Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

46 
– Lap uşaqsız! – dedi. – Geci-tezi hamımız buna öyrəşməliyik... – sonra taxtı 
göstərdi: – Yaxşı, burada yataram. Getməyin də mənası yoxdur. Sabah doqquzda 
təşrih edəsiyəm. Lap öz evim kimi yataram. O qədər gecə növbəsində qalmışam ki! 
Razı qaldınız? 
Joan başını tərpətdi. Hələ də Ravikin yanında dayanmışdı. 
– Gərək, səkkizin yarısında çıxam. Çox tezdir, sizi oyadacağam. 
– Eybi yoxdur. Durub sizə səhər yeməyi hazırlayaram. 
– Heç nə lazım deyil. Yaxındakı kafedə yeyərəm. Sadə fəhlə kimi romla qəhvə, bir 
dənə də kökə götürərəm. Sonrası da xəstəxanada... Ejeniyə deyərəm, vanna 
hazırlayar. Yaxşı, qalaq... İki didərgin bir yerdə... çarpayı sizin olsun. İstəyirsiniz, 
soyunub yerinizə girənə kimi, aşağı,– o qoca qapıçının yanına gedim. 
– Xeyr. 
– Qaçmaram! Bizə bəzi şeylər də lazımdır: balınc, adyal... 
– Zəngi çalaram, gəlib gətirər... 
– Bunu özüm də eləyərəm, – Ravik düyməni axtardı. – Belə şeyləri kişi eləsə, 
yaxşıdır. 
Qapıçı o dəqiqə gəldi. Əlində konyak şüşəsi tutmuşdu. 
Ravik: 
– Bizi nə hesab eləyirsiniz? – dedi. – Çox sağ olun, ancaq unutmayın ki, biz 
müharibədən sonrakı nəslin nümayəndəsiyik. Bir adyal, balınc, bir dənə də mələfə 
gətirin. Burada qalası oldum. Bayır soyuqdur, bərk yağır. İkicə gündür 
sətəlcəmdən durduğum. Verə bilərsiniz? 
– Əlbəttə, müsyö. Elə ağlıma gəlmişdi də... 
– Yaxşı, – deyə Ravik siqaret yandırdı. – Dəhlizdə gözləyirəm. Astanadakı 
ayaqqabıları sayacağam. Bu idmanla çoxdan məşğul oluram. – Birdən Joanın 
baxışlarını öz üzərində hiss elədi. – Qaçmaram! Mən misirli Yusif deyiləm ki, 
paltomu qoyub qaçam... 
Qapıçı şeyləri gətirdi. Raviki dəhlizdə görəndə üz-gözü işıqlandı: 
– Belə şeyə təsadüfi halda rast gəlmək olur, – dedi. 
– Mən də təsadüfi hallarda belə eləyirəm. Bir ad günümdə, bir də milad 
bayramında. Bura verin, gedəndə özüm apararam. Bu nədir belə? 
– İkincisidir. Dediniz, sətəlcəm olmusunuz. 
– Əla! Ancaq mən ciyərlərimi konyakla qızışdırıram. – Ravik cibindən pul çıxardı. 
– Müsyö, yəqin ki, pijamanız yoxdur. Verə bilərəm. 
– Sağ ol, qardaş, – Ravik qocaya baxdı: – Mənə balaca olar. 
– Əksinə, lap əyninizə olacaq. Təptəzədir. Öz aramızda qalsın, bir amerikalı pay 
verib. Ona da bir qadın bağışlayıbmış. Mən belə şeylər geymirəm. Mənimki 
tuman-köynəkdir. Lap təzədir, müsyö. 
– Yaxşı, gətirin. Baxaq, görək necə şeydir. 
Ravik dəhlizdə gözlədi. Qapıların ağzında üç cüt ayaqqabı vardı. Onlardan bir cüt 
boğazı rezinli çəkmə idi. Həmin otaqdan bərk xorultu səsi gəlirdi. O birilər isə 
qəhvəyi rəngli kişi ayaqqabısı və dikdaban düyməli, lak qadın çəkmələri idi. Onlar 
da həmin qapının ağzına qoyulmuşdu və yanaşı dursalar da, elə bil, hərəsi bir 
dərəyə atılmışdı... 


47 
Qapıçı pijamanı gətirdi. Əntiqə şey idi... Süni göy ipəkdən tikilmişdi, üstünə də 
qızılı ulduzlar çəkilmişdi. Ravik bir xeyli dinməz-söyləməz ona tamaşa elədi. 
– Əntiqə şeydir, eləmi? – qapıçı qürur hissi ilə soruşdu. 
– Heyif! – Ravik təəssüfləndi. – Bunu seçən qadına məmnuniyyətlə baxardım. – 
Pijama lap təzə idi və «Maqazin de Luvr»da büküldüyü kağızdan açılmamışdı. 
– Bu gecəlik sizin olsun. Almaq lazım deyil, müsyö. 
– Haqqı nə olacaq? 
– Nə verəsəniz... 
– Fransız deyilsiniz? 
– Xeyr, fransızam. Sən-Nazarlıyam. 
– Onda amerikanlarla əlaqə sizi korlayıb... Buna baxmayaraq... belə pijamaya nə 
versən, dəyər. 
– Xoşunuza gəldiyi üçün çox şadam. Gecəniz xeyrə qalsın, müsyö. Sabah gəlib 
xanımdan alaram. 
– Səhər tezdən özüm gətirib verərəm. Məni səkkizin yarısı oyadın. Qapını astaca 
döyün, eşidərəm. Gecəniz xeyrə qalsın... 
– Bir buna baxın, – deyə Ravik içəri girən kimi pijamanı Joana göstərdi. – Şaxta 
babanın paliarına oxşayır. Bu qapıçı lap aləmdir. Hələ geyəcəyəm də! Bir az 
gülməli görünmək üçün təkcə cəsarət yox, həm də ürək lazımdır. 
O, yumşaq taxtda özünə yer düzəltdi. Harada yatmağının fərqi yox idi: ya bura 
olsun, ya da öz mehmanxanası. Dəhlizdə babat bir vanna otağı tapmışdı və 
qapıçıdan da təmiz diş şotkası almışdı. Başqa heç nə lazım deyildi. Bu qadın da 
olsun onun xəstələrindən biri... 
O, su stəkanını konyakla doldurdu, qadının yanına qoydu. 
– Zənnimcə, bu, sizə bəs eləyər, – dedi, – belə yaxşıdır. Hər dəfə təzədən durub 
süzəsi olmaram. Şüşə ilə o biri qədəh də mənim. 
– Qədəh lazım deyil, elə ondan içərdim... 
– Daha yaxşı. – Ravik yumşaq taxtda yerini rahatladı. Qadının onun yeri ilə 
maraqlanmaması xoşuna gəldi. İstədiyi də elə bu idi. Allaha şükür ki, bir para 
evdar qadınlar kimi zəhlətökənlik eləmirdi. 
Ravik qədəhini doldurub, şüşəni döşəmənin üstünə qoydu. 
– Nuş olsun! 
– Nuş olsun! Həm də sağ olun ki... 
– Hər şey qaydasındadır. Onsuz da, belə yağışda getməyə heç özümün də həvəsim 
yox idi. 
– Yenə yağır? 
– Bəli. 
Bayırdan gələn zəif tıqqıltı otağa çökmüş sükutu səksəndirirdi. Elə bil, nəsə 
bomboz, qəribə, heç nəyə oxşamayan, kədərin özündən də kədərli bir şey içəri 
girməyə yol axtarırdı. Sanki, uzaq, pünhan bir xatirə, sonu görünməyən dalğa idi, 
əvvəllər qabağına qatıb qova-qova gətirdiyi, sonralar hansı adadasa yaddan çıxarıb 
qoyduğu şeyləri – zərrə qədər insanlığı, işığı, düşüncələri təzədən götürüb 
aparmaq, haradasa basdırmaq istəyirdi... 
– İçmək üçün yaxşı gecədir. 


– Bəli. Ancaq tək qalmaq üçün də pis. 
48 
Ravik bir anlığa susdu, sonra dedi: 
– Hamımız buna öyrəşməliyik. Əvvəllər bizi bağlayan tellər indi qırılıb. Biz, sapı 
qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq. İndi heç nə etibarlı deyil. – 
O, qədəhini təzədən doldurdu. – Uşaq vaxtı bir gecə çəmənlikdə yatmışdım. Yay 
idi, səma da lap aydın... Yuxuya getməmişdən qabaq gördüm ki, Qütb ulduzu 
meşələrin qurtaracağında üfüqdən asılıb. Sonra gecənin bir yarısı ayıldım. Qütb 
ulduzu indi düz başımın üstündə idi. Bu heç vaxt yadımdan çıxmır. Başa düşdüm 
ki, yer də bir ulduzdur, fırlanır. Bunu eşitmişdim, kitablarda oxumuşdum, ancaq 
görməmişdim. İndi birinci dəfə hiss elədim ki, doğrudan da, elədir. Yerin 
nəhayətsiz bir boşluqda səssiz-səmirsiz uçduğunu duydum. Bunu o qədər aydın 
hiss elədim ki, hətta sürüşüb yıxılmaqdan qorxdum. Bəlkə də, dərin yuxudan ayılıb 
hələ özümə gəlməmiş nəhayətsiz səmaya birdən-birə baxdığım üçün belə oldu. 
Onda mənə elə gəldi ki, üstündə dayandığımız yer də çox etibarlı deyil. Elə o 
vaxtdan da heç möhkəmlənməyib... – Əlindəki dolu qədəhi içdi. – Bu, bəzi şeyləri 
çətinləşdirsə də, çox şeyi asanlaşdırır... – Joana tərəf baxdı. – Bilmirəm, bəlkə də, 
yatmısınız. Yorulmusunuzsa, heç cavab verməyin. 
– Hələ yox. Beynimin harasısa hələ oyaqdır. Həm oyaq, həm də buz kimi... 
Ravik şüşəni döşəmənin üstünə qoydu. Otağın isti havasından canına qəribə bir 
yorğunluq yayıldı. Kölgələr yenə sayrışmağa başladı... Yad otaq... Gecə... Bayırda 
isə yağışın uzaqlardan gələn təbil səsi kimi yeknəsəq şırıltısı... Sonsuzluğun lap 
qurtaracağında zəif işıq gələn bir koma... Nəhayətsiz heçlikdə közərən mənasız bir 
işartı... Və bir də gözünü zilləyib danışdığın bir sifət... 
– Siz bunu heç hiss eləmisiniz? – deyə soruşdu. 
Qadın bir anlığa susdu: 
– Eləmişəm, – dedi. – Ancaq belə yox... Başqa cür... Günlərlə kəlmə kəsməyə 
adam olmayanda, gecələr tək-tənha küçələri dolaşanda... Hər yerdə harasa tələsən, 
öz ev-eşiyi olan adamlar... Bircə mənim heç nəyim yox idi. Sonra hər şey 
yavaşyavaş 
dumanlanmağa başladı, elə bil, boğulmuşdum, suyun altında, qəribə bir 
şəhərdə dolaşırdım. 
Pilləkəndən addım səsləri eşidildi. Açar cingildədi, qapı çırpıldı. Sonra su şırıltısı 
gəldi. 
– Heç kəsi tanımırsınızsa, onda niyə Parisdə qalırsınız? – deyən Ravik hiss elədi ki, 
yuxu onu yavaş-yavaş aparır. 
– Bilmirəm. Bəs hara gedim? 
– Qayıdası yeriniz yoxdur? 
– Xeyr, gedəsi yerim yoxdur. 
Külək yağışı pəncərəyə çırpırdı. 
– Bəs Parisə nəyə gəlmişdiniz? 
Joan cavab vermədi. Ravikə elə gəldi ki, o yatıb. 
– Raçinski ilə Parisə ayrılmağa gəlmişdik. – Qadının sonradan verdiyi bu cavab 
Raviki heyrətləndirmədi. Adamın həyatında elə anlar olur ki, onu heç nə ilə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə