Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Mən həm də başqa bir məsələ – Binəqədi rayonundakı qaz problemi ilə bağlı çıxış etmək istəyirəm. Binəqədi ərazisindən seçilən

deputat həmkarlarımla da bu məsələ ilə bağlı fikir mübadiləsi aparmışıq. Qış, yay, yaz olsun, dəxli yoxdur, bu rayonda qaz

problemi düzəlmir. Sönük, çox zəif qaz gəlir. İşığın qiyməti qaldırılandan sonra, deyəsən, “qazın da qulağına” nə isə çatıb. Son

dövrlərdə qaz da səs-küylə yanmağa başlayıb. “Pır-pır” səs gəlir. Mütəxəssislərdən soruşanda bəlli olur ki, ora hava vururlar.

Mənim seçicilərimdən biri də hörmətli Pənah Hüseyndir. Onun da şikayəti ondan ibarətdir ki, qaz gəlmir, amma hava vururlar və

sayğac işləyir. O sayğacların standartı var. Standart qaydasında bəlli təzyiqdən aşağı olduqda işləməməlidir. Amma görünür ki, o

sayğacların da qulağına nə isə deyiblər. “Ağıllı” sayğaclardır, işləməkdə davam edirlər.

Başqa bir problem də sovet dövründən tikilən eksperimental binalarla bağlıdır. Həmin binalara qaz çəkilməyib, ora yalnız işıq

verilir. Belə binalardan üçü mənim seçildiyim dairənin ərazisindədir. 12 mərtəbəli binalardır. Süleyman Sani Axundov küçəsində

yerləşən binaların sakinləri bununla bağlı çox şikayətlər ediblər, amma təəssüflər olsun ki, hələ onların şikayətinə qulaq asan

yoxdur. İş burasındadır ki, işığın qiyməti qalxandan sonra həmin adamlar 100, 150, 200 manat pul ödəməli olurlar. Onlar istəyirlər

ki, biz bu problemin həllində onlara yardımçı olaq. Ya həmin binaya qaz çəkilsin, ya da 2004-cü ilə qədər işıq pulunun

ödənilməsində onlara dövlət səviyyəsində 50 faiz güzəşt olub, həmin qayda yenidən tətbiq olunsun. Xahiş edirəm, biz bu

məsələdə onlara yardımçı olaq və həmin güzəşt onlara tətbiq olunsun. Əks təqdirdə, yəqin ki, qəbul olunan qanuna görə işıq

pulunu ödəmədiklərinə görə onlara qarşı cinayət işi qaldırmalı olacaqlar. Sağ olun.

Sədrlik edən. Sağ olun. Arzu Səmədov bir az bədii dildə danışır. Deyir ki, “qazın qulağına pıçıldayanda” qaz “pır-pır” edir. Qazla

havanı qarışdırmırlar. Bu, düzgün söhbət deyil. Hərdən o qaza başqa maddə vururlar ki, boru xətləri təmizlənsin. Fuad Muradov.



F. Muradov.

 Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sessiyanın uğurlu nəticələri ilə bağlı hamınızı təbrik edirəm.

Hesab edirəm ki, dövlət və millət naminə uğurlu işlər görülüb.

Çox vaxt burada aparılan təmir və quruculuq işləri ilə bağlı fikirlər səslənir. Mən hesab edirəm ki, parlamentdə çox yüksək

səviyyədə işlər görülüb. Başqa ölkələrdən gələn nümayəndə heyətləri dəfələrlə vurğulayıblar ki, belə bir inkişaf, belə bir yenilik,

şərait heç bir parlamentdə yoxdur. Mənə elə gəlir, həm cənab Prezident İlham Əliyevə, həm də parlamentin rəhbərliyinə

təşəkkürümüzü bildirməliyik ki, bizə belə bir şərait yaradılıb. İndi ölkədə, dövlətdə vəsait var və bundan səmərəli istifadə olunur.

İnsanların gözü həm gözəl işlər görür, həm də rahatlıq olur. Mənə elə gəlir ki, biz hamımız bunu alqışlamalıyıq.

Mən də Əli Əhmədovun kütləvi informasiya vasitələri ilə bağlı dediklərinə qoşuluram. Son vaxtlar bəzi kütləvi informasiya vasitələri

azğınlaşıb. Nə kiçik bilirlər, nə də böyük. Amma özlərinin hər hansı bir məsələsini böyük bir faciə kimi cəmiyyətə çatdırmaq

istəyirlər. Cəmiyyət artıq onlara cavabını verib. Bu ondan ibarətdir ki, cəmiyyət belə kütləvi informasiya vasitələrinin

nümayəndələrini görmək istəmir. Burada kiminsə nə sifarişi olub, nə də istəyi. Bu, millətin, camaatın fikridir. Mən gənclərin

arasında oluram, bunu hiss edirəm. Ölkədə bu qədər müsbət işlər görülür, quruculuq işləri gedir, amma bunu görmürlər. Mənə elə

gəlir ki, buna biganə qalmamalıyıq və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik etmək lazımdır.

Sonra, siz bilirsiniz ki, Azərbaycanda yüksək səviyyədə yollar çəkilir və təbii ki, infrastruktur da bununla bağlı müasirləşir. Ona

görə də yol müfəttişləri dəfələrlə məndən xahiş ediblər ki, biz bu məsələyə baxaq. Yəni yol cərimələrinin məbləğini qaldırmaq

lazımdır. Çünki köhnə cərimələr qalıb. Biz dəfələrlə rastlaşmışıq ki, qanunu pozur, ödəyir və çıxıb gedir. Ona görə də mən hesab

edirəm ki, bu cərimələrin məbləğini qaldırmaq lazımdır. İnsanlar cəriməni ödəyəndə hiss etməlidirlər ki, qanunu pozublar və

ödədikləri simvolik məbləğ deyil.

İndi səsləndirəcəyim növbəti məsələyə, hesab edirəm ki, növbəti sessiyada baxıla bilər. Bu da kommunal xidmətlə, xüsusən də

məişət təsərrüfatı tullantıları ilə bağlıdır. Səbail rayonunun sakinləri bu barədə mənə dəfələrlə müraciət ediblər. Bununla bağlı bəzi

problemlər yaranıb. Xüsusən də qarşıdan yay ayları gəlir. Müvafiq dövlət qurumlarına müraciət etmişik, amma hələ də bu işdə

irəliləyiş yoxdur.

Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.

P. Hüseyn.

 Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən tamamilə başqa bir məsələyə toxunmaq istəyirdim, amma hörmətli

Əli müəllimin və Fuad Muradovun dedikləri məni məcbur etdi ki, bu barədə mövqeyimizi bildirək. Həbsdə olan jurnalistlərin və baş

redaktorların sayına görə Azərbaycan dünyada birinci yerdədir. Jurnalistlərə qarşı törədilən üstü açılmamış cinayətlərin sayına

görə də dünyada birinci yerdəyik. 12 jurnalistə qarşı hücumla bağlı müvafiq hüquq mühafizə orqanları təhqiqata başlasalar da,

heç birinin üstü açılmayıb. Sizi − hörmətli mətbuatın əleyhinə olanları təbrik edirəm. “Azadlıq” və “Yeni müsavat” qəzetlərinin baş

redaktorları Qənimət Zahid və Rauf Arifoğlu haqqında ittiham qaydasında Yasamal rayon məhkəməsində iş başlayıbdır. İndi belə

çıxır ki, biz onların da həbsinin şahidi olacağıq.

Son həftədə 3 ən populyar qəzet bağlanıbdır. “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” və “Bakı Xəbər” qəzetləri öz

yayımlarını və istehsalını dayandırıblar. Onlarca jurnalist işsiz qalıbdır. Yəni bütün bunlardan sonra tələb etmək ki, guya

Azərbaycanda azadlıq var və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna yenidən baxmaq lazımdır, mən hesab edirəm ki,

daha bundan o tərəfə... Hörmətli Əli müəllimin rəhbərliyində olduğu Yeni Azərbaycan Partiyasının siyasətinin nəticəsidir ki,

Azərbaycanın adı bu gün müxtəlif hesabatlarda hallanır. İndi bizim dostlarımız, düşmənlərimiz bunlardan istifadə edirlər, bunlar

məlumdur. Onlara bəhanə, dəlil, sübut verən də, Azərbaycanı biabırçı hesabatlara salan da mətbuata, jurnalistlərə qarşı olan

həmin bu siyasətdir. Hələ üstəlik bunun başqa qaydalarla dəyişdirilməsini istəyirik.

Hörmətli Oqtay müəllim, Milli Məclisin maddi məsələlərindən başqa, mənəvi tərəfi olan məsələlər da var. Sizin maaşınız, yəni Milli

Məclis Sədrinin maaşı Prezidentin İcra Aparatının şöbə müdirinin maaşından aşağıdır. Deməli, mətbuatda doğru yazılır ki,

Azərbaycan Respublikasının Milli Məclisi Prezidentin İcra Aparatının şöbəsidir. Amma deyəsən, heç şöbəsi də deyil, çünki onların

maaşı Sizdən daha artıqdır. Belə çıxır ki, sektordur, bölmədir.

Mən sonda bir daha diqqəti kənd təsərrüfatında yaranan vəziyyətə yönəltmək istəyirəm. Kənd təsərrüfatının, xüsusi ilə də

pambıqçılığın gübrələrlə və suvarma ilə təchizatında fövqəladə vəziyyət yaranıbdır. Mən əlaqədar orqanları bu məsələyə diqqət

yetirməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.



Sədrlik edən. Hörmətli Pənah bəy, deyirsiniz ki, Milli Məclis Prezidentin İcra Aparatının sektorudur. Bu sənin çox böyük səhvindir.

Bunu sənin dediyin jurnalistlər yazırlar. Sənin o jurnalistlərin yazırlar ki, Oqtay Əsədov soyuducular zavodunu alıb, Belarus




Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə