Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

  

 

69



təhsilə olan həvəsinə, zəhmətkeşliyinə, inadkarlığına paxıllıq edirdilər. Təbii ki, belə olan halda 

hər iki tərəf öz xəyali üstünlüyünü gözə çarpdırmaqla ruhani rahatlıq tapmağa çalışırdı və bu da 

dediyim kimi, arzuolunmaz konfliklərlə nəticələnirdi. 

Amma bir şey də var ki, bütün bu danışdıqlarım yalnız insan ağlına təsir edə bilər, 

hissiyyat isə tamam başqa qanunlarla yaşayır.  Əslində,  mənim izahatlarım heç nəyi 

dəyişməyəcək, həm bakılıların, həm də qeyri-bakılıların qarşılıqlı münasibətləri elə əvvəlki kimi 

qalacaq, nifrət edən yenə də nifrət edəcək, kin saxlayan yenə də kin saxlayacaq, çünki Allah insanı 

belə yaradıb və qiyamətəcən də belə qalacağıq. Beləliklə, mənim allahlıq iddiasına düşən bəzi 

başdanxarab dahilərimiz kimi bir-iki cızma qara ilə  nə dünyanı, nə  də insanları  dəyişmək 

niyyətim də yoxdur, oxuculara ağıl öyrətmək fikrindən də uzağam (əmim demişkən, mənim elə 

özümə  ağıl öyrədən lazımdır).  Əsas məqsədim isə  həm bizim camaatın, həm də  əyalətdən 

gələnlərin qarşılıqlı narazılıqlarının zahiri, bəli, məhz zahiri səbəblərinin bəziləri barədə 

danışmaqdır, çünki bütün mövcudatın daxili bircə Allahın hökmündədi, bizsə yalnız zahiri 

əlamətləri araşdıra bilərik. Bunun üçünsə yenə konkret hadisələrə, konfliktlərə keçməliyik ki, 

kimin hansı halda daha çox haqlı olduğuna araşdıraq. Konkret hadisə deyəndə mən əlbəttə ki, öz 

ailəmizlə bağlı olan hadisələri nəzərdə tuturam və uzun, darıxdırıcı moizədən sonra yenə  də 

həyətimizə ilk kirayənişinin gəlməyi ilə başladığım söhbəti davam edirəm.      

Mirsəftər nənəmin toyuqlarıyla bir evdə yaşamaq  əzabından qurtulandan sonra 

bizimkilərin çoxuna elə gəldi ki, artıq bütün işlər yoluna qoyulub, bundan sonra həyətdə daha heç 

bir narazıçılıq olmayacaq, əvvəlki kimi İdilliya hökm sürəcək.  Əsas məsələ  nənəmi 

sakitləşdirmək, onun narazılığını aradan qaldırmaq idi ki, buna da nail olunmuşdu.  

Əfsus ki, belə olmadı, arvadın ilkin aqressivliyi naməlum səbəblərdən bibimə keçdi və o 

vaxtacan tıxsız balıq kimi tanınan bu on səkkiz yaşlı  qızın tamam üzü döndü. Onun 

davranışındakı bu dəyişiklik məncə onunla bağlıydı ki, o vaxtkı Bakının tipik ev qızlarından olan 

bibim həmişə böyüklərin iradəsinə tabe olmağa  öyrəşsə  də,  məhz bu halda, ailədəki kişilərin 

nənəmin rəyilə hesablaşmadan, həyətə rayonlu kirayənişin buraxmaqları  və  nənəmin bununla 

barışmağa məcbur olmağı ona yaman pis təsir eləmişdi, içində belə bir hiss yaranmışdı ki, 

qardaşları onu və analarını bu rayonlu dostlarına dəyişiblər, müəyyən mənada, xəyanət ediblər 

onlara, satqın çıxıblar.  

Bu səbəbdən də bibim  təxminən belə düşünürdü ki, bu ekspansiyaya müqavimət 

göstərmək istəyirsə yalnız və yalnız öz gücünə etibar etməlidir. Nə xain qardaşlardan, nə 

ağsaqqal atadan,  nə də artıq ümidini itirmiş qoca anadan ona kömək olmayacaq, neyləsə yalnız 

özü edəcək. 

Beləliklə, qız bütün işini-gücünü atıb başladı Mirsəftəri, onun arvadını, uşaqlarını 

güdməyə, hər hərəkətlərinə qulp qoymağa, qaşınmayan yerdən qan çıxartmağa, bir sözlə, 

bakılılar demişkən baldızlıq eləməyə. Atamla əmim onu sakitləşdirməyə çox cəhd eləsələr də, bu 

qəfil aqressivliyin qarşısını ala bilmirdilər. Həm də Mirsəftərgilin davranışında həqiqətən də 

şəhər tərzi-həyatına uyğun gəlməyən detallar çox idi ki, bibim də bunları əsas gətirib öz hirsini, 

qəzəbini atamın, əmimin üstünə tökürdü, bütün günahları yalnız onlarda görürdü. 

-Qışqıra-qışqıra danışıllar evdə. Elə bil çöllü-biyabandadılar, səsdəri evin içindədi. – Bibim 

dediklərini sübut etməkçün atamı yuxarı otağa dartır, çöl qapını bağlayır. Doğrudan da aşağıdakı 

kirayənişinlərin səsindən burada oturmaq olmur, kiçik bir otağın içində olsalar da elə biri-biriylə 

danışırlar ki, elə bil aralarında  əlli metr məsafə var və  səslərinin tonunu alsalar heç nə 



  

 

70



eşitməyəcəklər. – Görürsən? – Bibim Ərəbzəngi kimi əllərini belinə qoyur. - Baş qulağım gedir 

səsdərinnən. Düş, bir kəlmə de ki, evdə adam kimi danışsınnar, xoruz kimi bannamasınnar. 

Heyvan döyüllər. 

Atam əvvəlcə bacısını sakitləşdirməyə çalışır: 

– Fikir vermə, kənd yerinnən gəliblər, elə öyrəşiblər. Orda evlər, həyətdər yekədi, 

məcburdular bərkdən danışmağa. 

– Mən neyniyim olarçün? Bəlkə pambıq soxmalıyam qulaqlarıma? Bura gəliblər, cannarı 

çıxsın öyrənsinnər bizim qayda qanunnarı. – Atamın tərəddüd keçirdiyni görən bibim bir az da 

qızışır. – Mənə bax, əgər düşüb diməsən, özüm düşəcəm, bir-iki kəlmə elə söz diyəcəm ki, 

birdəfəlik dərs olsun. 

Atam azca sərt səslə onun bu niyyətinin qarşısını alır: 

– Yaxşı, yekə-yekə danışma, özüm Mirsəftəri çağırıb başa salaram, elə diyərəm ki, xətrinə 

deyməsin. Onsuz da qərib adamdular burda, sıxılıllar, özdərini yad kimi hiss eliyillər, istəmirəm 

təzədən sıxım oları.  

– Nöşün e. – Bibim qardaşının yumşaqlığını qorxaqlıq kimi başa düşür - nədi, qorxursan o 

düdükdən? Odey, qonşumuz Xanımcan arvad da iki dənə  tələbə buraxıb həyətinə.  İt kimi 

qorxullar onnan. Heç səsdəri də çıxmır. Bir şey olan kimi də arvad ağzınnan çıxanı diyir olara.  

Atam qaşqabağını salladır: 

– Sən məni Xanımcana tay tutursan?  

– Tay tutmuram, amma mən sakittiy istiyirəm həyətdə. Bular gələnnən nə  mənim, nə  də 

arvadın rahattığı yoxdu. O yazıq day səsini çıxartmır, xəcalət çəkir, abır-həyasına sıxılıb oturub. 

Siz bütün günü işdə olursuz, hər  şeyi görmürsüz, bular gah radionu qışqırdıllar, gah özdəri 

qışqırıllar, uşaqları da ki, vəhşi kimi şeydilər, o gün də arvadın qapısındakı gül dibçeylərindən 

birini vurub sındırıblar. Həm də ayaqyoludan çıxanda dallarıyca su tökmüllər.  İndi diyirsən 

danışmıyım ki, nə var-nə var kişinin oğlu qəribdi, xətrinə deyər, inciyər? 

– Eybi yox, öyrəşəllər. - Atam bacısını sakitləşdirməkçün ayrı söz tapmır. 

– Qozbeli qəbir düzəldər. Nahaq buraxdın həyətə onnarı. Adam qonum qonşu yanında da 

xəcalət çəkir. Odey, dostuvun arvadı yenə paltar səriyir orda.- Bunu deyib həyətdəki zivənin 

qabağında dayanan Güləbətini göstərir. – Abırsızın qızı abırsız, indi yenə  də bütün alt 

paltarllarını asacey həyətin ortasında, gəlib gedənin gözünün qabağında. Day dimir ki, əlli dənə 

kişi xaylağı girir həyətə. 

-Dedim ki, çağırıb başa salaram.- Atam bacısına söz verir. Qız bir az sakitləşir, amma bir 

gün, iki gün keçir. Həyətdə heç nə  dəyişmir, kirayənişinlər yenə evdə  qışqıra-qışqıra danışır, 

uşaqları yenə  həyətdə  vəhşilik edir, belə  məlum olur ki, atam hələ öz dostuna heç nə deməyib. 

Yəqin ki, utanır nəsə irad tutmağa, xəcalət çəkir.  

Nəhayətdə, bibim kiçik əmimdən xahiş edir, əmim də  şapkəsinin qaldırıb başını qaşıyır, 

sonra razılaşır, söz verir ki, axşam həyətdə  nərd oynayanda yarızarafat, yarıgerçək hər  şeyi 

Mirsəftərə başa salsın… 

– Hə, bu da sabir ( yəni sə-bir), – əmim axşam ikinci tasın  əvvəlində  əsas söhbəti açmağı 

qərara alır. – Hə, Şaqqulu… (əmim Mirsəftərin arvadı Güləbətini «Kəlbətin bacı» çağırdığı kimi, 

onun özünə də həmişə Şaqqulu deyirdi. Daha bilmirəm, prikola tuturdu, yoxsa xətrini istədikdən 

belə eliyirdi. Əsas söhbətdən yayınsam da qeyd eləmək istəyirəm ki, ümumiyyətlə,  əmimin 

nəzərində Bakının kişi cinsinə  məxsus  əhalisi bir neçə kateqoriyaya ayrılırdı: – Şaqqulular, 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə