Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Britaniya şirkətlərinə verilir. Bu nə ilə əlaqədardır? Əgər sərmayə qoyuluşu ilə əlaqədardırsa, Azərbaycan dövləti özünün

yataqlarını verir. Niyə 50 faiz olmasın? Bunun kökünü bilmək istəyirəm. Nə səbəbə 30–70 faiz götürülür? Burada böyük

məbləğdən söhbət gedir.

Şirkətlərlə əlaqədar danışmaq istəyirəm. Yəqin, Valeh müəllimdə 4 şirkətlə əlaqədar məlumat var. Sabah deyilməsin ki, onun

rəhbərliyində bizə düşmən olan dövlətlə əlaqədar insanlar fəaliyyət göstərirlər. Yəqin, bu barədə məlumat var. 24-cü maddədə

məxfilik məsələsi çox ciddi qoyulur. Əməliyyat Şirkətinin gördüyü işlərin məxfiliyi qorunub saxlanılmalıdır. Bu nəyə lazımdır?

Azərbaycan cəmiyyətinə həmin şirkətlərin apardığı işlərə dair şəffaf məlumat vermək əvəzinə məxfilik yüksək səviyyədə qorunub

saxlanılır. Ümumiyyətlə, bu kontraktda həmin şirkətlərə böyük əlavə hüquqlar verilir. Onlar faktiki olaraq əlavə dəyər vergisindən

tamamilə azad edilirlər. Yalnız 22 faiz mənfəət vergisi verirlər. Niyə onlar vergi ödəmirlər? Bu, torpaqla, yataqlarla, qızıl, mis və

əlvan metallarla əlaqədardır. Onlar niyə yalnız mənfəət vergisi ödəməlidirlər?

Digər tərəfdən, torpaqla əlaqədar bu şirkətlərə çox böyük hüquq verilir. Hətta mən deyərdim ki, torpaqla əlaqədar bu şirkətə

Konstitusiya hüququna uyğun hüquqlar verilir. Bu nə ilə əlaqədardır? Fikir verirsinizsə, şirkətdə kontrakt faktiki olaraq beynəlxalq

qanunlarla yox, İngiltərə qanunları ilə tənzimlənir. Bu niyə belədir? Niyə bu, beynəlxalq qanunlarla tənzimlənmir? Bayaq qeyd

etdiyim kimi, suallarımız çoxdur, amma burada hər sualı qaldırmaq istəmirik. Əgər bu kontrakt normal işləsə, Azərbaycanın

iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti olacaq və regionların iqtisadi inkişafına çox böyük təsir göstərəcəkdir. Diqqətinizə görə

sağ olun.



Sədrlik edən. Sağ olun. Yəqin, Valeh müəllim Sizin qaldırdığınız suallara açıqlama verəcək, amma mən Sizin dediyiniz bir

məsələyə qısa şəkildə aydınlıq gətirmək istərdim. Kontraktın şərtlərinin belə olmasının əsas məqsədi odur ki, o, cəlbedici olsun.

Bunlardan başqa onlarca şirkət Azərbaycanda olub, amma onların şərtləri on dəfə bundan ağır olub. Bu, cəlbedici məsələdir.

İqbal Ağazadə.



İ. Ağazadə. Çox sağ olun. Kontraktın verəcəyi xeyirdən daha çox bir məsələ mənim diqqətimi çəkir. Yadınızdadırsa, bundan

əvvəl Kanadanın bir şirkəti ilə müqaviləni ratifikasiya edən zaman mənim bir sualım olmuşdu ki, xahiş edirik, bu şirkət haqqında

bizə məlumat verin, çünki bizim aldığımız məlumata görə bu şirkət işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanla birgə

kəşfiyyat və qazıntı işləri ilə məşğuldur. Onda hörmətli komissiya sədrlərindən biri israrla bunu təkzib etdi və dedi ki, belə bir hal

yoxdur. Üstündən bir neçə ay keçmiş bizim ratifikasiya etdiyimiz həmin sənədin tərəflərindən biri haqqında Xarici İşlər Nazirliyinin

notası oldu. Biz faktiki olaraq bir kontraktla qarşı tərəfdə qeyri-qanuni surətdə qazıntı işləri ilə məşğul olan şirkətə öz ərazimizdə

hüquqlar verdik.

Mən ilk növbədə istərdim biləm ki, bu şirkətlər harada fəaliyyət göstərirlər? Onlar Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-

qanuni fəaliyyətlə məşğul deyillər ki? Bu, araşdırılıbmı? Sabah Ermənistanla işğal olunmuş Azərbaycan ərazilərindəki həmin

faydalı qazıntıların aşkarlanması və sair istiqamətdə nələr edəcək? Kontraktı imzalayan tərəflər heç bunları düşünübmü? Düzdür,

keçən dəfə də Kanada şirkəti ilə bağlı məsələ qaldıranda deyildi ki, bu, məhkəmələr yolu ilə çözülən bir məsələdir. Bu, məhkəmə

ilə çözülən məsələ deyil, dövlətin məsuliyyətidir. Çünki Birləşmiş Millətlər Təşkilatının üzvü olarkən Azərbaycanın ərazi bütövlüyü

tam qəbul olunub və Birləşmiş Millətlər Təşkilatının tanıdığı ərazi çərçivəsində Azərbaycana icazəsiz daxil olan hər hansı bir

şirkətin fəaliyyəti rəsmən beynəlxalq təşkilatlar tərəfindən də durdurulmalıdır. Ona görə hörmətli Valeh müəllim, mən Sizdən xahiş

edirəm ki, kontraktda iştirak edən tərəflərin fəaliyyət dairəsi barədə bizə geniş məlumat verəsiniz. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Əli Məsimli.

Ə. Məsimli. Çox sağ olun. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirə olunan saziş

Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və bir neçə rayonda olan yataqlara həsr olunub. Bu həm Kiçik Qafqaz regionundakı,

həm Naxçıvandakı, həm də Balakən rayonundakı yataqlara aiddir və böyük bir sahəni əhatə eləyir. Yataqların biri Qazax rayonu

yaxınlığındadır. Burada iqtisadi fəaliyyətin artması o rayonun inkişafına da, təbii ki, təsir göstərəcəkdir.

Mən sazişlə tanış olanda buna hasilatın pay bölgüsü prinsiplərinə nə qədər əməl olunması, bundan irəliyə, ya geriyə doğru

addımlar atılması kontekstindən baxdım. Nəzarət şirkətinin olmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, həmin

proseslərdə obyektivliyin təmin edilməsi nöqteyi-nəzərindən vacibdir. Eyni zamanda, aydın məsələdir ki, hasilatın pay bölgüsündə

əlavə dəyər vergisindən başqa, vergilərin hamısı sıfır dərəcəsindədir. Amma gömrükdə müəyyən dərəcədə faizlər nəzərdə tutulub

və təkmilləşdirilmiş qaydada dəyişilib. Bu cür bir sıra məqamları nəzərə alsaq, hər halda bu sazişin müəyyən üstünlükləri var.

Amma, təbii ki, burada bir sıra vacib cəhətlər var ki, onları araşdırmaq lazımdır. Birinci, burada qaldırılan məsələyə başqa

kontekstdən yanaşmaq istəyirəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi artıq işğal olunmuş Azərbaycan ərazisində 20-

yə yaxın xarici şirkətin işlədiyini aşkarlayıb və onların siyahısını tutub. Hesab edirəm, ictimaiyyət üçün bu sual çox aktualdır ki, bu

sazişdə iştirak edən şirkətlərin adı həmin siyahıda varmı?

İkinci, Valeh müəllim də xüsusi qeyd elədi, bu, xüsusi riskli, çətin bir sahədir. Əlbəttə ki, burada işləyən şirkətlərin həmin

istiqamətdə ciddi etibarlılığı olmalıdır. Açığını deyim ki, Almaniya şirkətləri istisna olmaqla başqa şirkətlərin bu sahədə bizi təmin

eləyən şəkildə səriştəsi olması barədə informasiya azdır. Burada adı çəkilən şirkətlərin hansı ölkələrdə fəaliyyət göstərməsi,

müsbət nəticə əldə etməsi və tanınması istiqamətində məlumatların olmasını vacib hesab edirəm ki, bu da Azərbaycan

ictimaiyyəti üçün çox gərəkli məsələdir.

Növbəti məsələ adı çəkilən yataqlarla bağlıdır. Bu yataqların bir hissəsində sovet hökuməti dövründə, bir hissəsində isə sovet

hökumətindən əvvəlki dövrlərdə müəyyən dərəcədə tədqiqatlar aparılıb. Onların bir hissəsi sənaye istehsalına hazırlanmış

səviyyədədir. Balakəndə hələ ötən əsrin əvvəllərində alman şirkəti müəyyən dərəcədə fəaliyyət göstərib. Görülən işlər təkrar

xərclərin artması kimi ortaya çıxmayacaqmı? Bunun qarşısını almaq üçün sazişdə etibarlı mexanizm varmı və görülən işlərin

dəyəri Azərbaycan hökuməti ilə adekvat münasibətlərdə necə hesablanacaq və necə aydınlaşacaq? Bu da müəyyən dərəcədə

mühüm əhəmiyyət kəsb edir. Məlumatlardan açıq-aydın görünür ki, həmin yataqlarda kifayət qədər tədqiqat və sair işlər aparılıb.

Ona görə də adı çəkilən xərclərin bir hissəsi uçota necə düşəcək? Hesab edirəm ki, bu, vacib əhəmiyyət kəsb edən məsələdir.

Sonra, qaldırmaq istədiyim ciddi məsələlərdən biri ondan ibarətdir ki, burada Azərbaycan tərəfinin öz üzərinə götürdüyü öhdəliklər

kifayət qədər yüksəkdir. Amma şirkətlərin götürdüyü öhdəliklərdə elə boşluqlar var ki, nəzarət şirkəti bu prosesi aparan zaman

onu nə dərəcədə tənzimləyə biləcək? Xüsusən bu, özünü arbitrajda ciddi şəkildə göstərir. Birinci mərhələdə tərəflər öz aralarında




Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə