Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

13. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq

haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

14. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında”

Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

15. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq

edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

16. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan

Respublikasının Qanunu.

17. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının

Qanunu.


18. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan

Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan

Respublikasının Qanunu.



Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O. ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

5 iyun 2007-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O. Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Növbədənkənar sessiyanın birinci iclasına başlayırıq. Xahiş edirəm,

qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)

İştirak edir 96

Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.

Hörmətli millət vəkilləri, iclasın gündəliyi sizə paylanıb. Gündəliyin müzakirəsinə ehtiyac varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təkid eləyən var. Müzakirəyə başlayırıq. Buyurun, İqbal Ağazadə.

İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə dəfə parlamentdə qaldırılan bir məsələyə yenə

fikrimi bildirmək istəyirəm və xahiş edirəm ki, Milli Məclis buna öz münasibətini bildirsin. Biz mütəmadi olaraq Cənubi

Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanması ilə bağlı burada məsələ qaldırmışıq və Azərbaycan

ictimaiyyəti də bununla bağlı ciddi məlumatlar alır. Son iki gündə İranda, güney Azərbaycanda soydaşlarımızın hüquqlarının

tapdalanması, həbs olunması, hətta iki nəfərin ölümü ilə bağlı ciddi informasiyalar daxil olub. Kütləvi informasiya vasitələrində bu

barədə məlumat verilib.

Çox zaman biz bu fikri səsləndirəndə iddia edirlər ki, qonşu dövlət kimi İranın daxili işlərinə qarışmırıq. Amma mən hesab edirəm

ki, nə demokratiya, nə də insan haqlarının müdafiəsi heç bir dövlətin iç problemi deyil və Azərbaycan dövləti də xaricdə yaşayan

soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı üzərində mənəvi öhdəlik hiss edir. Hətta bundan ötrü Xaricdə Yaşayan

Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bütün bunların fonunda Xarici İşlər Nazirliyi və İranda fəaliyyət

göstərən səfirliyimiz bu məsələlərə aydınlıq gətirilməsi istiqamətində həm beynəlxalq təşkilatlarla, həm də İran dövləti ilə ciddi

müzakirələrə başlamalıdır. İranın daxili işlərinə qarışmamaq adı altında azərbaycanlı soydaşlarımızın hüquqlarının

tapdalanmasına qətiyyən yol verməməliyik.

Hadisələr bu şəkildə davam edərsə, gələcəkdə Azərbaycanın vəziyyəti çox ağır ola bilər. Oradan qovulanların heç də hamısı

sabah Avropaya mühacirət etməyəcək, onların bir qismi də Azərbaycana üz tutacaq. Bunun da Azərbaycanı humanitar fəlakət

qarşısında qoyacağı şəksizdir. Ona görə də xahiş edirəm, həm Milli Məclisin İnsan hüquqları daimi komissiyasında, həm də Xarici

İşlər Nazirliyi səviyyəsində bu məsələlər müzakirə olunsun. Ən azı Milli Məclisdə bu məsələlərlə bağlı bəyanat verməli və yaxud

da İranın Azərbaycandakı səfiri Milli Məclisə dəvət olunmalı, ondan izahat tələb edilməlidir. Nədən proseslərin hamısında yalnız

azərbaycanlıların hüquqları tapdalanır, yalnız azərbaycanlılar əzilir? Bu, artıq İranın daxili məsələsi deyil, milli məsələdir və

Azərbaycan türklərinin hüquqları tapdalanır. Mən çox istərdim ki, Milli Məclis səviyyəsində bu məsələyə münasibət bildirək. Çox

sağ olun.

Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.

N. Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən də istərdim, İqbal bəyin dediyi məsələ ilə



Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

bağlı fikrimi bildirim. İqbal bəy bunu geniş şərh elədi, məncə, şərhə ehtiyac yoxdur. Bir neçə dəfə bu məsələ ilə bağlı, heç

olmasa, komissiyada qapalı dinləmələrin keçirilməsi təklifini vermişdik və o təklifi yenidən təkrar eləmək istəmirəm.

İkinci demək istədiyim məsələ budur ki, deputat otağı məsələsi yenə də həll olunmur. Bununla bağlı bir neçə dəfə Xətai Rayon

İcra Hakimiyyətinə və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə yazılı və şifahi müraciət etmişəm. Onlar and-aman

edirlər ki, Xətai rayonunun 34-cü dairəsində satılmamış yer qalmayıb. Hamısını satıblar. Köməkçim də deyir ki, mən harada və

necə işləyim, küçədə işləyəsi deyiləm ki? Xahiş edirəm, bu məsələyə də aydınlıq gətirəsiniz.

