Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

İkincisi, əhalinin və vətəndaşların hüquqları hər şeydən üstündür. Azərbaycan qanunları birinci növbədə, vətəndaşın mülkiyyət,

torpaq, ekoloji, normal ətraf mühit şəraitində yaşamaq hüquqlarını qorumalıdır. Ona görə də bu cür sazişlərdə milli maraqların

pozulması hallarına yol verilməli deyil.

Ümumiyyətlə, bu cür müqavilələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bağlamasının özü də mübahisə doğurur. Çünki, əslində,

ekoloji mənafeləri ifadə etməli olan bir təşkilatın, həm də istehsal və maddi xarakterli məsələləri tənzimləməsi, şübhəsiz, ekoloji

mənafelərin pozulmasına gətirib çıxarır. Yəqin ki, bu məsələlərə, hörmətli Valeh müəllim aydınlıq gətirəcəkdir. Ola bilsin, İlyas

müəllim də çıxış edəcək, hüquqi məsələlərə münasibət bildirəcək. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Mən bugünkü çıxışınıza görə Sizə “çox sağ olun” deyirəm. Çünki ilk dəfə olaraq dediniz ki, Azərbaycan inkişaf

etmiş ölkədir. Bunu qeyd eləməyiniz mənə çox xoş oldu. Siz mülkiyyət haqqında sualınıza özünüz cavab verdiniz. O biri

sualınızla bağlı isə mən deyə bilərəm ki, dünyada elə bir şirkət tapmazsan ki, yalnız kəşfiyyat işlərinə 110 milyon dollar pul

qoysun. Həm də bu şirkətlər hələ bilmirlər ki, nəticə necə olacaq. Valeh müəllim çıxışında dedi ki, bizdə hələ təsdiq olunmuş

ehtiyatlar yoxdur. İlyas İsmayılov.

İ. İsmayılov. Təşəkkür edirəm. Mən deputatların əhvali-ruhiyyəsini görürəm, ona görə çox danışmaq istəmirəm. Ancaq bir təklifim

var. Bizim geologiya sahəsində çox görkəmli alimlərimiz var. Bu yataqların müəyyən hissəsini də onlar kəşf ediblər. Elə hesab

edirəm ki, bu yataqlar istismara veriləndən sonra, onlar yaddan çıxarılmamalıdırlar. Onların həyat və fəaliyyətlərinin

yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Onların haqqında kitablar yazılmalı, kinolar çəkilməlidir. Biz bu təcrübəni

yaratmalıyıq. Bu bir çox ölkələrdə, məsələn, qonşu Gürcüstanda var. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)

Lehinə 97

Əleyhinə 7

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 104

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Hörmətli deputatlar, əgər etiraz etmirsinizsə, tənəffüssüz işləyək. Etiraz yoxdur, çox sağ olun. Gündəliyin ikinci məsələsi “Müstəqil

Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə idxal edilən təhlükə potensiallı məhsulların gigiyena baxımından qiymətləndirilməsində

qarşılıqlı fəaliyyət qaydası haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Azərbaycan dövləti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan

dövlətlərlə bütün sahələrdə əlaqələrə, xüsusi ilə də iqtisadi sahədə əməkdaşlığa xüsusi önəm verir. Saziş MDB dövlətlərinin

ərazilərində istehsal olunaraq idxal edilmiş potensial təhlükəli məhsulların gigiyenik cəhətdən qiymətləndirilməsi qaydalarının

hazırlanmasını, onların təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş razılaşdırılmış təşkilati, profilaktik, sanitar-epidemioloji

tədbirləri əks etdirir. Saziş ölkəmizin NDB təşkilatı çərçivəsində çoxsahəli əlaqələrinin ruhuna tam şəkildə cavab verir. Hörmətli

millət vəkilləri, bu sazişin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)

Lehinə 101

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 0

İştirak edir 102

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Gündəliyin 3-cü məsələsi “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında geodeziya,

kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlıq

haqqında” Sazişin təsdiq edilməsi barədədir. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimova söz verilir.

E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında

geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində

əməkdaşlıq haqqında” Saziş sizin müzakirənizə təqdim edilib. Yəqin ki, hörmətli həmkarlarımın hamısı sazişlə tanış olublar.

Tərəflər arasında əməkdaşlığın bütün istiqamətləri qanunda göstərilib və saziş 5 il müddətinə bağlanılır. Üstəlik, onu da qeyd

etmək istəyirəm ki, bu sazişin səmərəli fəaliyyəti üçün artıq Azərbaycanda lazımi qanunvericilik bazası yaradılmışdır. Hələ 1998-ci

ildə Aqrar siyasət daimi komissiyasının deputatlarının təşəbbüsü ilə “Geodeziya və kartoqrafiya haqqında”, “Dövlət torpaq

kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının qanunları hazırlanmış və qəbul edilmişdir.




Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Ona görə də komissiya hesab edir ki, bu sazişin təsdiq edilməsi məqsədəuyğundur. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu

sazişə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.



Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)

Lehinə 100

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 0

İştirak edir 101

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin

təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.



S. Seyidov,

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son zamanlar Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında ikitərəfli

əlaqələr getdikcə inkişaf edir. Xüsusi ilə Azərbaycan Respublikası Prezidentinin Polşa Respublikasına səfəri və Polşa

Respublikası Prezidentinin Azərbaycana səfəri və hörmətli cənab Sədr, Sizin Polşa Respublikasına səfəriniz Azərbaycanın bu

istiqamətdə gördüyü işlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin 2007-ci il mart ayının 30-da Bakı şəhərində

imzalanmış birgə bəyannaməsi bu inkişafa əyani sübutdur. Bu inkişaf hər iki dövlət, hər iki millət üçün əhəmiyyətlidir. Hazırda

Polşa bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycan Polşanın enerji layihələrində yaxından

iştirak edən və dəstək verən dövlətlərdən biridir. Təbii olaraq, bəyannamənin hər bir bəndinə komissiya müsbət fikrini bildirmişdir.

Mən millət vəkillərindən xahiş edirəm ki, bu sənədə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Qüdrət Həsənquliyev.

Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən məsələyə çox qısa şəkildə münasibətimi bildirmək istəyirəm.

Biz bu cür bəyannamələri Milli Məclisdə ratifikasiya etməklə buna qanun qüvvəsi veririk. Dövlətlər bununla əlaqədar müəyyən

öhdəliklər götürürlər. Bizim belə bir digər birgə bəyannamə Gürcüstanla bağlı olub və biz bunu ratifikasiya eləmişik.

Oqtay müəllim, istəyirəm ki, NATO Parlament Assambleyasının iclasında baş verən bir məsələ barədə millət vəkillərinin və Sizin

məlumatınız olsun. Gürcüstan Parlamentinin spikeri Nino Burcanadze plenar iclasda çıxış edəndə ona Polşadan olan bir

nümayəndə sual verdi ki, Kosovo probleminin həlli variantı digər dondurulmuş münaqişələrə tətbiq oluna bilərmi? Spiker bildirdi ki,

bunu Dnestryanı respublikaya və Gürcüstandakı münaqişələrə tətbiq eləmək olmaz. Amma o, Dağlıq Qarabağla bağlı bir kəlmə də

danışmadı. Baxmayaraq ki, Gürcüstanla bizim aramızda imzalanmış bəyannamədə bu problemlərin dövlətlərin ərazi bütövlüyü

prinsipi çərçivəsində həll olunması ilə bağlı müddəa var. Ona görə də biz – Azərbaycan nümayəndə heyəti kəskin etirazımızı

bildirdik, amma, hesab edirəm ki, bu, yetərli deyil. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı nota verməlidir. Bu fikri deyən adam

adi bir deputat deyil, qanunverici orqanı təmsil edən rəsmi bir şəxsdir. Dövlətin adından çıxış eləyən şəxslər niyə bu cür mövqe

sərgiləyirlər?

Hələ mən başqa məsələləri demək istəmirəm. Bunlar mənəvi məsələlərdir. Bu adam bildirir ki, Gürcüstan Xəzər dənizinin enerji

ehtiyatlarının Avropaya çatdırılmasında müstəsna rol oynayır. Amma bir kəlmə də olsun qeyd eləmir ki, enerji daşıyıcıları

Xəzəryanı ölkələrdən hansına məxsusdur. Sonra deyir ki, Gürcüstan blokadaya alınmışdı, çox ağır vəziyyətdə idilər,

infrastrukturları dağılmaq ərəfəsində idi. Amma demir ki, onların bu vəziyyətdən çıxmasına hansı ölkə kömək elədi. Mən bu

məsələləri ona görə qeyd edirəm ki, Gürcüstan qonşu respublikadır. İkili görüşlər zamanı dostluqdan, qardaşlıqdan danışırlar.

Hamımız gördük ki, mərhum Prezident Heydər Əliyevin büstünün açılışında Saakaşvili necə çıxış etdi. Amma di gəl ki, belə

beynəlxalq tədbirlərdə vəziyyət tamamilə başqa cür olur. Biz orada da bildirdik ki, bunun başqa adı yoxdur, bu, ləyaqətsizlikdir,

simasızlıqdır. Mən hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində yanaşılmalıdır. Parlamentin rəhbərliyi Gürcüstan

Parlamentindən bu məsələyə münasibət bildirməyi tələb eləməlidir. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı nota verməlidir.

Sağ olun.



Sədrlik edən. Mən sizin nəzərinizə çatdırım ki, xəbərim var, bu barədə söhbətimiz olub. Bəzi çıxışlar da səslənir ki, Gürcüstan

neft idxal eləyən ölkədən ixrac eləyən ölkəyə çevrilib. Bu sözləri bəlkə sevindiklərindən çox deyiblər. Ancaq onlar hər yerdə

deyiblər ki, neft Azərbaycanındır. Bu məsələni çox kəskinləşdirmək lazım deyil. Yeri gələndə hər kəs birinci özü haqqında

fikirləşir, qonşusu yadından çıxır. Bununla mən razıyam, amma xahiş edirəm, bunu çox şişirtməyək. Xahiş edirəm, münasibətinizi

bildirin.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)

Lehinə 100

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 1

İştirak edir 102

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin növbəti məsələsi Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24-cü və 25-ci maddələrinə edilmiş dəyişikliklərin

təsdiq edilməsi haqqındadır. Hadi Rəcəbli, buyurun.




Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə