Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

seçilmişdir. İlkin danışıqlar cürbəcür şirkətlər və şirkətlər qrupu ilə aparılmışdır. Son nəticədə göstərilən sahələrdə sazişdə

sadalanan fəaliyyətlərin aparılmasına maraq göstərən 3 şirkət və ya şirkətlər qrupu qalmışdır. Bunlardan birincisi heç bir öhdəlik

götürmədən şirkətə adları çəkilən sahələrlə əlaqədar uzunmüddətli müstəsna hüquqlar tələb etmişdir və bunların əvəzində lazım

bildiyi həcmdə, lazım bildiyi zamanda ancaq tədqiqat işləri aparacağını və bunların nəticəsinə görə lazım bildiyi zamanda gələcək

hərəkətləri haqqında məlumat verəcəyini bildirmişdi. Onlar, ümumiyyətlə, mədən-filiz işlərinin riskli olduğunu nəzərə almış və

beynəlxalq təcrübəyə əsaslanaraq bu təklifi vermişdilər. Bu cür təklifi verən şirkətin nə qədər böyük və zəngin olmasına

baxmayaraq, belə təklif qəbul edilə bilməzdi.

İkinci şirkət isə uzunmüddətli müstəsna hüquqlar əvəzində çox məhdud öhdəliklərin götürülməsinə hazır olduğunu bildirmişdi.

Cəmi 50 min ABŞ dolları məbləğində bonus və kəşfiyyat işlərinə 2 milyon dollar sərmayə təklif etmişdi. Məlumat üçün bildirim ki,

bu məbləğ bir sahənin səthi kəşfiyyatına yetməzdi. Bu işlərin nəticələri şirkəti qane edərdisə, sonrakı əsaslandırmalar və işlər

üçün 5 milyon dollardan artıq olmayan sərmayə qoyuluşuna zəmanət verilmişdi. Bu cür təklif də qəbul edilə bilməzdi. Belə

təkliflərin verilməsi heç təəccüblü də deyil. Çünki dağ-mədən sahəsində risklər və birinci növbədə, geoloji risklər həddindən artıq

yüksəkdir.

İstərdim, bununla bağlı sizə bəzi göstəriciləri təqdim edim. Son zamanlar tədqiq edilmiş 4900 filiz-mədən sahəsində kəşfiyyat

işlərinin nəticəsinə görə işlənmə və hasilat mərhələsinə cəmi 135 sahə təqdim edilmişdi. Orta hesabla filiz-mədən sahələrində

aparılan kəşfiyyat işlərinin 2−3 faizi uğurla nəticələnir. Burada oturan deputatların çoxu neft sahəsində imzalanmış kontraktlarla

tanış olduğuna görə yadınıza salım ki, həmin göstərici neft-qaz sahəsində 20−30 faizə qədərdir.

Nəhayət, müzakirənizə təqdim edilmiş sazişin podratçı tərəflərinin təklifləri ölkəmiz üçün daha səmərəli olduğuna görə onlar qəbul

edilmişdir. Bu təkliflər əsasında aparılmış danışıqlar nəticəsində uzunmüddətli əməkdaşlıq üçün şərait yaradan saziş

imzalanmışdır.

Burada belə bir sual da səsləndirilə bilər ki, göstərilən 2 milyon bonusdan başqa, podratçı tərəflərin sərmayələri hansı məbləğdə

olacaq? Tam səmimiyyətlə deyirəm ki, tədqiqat, kəşfiyyat lazım olarsa, əlavə kəşfiyyat işləri bitməyənə və bunların əsasında

müvafiq işlənmə və hasilat proqramları hazırlanıb təsdiq edilməyənə qədər heç kim dəqiq rəqəm deyə bilməz. Dəqiq demək olar

ki, kəşfiyyat işlərinin aparılması üçün birinci mərhələdə 50 milyon dollara yaxın, ikinci və üçüncü mərhələdə aşağısı 60 milyon

dollara yaxın sərmayə tələb olunacaqdır. Kəşfiyyat işlərinin nəticəsində aşkar edilmiş ehtiyatların miqdarından, keyfiyyətindən,

seçiləcək işlənmə və hasilat növlərindən asılı olaraq sonrakı mərhələlərdə qoyulacaq sərmayələr 1−3,5 milyard dollar arasında

qiymətləndirilə bilər.

Burada sual yarana bilər ki, podratçı tərəflərin belə maliyyə imkanları olacaqmı? Yəqin ki, olacaq. Çünki podratçı tərəflər maliyyə

imkanlarını yüksək reytinqli, tanınmış maliyyə-kredit qurumlarının müvafiq sənədləri ilə hökumətə təqdim etmişlər. Slayların

birində sahələrin adları göstərilərkən qabağında hansı metal ehtiyatlarının gözlənildiyi göstərilmişdir. Misal üçün, ərazi olaraq

Çovdar sahəsi ehtimal edilən az sulfitli qızıl yatağı və ərazi olaraq Köhnəmədən sahəsi ehtimalı olunan polimetal yatağı kimi

göstərilmişdir. Ancaq bu o demək deyil ki, bu sahələrdə artıq sənaye əhəmiyyətli və kommersiya dəyəri olan ehtiyatlar aşkar

edilmişdir. Bu belə deyil. Bunların aşkar edilməsi və sənaye əhəmiyyətli olmasını təsdiq etmək üçün böyük həcmdə kəşfiyyat və

tədqiqat işləri aparmaq lazım gələcəkdir. Bu ehtiyatlar təsdiq ediləndən, balansa alınandan sonra bunların hasilatı üçün ehtimal

texnologiyaları hazırlanmalı, müvafiq müəssisələr tikilməlidir. Texnoloji cəhətdən emal səmərəli və mənfəətli öyrəniləndən sonra

bunların nə qədər dəyərli olduğu məlum olacaqdır.

Bir misal. Bu sahələrlə bir az tanışlığı olan deputatlarımız, yəqin, fikir veriblər ki, Köhnəmədən sahəsi məşhur Filizçay filiz

sahəsinə bitişikdir və bəzi yerlərdə kəsişir. Bu filiz sahəsi çoxdan məlumdur. Hələ 1984-cü ildə bunun ehtiyatları polimetal yatağı

olaraq təsdiq edilmişdir. Ancaq Filizçay polimetal yatağında aşkar edilmiş polimetalların tərkibi o qədər mürəkkəbdir ki, nə sovetlər

vaxtında, nə də bu gün texnologiyalar işlənib hazırlanmışdır. Məhz buna görə də bu metalların dəyərini təyin etmək mümkün

deyil. Ona görə də Azərbaycan hökuməti podratçı tərəflərə ancaq bir sahə ilə bağlı hüquq vermişdi. Buraya bu sahədə olan

polimetal filizlərin öyrənilməsi, texnoloji tədqiqatların aparılması, texnologiyaların işlənilib hazırlanması, müvafiq emal

müəssisələrində bunların sınaqdan keçirilməsi daxildir. Sonra isbat olunsa ki, bu filiz yatağının işlənilməsi əlverişlidir, onda

Azərbaycan hökuməti bunun bu saziş çərçivəsində işlənməsinə imkan verəcəkdir. Bu da Azərbaycan hökumətinin ehtiyatlarımıza

nə qədər səmərəli yanaşdığını, nə qədər ehtiyatlı iş gördüyünü göstərir. Kimsə reqlamentə görə darıxırsa, mən çıxışımı qurtara

bilərəm. Suallarınız olarsa, cavab verərəm. Çox sağ olun.



Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.

V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, Sizdən xahiş edirəm ki, belə sazişlər

Milli Məclisə təqdim olunanda İqtisadi siyasət daimi komissiyasında müzakirə olunsun. Çünki bu, birbaşa iqtisadiyyatla

əlaqədardır. Burada vaxtımız çox az olduğuna görə layihəyə müdaxilə etmək imkanımız həddindən artıq aşağıdır. Mən xahiş

edirəm, bundan sonra belə iri kontraktlar İqtisadi siyasət daimi komissiyasına verilsin ki, fikirlərimizi deyək. Ümumi götürəndə, bu

kontraktın Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti var. Neft kontraktlarından sonra bu, ən iri kontraktlardan biri

olacaq, əlavə iş yerlərinin açılmasına və regionların iqtisadi inkişafına çox böyük təsir göstərəcək. 6 sahəni əhatə etməsi bu

kontraktın çox böyük əhəmiyyətindən xəbər verir. Kontraktda qeyd edildiyi kimi, artıq Azərbaycan hökuməti tərəfindən bir sıra

geoloji işlər görülmüş, yəni qızıl, əlvan metal yataqları aşkar edilmişdir.

Kontraktın müsbət tərəflərindən biri onun 5 komponentdən ibarət olmasıdır. 5-ci komponent torpağın bərpası ilə əlaqədardır. Bu,

müsbət haldır. Belə kontraktlarda torpağın bərpası həmin ərazidə yaşayan əhalinin ekoloji vəziyyətini təmin etmək üçün çox böyük

əhəmiyyət kəsb edir. Rəhbər komitənin yaradılmasında 5 nəfər xarici, 5 nəfər Azərbaycan vətəndaşının iştirakı bizim

vətəndaşlarımızın hüququnun qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Burada yerli mütəxəssislərin sayının 45

faizdən 70 faizə qaldırılması əhəmiyyətli məsələdir.

Burada sual doğuran bir sıra məsələ var. Mən Valeh müəllimdən xahiş edirəm ki, o məsələlərə aydınlıq gətirsin. Birincisi,

müqavilə 30 ilə bağlanır və sonradan müqavilə normal həyata keçirilirsə, yəni yataqda əlavə nə isə qalırsa, 20 il müddətinə

uzadılır. 30 il böyük müddətdir. 30 il müddətində o yataqlarda işləyən vətəndaşlarımız lazım gəlsə, özləri də bu yataqları istismar

edə və oradan lazım olan məhsulu çıxara bilərlər. Ona görə də bunun 20 il uzadılmasına o qədər də ehtiyac yoxdur.

Pay bölgüsü ilə əlaqədar bir-iki kəlmə demək istəyirəm, 30 faiz Azərbaycan dövlətinə, 70 faiz isə İngiltərə, Yaponiya və Böyük




Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə