Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

razılığa gəlməlidirlər. Əgər razılığa gələ bilməsələr, bunu arbitraj həll edir və burada Azərbaycanın payına, onun mülkiyyətinə həbs

qoymaq səviyyəsinə qədər məqamlar var. Bu məsələlərin tənzimlənməsində müəyyən aydınlığın gətirilməsinə böyük ehtiyac var.

Layihədə, mənim fikrimcə, Azərbaycan üçün gələcəkdə təhlükə törədəcək məsələ ekologiya ilə bağlıdır. Burada ekoloji məsələ

yalnız standartlar səviyyəsində bir cümlə ilə öz əksini tapır və sazişin axırında da məlum olur ki, Azərbaycanda qəbul olunmuş

qanunlar nəzərdə tutulur. Amma mütəxəssislərə məlumdur ki, Filizçay yatağı ilə yanaşı olan polimetal yataqlarının istifadəsində

müasir texnologiya olmadığına görə o qarışıqların bir hissəsi sulara qatılır və oradakı fauna və flora üçün böyük təhlükə yaradır.

Açığını deyim, həmin qarışıqlar suya qatılanda orada lax yumurtanın iyini verən bir proses gedir. Bu, təkcə fauna, flora üçün yox,

insanların psixikasına da təsir edir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görüləcək? Sazişin maddələrində açıq-aydın

görünür ki, əgər qəsdən edilibsə, sanksiyalar var, yox, ümumiyyətlə, orada problem olacaqsa, onda podratçı ağlabatan səviyyədə

səylər göstərəcək. Bu “ağlabatan” nə deməkdir? O biri tərəfdən də, kim orada qəsdən ekoloji qəza törədər? Həmin maddələrdə

bilavasitə ekoloji sahədə problem yarananda vəziyyətdən çıxmağa imkan verən məqamlar var, amma hər halda, hesab edirəm ki,

onların gücləndirilməsinə böyük ehtiyac var.

Keçən dəfə dediyim kimi, mən Azərbaycanda bu cür sazişlər bağlananda açıq tender mexanizmindən istifadə edilməsini

məqsədəuyğun hesab edirəm. Azərbaycan əsas parametrlərdə öz şərtlərini qoyur və həmin şərtlər daxilində hansı şirkətlər

tenderdə iştirak etmək istəyirlərsə, müraciət edirlər. Bu halda onlar bir-biri ilə rəqabət aparır və Azərbaycanın ən yaxşı şərtləri

qəbul eləməyə imkanı olur. Məndən əvvəl deputat həmkarlarım dedilər, pay bölgüsündə Azərbaycan tərəfi 30 faiz əldə edir.

Burada mənfəət vergisinin də 22 faiz olması məqamı var. Bunları üst-üstə gələndə yenə də 50 faizdən aşağı olur. Pay

bölgüsündə Azərbaycan hökumətinin payının aşağı olması məsələsinə aydınlıq gətirilməlidir.

Sazişdə mühüm əhəmiyyət kəsb edən bir məsələyə də toxunmaq istərdim. Aydın məsələdir ki, mütəxəssislər, xüsusi ilə

menecerlər xaricdən gətirilməlidir. Amma mən texniki xarakterli işçilərin, yəni mütəxəssis olmayanların xaricdən gətirilməsini başa

düşə bilmirəm. Nə səbəbə əziyyət çəkib kənardan mütəxəssis olmayanları gətirirlər və onlara qat-qat artıq maaş verirlər? Hesab

edirəm ki, bu, xərclərin artmasına gətirib çıxarır. Gələcəkdə müqavilələr bağlanan zaman, heç olmasa, mütəxəssis olmayanların

hesabına yerli işçi qüvvəsinin faizinin artırılmasını məqsədəuyğun hesab edirəm.

Məni narahat eləyən digər bir məsələ də ekoloji təhlükəsizliklə bağlıdır. Danışıqlarda ekoloji təhlükəsizliyin gücləndirilməsi

istiqamətində müəyyən tədbirlərin görülməsini vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Əli müəllim, öz xeyrini bilən hər hansı bir şirkət özü ilə xaricdən texniki işçilər gətirməyəcək, onları

buradan götürəcək. Görürəm ki, sualların bəziləri təkrarlanır, ona görə istəyirəm ki, Valeh müəllim bunlara cavab versin. Bir də,

xahiş edirəm ki, burada bir fikir söylənilibsə, onu təkrarlamayaq. Buyurun, Valeh müəllim.

V. Ələsgərov. İşçilərlə əlaqədar deputatlara bir məsləhətim var. Pulu olmayana kreditlə kömək edərəm, gedib Türkiyədə iş yeri

açsın, amma Türkiyədən 500 dollarlıq işçi götürməsin, Azərbaycandan 5000 dollara işçi aparsın. Görün, cibindən pul xərcləyən bir

nəfər adam belə hərəkət edərmi? Bu məsələni hər dəfə qaldırırlar. Mən yenə deyirəm, cibindən pul qoyan sərmayəçinin başına

hava gəlməyib ki, burada ucuz işçi qüvvəsini qoyub, xaricdən yüksək maaşa mütəxəssis olmayan işçi gətirsin.

Yataqları vermirik. Yataq o vaxt yataq olur ki, orada tam kəşfiyyat işləri aparılıb, yüzlərlə kəşfiyyat quyuları qazılıb, nümunələr

çıxarılıb, beynəlxalq səviyyədə tanınmış standartlaşdırılmış laboratoriyalarda qızılın, misin miqdarı öyrənilib. Emal

texnologiyalarının səmərəli olduğu təsdiq olunandan sonra ona yataq demək olar. Bu sahələrin heç biri yataq deyil.

Mən bayaq Filizçay polimetal yatağını misal gətirdim. O da bu kontrakta daxil edilməyib. Azərbaycan hökuməti onu bilərəkdən

bura daxil etməyib. Qalan sahələrin heç birində nə sovetlər vaxtında, nə də ondan sonra təsdiq edilmiş sənaye əhəmiyyətli yataq

var. Buna təminat verirəm. Burada “yataq” sözü, ola bilsin, düzgün işlənilmir. Bu sahələrin içində sənaye, ticarət əhəmiyyətli,

kommersiya dəyərli yataq yoxdur. Ona görə də burada böyük tədqiqat və kəşfiyyat işləri aparılmalıdır. Lazım olarsa, əlavə

kəşfiyyat işləri aparılmalıdır, müvafiq texnologiyalar seçilməlidir. Ondan sonra demək olar ki, burada yataq var, ya yoxdur.

İkincisi, mən burada kreditlə bağlı misal gətirdim. Beynəlxalq araşdırmalara, o cümlədən Avropa Yenidənqurma və İnkişaf

Bankının, Dünya Bankının, Amerika Geoloji Xidmətinin tədqiqatlarına baxsanız, görərsiniz ki, bu, 2 faizdir. Neft və qazda isə

kəşfiyyat işlərinin uğurla bitməsi üçün bu, dediyim kimi, 20−30 faizdir. Mən həm də bayaq misal gətirdim ki, cürbəcür şirkətlər və

şirkətlər qrupu ilə danışıqlar aparılıb. Bunlardan cəmi 3-ü buna maraq göstərib. Qalanları, dediyim kimi, müstəsna hüquqlar tələb

ediblər, heç bir öhdəlik götürmək istəməyiblər. Deyiblər ki, üzdən kəşfiyyat işləri apararam, əgər lazım bilərəmsə, başqa işlərə

başlayaram və sair. Bu şirkətlər isə dediyimiz şərtləri qəbul edib, öhdəliklər götürüblər. Mən sizə deyirəm ki, 2 milyon dollar

məbləğində bonusdan başqa kəşfiyyat işlərinin aparılmasına aşağısı 110 milyon dollar sərmayə gedəcək. Bu, elə-belə iş deyil.

Bizdə hələlik belə yataq yoxdur ki, şirkətlər növbəyə düzülsünlər.

Burada tenderlə bağlı fikir səsləndi. Əli müəllim, bir misal var: ata minmək bir ayıb, düşmək isə iki ayıb. Tenderi o vaxt keçirmək

olar ki, əlimizdə yüzdə-yüz təsdiq olunmuş məlumat var ki, burada 100 ton qızıl var, özü də 1 ton maddədə 17 qram qızıl var və

sair. Bu olmayandan sonra tender keçirmək bir az qorxuludur. Mən o sahələri yaxşı tanıyıram və o sahələr haqqında danışılanları

da çox eşitmişəm. “Şamaxı yolunun kənarında neft çıxır, orada milyonlarla ton neft var” fikrini də eşitmişəm, amma heç kim ora

pul qoymaq istəmir. Biz o sahələri verməyə hazırıq, gedən yoxdur. Bu, risklərlə əlaqədar olan işdir və bu şirkətləri cəlb eləyə

bilmişiksə, böyük işdir. Orada uzunmüddətli tədqiqatlar aparılacaq və bunlar böyük risklərdir.

Ekoloji təhlükəsizlik məsələlərini, əlbəttə, fikirləşməliyik, təbiətimizi, millətimizi, özümüzü qorumalıyıq. Baş nəzarətçi olan “Mitsui

Mineral Development Enceniring Ko.” şirkəti bu sahədə dünyanın ən tanınmış, ən səriştəli şirkətlərindən biridir. Şirkət bunların

standartlara uyğun olmadığını təsdiq eləsə, keçməyəcək. Ona görə də həm dövlətin, həm də bu şirkətin nəzarəti var. Nəzarətçinin

burada maliyyə marağı yoxdur, onun bir marağı var: yaxşı nəzarətçi olduğunu isbat etmək. Ona görə də məndə şübhə yoxdur ki,

ekoloji məsələlərdə problem ola bilər.

Bu şirkətlər xüsusi təyinatla yaradılmışdır. Dünya təcrübəsi belədir, hər layihə üçün xüsusi təyinatlı şirkət yaradılır. Bu şirkətlər ya

Kayman adalarında, ya da Panamada qeydiyyatdan keçirlər. Elə ofşor zonaları var ki, tanınmış banklar, maliyyə qurumları orada

bir əməliyyat da keçirmir. Qanunvericiliyin dürüstlüyünə görə ofşor zonalarını hamı tanıyır. Bu şirkətlər də belə ofşor zonalarda

qeydiyyatdan keçmişlər. Biri də Bri-taniya Krallığında qeydiyyatdan keçib. Bunlar xüsusi təyinatlı şirkətlərdir və bu işlər üçün

yaradılıbdır.




Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə