Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

dağıtdınız. Bu, mənim üçün böyük şey oldu. Neçə gün idi ki, kəlmə kəsməyə adam 
da yoxdu. İndicə gedirəm. Siz mənə böyük yaxşılıq elədiniz. Bu neçə günün 
hamısında... Yoxsa, axırım hara çıxardı?! 
«İlahi! – Ravik ürəyindən keçirdi. – İndi də belə başladı!» O, narahat halda 
baxışlarını şüşə qəfəslərə çevirdi. Orada bir göyərçin zorla tutuquşunun belinə 
çıxmaq istəyirdi. Tutuquşu bu tənhalıqdan elə bezmişdi ki, heç qımıldanmadı, ona 
əhəmiyyət verməyib, tənbəl-tənbəl dənləməkdə davam etdi. 
– Yazığı gəlmək deyildi, – Ravik dilləndi. 
– Bəs nə idi? 
Göyərçin sürüşüb tutuquşunun belindən düşdü, lələklərini dimdikləməyə başladı. 
Tutuquşu da silkindi... 
– İndi biz bu köhnə, gözəl «Armanaka»ınızı götürün. Nuş olsun! – Ravik badəsini 
içdi. – Belə... İndi də bu heyvanxanadan sürüşək. Siz hələ mehmanxanaya getmək 
istəmirsiniz, elə deyilmi? 
Joan Madu başını buladı. 
– Yaxşı, onda hara gəldi, gedək. Daha doğrusu, «Şəhrizad»a... içərik... Bu, ikimizə 
də lazımdır. Həm də oradakı həngamələrə baxarsınız. 
Gecə saat üçə yaxın idi, onlar «Milan»ın qabağında dayanmışdılar. 
– Yaxşı içə bildinizmi? – Ravik soruşdu. 
– «Şəhrizad»da olanda, elə bilirdim, bəsdir. Ancaq indi, bu qapıya baxanda, 
görürəm ki, az olub. 
– Əlac tapılar. Bəlkə, mehmanxanada bir şey oldu. Olmasa, meyxanaların birinə 
girib alarıq. Gəlin... 
Qadın əvvəlcə ona, sonra da qapıya baxdı: 
– Gedək, – qətiyyətlə dilləndi, ancaq yerindən tərpənmədi. – Ah, yenə ora... O 
bomboş otağa... 
– Mən də sizinlə yuxarı qalxaram. Bir şüşə də götürərik. 
Qapıçı oyandı. 
– İçməyə bir şeyiniz var? – Ravik soruşdu. 
– «Şampan» qarışıq kokteyl olar? – Qapıçı yuxulu-yuxulu əsnədi. 
– Təşəkkür edirəm, bir az tünd olsa yaxşıdır. Konyak olsun. Bir şüşə... 
– «Kurvaze», «Mortel», «Eness», «Biskye Dübene»... Hansından? 
– Baş üstə, müsyö. Özüm açıb gətirərəm. 
Onlar pilləkənlə yuxarı qalxdılar. 
– Açarınız var? – Ravik soruşdu. 
– Qapı açıqdır. 
– Pulunuzu, sənədlərinizi oğurlayarlar. 
– Qəsdində duran olsa, bağlayanda da oğurlayarlar. 
– O da düzdür. Belə kilidləri açmağa nə var! Ancaq, hər halda, çox asan olmur. 
– Bəlkə də... Ancaq tək-tənha küçədən gəlib, açarı götürüb, qapını açıb bomboş 
otağa girə bilmirəm. Onda, elə bil, qəbrə girirəm. O yerdə ki səni çamadanlardan 
başqa heç nə gözləmir, ora beləcə açarsız girmək də böyük şeydir. 
– Adamı heç yerdə heç nə gözləmir. Gərək, hər şeyi özünlə gətirəsən. 
– Ola bilər... Ancaq bu da özünü aldatmaqdır. 
44 


Joan plaşla beretini çarpayının üstünə atıb, Ravikə baxdı. Avazımış sifətində iri 
gözləri işıldayırdı və onlarda qəzəb dolu bir ümidsizlik donub qalmışdı. O bir 
anlığa beləcə dayandı, sonra əlləri jaketin cibində, balaca otaqda iri addımlarla 
vargəl 
eləməyə başladı. Hər dəfə geri dönəndə, elastik bədəni qıvrılırdı. Ravik 
diqqətlə ona baxdı. Qadına haradansa güc, coşğun bir şuxluq gəlmişdi və otaq, 
sanki, ona darlıq edirdi. 
Qapı döyüldü. Kişi konyakı gətirdi. 
– Cənablar yemək istəmir? Soyutma toyuq, sendviç var. 
– O, çox vaxt aparar, qardaş, – deyə Ravik pulunu verib, onu yola saldı. Sonra 
qədəhləri doldurdu. – Bu da belə!.. Çox sadə, çox da quru! Ancaq çətin anlarda 
primitivlik yaxşıdır. İncəlik arxayın vaxtlar üçündür. Bir bunu için... 
– Bəs sonra? 
– Sonra da birini içərsiniz. 
– Yoxlamışam, xeyri yoxdur. Tək qalanda sərxoş olmaq da yaxşı deyil. 
– Azacıq sərxoş olmaq heç nə eləməz. 
Ravik çarpayı ilə üzbəüz divarın yanındakı ensiz, balaca taxtda oturdu. O dəfə 
bunu görməmişdi. 
– Siz köçəndə bu var idi? 
Qadın başını buladı: 
– Özüm qoydurdum. Çarpayıda yatmaq istəmirdim. Nəsə mənasız görünürdü. 
Çarpayı... soyunmaq... hər gün... Kimə, nəyə lazımdır? Səhər çağı da, gündüzlər də 
birtəhər dözmək olur. Ancaq axşamlar... 
– Bir məşğuliyyət tapmaq lazımdır, – Ravik siqaret yandırdı. – Heyif ki, Morozovu 
tapa bilmədik. Onun istirahət günü olduğunu bilmirdim. Sabah axşam gedin. 
Doqquz radələrində... Bir şey tapacaq. Lap mətbəxdə də olsa, işləyin. Onda gecələr 
boş qalmazsınız. Özünüz belə istəmirdiniz? 
– Bəli. – Joan dayandı, konyakını içib, çarpayının üstündə oturdu. – Hər axşam 
gəzməyə çıxırdım. Adam gəzəndə, yaxşı olur. Elə ki, oturdun, sanki tavan başına 
uçur. 
– Küçələrdə başınıza bir iş gəlməyib ki? Heç sizi soyublar? 
– Xeyr. Baxan kimi bilirlər, məndə soymağa bir şey yoxdur. – O, boş qədəhi 
Ravikə uzatdı. – Bəs yalqızlıq? O qədər kiminləsə söhbət eləmək həsrətində 
olmuşam ki! Onda, ən azı, bilirsən, sən də adamsan, daha boş-boşuna, mənasız 
yerə vurnuxmursan. Ən azı, gözlərin kiməsə baxır, kiminsə gözlərini görür. Daha 
daşa-divara baxmırsan! Ən azı, başqa planetə düşmüş adam kimi tək-tənha küçələri 
dolaşmırsan... – Saçlarını geri atıb, Ravikin uzatdığı qədəhi aldı. – Heç bilmirəm, 
bunları niyə danışıram. İstəmirəm, ancaq... Bəlkə də, bu bir neçə günü susduğum 
üçün belə danışıram, bəlkə də, bu axşam birinci dəfədir ki... – nədənsə dayandı. – 
Mənə fikir verməyin... 
Mən içməklə məşğulam, – Ravik tez dilləndi. – Nə istəyirsiniz, danışın. Gecə vaxtı 
heç kim eşitməz. Mən özüm özümə qulaq asıram. Sabah hər şey yaddan çıxıb 
gedəcək. – O, geri söykəndi. Haradansa su şırıltısı eşidildi, qızdırıcıdan səs gəldi. 
Narın yağış damcıları hələ də asta-asta pəncərəni döyəcləyirdi... 
45 


– Qayıdıb işığı söndürəndə, – Joan sözünə davam etdi, – qaranlıq adamın üzünə 
qara pərdə çəkir. Durub işığı yandırırsan, gözlərini bir nöqtəyə zilləyib baxır, hey 
baxırsan... 
«Deyəsən, sərxoş olmuşam, – Ravik ürəyindən keçirdi. – Bu gün yaman tez tutdu. 
Bəlkə, elə otaq özü alaqaranlıqdır? Yoxsa, həm elədir, həm də belə? Bu, bayaqkı 
gözəgəlimsiz, rəngi avazımış qadın deyil. Bax, bu da gözləri... Sifəti... Nəsə mənə 
baxır. Deyəsən, kölgədir, beynimdəki zəif işıltıdır, onun üzünə düşür. Sərxoşluğun 
ilk işartısı...» 
Joanın dediklərini eşitmirdi. Onsuz da hamısını bilirdi, görmüşdü, daha bəs idi. 
Yenə tənhalıq – həyatın əbədi nəqarət! O biriləri ilə müqayisədə nə yaxşı idi, nə də 
pis. Ancaq ondan yaman çox danışırlar. Onsuz da adam gah həmişə tənha olur, gah 
da heç vaxt. Haradansa qulaqlarına skripka səsi gəldi... Alatoranlıq... Budapeşt 
yamaclarında bağ... Şabalıd ağaclarının kəskin qoxusu... Külək... Çiyinlərinə tərlan 
kimi qonmuş xəyallar... Gözləri qaranlıqda işıldayan xəyallar... Gündüzlə bacara 
bilməyən gecə... Bütün qadınların gözəl göründükləri an... Və bir də qanadlarını 
kəpənək kimi sərmiş gecə... 
O, baxışlarını qaldırdı... 
– Çox sağ olun! – Joan təşəkkür elədi. 
– Nəyə görə? 
– Qulaq asmaya-asmaya məni danışdırdınız. Yaxşı oldu... Mənə çox lazım idi... 
Ravik başını tərpətdi. Gördü ki, Joanın qədəhi boşdur. 
– Yaxşı, – dedi, – şüşədəki də sizə qalsın. 
Ayağa durdu. Otaq... Qadıq... Vəssalam... Və bir də avazımış, ölgünləşmiş sifət... 
– Gedirsiniz? – deyə Joan yan-yörəsinə boylandı. Elə bil, otaqda kimsə 
gizlənmişdi. 
– Bu da Morozovun ünvanı. Adını da yazıram ki, birdən yadınızdan çıxar. Sabah 
axşam doqquzda... – Ravik onu resept dəftərçəsinə yazdı, vərəqi cırıb çamadanın 
üstünə qoydu. 
Joan da durmuşdu. O, plaşını və beretini götürdü. Ravik ona baxdı: 
– Məni ötürmək lazım deyil, – dedi. 
– Ötürmürəm. Sadəcə olaraq, burda qalmaq istəmirəm. İndi heç qala bilmərəm. 
İstəyirəm, bir az gəzəm. 
– Ancaq nə vaxtsa yenə qayıtmalı olacaqsınız. Eyni şeydir... Niyə qala bilmirsiniz? 
Hər şey keçib gedib... 
– İndi səhər açılar. Qayıdanda açılmış olacaq. Onda asandır... 
Ravik pəncərəyə tərəf getdi. Yağış hələ də yağırdı. Külək onun bomboz tellərini 
fanarların sarımtıl işığında yelləndirirdi. 
– Gəlin bir qədəh də içək, sonra yatın. Belə havada gəzməyə getməzlər. – O, şüşəni 
götürdü. Qadın lap yanında dayanmışdı. 
– Məni burada qoyma... – Joan bu sözləri tələsə-tələsə, yanıqlı-yanıqlı deyəndə, 
Ravik onun nəfəsini üzündə hiss elədi. – Məni burada tək qoyma. Bircə bu gün... 
Bilmirəm nə olub... Bircə bu gün! Sabah özümü ələ alacağam, ancaq bu gün 
bacarmıram. Yaman kövrəlmişəm... Heyim qalmayıb... Yıxılacam... Gərək, məni 
aparmayaydınız... Bu gün heç olmazdı... İndi tək qala bilmərəm... 
Ravik şüşəni ehtiyatla yerə qoyub, qolunu onun əlindən çıxardı. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə