Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Sual verildi ki, müqavilə niyə 30 illik bağlanır? Əgər fikir verirsinizsə, burada kəşfiyyat, tədqiqat, öyrənilmə dövrü çox böyükdür.

Bu, yığcam və böyük ehtiyatları olan bir yataq olsaydı, başqa məsələ. Kimin marağı var ki, uzun müddət işləsin, pulunu xərcləsin.

Hər bir mədən sahəsində çalışan şirkət istər ki, qısa bir müddətdə ehtiyatlar çıxarsın, satsın, pul əldə etsin və tezliklə başqa

layihəyə keçsin. Burada kəşfiyyat işlərinin həcmi böyükdür, bəzi texnoloji məsələlər həll olunmayıbdır. Filizi əmtəəlik məhsula

çevirmək üçün texnologiya, müvafiq avadanlıq lazımdır. Əgər yataq aşkar olunarsa, yeni texnoloji layihələr hazırlanmalıdır. Ona

görə də vaxt tələb olunur. Bir də ki, bunlar burada işləyirlərsə, biz nə itiririk?

Məsələ qaldırıldı ki, niyə bizim payımız 30 faizdir. Xahiş edirəm, sənədlərə diqqət yetirin. Beynəlxalq təcrübədə 15–20 faizdən

söhbət gedir. O da dağ-mədən, filiz sənayesində olan risklərlə əlaqədardır. Bir də, 30 faizin üstünə 22 faiz mənfəət vergisini və

podratçılara qoyulan vergiləri gəlin. Xarici subpodratçılar kontrakt məbləğinin 5,5 faizini büdcəyə ödəyirlər. Üstünə gəlin başqa

fondları, infrastrukturu, yolları və sair. Bu, 50 faizdən yuxarı çıxır. Amma bu, sərmayəçilər üçün çox gözəl görünən bir işdir.



Sədrlik edən. Valeh müəllimə yenə də suallar olacaq?

Yerdən. (Eşidilmir.)

V. Ələsgərov. Niyə? İngiltərə qanunları beynəlxalq qanunlar deyil? Beynəlxalq qanunlar nə deməkdir? Ümumi sözdür. Ona görə

də iki tərəf üçün də uyğun olan konkret qanunvericilik seçilir. Şirkətlər işğal olunmuş ərazilərdə, Ermənistanda işləmir və işlərini

bilirlər. Əli müəllim, mənim ürəyim buz kimidir.

Sədrlik edən. Sağ olun. Çıxış üçün təkid eləyən var? Pənah Hüseyn.

P. Hüseyn.

 Təşəkkür edirəm, Oqtay müəllim. Azərbaycanın faydalı qazıntılarının işlənməsi üçün xarici şirkətlərin cəlb olunması,

investisiyaların qoyulması, Azərbaycanda xarici şirkətlər, sərmayəçilər üçün əlverişli investisiya şəraitinin yaradılması, cəlbedici

təkliflərin edilməsi, şübhəsiz, heç kim tərəfindən etiraz doğurmayan bir həqiqətdir. Biz də Azərbaycan vətəndaşı olaraq, şübhəsiz

ki, belə hal olduqda millətin, dövlətin mənafeyi, inkişafı baxımından çıxış etməliyik. Bu məsələyə bu cür də yanaşırıq.

Lakin bu müqavilə ilə bağlı, həqiqətən də, bir sıra suallar meydana çıxır. Mən qanun layihəsinin mətninə baxdım. Şərtlər, demək

olar ki, neft kontraktlarının şərtləri ilə üst-üstə düşür. 1994-cü ildə bağlanmış neft müqaviləsinin təkcə iqtisadi deyil, geosiyasi

müqavilə olması hamımıza aydındır. Söhbət iri neft şirkətləri vasitəsi ilə milyardlarla dönərli valyutanın Azərbaycana cəlb

edilməsindən, faktiki olaraq Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin, iqtisadi inkişaf perspektivinin təmin edilməsindən gedir.

Ona görə də belə neft kontraktlarında həmin şirkətlər üçün müstəsna hüquqların yazılması, heç şübhəsiz ki, məqsədəuyğun

hesab edilirdi. Yəni mən həmin hüquqları, konkret olaraq qanun layihəsinin 4-cü bəndində ifadə olunan müddəanı nəzərdə

tuturam. Bilirsiniz ki, bu saziş qüvvədə olduğu müddət ərzində onun müddəaları ona aid olan əlavələrə uyğun gəlməyən və ya

zidd olan Azərbaycan Respublikasının mövcud və ya qəbul oluna biləcək qanunlarından, digər normativ hüquqi aktlarından,

inzibati sərəncamlarından üstün tutulur. Mənə elə gəlir ki, özünə hörmət edən bir dövlət həyati zərurət olmasa, buna getməz.

Məsələn, neft kontraktlarında bu var. O vaxt da bu, mübahisələrə səbəb olmuşdu. Şəxsən mən hesab edirəm ki, elə bir şərti neft

şirkətləri qoysalar da, vəziyyəti, miqyası nəzərə alsaq, o vaxt bunun yazılması bəlkə də məqsədəuyğun idi. Lakin nəzəri cəhətdən

Azərbaycana cəmi 100 milyon dollarlıq vəsait gətirəcək heç kimin tanımadığı bu şirkətlərlə Azərbaycan dövləti arasında belə bir

sazişin bağlanması və “bu sazişin müddəaları Azərbaycan Respublikasının qanunlarından üstün tutulur” deyilməsi, mənə elə gəlir

ki, indiki şəraitdə bizim dövlətçilik mənafelərimizə uyğun deyil.

Sonra, bizim peşəkar hüquqşünaslarımız var. Hörmətli Ziyafət müəllim də Konstitusiya hüququ üzrə mütəxəssisdir. Mən bir

məsələyə aydınlıq gətirilməsini istəyirəm. Üçüncü çağırış Milli Məclisdə belə bir müddəanı özündə ehtiva eləyən üstün bir qanunu

qəbul etməyimiz bizim səlahiyyətlərimizə aiddir, ya aid deyil? Belə çıxır ki, hətta referendum vasitəsi ilə də bəzi qanunları

dəyişdirmək olmaz. Mən başa düşürəm, şübhəsiz, bu şirkətlərə təminat lazımdır. Hörmətli Valeh müəllim, yəqin, deyəcək ki, onlar

hüquqi təminatlar istəyirlər. Lakin indi 90-cı illərin əvvəlləri deyil. Azərbaycanda investisiyaları, o cümlədən beynəlxalq iqtisadi

əlaqələri tənzimləyən, beynəlxalq iqtisadi şirkətlərə beynəlxalq hüquq çərçivəsində təminatlar verən kifayət qədər qanunlar

mövcuddur. Mənə elə gəlir ki, mövcud və bundan sonra qəbul ediləcək qanunlar heç bir halda həmin şirkətlərin mənafelərinə

uyğun olmamalıdır. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük və sazişdə Azərbaycan dövlətinə bu cür etibarsızlıq və

etimadsızlıq ifadə edən müddəaların yazılması heç bir halda qəbul edilə bilməz. Mən çox istəyərdim ki, bundan sonra bizə bu cür

müddəaları özündə ehtiva edən qanun və sazişlər təqdim olunmasın.

Sonra, digər mühüm bir məsələni hörmətli Milli Məclis üzvlərinin, xüsusən də rayonları təmsil edən deputatların diqqətinə

çatdırıram. “Torpaqdan istifadə” adlı 8-ci maddədə əhalinin mənafelərinə, fundamental vətəndaş və mülkiyyət hüquqlarına zidd

olan müddəalar vardır. O müddəalar hansılardır? Açıqca yazılıb ki, lazım olduqca, – elə bu cür də ifadə olunur, – guya bütün

əvvəlki öhdəliklər, o cümlədən vətəndaşlarla bağlı olan sazişlər ləğv edilir. Artıq torpaqlar bölüşdürülmüşdür. Bir çox halda otlaqlar

və bələdiyyə torpaqları vardır. 8-ci maddənin müvafiq müddəasında hətta yazılır ki, bu torpaqlar müsadirə oluna bilər. Düzdür,

burada ən aşağı bazar qiymətləri ilə kompensasiya verilməsi məsələsi öz əksini tapmışdır, lakin müsadirədən də söhbət gedir.

Doğrudur, sazişdə xarici şirkətlərə müstəsna və qeyri-məhdud hüquqların verilməsi zamanı “mülkiyyət hüquqları müstəsna edilir”

müddəası vardır. Lakin bu heç də bizim vətəndaşların, bələdiyyələrin, fermerlərin hüquqlarının güdaza verilməsi şəklində ifadə

olunmalı deyildi. Üstəlik də, onlara bu məsələlərdə üstün kompensasiya və ciddi əvəz verilməsi məsələsini sazişin layihəsində

görmürük.

Bir məsələyə də bizim bəzi hörmətli deputatlar toxundular. Bilirsiniz, 100−150 milyon dollar, əslində, böyük bir vəsait deyil. Çünki

diqqət etsəniz, görərsiniz ki, bu şirkətlərə hansı hüquq verilib. Onlara 30 il ərzində bu sazişdə nəzərdə tutulan kəşfiyyat, təhqiqat

işləri və sair üçün Azərbaycana vergisiz, rüsumsuz spirtli içkilər və ərzaq istisna olmaqla materialların gətirilməsi hüququ verilir.

Kifayət qədər məlumatlar var ki, ümumiyyətlə, bir sıra xarici şirkətlər faktiki olaraq leqal qaçaqmalçılıqla məşğuldurlar. Onların bu

leqal qaçaqmalçılıqdan, məsələn, elektrik malları, cürbəcür məişət cihazları gətirməsi ilə qeyri-qanuni əldə etdikləri mənfəət,

əslində, onların qoyduqları sərmayələri qat-qat üstələyir. Mənə elə gəlir ki, sazişin bu müddəalarını da diqqətdən kənarda qoymaq

olmaz. Bunun nəzarət hüququnun yalnız qeyd elədiyiniz o yapon şirkətinə verməklə guya aradan qaldırılması ilə bağlı deyilənlər

o qədər də inandırıcı deyildir.

Yekun olaraq demək istəyirəm ki, Azərbaycan dövlətinin fundamental prinsipləri var. İndiki şəraitdə, mənə elə gəlir ki, həmin

prinsipləri hər hansı ötəri, xırda iqtisadi sazişlər hesabına güdaza vermək olmaz.



Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə