Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

  

 

71



Maqqulular,  bir də Matişkələr. Birinci kateqoriyaya xətrini istədiyi, ikinciyə istəmədiyi adamlar 

daxil idi.  O ki qaldı  mənhus üçünci kateqoriyaya, bura da əmimin, ümumiyyətlə, adam hesab 

eləmədiyi, bunun üçün də  nə sevgiyə, nə  də nifrətə layiq bilmədiyi Bakı sakinləri aid edilirdi. 

Düzdü, bu üç qismdən daha üstün olan dördüncü təbəqə də mövcud idi ki, bunlar da Cayıllar idi 

və bunların sadəcə adları hamı tərəfindən sevgiyə və hörmətə məhkum olduqlarının nişanəsiydi. 

Zahirən hiss elətdirməsə  də  əmim özünü məhz bu dördüncü və ali sayılan kateqoriyaya aid 

olanların sırasında görürdü)… – Pəncek ( yəni pənc yek) – əmim nəhayət ki, mətləbə keçir: – onu 

diyirdim axı, Şaqqulu, evdə nöşün qışqıra- qışqıra danışırsuz? Qırxayaq girib qulaqlaruvuza? 

– Kim qışqırır? Biz ? Ağlımız çaşmayıb ki, evin içində  qışqıraq. – Mirsəftərin təəccübü o 

qədər səmimi və təbiidir ki, əmim bir anlıq çaşıb qalır, özünü itirir,  içində şübhələr baş qaldırır. 

Şəxsən özü evdə çox nadir hallarda göründüyündən vəziyyətdən bixəbərdir və düşünür ki, bəlkə 

bacısı ona səhv məlumat verib, əslində bu yazıqlar evdə  nəinki qışqırmırlar, hətta laldilli 

danışırlar. 

Amma elə bu vaxt sükut pozulur, Mirsəftərin qaldığı evdən onun arvadı Güləbətinin 

çığırtıdan bir o qədər də fərqlənməyən səsi eşidilir. 

– Ay qız, Bəsti, ordan bıçağı mənə ver. 

Əmim yüngülcə diksinir. Səsin tonu bizim sakitliyə öyrəşmiş  həyətimizçün həqiqətən də 

çox yüksəkdir və əmim qaşlarını çatıb Mirsəftərə baxır. 

– Uşağın qulağı yaxşı eşidmir beyəm?  

– Niyə ki? Lap yaxşı eşidir. – Mirsəftər sualın səbəbini, təbii ki, hələ anlamır. 

– Bəs onda bapbalaca otağın içində nöş qışqırır o? Adam kimi çağırsun da. 

Arxası evinə tərəf əyləşən Mirsəftərin başı qeyri-ixtiyari yüz səksən dərəcə geri çönür, açıq 

qapıdan içəri boylanır, sonra təəccüblə çiyinlərini çəkir. 

– Kim qışqırdı ki? 

– Nənəm. - Əmim azacıq  əsəbləşir. - Arvaduvu diyirəm də. Burda başqa kimin səsi çıxdı 

bəyəm? 


– Arvadım qışqırdı ki? 

Hiss olunur ki, biri-birini başa düşmürlər. Əmim fikirləşir ki, bu düdük ya məni doluyur, 

ya da özünü gicdiyə qoyub. Misəftər də təxminən eyni şeyləri düşünür. 

– Alə  Şaqqulu, day qışqırmağ necə olur? Diksindim səsindən e. Süz evdə  həmişə belə 

danışırsuz?  

– Bəs necə danışaq? Pıçıldamayacağıq ki? - Mirsəftər özünə haqq qazandırır. 

– Malades. Mən səni panyatkalı  oğlan bilirdim. Belə getsə  səni  Şaqqululuqdan çıxardıb 

ataceyəm Maqquluların cərgəsinə. 

Mirsəftər  əmimin insan kateqoriyalarından xəbərsiz olduğuna görə  Şaqqululuqla 

Maqqululuğun fərqini də anlamır və tərəddüdlə soruşur. 

– Doğrudan yəni bərkdən danışırıq? 

–  Əgər sən də evin içində belə danışırsansa, onda hesab elə ki, danışdığlaruvun hamısı 

bizimkilərin qulağındadı. Sən rayondakı evlərivizə baxma, burda xırda həyətdi,  evlər də biri-

birinin içində. Bir az bərkdən danışdunsa, hamı  eşidəcey. Radionu da çox bərkdən qışqırtma. 

Arvad sakitdiy xoşduyur. Namaz qılan, Quran oxuyan adamdı.  

Mirsəftər bir neçə saniyə fikrə gedir və  əmimə söz verir ki,  arvad-uşağına da tapşırsın, 

evdə çox bərkdən danışmasınlar. 



  

 

72



 

Beləliklə, ilk irad kirayənişinimizin qulağına çatdırılır, amma vərdiş elə  şeydi ki, hələm-

hələm tərgitmək olmur, Mirsəftərgil də hələ bir xeyli müddət öz kənd adətlərini tərgidə bilmirlər, 

bir az sakit danışandan sonra, bir də görürsən  əmimin iradı yadlarından çıxır və yenə  də 

başlayırlar evin içində qışqırmağa. Bu da təbii ki, bibimi bir az da qıcıqlandırır,  deyinmək üçün 

əlinə bəhanə verir.  

– Saymır da sizi. Üzüvüzü yumşaq görüb, – gah atama, gah da əmimə acıqlanır. – 

Düdüyün biriynən də bacara bilmirsüz. Özünü elə aparır ki, elə bil atasının xarabasındadı. Həm 

də  həyəti döndərib karvansaraya. Balam, adamın nə  qədər qohumu, tanışı olar? Rayonnan kim 

gəlirsə, elə avtavağzaldan düşən kimi cumur bizə. Özü də ayıya oxşuyullar, adam hürkür vid-

fasonnarınnan. Xəcalət çəkirəm həyətdə oturmağa; biri gəlir, biri gedir. Ayaqyoluya da yaxın 

düşmək olmur, həmişə oçered ( yəni növbə) var qabağında, hamısı da buların qonaq-qarası. 

Gərək gecə yarını gözdiyəsən ki, boşalsun..    

Həqiqətən də, Mirsəftərgilə  gəlib gedən çoxdur, belə görünür ki, kəndlərindən Bakıda 

yaşayan bircə odur, hər hansı işdən ötrü şəhərə gələnlər də təbii ki, onlara təşrif buyurur, bir də 

görürsən bir otaqlı balaca evdə on-on iki adam gecələyir. Ora necə  sığışırlar, bunu təkcə Allah 

bilir.   

– …hamısı da, elə bil dağdan düşüblər, ağız-bağız verillər, səsdərinnən divarlar sirkələnir. 

Arvaddarı da ki, kişilərinnən beşbətər.  

Atam bacısının növbəti təzyiqinə də müxtəlif bəhanələrlə tab gətirməli olur. 

– Diyim ona ki, evinə qonaq qoyma? Yaxşı çıxmır axı. Diyər ki, bir dənə dılğır otaq veriblər 

mənə, salıblar gözümçıxdına. 

Bibim, əlbəttə ki, təslim olmur. 

-Onda tapşır ki, karvansaraya döndərməsin evi. Gəlib gedənnəri azaltsın. 

-Elə şey olar? – Atam rayonlu dostunun tərəfini vermir, – qohum əqrabasına necə desin ki, 

gəlmiyin bizə? Yəqin bunnan başqa şəhərdə adamları yoxdu da. 

– Getsinnər qastinsada qalsınnar. – Birdən bibimin ağlına nəsə  əcaib bir fikir gəlir - Nə 

bilirsən , bəlkə o evinə gələnnər heç qohumu-filanı döyül bunun. Pul alıb gecə yatmaqçün buraxır 

evə. 

Atamı biixtiyar gülmək tutur.             



– Yaxşı görəy, gic-gic danışma. Yad adamı öz arvad uşağıynan bir evə buraxmıyacaq ki. 

Gələnnərin hamısı yəqin ki, öz qohum-əqrabasıdı. 

– Bulardan nə disən çıxar. Eh, mənnən olsa buların ipini bilirsən necə  yığaram. Bir aya 

adam eliyərəm hamısını. 

Hə, bibim də belə bibiydi, əvvəl gündən bakılılardan başqa heç kimi adam hesab eləmirdi 

və axıracan da fikrini dəyişmədi. Bir qədər irəli qaçıb onu da demək isəyirəm ki, iki-üç il sonra 

bibimi Kubinka tərəfdə yaşayan uzaq qohumlarımızdan birinin oğluna  ərə verdilər və  iş elə 

gətirdi ki, ərinin də  həyətində olan iki artıq xırda otaq kirayə verilirdi. Fərq isə ondaydı ki, ata 

evində onun aqressivliyinin qarşısını müəyyən qədər alan qardaşlar burda artıq yox idilər və 

bibimin taksi sürücüsü olan əri də eynən özü kimi əyalət adamlarına yuxarıdan aşağı baxırdı. 

Beləliklə,  ər-arvad birləşib kirayənişinlərin başına oyun açırdılar, qan uddururdular yazıqlara. 

Bibim elə bil ata evində  yığılıb içində qalan qəzəbini də  ər evindəki kirayənişinlərin üstünə 

tökürdü, elə onunçün də, heç kim onların həyətində iki-üç aydan artıq dözə bilmirdi, ayrı ev tapıb 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə