Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]



H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.

Sağ olun, hörmətli Oqtay müəllim. Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq göz

önündədir. Biz Beynəlxalq Əmək Təşkilatı ilə, Beynəlxalq Valyuta Fondu ilə, YUNİSEF-lə və digər qurumlarla əməkdaşlıq edirik.

Belə təşkilatlardan biri də Ümumdünya Səhiyyə Təşkilatıdır. Sevindirici hal nədən ibarətdir? Bu il may ayının 17-si Cenevrədə

Ümumdünya Səhiyyə Təşkilatının ali orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyası keçirildi. Hamımız

televiziyadan bunu müşahidə elədik. Həmin sessiyada bizim deputat həmkarımız Mehriban xanım Əliyevaya ilk dəfə olaraq

səhiyyə sahəsində xidmətlərinə görə Doğramacı Fondunun xüsusi mükafatını verdilər. Bu bir daha göstərir ki, Azərbaycan əksər

beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bunlardan biri də nizamnaməsinə düzəliş etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatıdır. İki

düzəlişdir. Bunlar 24-cü və 25-ci maddələrə edilən düzəlişlərdir. Əsasən, texniki xarakterli düzəlişdir. “Dövlətlər” əvəzinə “şəxslər”

yazılır. Hesab edirəm ki, bu düzəlişə hamımız səs verərik. Diqqətinizə görə minnətdaram.



Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 6-cı məsələsi “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə

əməkdaşlığı haqqında (Kreditlərin zəmanət fondunun yaradılması) Sazişinin təsdiq edilməsi barədədir. İqtisadi siyasət daimi

komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında maliyyə əməkdaşlığı haqqında

Saziş iki dövlət arasında bərabərlik və qarşılıqlı fayda əsasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə, maliyyə

əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edir. Layihənin məqsədi kiçik və orta sahibkarlar üçün uzunmüddətli kreditlər əldə

etmək imkanını təmin etmək məqsədi ilə zəmanət fondu vasitəsi ilə beynəlxalq kapital bazarından yerli banklara vəsaitlərin cəlb

edilməsidir. Bu məsələyə komissiyada baxılıb, müsbət münasibət bildirilib. Sizdən xahiş edirəm ki, bu sazişə səs verin. Sağ olun.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 99

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdəki növbəti 9 məsələ Tacikistan Respublikası ilə bağlanan müqavilə və sazişlərdir. “Azərbaycan Respublikası və

Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı

Səməd Seyidov məlumat verəcək. Buyurun.

S. Seyidov.

 Çox sağ olun, cənab Sədr. Tamamilə düz buyurdunuz, Tacikistanla bağlı sənədlər Milli Məclisə cənab Prezident

tərəfindən təqdim olunmuşdu. Onlardan birincisi “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və

əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədədir. Bu sənəd 2007-ci il martın 15-də Düşənbə şəhərində Azərbaycan

Respublikasının Prezidenti və Tacikistan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Çox vacib və əhəmiyyətli sənəddir.

Ona görə ki, Orta Asiya ilə münasibətlərimiz getdikcə inkişaf edir. Başqa ölkələrlə – Qazaxıstanla, Türkmənistanla, Özbəkistanla

bu sahədə münasibətlərimiz geniş idi, Tacikistanla isə indi başlayır.

Çox sevindirici haldır ki, paket şəklində hər bir sahəni əks etdirən müqavilələr bu gün parlamentin müzakirə obyektinə çevrilir.

Onlardan birincisi dostluq və qarşılıqlı əməkdaşlıq haqqındadır. Bütün beynəlxalq sənədlərə – Azərbaycanın və Helsinki Yekun

Aktına, Yeni Avropa üçün Paris Xartiyasına uyğun olan bir sənəddir. Ona görə komissiya həm bu sənədə, həm də bütün başqa

sənədlərə müsbət fikrini bildirmişdir. Mən bu gün komissiyanın adından millət vəkillərindən xahiş edirəm ki, bu sazişə səs

versinlər. Diqqətinizə görə sağ olun.



Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)


Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]



Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 2

İştirak edir 99

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

8-ci məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız

gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Əli Hüseynov, buyurun.



Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.

Çox sağ olun, cənab Sədr. Artıq həmkarım Səməd müəllim qeyd etdi, Tacikistan və Azərbaycan arasında dostluq müqaviləsinin,

o cümlədən digər sazişlərin imzalanması iki dövlət arasında dostluq münasibətlərini gələcəkdə inkişaf etdirmək məqsədini güdür.

Təbii ki, dövlətlərin vətəndaşlarının qarşılıqlı surətdə gediş-gəlişinin hüquqi tənzimlənməsi də bu münasibətlərdən ötrü vacibdir.

Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız

gediş-gəlişi haqqında” Saziş zəruridir. Millət vəkillərindən bu sazişə səs verməyi xahiş edirəm. Çox sağ olun.



Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)

Lehinə 101

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 102

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

9-cu məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və

qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.



Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq burada qeyd olundu, Azərbaycan ilə Tacikistan Respublikası

arasında iqtisadi həyatın bütün sahələrində əməkdaşlıq yeni mərhələyə gəlib çıxıb. Azərbaycan Respublikası Hökuməti ilə

Tacikistan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş də bu məsələyə xidmət

edir. Sazişin əhəmiyyəti barədə çox danışmaq istəmirəm. Hesab edirəm ki, sazişin təsdiqi hər iki dövlət arasında investisiya

münasibətlərinin təkmilləşməsinə xidmət edəcəkdir. Sağ olun.

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)

Lehinə 98

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 100

Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Gündəliyin 10-cu məsələsi “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi

əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.



Z. Səmədzadə. Saziş iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək, gücləndirmək, habelə əmtəə və xidmətlərin

mübadiləsini təşkil etmək məqsədi ilə bağlanmışdır. Razılığa gələn tərəflər öz aralarında ticarət əlaqələrinin inkişaf etdirilməsi və

gücləndirilməsi üçün qanunvericiliklərinə uyğun olaraq bir-birinə ən əlverişli şərait və şərtlər tətbiq edəcəklər. Sazişin əhəmiyyətini

nəzərə alaraq ona səs verməyinizi xahiş edirəm. Sağ olun.



Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 100

Nəticə: qəbul edildi



Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 11-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi

sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Tacikistan və Azərbaycan arasında bağlanmış bu saziş iki ölkə arasında gömrük münasibətlərinin və gömrük

məsələləri üzrə qarşılıqlı yardımın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sazişin əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət

qarşılıqlı informasiya mübadiləsi edir. Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, təsdiq edilməsi və ona qarşı

mübarizə aparılması məqsədi ilə hər iki tərəf bir-birlərini zəruri məlumatlarla təmin edəcəkdir. Saziş çox mühüm əhəmiyyət kəsb

etdiyi üçün ona səs verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 100

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdəki 12-ci məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında standartlaşdırma,

metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad

Səmədzadə, buyurun.

Z. Səmədzadə. Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti iki dövlət arasında iqtisadi və ticarət

əlaqələrində texniki maneələri aradan qaldırmaq, beynəlxalq və regional təşkilatların standartlaşdırma, metrologiya,

sertifikatlaşdırma və akkreditasiya sahəsində qəbul etdiyi prinsip və normalara əsaslanaraq bu sahədə əməkdaşlığı inkişaf

etdirmək üçün bu sazişi imzalamışlar.

Sazişə görə tərəflər standartlaşdırma, metrologiya, sertifikatlaşdırma üzrə qanunvericilik, normativ və metodik sənədlərin işlənib

hazırlanmasında, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma milli sistemlərinin sonrakı inkişafı və harmonizasiya

olunmasında əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirəcəklər. Ümumiyyətlə, bu sahədə beynəlxalq standartlara uyğun

gələn normativlərin işlənib hazırlanmasına və əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq bu sazişə müsbət münasibət

bildirməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)

Lehinə 100

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 101

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

13-cü məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində

əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.



Z. Səmədzadə. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dəmir yolu nəqliyyatı sahəsində birgə fəaliyyətin

əlaqələndirilməsində mühüm rol oynayan saziş bərabər hüquqi tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq

bağlanmışdır. Bu saziş hər iki ölkənin ərazisində tranzit və birbaşa beynəlxalq dəmir yolunun, yük və sərnişin daşınmalarının

inkişafında vacib rol oynayacaq. Sazişin əhəmiyyətini nəzərə alaraq ona səs verməyinizi rica edirəm. Diqqətinizə görə sağ olun.



Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)

Lehinə 92

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 94

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdəki 14-cü məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında beynəlxalq

avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.



Z. Səmədzadə. Saziş hər iki dövlət arasında nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır. Saziş

hər iki dövlətin ərazilərində tranzit və avtomobil əlaqələrinin gələcək inkişafına yardım edəcəkdir. Sazişə uyğun olaraq tərəflərin




Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

dövlətləri arasında və onların ərazilərindən tranzitlə, həmçinin üçüncü ölkəyə (ölkədən) sərnişin və yük daşımaları tərəflərdən

birinin dövlətinin ərazisində qeydiyyata alınmış avtonəqliyyat vasitəsi ilə həyata keçiriləcəkdir. Sazişdə digər maddələr də nəzərdə

tutulmuşdur ki, bu da bütövlükdə beynəlxalq avtomobil əlaqələrinin inkişafına yardım edəcəkdir. Sazişə müsbət münasibət

bildirməyinizi xahiş edirəm. Sağ olun.



Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 96

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdə duran növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hava

əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.



Z. Səmədzadə. Hava əlaqəsi haqqında saziş hər iki dövlət arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Bu sazişin

bağlanmasında məqsəd hər iki dövlətin müvafiq əraziləri arasında və onların hüdudlarından kənarda hava əlaqəsini yaratmaqdır.

Sazişin müsbət cəhətlərindən biri daşınma hüquqlarının verilməsidir. Belə ki, hər bir razılığa gələn tərəf beynəlxalq hava

daşımalarını yerinə yetirmək üçün digər tərəfə müvafiq hüquqlar verəcəkdir. Sazişin əhəmiyyətini nəzərə alaraq ona səs

verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.22 dəq.)

Lehinə 92

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 2

İştirak edir 94

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsinə

keçirik. Eldar Quliyev, buyurun.



E. Quliyev,

 Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.

Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyev

tərəfindən Konstitusiyanın 96-cı maddəsi rəhbər tutularaq “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa

dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. 2006-cı ildə qəbul edilmiş “Fitosanitar

nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələrindən bəhs edən 9.0.2-ci

maddəsindən “istehsalına dair proqramlar hazırlamaq və onların” sözlərinin və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi

maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələrindən bəhs edən 28.1.1-ci maddəsindən “Azərbaycan Respublikasında

pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramı hazırlayıb təsdiq etmək və onun həyata keçirilməsini təmin

etmək” ifadəsinin çıxarılması təklif olunur.

Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda Azərbaycan Respublikasında pestisidlərə və bioloji preparatlara tələbat 1000 tondur.

Azərbaycanda pestisidlərin və bioloji preparatların istehsalı üçün zavod yoxdur. Belə bir zavodun istehsal gücü isə minimal olaraq

6–7 tondur. Bununla yanaşı, pestisidlərin və bioloji preparatların istehsalı üçün bioloji və kimyəvi maddələr tələb olunur ki, bunlar

da xaricdən gətirilməlidir. Bildiyiniz kimi, bu zavodlar həm Rusiyada, həm də Türkiyədə var. Ona görə belə bir zavodun yenidən

Azərbaycanda tikilməsini səmərəsiz hesab edirik. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.22 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 0

İştirak edir 96

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin növbəti məsələsi “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədədir.

Hadi Rəcəbli, buyurun.



H. Rəcəbli. Hörmətli Sədr, bu düzəlişin mahiyyətində bir fikir durur. Dünyada turizmlə bağlı olaraq daha çox rekreasiya


Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]



MEQA

 şirkətinin istehsalı

obyektlərindən istifadə edirlər. Bunlar meşələr, mədəniyyət obyektləri və tarixi obyektlərdir. “Rekreasiya” sözünün mənasını bilmək

lazımdır. “Rekreasiya” sözü latın dilində istirahət deməkdir. Ona görə “turizm və rekreasiya zonaları” ifadəsini “Əsas anlayışlar”a

əlavə edirik. Orada hər şey aydın şəkildə yazılıb. Mən hesab edirəm ki, bu düzəlişin edilməsinə ehtiyac var, çünki Azərbaycanın

gələcək perspektivində turizm və rekreasiya zonalarının inkişafına xüsusi diqqət yetiriləcək. Deputat həmkarlarımdan xahiş edirəm

ki, bu dəyişikliyə səs versinlər. Sağ olun.

Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.26 dəq.)

Lehinə 94

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 0

İştirak edir 95

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Nəhayət, gündəlikdəki sonuncu məsələ “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi

və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası

Qanununun tətbiqi ilə əlaqədar “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik

edilməsi barədədir. Yevda Abramov, buyurun.



Y. Abramov,

 Milli Məclisin İnsan hüquqları daimi komissiyası sədrinin müavini.

Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan

Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsi təqdim olunub. Bu qanuna dəyişiklik edilməsi

qanunvericilik sisteminin təkmilləşdirilməsi, normativ hüquqi aktlar arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədini

daşıyır. 2006-cı il oktyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Rabitə haqqında” Azərbaycan

Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Qanun qəbul edilmişdir. Məhz bununla əlaqədar olaraq

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Müzakirənizə təqdim olunan layihə sözü gedən dəyişikliyi özündə ehtiva edir. Hesab edirəm ki, “Kütləvi informasiya vasitələri

haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsini nəzərdə tutan bu layihənin qəbul edilməsi

məqsədəmüvafiqdir. Ona görə də deputat həmkarlarımdan bu dəyişikliyə müsbət rəy vermələrini xahiş edirəm. Sağ olun.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Bu, texniki dəyişiklikdir, İlyas müəllim. Buyurun.

İ. İsmayılov. Bu məsələ hər dəfə qalxır. Mən hesab edirəm ki, birbaşa qüvvədə olma barədə müddəanı sahə qanunlarına aid

etmək olmaz. Bu, qanuna hörmətsizlikdir. Mən təklif edirəm, bu çıxarılsın.



Sədrlik edən. Bunun dəyişikliyə nə dəxli var?

İ. İsmayılov. 5-ci maddədə göstərilib. Ümumiyyətlə, buradan çıxarılmalıdır.

Sədrlik edən. Burada bir söz dəyişdirilib. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.29 dəq.)

Lehinə 93

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 2

İştirak edir 96

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Hörmətli deputatlar, gələn iclasın vaxtı barədə sizə məlumat veriləcək. Sağ olun.

Azərbaycan

Konstitusiya

Dövlət rəmzləri

Qanunlar

Heydər Əliyev xatirə zalı

Foto arxiv

Milli Məclisin Sədri

 

Milli Məclisin tərkibi



 

Komitələr

 

Milli Məclisin orqanları



 

Prosedur qaydaları

 

Milli Məclisin tarixi



 

Beynəlxalq fəaliyyət

 

Aparat


 

Milli Məclisin informasiya məsələləri

 

Kitabxana



 

Milli Məclis jurnalı

 

Parlament Kuboku-2011



 

© Azərbaycan Respublikasının Milli Məclisi, 2007

İstifadə qaydaları

 | Ünvan | 

Linklər

 | 


Saytın xəritəsi


Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]



Document Outline

  • parliament.az
    • Milli Məclis

Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə