Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

heyrətləndirmək olmur. Üzbəüz otaqda bayaq gələn kişi öyüməyə
__________

qusmağa 
başladı. Onun boğuq iniltisi bura gəlirdi. 
– Bəs onda niyə bu hala düşdünüz? – Ravik soruşdu. 
49 
– Çünki o öldü. Öldü! Birdən getdi! Qaytara bilmədim! Öldü! Heç nə eləyə 
bilmədim! Başa düşmürsünüz? – Joan yerində dirsəklənib, diqqətlə Ravikə tərəf 
baxırdı. 
«Çünki o, səni qabaqladı. Səndən qabağa düşüb, səni tək qoydu». – Ravik 
ürəyindən keçirdi. 
– Mən... Mən, gərək, ona başqa cür olaydım... Mən... 
– Unudun getsin! Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi 
geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq. Həyat bizə kamillik 
bəxş eləməyib. Kamillərin yeri muzeydir! 
Joan cavab vermədi. Ravik hiss etdi ki, o, qədəhini içib təzədən uzandı. 
Fikirləşməyə yenə nəsə var idi... Ancaq yorulmuşdu. Bir də onun üçün nə fərqi, 
yatmaq istəyirdi. Sabah təşrih etməli idi, bunların ona dəxli yoxdur. Əlindəki boş 
qədəhi şüşənin yanına qoydu: «Qəribədir... adamın başına nələr gəlmir!..» 
VI 
Ravik gələndə Lüsyen Martine pəncərənin qarşısında oturmuşdu. 
O: 
– Hə, necədir? – soruşdu. – Durub gəzmək xoşunuza gəlir? 
Qız əvvəlcə ona baxdı, sonra tutqun havaya göz gəzdirdi, təzədən Ravikə tərəf 
döndü. 
– Çox pis havadır. – Yenə Ravik dilləndi. 
– Niyə? – Qız etiraz etdi. – Mənim üçün yaxşıdır. 
– Nə üçün? 
– Ona görə ki, heç yerə çıxası deyiləm. 
O, kresloda büzüşüb oturmuş, çiyninə ucuz, pambıq bir kimono salmışdı. Seyrək 
dişləri olan arıq, çəlimsiz bir qız idi. Ancaq bu anda o, Ravikin gözündə troyalı 
Yelenadan da gözəl idi. Onun öz əlləri ilə xilas etdiyi həyat parçası idi. Ancaq çox 
da öyünməyə dəyməzdi, bundan qabaq birini itirmişdi. Bəlkə, bundan sonra gələn 
də elə olacaqdı. Axırda belə-belə hamısını itirəcək, özü də onlara qoşulacaq. Ancaq 
bu qız hələlik xilas edilmişdi. 
– Belə havada ona-buna şlyapa daşımaq adama ləzzət verməz. – Bunu Lüsyen 
dedi. 
– Şlyapa daşıyırsınız? 
– Bəli, madam Lanver üçün... Atelye Matinon prospektindədir. Saat beşə qədər 
işləyirdik. Sonra mən onları müştərilərə çatdırıram. İndi altının yarısıdır, gərək, 
mən yolda olaydım... – O, pəncərədn küçəyə baxdı. – Heyif, yağış kəsdi. Dünən 
yaxşı idi; yağışdan tut, göyə çıx... İndi kim isə aparır... 
Ravik pəncərənin qabağında onunla üzbəüz oturdu. «Qəribədir, – deyə fikirləşdi, – 
həmişə elə bilirsən ki, ölümün pəncəsindən xilas olanlar ən xoşbəxt adamlardır. 
Ancaq, demək olar ki, heç biri özünü elə hesab eləmir. Bu da xoşbəxt deyil. 
Burada kiçik də olsa, möcüzə baş verib, onu isə sevindirən yağışda küçəyə 


çıxmamasıdır...» 
– Lüsyen, nə yaxşı birbaşa bu xəstəxanaya gəldiniz? 
Qız çəkinə-çəkin ona baxdı: 
50 
– Bir nəfər demişdi. 
– Kim? 
– Tanış idi. 
– Hansı tanış? 
Qız tərəddüd elədi. Sonra: 
– O da burada olub, – dedi. – Qapıya qədər özüm gətirmişdim. O vaxtdan 
tanıyıram. 
– Bu, nə vaxt olub? 
– Mən gələndən bir həftə qabaq. 
– Təşrih zamanı ölən qızı deyirsiniz? 
– Bəli. 
– Bununla belə, yenə bura gəldiniz? 
– Bəli, – Lüsyen biganəliklə cavab verdi. – Nə üçün gəlməyəydim ki? 
Ravik demək istədiyini uddu. Qızın balaca, donuq sifətinə baxdı. O sifət nə vaxtsa 
zərif olmuş, sonralar həyat onu belə vaxtsız kobudlaşdırmışdı. 
– Siz də əvvəlcə həmin mamaçanın yanına getmişdiniz? 
Lüsyen cavab vermədi. 
– Bilmirəm, bəlkə də, həkimdir. Arxayınca deyə bilərsiniz. Onu heç tanımıram 
da... 
– Əvvəlcə Mariya getmişdi. Bir həftə qabaq... Bəlkə də, on gün... 
– Mariyanın başına nə gəldiyini bilə-bilə yenə ora getdiniz? 
– Bəs nə edəydim? Risq etmək lazım idi. Özgə heç kəsi tanımırdım. Uşaq olsa, 
neyləyərdim? – O, pəncərədən baxdı. Üzbəüz evin eyvanında başına çətir tutmuş 
bir kişi dayanmışdı. – Mən hələ nə qədər qalacağam, doktor? 
– Təxminən iki həftə? 
– Hələ iki həftə də? 
– Çox deyil ki! Nə olub? 
– Hamısı puldur axı? 
– Bəlkə, bir-iki gün tezləşdirə bildik. 
– Elə bilirsiniz, onun pulunu verə biləcəyəm? O qədər pulum haradandır? Çox 
bahadır! Günü otuz frank... 
– Bunu sizə kim deyib? 
– Tibb bacısı. 
– Hansı? Hə, əlbəttə, Ejeni... 
– Bəli. Hələ deyirdi, təşrihlə sarğıların haqqı ayrı olacaq. Onlar çox bahadır? 
– Təşrihin haqqını vermisiniz. 
– Deyir ki, çox azdır. 
– Tibb bacısı belə şeyləri dəqiq bilməz, Lüsyen. Sonra doktor Veberin özündən 
soruşsanız, yaxşı olar. 
– İndidən bilsəm, yaxşıdır. 
– Nəyə görə? 


– Dəqiq hesablayıram ki, bunun üçün nə qədər işləməliyəm. – Lüsyen əllərinə 
baxdı. Barmaqları napnazik, göz-göz idi. – Hələ bir aylıq ev kirayəsi də verəsiyəm. 
Bura gələndə on üçü idi. On beşində çıxası idim. Heç nədən bir ay da üstünə 
gəldi... 
51 
– Elə bir adam yoxdur ki, sizə kömək eləsin? 
Lüsyen başını qaldırdı. Həmin anda ən azı on il birdən qocaldı... 
– Özünüz yaxşı bilirsiniz, doktor. Eşidəndə hələ acıqlandı da. Dedi ki, mənim belə 
səfeh olduğumu bilməyib, yoxsa yaxın gəlməzdi... 
Ravik başını yırğaladı. Belə şeyləri çox eşitmişdi. 
– Lüsyen, çalışaq, bəlkə, o mamaçadan bir şey qopara bildik. Axı onun günahı 
olub. Bircə adını bizə deyin. 
Qız birdən dikəldi, sanki, bütün varlığı ilə kimdənsə qorunmağa çalışdı: 
– Polis? Yox, özüm ilişərəm. 
– Polissiz... Eləcə hədə-qorxu gələrik. 
Qız acı-acı güldü: 
– Heç nə qopara bilməzsiniz. Polad kimi möhkəmdir... Düz üç yüz frank verdim, 
axırı da belə... – O, kimononu sığalladı. – Adamın bəxti gətirməyəndə, gətirmir... – 
Qız bu sözləri elə dedi ki, elə bil, özündən yox, başqasından danışırdı. 
– Əksinə, – Ravik etiraz etdi, sizin bəxtiniz lap yaxşı gətirdi! 
Ejenini cərrahiyyə otağında tapdı. Qız yenə də nikelli alətləri silə-silə parıldadırdı. 
Bu, onun ən sevimli məşğuliyyətlərindən biri idi və işə elə qapılmışdı ki, Ravikin 
gəldiyini hiss eləmədi. 
– Ejeni! 
Qız diksindi. 
– Ah, sizsiniz? Gərək, adamı mütləq qorxudasınız? 
– İnanmıram, məndə elə zəhm olsun. Ancaq siz də xəstələri qonorarla, müalicə 
haqqı ilə qorxutmayın. 
Ejeni, əlində əsgi, dikəldi: 
– O fahişə nə tez xəbərçilik eləyib?! 
– Ejeni, bundan özünə çörəkpulu çıxaranlarla müqayisədə, ömründə kişi görməmiş 
qadınların çoxu fahişədir. Hələ ərli arvadları demirəm. Bir də ki o, xəbərçilik 
eləməyib. Sadəcə olaraq, onun bu gününü korlamısınız, vəssalam... 
– Paho bilməmişdik! O cür işlərlə məşğul olasan, özün də... 
«Ay səni... ikiayaqlı əxlaq katexizisi (8)... – Ravik ürəyindən keçirdi. – 
Nəciblikdən dəm vuran alçaq lovğa... Sən, ondan əvvəl rəfiqəsini qanına bələdiyi 
mamaçanın yanına getmiş, sonra da onun öldüyü xəstəxanaya gəlmiş, elə təkcə «nə 
edəydim?», «pulu haradan verəcəyəm?» deyən bu cəsur, zavallı qızcığazın dərdini 
haradan başa düşəsən?!» 
– Siz, gərək, indiyə kimi ərə getmiş olaydınız, Ejeni! Ya uşaqlı dul kişiyə, ya da 
qəbirqazana... 
– Müsyö Ravik! – Qız qürurla cavab verdi. – Bəlkə, mənim şəxsi işlərimə 
qarışmayasınız? Yoxsa cənab doktor Veberə şikayət edəsi olacağam! 
– Onsuz da bunu hər gün eləyirsiniz. – Ravik razılıqla onun allanmış yanaqlarına 
baxdı. – Niyə mömin adamlar təsadüfi hallarda həqiqətpərəst olurlar, Ejeni? Ən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə