Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
48
mayor Aşot Qaloyanın, Rusiya Federal Əks-Kəşfiyyat Xidmətinin Terrorçuluqla Mübarizə İdarəsinin
baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən
erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və
Valeri Petrosyannın rəhbərlik etdiyi “TİRR” Assosiyasi tərəfindən maliyyələşdirilən həmin qrup
Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu
şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif
müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.
Azərbaycan Respublikasının Konstitusiya quruluşu, suverenliyi və ərazi bütövlüyü üçün
təhlükə yaradan separatçılıq fəaliyyətinə qarşı mübarizə dövlətin təhlükəsizlik orqanlarının qarşısında
duran ən mühüm vəzifələrdən biridir. Çoxmillətli dövlət kimi respublikamızın mühüm coğrafi
mövqeyə və zəngin təbii sərvətlərə malik olması, onu xarici ölkələrin gərgin mübarizə məkanına
çevirməklə müasir dövrdə separatçılıq və terrorizmlə mübarizəsini daha da aktuallaşdırmışdır.
Nəticə
Bu gün terrorizm və separatizm siyasi zorakılıq vasitəsi olaraq, dünyanın yenidən nizamlaması
uğruda gedən mübarizədə bir siyasi rıçaqdır. Onlara qarşı mübarizə aparmaq üçün istər yerli, istərsə
də beynəlxalq səviyyədə qəbul olunmuş müəyyən prinsip və metodlar olsa da, bu proseslər hələ də
davam edir və bunun üçün bütün dünya dövlətləri üçün vahid hesab edilən bir qayda və yaxud
mübarizə yolları yoxdur. Bu da ondan xəbər verir ki, separatçılıq və terrorçuluq güc dövlətləri üçün
bir qazanc mənbəyidir və onların milli maraqlarına xidmət edən, təbii ki də günahsız insaların qanı
bahasına başa gələn “siyasi oyun” vasitələridir. Burada əsas “güc dövlət”lərinin strateji siyasi və
iqtisadi maraqlarıdır, terrorun qurbanı isə bu siyasi gedişlərdə uduzan tərəflər-“zəif dövlətlər”dir.
Dostları ilə paylaş: |