Deyəcəyim digər məsələ ilə bağlı ötən iclasda Fazil Qəzənfəroğlu da danışmışdı. Mən də çoxdandır istəyirdim ki, bu məsələni

deyim. Sessiyanın sonudur. Sessiya dövründə bir neçə vacib məsələ müzakirə olunur, məsələn, hökumətin hesabatı,

ombudsmanın məruzəsi, neft müqavilələri və sair. Siyahıda yazılmağıma baxmayaraq, mən bu məsələlərin müzakirəsində çıxış

eləyə bilməmişəm. Mənə elə gəlir ki, burada Daxili Nizamnamənin 13-cü maddəsi pozulur. Hər bir millət vəkili çıxış üçün israr

edirsə, ona söz verilməlidir. Amma iş günü saat 6-da bitir və həmin məsələ səsverməyə buraxılır. Nəticədə millət vəkili öz

hüququndan istifadə edə bilmir. İş rejimi, əlbəttə, Milli Məclisin rəhbərliyinin səlahiyyətinə aid bir məsələdir, amma mən təklif

edirəm ki, o, dəyişdirilsin. Vacib məsələlər olanda daha çox vaxt ayrılsın, ya da ona xüsusi bir iclas həsr olunsun. Hövsələsi

çatmayan millət vəkilləri bu iclaslara gəlməsinlər. Bu barədə təklifim odur ki, istirahət otağında olduğu kimi, deputatların otağında

da plenar iclası işıqlandıran televizor olsun, oturub orada baxsınlar. Səsvermə vaxtı gələ bilərlər. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Hörmətli Nəsib müəllim, birincisi, istirahət otağında televiziyaya baxılmır. İkincisi, səsvermə zamanı

bəzi deputatları çağırırıq, gəlmirlər. İndi bunu otaqlarda qoysaq, gərək onları bir-bir otaqlardan yığaq ki, gəlib səs versinlər.

Sonra, Siz vaxtla əlaqədar danışdınız. Biz həmişə sizə müraciət edirik, əgər təkid eləyən olmursa, onda səsverməni keçiririk. Mən

həmişə bunu soruşuram.

Deputatlara seçki dairələrində otaqların verilməsi ilə bağlı qaldırdığınız məsələyə gəldikdə isə nəzərinizə çatdırım ki, biz bunu tam

şəkildə həll eləmək istəyirik. Biz istəyirik ki, hər bir rayonda, hər bir dairədə deputatın ofisi olsun. Buna nail olarıqsa, orada yalnız

indiki deputatlar deyil, sonra seçilən deputatlar da fəaliyyət göstərə bilərlər. Hazırda bu istiqamətdə iş gedir, yəqin, belə də olacaq.

Sabir Rüstəmxanlı, buyurun.



S. Rüstəmxanlı. Sabahınız xeyir olsun, hörmətli Sədr, hörmətli deputatlar! Mən də bir neçə məsələyə diqqəti cəlb etmək

istəyirəm. İlk növbədə, İqbal bəyin qaldırdığı məsələni dəstəkləyirəm. Bu barədə bir neçə dəfə danışılıb. İranla qonşuluq

münasibətləri nəzərə alınanda rəsmi dairələrin mövqeyini başa düşmək olur. Amma Azərbaycan Respublikasının bu məsələ ilə

bağlı aydın bir siyasəti olmalıdır. İranda insan haqları ilə bağlı Azərbaycanın BMT-dəki rəsmi mövqeyini başa düşmək olmur. Biz

dəfələrlə onu səsləndirdik, amma təəssüf ki, nə Xarici İşlər Nazirliyi, nə də Milli Məclisin rəhbərliyi bu məsələyə aydınlıq gətirdi.

Nəyə görə Azərbaycan “İranda insan haqları pozulmur” − deyə BMT-də İranı müdafiə eləyir? Halbuki hər gün orada bizim

tutulanlarımız var.

İkinci, burada dəfələrlə səslənən bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Bu, təbii ki, Azərbaycanın indiki durumu ilə bağlı olan

məsələdir. Azərbaycanda iqtisadiyyat inkişaf edir, bunu heç kim dana bilməz. Bölgələr inkişaf edir, heç kim dana bilməz. Büdcə

artır, bu da göz qabağındadır. Amma bunun bəzən son dərəcə səmərəsiz, israfçılıqla xərclənməsi adamın ürəyini ağrıdır. Bakıda

binalar, küçələr dəyişir, çox gözəl, amma Bakının yan-yörəsinin, yeraltı sularının, uzun illər Azərbaycana pul vermiş torpaqların

son dərəcə ağır vəziyyəti adamı ağrıdır. Məncə, Abşeronun neftə görə simasını itirmiş torpaqlarının bərpası haqqında düşünmək

vaxtıdır. Azərbaycanın aran torpaqları güzgüyə çevrilir, şoranlaşır. Binaları, yenə deyirəm, çürük daşları yeni daşlarla əvəz

eləməkdənsə, çürük başları dəyişmək lazımdır. Onda onlar Azərbaycan torpaqları haqqında düşünər və güzgüyə çevrilən

torpaqların bərpasına daha artıq diqqət yönəldərlər.

Nəhayət, deyəcəyim üçüncü məsələ, dilimizə qayğı ilə bağlıdır. “Azərbaycan dili haqqında” Qanun var. Təbii ki, dilimiz müstəqillik

dövründə böyük sürətlə inkişaf edir. Amma təəssüf ki, Bakının simasına baxanda bunu demək olmaz. Ona görə mən sonuncu

iclasların birində dediyim fikri yenidən səsləndirmək istəyirəm: müstəqil Azərbaycanın millət vəkilləri, nəyə görə biz çarizmin qalığı

olan “ov” soyadından əl çəkə bilmirik? Tacikistanda Rəhmanov belə o soyaddan imtina elədi. Kimin xoşuna gəlmir, gəlməsin.

Amma biz müstəqil dövlətik və bu müstəqilliyin atributu da, göstəricisi də təmiz soyad...



Sədrlik edən. Çox sağ olun. Mən Sizin bir sualınıza cavab verim. Deyirsiniz ki, Abşeronda yeraltı sular çox böyük fəsadlar

törədir. Məhz ona görə ekologiya ilə bağlı böyük bir proqram qəbul olunub. Bu yaxınlarda qəzetlərdə də dərc olunacaq,

oxuyacaqsınız. Ekologiya proqramında Abşeronun köhnə neft quyularından çıxan suların təmizlənməsi, yuyulması məsələsi həll

olunur. Fazil Mustafayev.



F. Mustafayev.

 Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən öncə çıxış eləyən millət vəkillərinin Cənubi Azərbaycanla bağlı

narahatlıqlarını bölüşürəm və hesab edirəm ki, bu məsələdə kifayət qədər həssas davranmalıyıq.

İkinci, yaz sessiyasının tamamlanması ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Artıq sessiya tamamlanıb, amma sessiyanın

əvvəlində təqdim olunan qanunvericilik işləri planı ilə bağlı bir çox məsələlərin yerinə yetirilmədiyini görürük. Mən hesab edirəm ki,

sessiyanın sonunda bu məsələ ilə bağlı məlumat verilməlidir. Məsələn, bu gün üçün vacib olan Təhsil qanununun müzakirəsi

başlamadı, “Siyasi partiyalar haqqında” Qanuna baxılmadı.

Sonra, burada bir neçə məsələ qaldırıldı, büdcəyə də yenidən baxdıq. Millət vəkillərinin maaşlarının qaldırılması məsələsinin

dəfələrlə burada səsləndirilməsinə baxmayaraq bunun əsaslandırılması ortaya qoyulmadı. Bu, ölkədə gedən abadlıq, təmir işləri

ilə bağlıdırsa, onda bunu da əsaslandırmaq lazımdır ki, məsələn, hakimlər, hüquq mühafizə orqanlarının işçiləri millət vəkilindən

daha çox maaş alırlar. Hətta Aparatın işçilərinin maaşı bəzi hallarda Milli Məclis Sədrinin maaşından artıqdır. Bu məsələlərə ən

azı açıqlama vermək lazımdır ki, millət vəkilləri üçün də aydın olsun. İnflyasiyanın bu həddində hər halda buna baxılması zəruridir.

Digər bir vacib məsələ, Sabir bəyin dediyi kimi, dövlət investisiyaları ilə bağlıdır. Mənim üçün narahatlıq doğuran məqamlardan

biri ölkədə həyata keçirilən özəlləşdirmə prosesinin əksinə olaraq Azərbaycan İnvestisiya Şirkətinin yaradılması ilə bağlıdır.

Açıqlamada qeyd olundu ki, İnvestisiya Şirkəti ölkədə süd istehsalından tutmuş gəmi istehsalına qədər bir sıra investisiya

layihələrində iştirak edəcəkdir. Mən başa düşə bilmirəm, doğrudanmı, neft gəlirlərinin qeyri-ixrac potensialı olan sahələrə

dağıdılmasının ölkəyə bir faydası olacaqdır? Bu məsələyə Milli Məclis səviyyəsində baxmalıyıq. Axı, gələcəkdə südü hansı ölkəyə



Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə