəhərə soxulmağa can atan süvari 

birləşmələri də böyük itkilər verərək geriyə sürükdü. İki günlük hücumun boşa 

çıxmasını görən,  əsgərlərinin sayı  Gəncə  əhalisi qədər olan və yüksək döyüş 

texnikası ilə təchiz olunmuş rus-bolşevik işğalçıları Voytsexovskinin komandası 

altnıda yenə də Gürcüstan sərhədlərindən tərkibində 175 və 176-cı atıcı polklar 

olmaqla daha bir briqadanı, bir yüngül artilleriya divizionunu və Bakıdan zirehli 

avtomobil divizionu ilə nizami erməni dağ batareyasını da təcili Gəncəyə 

gətirdilər. Düşmən son hücuma hazırdı. Onun beş piyada polku, 6 süvari polku, 7 

xüsusi birləşməsi, 2 zirehli avtodivizionu, 8 zirehli qatarı, 57 ağır topu və nizami 

erməni birləşmələrindən başqa üç mindən çox erməni başıpozuğu vardı. 

Bolşeviklərin növbəti hücumu mayın 31-də səhər tezdən başlandı. Onlar iki 

eşelonla, güclü top atəşinin köməkliyi ilə, dar küçə  və dalanlara girməkdən 

çəkinərək, geniş küçələrdə döyüş texnikasından istifadə etməklə irəliləməyə 

çalışdılar. Dörd tərəfdən hücuma keçsələr də, bolşeviklər ağır itkilər verir və bu 

həmlələri də gözlədikləri nəticəni vermirdi. Və belə bir vaxtda Bakıdan xüsusi 

tapşırıqla Gəncəyə  gələn Azərbaycan Kommunist Partiyasının fövqəladə 

komissarları  Həmid Sultanov vo Sultan Məcid  Əfəndiyev 3-cü briqadanın 

komandiri  Şirmaxerin dəstəsi və bir neçə yerli bolşevikin köməyi ilə azsaylı 

gözətçiləri tərk-silah edərək Gəncə qalasında saxlanılan 2000 rus soldatını, 

komandirləri və  qərargah işçilərini azad etdilər. Onlar da yaxınlıqdakı silah 

anbarında silahlanıb  şəhərin müdafiəçilərinə arxadan zərbə endirərək küçə 

döyüşlərinə girişdilər. Bunu gözləməyən üsyançılar təşvişə düşdülər. Xainlik öz 

işini gördü. Üsyançıların ölüm-dirim mübarizəsi aparmalarına baxmayaraq 

düşmən hər tərəfdən  şəhərə doluşurdu. Atışma həyətlərdə, damlarda, evlərdə 

gedirdi. Mayın 31-də şər qarışanda adda-budda yerlərdə alışma getsə də, Gəncə 

artıq düşmən tapdağında idi... 

...Çapıq  Əmrah bütün bunları yadına saldıqda üşürgələndi. Büzüşərək 

buxarıya yaxınlaşdı  və  əlindəki odunları ocağa atdı. Buxarı qorlanıb alovlandı. 

Şəhər alındıqdan sonra üç gün aparılan talanı, Qoşqar çayını keçmək istərkən 

suya qərq olanları gözünün qabağına gətirdi. Selləmə yağış altında aşıb-daşan 

Gəncə çayında gördüyü bir mənzərə indi də onu dəhşətə  gətirdi. Çay sahildəki 

ağaclardan birini kökündən qoparıb suya salmışdı. Ağacın düşdüyü yerdə su 

lillənib bu- 

  



____________________Milli Kitabxana_____________________ 

329 


 

rulğana çevrilmişdi. Bu burulğanda iki meyit fırlanırdı. Biri qarayanız, biri 

sarışın. Onlar bir-birinin çiynindən möhkəm yapışmışdılar.  Əmrah xeyli onlara 

baxdı və ayırd edə bilmədi ki, bunlar son anda bir-birlərini boğub suya batırmaq 

istəmişlər, yoxsa bir-birlərinə köməyə çalışmışlar.  İndi də bir-birlərini 

buraxmırdılar. Burulğan isə onları gah suyun dibinə  çəkir, gah da üzə  çıxardıb 

fırladırdı. 

O, yenə odun götürüb ocağa atdı və birdən pəncərədən kəndin yollarında və 

məktəbin həyətində ora-bura qaçışan, qucaqlarında ot daşıyan zülləpapaq 

əsgərləri gördü. 

 

VIII fəsil 

 

 

Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin 



üstünə ay doğmuş  və  hər yeri işıqlandırmışdı. Bu, Çapıq  Əmrahın xoşuna 

gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi. 

O, sakitcə tövləyə endi, içəri püş  səpilmişdi. Baca basdırılmışdı. Malların 

nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq  Əmrahın bədəni qızışdı, sümüyü 

açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə 

yəhərli-yüyənli saxladığı  kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının 

möhkəmliyini yoxladı.  Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı  və 

sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər 

sahibinin bu mehribanlığından riqqətə  gəldi. Qabaq ayağını  tərpədib astaca 

oxrandı. Çapıq  Əmrah toxtaqlıq verib atı  həyətə  çəkdi. Tüfəngini götürdü, 

xəncərini bağladı  və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının 

üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə 

çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə 

görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının 

sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı 

başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini 

dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü 

ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss 

etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun 

 



____________________Milli Kitabxana_____________________ 

330 


 

atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını  şəkləyib  ətrafı 

dinşəyir və  bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol 

xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı 

və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan 

qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. 

Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At 

sürətini bir az da artırdı.  Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a 

kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən 

keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə 

yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında 

qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. 

Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. 

Çapıq  Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən 

açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə 

saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" -

deyə  əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq  Əmrahı qabaqlarına 

qatıb kəndə gətirdilər. 

 

 

Yoldaş  Fətullayev kənd  şura sədri Mustafa kişinin isti otağında  əyləşmişdi. 



Döşəməyə  gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli 

çarpayının üstünə  təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı  dəmir 

soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi  əyilib 

doğranmış odunlardan sobaya atırdı.  İçəri elə isti idi ki, kəndin üstünü qış 

aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura 

Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar 

burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub 

həmişə özü ilə  gəzdirdiyi yan çantasını açmış  və kağızları stolun üstünə 

səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları 

diqqətlə  nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin 

buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan 

soruşmamışdı. Şura sədri bilmirdi ki, qaran- 

  



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə